İş axtarışı haqqında vacib məsləhətlər

Finmarket 20.06.2018 852

20 uğursuz iş müsahibəsindən sonra fikirləşirsiniz ki, “sevimli corablarınızın” bəxtinizə heç bir müsbət təsiri yoxdur. Əgər indiyənə qədər arzusunda olduğunuz bacarıqlarınıza uyğun iş tapmamısınızsa, demək nəyisə düz etmirsiniz. Axtarış metodunuzda səhv var. Həmişə olduğu kimi kiçik detallar xüsusi diqqət tələb edir. Bu bloqda İR/HR mütəxəssislərinin düzgün iş axtarışı haqqında məsləhətlərini diqqətinizə çatdıracağıq.

İlk öncə tapmaq istədiyiniz işi (iş sahəsini) dəqiq olaraq seçib, xəyalınızda canlandırmalısınız. İşiniz sizə həm gəlir , həm də həzz hissi verməlidir. Bəlkə əmək bazarında belə bir iş mövcud deyil və siz sadəcə yalançı ideal dalınca qaçaraq bütün vaxtınızı boşuna sərf edəcəksiniz? Əgər gözləntiləriniz reallığı əks etdirirsə növbəti addıma keçə bilərsiniz.

İş axtarışı

Növbəti addımda hansı şirkətlərdə işləmək istədiyinizi müəyyən etmək lazımdır. Ona görə də istəyinizə uyğun vakansiyalar təqdim edən şirkətlərin siyahısını tutun. Eyni zamanda açıq vakansiyalarını müxtəlif resurslarda dərc etməyən şirkətlərin rəsmi veb-saytlarının “KARYERA” bölmələrini də araşdırın.

CV-zi hazırlayın

CV-lə tanış olanda işəgötürən tərəf ona zəruri olan bütün məlumatları əldə etməlidir. Bu məlumatlar əsas sizin ad və soyadınız, hansı vakansiyada çalışmaq istədiyiniz, bunun üçün nə kimi bilik və bacarıqlara sahib olduğunuzu əhatə etməlidir. Bütün bu detallar CV-də dəqiq əks olunubsa İR/HR əməkdaşı sizinlə şəxsən tanış olmağa qərar verəcək. 

Sizin CV-nizin uğurlu olmasını təmin edəcək bir neçə detala diqqət edin:

  1. Şəkil:

Əgər yüksək zümrə (top level) vakansiyaya müraciət edirsinizsə və ya işiniz bir başa qıraqdan gələn insanlarla (müştərilərlə) işləməyi nəzərdə tutubsa CV-də şəkliniz olmalıdır. Şəkliniz işə düzəlmək istədiyiniz şirkətin korporativ mühitinə uyğun olmalıdır. Albomunuzda elə şəkliniz yoxdursa, o formata uyğun birini çəkdirin. 

  1. Əlaqə məlumatları:

Əgər siz CV-də telefon nömrənizi qeyd etmisinizsə hər zaman zəngə cavab verməyə hazır olun. Əgər günün yalnız hansısa müddətində danışa bilirsinizsə həmin vaxt kəsiyini nömrənizin qarşısında qeyd edin. İş axtarışı zamanı ad və soyadınıza uyğun e-poçt ünvanına sahib olmaq çox vacibdir. Əgər hal-hazırda elə bir ünvanınız yoxdursa, ən qısa müddətdə onu yaradan və müntəzəm olaraq onu yoxlayın. “Skype” və digər növ mesencerlərdən geniş istifadə edirsinizsə onları da CV-də qeyd edə bilərsiniz.

  1. Vakansiyanın adı:

Müraciətinizdə yalnız 1 vakansiyanın adını qeyd edin. Daha dəqiq desək CV-nizi yalnız 1 vakansiyaya uyğunlaşdırın və işəgötürənə göndərin. Yox əgər bir neçə vakansiyanı özünüzə uyğun bilirsinizsə o zaman onların hər birinə uyğun CV-nizi təkmilləşdirin.

  1. Bilik və bacarıqlar:

Vakansiyaya müraciət etməmişdən öncə ona tələb olunan bilik və bacarıqlara diqqət yetirin. Əgər orada tələb olunan bilik və bacarıqlardan biri və ya bir neçəsi sizdə varsa onları mütləq qabağa çəkin (sıralamada birinci qeyd edin).

  1. Əvvəlki iş yerləriniz:

Əvvəli iş yerlərinizi indi işlədiyinizdən birinciyə qədər azalma sırası ilə qeyd edin. İş yerinin adını, rəsmi vəb-saytını, öz vəzifəsiniz və həyata keçirdiyiniz işləri qeyd edin.

  1. Təhsil:

Bu hissə müraciət etdiyiniz şirkətin iş formatından asılı olaraq CV-də lap öndə, ya da ən axırda qeyd edilir. İşəgötürən tərəf təhsillə bağlı dəqiq bir tələb irəli sürməyibsə belə, mütəxəssislər təhsili yenə də önə çəkməyinizi məsləhət görürlər.

  1. Şəxsi məlumatlarınız:

Bu hissədə sizi şəxsiyyət kimi təsvir və fərqləndirən məlumatları qeyd etmək lazımdır. Hobbiniz, məşğul olduğunuz idman növü və s.

  1. Tövsiyyələr

Əgər əvvəli iş yerlərinizdəki rəhbər şəxslərdən tövsiyyə (tövsiyyə məktubu) almaq imkanınız varsa həmin insanların ad, soyad və vəzifələrini qeyd edin, lakin öncədən onlardan bunu etməyə (adlarının və məlumatlarının qeyd edilməsinə) icazə alın və məlumat verin ki, “N” sayda iş yeri sizinlə əlaqə saxlayıb, mənim haqqımda məlumat soruşa bilər.

  1. CV-nin adı

Hazır CV formanızı öz ad, soyad və müraciət etdiyiniz vakansiyanın adı ilə adlandırın. Bu zaman siz onu yenidən lazım gəldikdə həm e-poçt qutunuzdan həm də kompüterinizdən asanlıqla tapa biləcəksiniz.

CV-nin göndərilmə mərhələsi

CV-nizi göndərməmişdən öncə ona müşayət mətni də yazın. Yəni qoşmaya əlavə edilmiş CV-dən başqa, onun yanında yazdığınız mətin niyə sizin bu vakansiyanı seçdiyinizi və nəyə görə məhz sizin uyğun namizəd olduğuzu ifadə etməlidir.

Nə qədər real və təsirli yazasanız müsahibəyə dəvət olunma şansınız bir o qədər artacaq. CV-nizi göndərməmişdən öncə mövzu yerində məktubun nə olduğunu qeyd etməyi də unutmayın. Məsələn: Filankəs Filankəs / Satış şöbəsi mütəxəssisi

Unutmayın ki, dünyada mövcud e-poçt sistemlərində ən son gələn məktublar sıralamada birinci olurlar. Məktubunuzun oxunması şansını artırmaq üçün onu səhər tezdən (iş günü başlamamışdan) öncə göndərin.

Müsahibəyə hazırlıq mərhələsi

İş müsahibəsini uğurla keçmək üçün nəyi bilmək və nəyi etmək lazımdır?

  1. Şirkət haqqında məlumat toplamaq:

İş müsahibəsinə getməmişdən öncə şirkət haqqında məlumat toplayın. Bunun üçün şirkəti rəsmi veb-saytı və ya sosial şəbəkələrdəki rəsmi səhifələri sizə yardımçı ola bilər. Bu məlumatlarla siz müsahibə zamanı “Şirkətimiz haqqında nə bilirsiniz?” sualına asanlıqla cavab verərək, özünüzün məlumat toplamaq qabiliyyətinizi əyani şəkildə göstərmiş olacaqsınız.

  1. Xarici görünüş:

İş müsahibəsindən öncə tez yatın və səhər gumrah yuxudan duraraq, özünüzü səliqəyə salın. Yüksək zümrə vakansiyasına müraciət edirsinizsə CV-zə əlavə etdiyiniz şəkildə kostyum və qalstukdan istifadə etməyin. Kəskin iyə malik ətirlərdən də istifadə etməyin. Bu müsahibə zamanı işəgötürənən bütün diqqətinin yayındıra bilər.

  1. Sizin suallar:

Namizədin müsahibəsinə gəldiyi vakansiyada maraqlı olmasını o öz sualları ilə də göstərə bilər. Yaxşı olar  ki, gündəlik iş gedişatına aid dəqiqləşdirici suallar soruşasınız. İşin yalnız əmək haqqı hissəsilə maraqlanmaq sizin üçün mənfi göstəricidir.

  1. Müsahibənin özü:

İş müsahibəsinə ən azı 5 dəqiqə (ən yaxşısı isə yarım saat) öncədən gəlin. Qətiyyən gecikməyin. Tez gəlib sadəcə gözləmək, gecikməmək üçün 4 ayaq qaçmaqdan daha yaxşıdır. Digər tərəfdən tez gəlməniz sizin punktuallığınızın göstəricisidir. Vaxta dəyər isə hər zaman və hər yerdə üstün tutulan bir qabiliyyətdir.

Müsahibəyə girməmişdən öncə mobil telefonunuzun səsini alın (və ya söndürün). Sizə təklif olunan çay, kofe və ya sudan imtina etməyin, suallara tələsmədən cavab verin. Qətiyyən müsahibə götürənin sözünü  kəsməyin, sualını başa düşdüyünüz halda belə qoyun fikrini tam bitirsin.

Əgər nəyisə başa düşmədinizsə dəqiqləşdirici suallardan istifadə edin. Bəzən müsahibə götürən tərəf özü bilə-bilə mövzunu tam açmayaraq, namizədin buna reaksiyasını və mövzunu necə aydınlaşdırmağa çalışdığını yoxlayır.

Müsahibə sualları və ümumi müddəalar bitdikdən sonra hazırladığınız əlavə sualları verin.

Sonda müsahibə götürən şəxsə vaxt ayırdığı üçün təşəkkür edin və nə zaman və hansı formada müsahibə nəticəsi haqqında məlumat veriləcəyi ilə maraqlanın.

Əgər imkan varsa gələcək iş yeriniz üzrə kiçik bir ekskursiya etmək istədiyinizi söyləyin.

Bütün bu kiçik, ancaq mühim detallara diqqət etməklə, onları yerinə yetirməklə siz uğurlu nəticə əldə edəcəksiniz.

Oxşar məqalələr

Yüksək tələbatı olan 5 yeni peşə

Məcid - 14.11.2018 426
İş axtaranlar üçün şad xəbər, proqnozlara əsasən dünya üzrə kadr (işçi) tələbatı ildə 19% sürətlə artacaq. Bu isə o deməkdir ki, həm ixtisassız işçilər, həm də dünyada sayı az olan mütəxəssislərin iş tapmaq şansı var. Pərakəndə ticarət, səhiyyə...
Davamı

Rəhbərlərin etdiyi 10 əsas səhv

Səbuhi - 19.10.2018 513
Demək olar ki bütün menecerlər bu məqalədə yer alan tez-tez rast gəlinən  səhvləri edirlər. Hər hansı bir liderin ən kritik səhvi - lider olduğunu unutmasıdır. Lider olduğunu unudub, öz səriştəsizliyini nümayiş etdirərək tabeliyindəkilərin işini görməsidir. Burada s&...
Davamı

CV göndərmədən öncə hər bir iş axtaran bunları bilməlidir

Anar - 04.10.2018 520
Heç fərqinə varmısınızmı, ölkəmizdə hansı sahələr üzrə iş axtarılır?! Apardığım müşahidələr və şirkətimizə gələn CV-lərdən anlayıram ki, vəziyyət heç də ürək açan deyil. Namizədlərin çoxu - “təki iş olsun”- deyib CV göndərirlər. Ham...
Davamı

İş müsahibəsi zamanı maraq oyatmağın yolları

Finmarket - 20.06.2018 1441
Namizədlər üçün iş görüşləri olduqca stresli keçsə də İR üçün proses tamamilə fərqlidir. Bəzən gün ərzində bir neçə görüşü eyni vaxtda aparan, həqiqətən fərq yaradan o əməkdaşı axtaran İR mütəxəssisinin diqqətini &cce...
Davamı

Müasir CV növləri: üstünlük və çatışmazlıqlar. II hissə.

Səbuhi - 18.06.2018 732
HİBRİD CV Hibrid tipli CV yuxarıda qeyd etdiyim funksional və xronoloji CV növlərinin struktur hissələrindən ibarətdir və hər ikisinin xüsusiyyətlərini ehtiva edir. Strukturuna daxildir: işaxtaranın məqsədi və tələbi; ümumiləşdirilmiş formada professional bacarıq və nail...
Davamı

Müasir CV növləri: üstünlük və çatışmazlıqlar. I hissə.

Səbuhi - 08.06.2018 713
Zaman və əmək bazarının dinamik inkişafı vərdiş etdiyimiz və dəyişməz hesab etdiyimiz proseslərə öz düzəlişlərini əlavə edir. Uzun illər istifadə etdiyimiz ənənəvi tərcümeyi-halların yerinə gələn müxtəlif formatlı CV-lər müasir trendlərdən biridir. Onlardan ən populyar ol...
Davamı

İş görüşməsində harada səhv etmiş ola bilərsiniz?

Finmarket - 07.06.2018 878
İş müraciəti etmisiniz, ancaq müsahibə dəvəti gəlmir, iş görüşməsinə gedirsiniz, amma yenidən itirib-axtaran yoxdur, yaxud "Yaxşı, bu dəfə oldu!" deyilsə də işə qəbul edilmirsiniz, bütün kənar faktorların xaricində, bəlkə də, bir şeyləri yoxdur, ya da siz səhv...
Davamı

"Keyfiyətli rekrutinq" silsiləsindən. Satıcı.

Səbuhi - 07.06.2018 333
SATIŞ MÜTƏXƏSSİSİ Məqalədə satış şöbəsinə işçi seçimində hansı məqamlara fikir vermək lazım olduğu haqda məlumat veriləcək. Məqalə həm rekruterlər həm də satış seqmentində karyera qurmaq istəyən kəslər üçün faydalı informasiyanı özündə əks etdiri...
Davamı

"Keyfiyyətli rekrutinq" silsiləsindən. Düzgün proqramçı.

Səbuhi - 07.06.2018 460
ÖN SÖZ Salam, Hörmətli oxucular! Sizə təqdim edəcəyim məqalə istər işəgötürən istərsə də işaxtaranların faydalana biləcəyi məlumat və fikirləri özündə birləşdirən “Keyfiyyətli rekrutinq” adı altında yazdığım məqalə seriyasının bir hissəsidir. Hər bir...
Davamı

Maaş bazarlığında nələrə diqqət etməlisiz?

Finmarket - 06.06.2018 416
Müsahibələrdə maaş gözləntisi haqqında danışmaq asan olmaya bilər. İşəgötürənin təklifini hərtərəfli qiymətləndirmək və səmərəli danışıqlar aparmaq bu mərhələdə çox vacibdir. Çünki ya yüksək məbləğ söyləyib işi əldən verə bilər və ya daha aşağı masala...
Davamı