İmmiqrasiya üçün 5 ən yaxşı ölkə

Məcid Musayev21.11.2018 422

1) Heç vaxt müstəmləkə olmamış ölkə
Tayland (Tay) xalqı fəxr edir ki, onların vətəni Cənub-Şərqi Asiyada avropalıların müstəmləkəsi olmamış yeganə ölkədir. Digər tərəfdən bu gün Tayland kimi ekzotik məkanı görməyə gələn milyonlarla turistləri nəzərə alsaq, prosesi “yeni növ müstəmləkəçilik” adlandırmaq olar.  
Tayland dünya turizm marşrutları arasında ən məhşur istiqamətlərdən biridir. Bu ölkədə yaşamaq o qədər asan və ucuzdur ki, bir çox avropalı bura dəfələrlə qaydır, bəziləri bütün qış mövsümunu burada keçirir, digərləri isə uzun müddətli olaraq Taylandda yaşamağa köçürlər.   
Turistləri bura cəlb edən əsas amillər ekzotik flora və ucuz qiymətlərdir. Qeyd etmək lazımdır ki, Taylanda köçmək gənc və xəyalpərəst frilanserlər üçün ən uyğun variantdır. 
Lakin ölkənin idarə olunması və cəmiyyətdə dominant rola malik dini-fəlsəfə sistemi müəyyən davranış qaydaları formalaşdırır. Məsələn: Heç bir halda taylandlının başına sığal çəkməyin, qətiyyən kralı təhqir və ya Buddaya hörmətsizlik nümayiş etdirməyin. 

2) Avropanın immiqrasiya üçün ən məhşur ölkəsi
 “Fundación Rey Balduino” fondu və “Migration Policy Group” təşkilatı miqrantların rahat yaşaması üçün ən uyğun ölkə hansıdır sualına cavab tapmaq üçün geniş ictimai araşdırma (rəy sorğusu) həyata keçiriblər. Sorğunun nəticlərinə görə İspaniya birinci yerə çıxıb. İspaniya köçmüş 75% “yeni ispanların” sözlərinə görə burada onlar xoşbəxtdilər. 
İspaniya artıq uzun müddətdir ki, Şimali Avropadan köçənlərin sevimli yaşayış məntəqəsidir. İmmiqrantları ölkədəki iqtisadi böhran, daha sonra siyası böhran (Kataloniyanın müstəqillik referendumu) belə qorxutmayıb. Hətta İspaniyada belə işə düzəlməklə bağlı böyük problemlər var, ancaq prakitiki olaraq hər bir qaçqın gəldiyi istənilən bir ölkədə bu kimi problemlə üzləşir. 

 

3) “Fenşuy”a görə tikilmiş ölkə
Ümumdünya İqtisadiyyat Təşkilatı Sinqapuru Asiya üzrə ən yüksək həyat səviyyəsi olan ölkə kimi müəyyənləşdirib. Hətta məşhur “Forbes” jurnalı ən varlı ölkələr sıralamasında Sinqapuru 3-cü yerə layiq görüb. 
Sinqapuru biznes qurmaq və onu inkişaf etdirmək üçün ən rahat ölkə adlandırırlar. Yeri gəlmişkən Sinqapur hökumətini vaxtaşırı dünyanın 10 ən az korrupsiyaya məruz hökumətlər sırasında görmək olar. 
Bu şəhər-ölkənin memarlıq və landşaftı ən xırda məqamlarına qədər insanın rifahına təsir edən enerji cərəyanları haqqında qədim traktatla uyğunlaşdırılıb. Sinqapur “fenşuy” təliminin bütün tələblərinə uyğun bir şəkildə tikilib. 

 

4) Təqaüdçülər cənnəti
Bir çox kosta-rikalılar üçün ingilis dili ikinci ümumişlək dildir. Buna görə də bura gələn əcnəbilər özlərini olduqca rahat hiss edirlər. Kosta – Rikada fiziki şəxslərin xarici kapital (mənbə) gəlirlərindən heç bir vergi tutulmur.  Respublikanın ərazisində yaşayan əcnəbilər artıq özlərinin formalaşmış miqrant icmalarını yaradıblar. 
Kosta – Rikada yaxşı həyatı “puravida” adlandırırlar. Təqaüdə çıxanlar üçün Kosta – Rikada “puravida” gündəlik yaşam tərzidir. Digər Qərb ölkərindən fərqi olaraq, Kosta – Rikada yaşayış xərclərinin çox aşağı olması bu ölkəni immiqrasiya cənnətinə çevirib. Ölkə əsas ABŞ orta təbəqəsi arasında çox məhşurdur. Ölkəyə gəlmək üçün uzun və ağır viza əldəetmə prosesindən keçməyə ehtiyac yoxdur. Bir qayda olaraq ölkə asanlıqla əcnəbilərə öz vizasını təqdim edir. Hətta bəzi hallarda etibarlı ABŞ və Kanada vizasıilə də Kosta – Rikaya səyahət etmək olar.
 Kosta – Rikada əcəbinin daşınmaz əmlak sahibi olması üzrə heç bir məhdudiyyət də yoxdur. Lakin heç kəs okeanın 50 m məsafəsində mülkiyyət sahibi ola bilməz. Növbəti 150 m-dən isə mülkiyyət dəniz zonası qanunlarına aid olur. 

 

5) Eqzotik təbiət, qərb mədəniyyəti və ingilis dili
İsti iqlim və yüksək həyat səviyyəsi olan Avstraliya immiqrasiya üçün çox cəlbedicidir. Yeni Zelandiya da bir növ bu ölkəyə bənzəyir, ona görə də yeni həyata başlamaq üçün əla yerdir. Bu ikisi arasından Avstraliyada daha yüksək əmək haqqları olduğuna görə immiqrasiya baxımından kenqurular diyarına üstünlük verilir. 
Avstraliyaya immiqrasiyanın əsasında ölkənin isti iqlimi, həyat səviyyəsi, uğurlu iqtisadi-sosial inkişafı durur. Bundan əlavə ölkədə müxtəlif immiqrasiya proqramları da mövcudur. Ölkənin bəzi reginlarında ixtisaslı işçi çatışmazlığı ciddi hiss olunur. Bunun da əsas səbəbi nisbətən böyük ərazilərdə az sayda əhalinin yaşamasıdır. Yerli xalqlar isə əsasən Avstraliyanın Şərq sahillərində məskunlaşıb.

 


 

Məcid Musayev

Oxatan bürcündən olan Məcid bütün dünyanı səyahət etmək arzusundadır. Pasport, miqrasiya və Hi-Tech mövzularında xəbərlərlə maraqlanırsınızsa bizim çoxbilmişi izləyin. Məqalələri

Oxşar məqalələr

Çin yüksək sürətli sualtı dəmir yolu inşa edəcək

Məcid - 03.12.2018 172
Çin ölkəni əhatə edən yüksək sürətli dəmir yolları şəbəkəsini genişləndirməyə davam edir. Rəmsi Pekinin verdiyi son açıqlamaya görə hökumət Şanxaydan cənubunda yerləşən Ninbo liman-şəhərini, ölkənin qərb sahilləri, Çjouşan arxipelaqı ilə birləşdirəc...
Davamı

Maldivdə ilk sualtı hotel istifadəyə verilib

Məcid - 27.11.2018 224
Sualtı balıqları saatlarca izləmək və onlara maksimum yaxın olmaq üçün artıq fantastik filmlərin qəhrəmanlarından biri olmağa ehtiyac yoxdur.  Maldiv adalarında daha dəqiq desək Ranqali adasında açılmış ilk sualtı hotel öz qonaqlarına bu imkanı yaradır. Sadəcə ik...
Davamı

Cənnət adalarının yanında zibil dağları

Məcid - 16.11.2018 220
Elə bilirsiniz ki, turizm mərkəzi olan dövlətin (ərazinin) heç bir problemi yoxdur? Tam əksinə, turizm sektorunun hər zaman əks tərəfi (təsiri) var. Bu mövzuda turizm cənnəti hesab edilən Maldiv adalarını, daha konkret desək Maldivin Tilafuşi adasının adını çəkə bilərik.&n...
Davamı

Vizasız səyahət üçün ən yaxşı pasport hansıdır?

Məcid - 15.11.2018 397
Səyahət etmək imkanı böyük bir azadlıqdır, lakin səyahət zamanı bu və ya digər viza tələblərindən asılı olmamağı ən böyük azadlıqlardan biri adlandıra bilərik. Buna görə də bəzi ölkələrin pasportları öz daşıyıcısına daha geniş (səyahət azadlığı) imkanlar təqdim edi...
Davamı

Super VIP bank kartları

Məcid - 12.11.2018 160
Müasir dövrümüzdə bir çoxumuzun pul qabında plastik bank kartları var. Bəzi ölkələrdə belə kartlar vasitəsilə nəğdsiz ödəniş çox az yayılıb, bəzilərində isə bank kartlarıdan istifadə və onlar üzərində xidmət olduqca məşhurdur. Lakin sərvətlərinin həc...
Davamı

Makedoniyaya səyahət zamanı görməli olduğunuz 10 yer 

Məcid - 29.10.2018 377
Balaca, lakin qürurlu Makedoniya Keçmiş Yuqoslaviyanın tərkibində olmuş Makedoniya Respublikası indi müstəqil dövlət olaraq, Balkan yarımadasının təqribən mərkəzində yerləşir. Makedoniyanı elə də zəngin və ya güclü dövlət adlandırmaq olmaz. Bir tərəfdən ö...
Davamı

Dünyanın 15 ən yaxşı çimərlikləri məlum oldu

Məcid - 26.10.2018 263
Mərkəzi Asiya üzrə məşhur olan https://www.tripadvisor.ru/ turizm saytı istifadəçilərin (turist-səyyahlar) rəyləri əsasında dünyanın ən yaxşı 25 çimərliklərini müəyyən edib. 15. Anse Latsio / Praslen adası, Seyşel adaları Şüşə kimi şəffaf, isti su, ağacların k&o...
Davamı

Ordusuz güclü, neft və qızılsız zəngin olan İslandiya

Məcid - 22.10.2018 382
Ordusuz güclü, neft və qızılsız zəngin olan İslandiya Ordusu olmayan bir dövlət təssəvür edin. Bundan əlavə həmin dövlətin nə neft, nə də qızıl yataqları yoxdur. Yanına tam pulsuz təhsil və enerji sistemini əlavə edin. Bu ölkədə sakinlər gecələr qapılarını bağlamırla...
Davamı

Avropa İttifaqı pasportunu itirmək astanasında olan Böyük Britaniya

Məcid - 16.10.2018 197
Avropa İttifaqı pasportunu itirmək astanasında olan Böyük Britaniya Avropa İttifaqına (Aİ) üzv dövlətlərin vətəndaşlığı (pasportu) öz sahibinə bir çox imtiyazlar qazandırır. Onlar arasında ən önəmlisi Aİ pasportu sahibinə təşkilata üzv 27 ölkəyə (və ...
Davamı

Avtomobil hərəkəti olmayan 5 şəhər

Məcid - 02.07.2018 815
Venesiya (İtaliya) Venesiya avtomobil hərəkəti olmayan, müasir şəhər misalının ən bariz nümunəsidir. Hər il 20 milyon turistin ziyarət etdiyi Venesiyada avtonəqliyyat infrastrukturu praktiki olaraq mövcud deyil. Şəhərin əsas ictimai nəqliyyatı su üzərində hərəkət edən taksi-qa...
Davamı