İnsan Yupiterə enə bilərlərmi?

Məcid Musayev26.09.2018 167

Bu və ya digər planeti dərindən və dəqiq tətqiq etməyin ən yaxşı yolu onun üzərinə enməkdir. Məhz bu kimi tətqiqatları aparmaq üçün insanlar Ay, Venera, Mars Saturnun peyki olan Titana kosmik aparatlar göndəriblər.

Lakin Günəş sistemimizdə heç vaxt dəqiq tətqiq edə bilməyəcəyimiz bəzi yerlər və kosmik obyektlər də mövcuddur. Bunlardan biri Günəş sisteminin ən böyük planeti olan Yupiterdir. Bu bloqda biz insanın (daha dəqiq desək kosmonavtın) Ay və ya Mars kimi Yupiterə enmə cəhtini fizika baxımından analiz edərək, bu təcrübənin mümkün və ya mümkünsüzlüyünü müəyyən edəcəyik.

Kəmərləriniz bağlayın, işıq sürətinə keçirik . . .

Yerdən Yupiterə qədər olan məsafə təqribən 700 milyon km-dən çoxdur. Fərqli dövlər də, fərqli mühərriklərlə təchiz olunmuş kosmik peyklər bu məsafəni 2000 gündən, 655 günə qədər qət ediblər. Lakin əsas məslə bu deyil, əsas məsələ odur ki, Yupiter əsasən hidrogen və helium qazlarından ibarətdir.  Yəni Yupeterdə komsik peykin enməsi üçün bərk səth yoxdur. Qısa desək fiziki baxımdan Yupiterə enmək mümkün deyil. Fərz edin ki, bulud üzərinə ayaq basmağa çalışırsınız. 

Planetin bərk səthinin olmamasını aydınlaşdırdıqdan sonra növbəti sual yaranır. Yupiterə enmək mümkün deyilsə, bəlkə onun bir ucundan digərinə uçaraq keçmək mümkündür? Əslində bu da mümkün deyil. Cism bu məsafənin heç yarısını belə qət edə bilməyəcək.

Fərz edək ki, Yupiterin bir ucundan digərinə çatmaq üçün ilk mərhələdə biz Aya enən peyklərdən birini istifadə edirik. Deyə bilərsiniz ki, Aya göndərilən kosmik peyklərin çoxsu elə də dözümlü deyillər axı, Yupiterdən keçəcək peyk daha dözümlü materillardan hazırlanmalıdır. Əslində, bəli. Siz haqlısınız, ancaq Yupiterin atmosferini nəzərə alaraq qeyd edə bilərik ki, yerdə hazırlanan heç bir kosmik gəmi bu nəhəngin gücünə tab gətirə bilməyəcək. 

İşıq sürətilə səyahətimiz davam edir, artıq Yupiterin daxili atmosferinə yaxınlaşırıq. Bu zaman dərhal 2 problem ortaya çıxır. 1) Yupiterin daxili atmosferində oksigen yoxdur, 2) Daxili atmosfer çox istidir. Buna görə də kosmonavt-səyyaha nə lazımdır? 1) Çoxlu sayda oksigen balonları 2) Skafandr daxili kondisioner sistemi. Artıq kosmik səyyahımız fərzi olaraq nəhəng Yupiter məcarasına hazırdır.

Bərk durun, çünki Yupiterin daxili atmosferinə girən kimi onun cazibə qüvvəsinin təsiri nəticəsində səyyahımız təqribən saatda 177.000 km sürətlə planetin mərkəzinə enməyə başlayacaq. Sürətlə gedən maşının beton divara çırpılması effektini təsəvvür edin, bizim səyyahımız da daha sıx atmosfer qatına sürətlə daxil olduğu üçün eyni effekti yaşayacaq, lakin yenə də onun enmə sürəti praktiki olaraq azalmayacaq.

Təqribən 3 dəqiqədən sonra səyyahımız Yupiter bulud qatının 250 km dərinliyinə çatacaq. Bu nöqtədən səyyah Yupiterin öz oxu ətrafında daha sürətli dövr etməsinin bütün “gözəlliklərini” hiss edəcək. Yeri gəlmişkən qeyd edirik ki, Yupiter günəş sistemimizdə öz oxu ətrafında ən tez dövr edən planetdir. Onun tam bir dövrü bizim planetin 9.5 saatına bərabərdir. Bu sürətli dövr Yupiterdə orta sürəti saatda 500 km çatan küləklərin əsməsilə nəticələnir. 

Daha 120 km sonra kosmik-səyyahımız Yupiterin indiyənə qədər tətqiq olunan atmosfer sərhəddinə çatacaq. Qalileo peyki 1995-ci ildə bu nöqtəyə qədər enə bilib. Yupiter atmosferinə daxil olduqdan 58 dəqiqə sonra planetin nəhəng təzyiq qüvvəsi onu məhv edib. 

Yupiterin bu nöqtədə mövcud təzyiqi yer üzərindəkindən 100 dəfə çoxdur. Planetin bu dərinliyində səyyahımız ətrafında olan heç nəyi görə bilməyəcək. Enəm peykin cihazları onun gözləri rolunu oynayacaq.

Səyyah daha 700 km keçdikdən sonra təzyiq 1150 artacaq. Bu nöqtədə təzyiq hətta Marianna çökəkliyinə enmiş batiskaf belə məhv edəcək.

Lakin biz fərz ediri ki, bizim səyyahımız hansısa möcüzə ilə hələ də salamat şəkildə en prosesini davam edir. Əfsuslar olsun səyyahımız, bu unikal nailiyyəti haqqında heç kimə xəbər edə bilməyəcək, çünki sürətli küləklər, ölümcül isti və təzyiqdən əlavə Yupiter atmosferi bütün növ radio dalğaları udur. Nəticədə səyyahın yerlə kommunikasiya üçün nəzərdə tutulmuş cihazları sadəcə mənasız metal kütləsinə çevriləcək. 

O,  Yupiter atmosferinin 4500 km dərinliyinə çatanda ətrafın mühitin temperaturu 3300 ⁰C çatacaq. Bu tempartur yer üzərində ən yüksək istiliyə (ərimə göstəricisinə) malik olan metal - Volframı bir neçə saniyəyə əritməyə kifayətdir. 

Kosmik-səyyahımız artıq 12 saatdır ki, Yupiterə enir, amma heç yolun yarısını belə qət etməyib. 21.000 km nöqtəsində səyyah planetin ən dərin qatına çatmış olacaq. Bu nöqtədə təzyiq yerdəkindən 2 milyon dəfə çox, temperator isə Günəşdəkindən dəfələrcə artıqdır. Bu kimi ekstrimal şərait ətrafda olan hidrogenin kimyavi tərkibini dəyişir. Hidrogenin atomları yüksək təzyiqin təsiri altında bir-birinə o qədər sıx yerləşir ki, nəticədə onlar arasında elektron əlaqələri pozulur və yeni bir maddə  – metalik hidrogen əmələ gəlir. Bu maddə üzərinə düşən bütün növ işığı əks etdirir. Yəni səyyahımız bu nöqtədə hələ sağ qalsa və ayağı altını işıqlandırmaq istəsə yenə də gözlərinə açılan mənzərə sonsuz qaranlıq olacaq.

Bu element eyni zamanda daşın sıxlığından çox olan sıxlığa malikdir. Siz Yupiter atmosferinə enməi davam etdiyiniz zaman metalik hidrogenin itələmə qüvvəsi, səyyahı aşağı dartan ağırlıq qüvvəsinə güc gəlməyə çalışacaq.Nəticədə qüvvəlrin biri səyyahı əvvəlcə yuxarı atacaq, daha sonra ikincisi isə onu yenə aşağı çəkəcək. Bir müddət belə yuxarı-aşağı dartmadan sonra qüvvələr tarazlaşan kimi bizim kosmik-səyyahımız Yupiter atmosferinin haradasa orta təbəqəsində sonsuza qədər ilişib, qalacaq. Ətrafında ondan daha güclü təbii qüvvəlrin mövcudluğundan səyyahımızın nə daha aşağı düşməyə, nə yuxarı qalxmağa fiziki olaraq gücü çatmayacaq. 

Səyahətimiz bitdi, fərziyyədən çıxın...

Nəticə: Yupiterə enmək elə də yaxşı fikir deyil. İnsan elmi hələ bir müddət bu nəhəng planetin buludları altında nələrin baş verdiyini öyrənə bilməyəcək, ancaq yenə də Yupiterin əsrarəngiz gözəlliyindən valeh olaraq, nə vaxtsa onun sirlərini açmağı arzulayacaq.

Mənbə (rus dilində): day.az

Məcid Musayev

Oxatan bürcündən olan Məcid bütün dünyanı səyahət etmək arzusundadır. Pasport, miqrasiya və Hi-Tech mövzularında xəbərlərlə maraqlanırsınızsa bizim çoxbilmişi izləyin. Məqalələri

Oxşar məqalələr

Çirkli avtomobil üzərində şəkil çəkmək sənəti və ya Texas üsülu ilə suya qənayət.

Səbuhi - 10.10.2018 99
Texaslı rəssam Skot Veyd (Scott Wade) sübut etdi ki, çirkli avtomobillər gözəl sənət əsərləri yaratmaq üçün kətan rolunu oynayır. Bu sənətin ustası olmaq üçün, sənətkar bir çox sınaq və səhvlərdən keçərək, müxtəlif alətlər və fırl...
Davamı

Azərbaycan insanının 2 əsas problemi...

Nihad - 01.10.2018 69
  Problemlərimizin çox olduğunu düşünürəm,ancaq onlardan bəziləri daha geniş miqyaslıdır və insanların həyat tərzlərinə və ümumilikdə həyatlarına daha çox təsirlidir. Azərbaycan insanının yaşadığı 2 əsas problemi qeyd etmək istəyirəm! Bu 2 problemin müə...
Davamı

Salamat qal

Dilşad - 24.09.2018 536
... Xəyalıma gətirməkdə aciz olduğum üzünü, hər gün, bəlkədə yüzlərlə adam görür, işdə, mağazada, metroda, küçədə, qonaqlıqda, hər yerdə...adicə qarşılaşıb gedirlər. Biz də qarşılaşdıq... Gözləmədiyim anda, gözləmədiyim  məkanda... Bax...
Davamı

Terrora ikili yanaşma və ona verilən dövlət dəstəyi

Ramid - 20.09.2018 340
Maraqlıdır ki, son zamanlar münaqişlərin ümumi təhlilinə nəzər yetirsək görürük ki, münaqişə prosesində bir çox hallarda mübarizə metodu kimi terror aktlarından istifadəyə üstünlük verilir. Bunu yaradan səbəblər nədir? Terror nədən mübari...
Davamı

Demokratiyanın növləri: Fərdiləşməyən şey cəmiyyətləşə bilməz

Aqşin - 20.09.2018 495
Əlbəttə, bu gün dünyada kimdən soruşsaq ki, idarəçilikdə “nəyin olmasını istəyirdiniz?” “Demokratiya” deyə cavab verəcək. Çünki verdiyi bircə “səs”lə hər kəs hakimiyyət orqanlarında təmsil olunmaq istəyir. Ancaq biz sualımızın ikinci h...
Davamı

Qədim İudeyadan çağdaş Azərbaycana uzanan yol

Aqşin - 01.09.2018 592
İtaət etməyi sevən xalq yoxdur, savadsız xalq var. Sözümüzün üstündə Sezar kimi mərd-mərdanə dayanmaq üçün günümüzün beynəlmiləl qorxularından uzaqlaşıb tarixin hələ də bizdən daha canlı görünən qədimliyinə üz tutacağı...
Davamı

Oyanış...

Nihad - 30.08.2018 127
Oxuyun... Mütləq oxuyun. Fərqi yoxdur hansı mövzüdür, hansı kitabdır. Olduğunuz mərhələyə uyğun birini seçin və oxuyun. Nə qədər çox oxudum, bir o qədər baş verə biləcək hadisələrə hazır oldum və nə qədər az oxudum, bir o qədər hamı kimi düşünməyə başladım...
Davamı

Bu uşaq kimə oxşadı belə?

Aqşin - 20.07.2018 834
Dünya və onun bir parçası olmaq istəyən Azərbaycan ədəbiyyatında belə bir hakim fikir var ki, dünya zaydır və heç vaxt düzəlməyəcək. Orta əsrləri əhatə edən “Qaranlıq çağ” adından da göründüyü kimi qaranlıq ideyaların çağı id...
Davamı

Axundovlar “rus trolları” idimi? Yaxud milli məktəbin olmaması

Aqşin - 10.07.2018 768
Bu günlərdə “İstək” liseyləri bağladıldı. Bu liseylərdə təhsil alan şagirdlərin və onların valideynlərinin həyəcanını anlayaraq, deyim ki, “İstək” məktəbləri də, uzaq keçmişin mədrəsələri, yaxın keçmişin “uşkol”ları kimi “yerli məhsul&rdqu...
Davamı

Kim haqlıdır? 1.Uşaq 2. Ailə 3. Məktəb 4. Heç biri

Aqşin - 17.06.2018 390
Heç vaxt övlad sahibi olmayan, məşhur və mərhum şairimiz Vaqif Səmədoğlunun öz dilindən eşitdiyimə görə, atası Səməd Vurğunun balaca Vaqifi övladlığa vermək istədiyi dahi bəstəkarımız Üzeyir Hacıbəylinin uşaq haqqında belə bir möhür fikri var: “Uş...
Davamı