İş elanının düzgün tərtibatı və optimal namizədlərin cəlb edilməsi haqqında

Səbuhi Məmmədəliyev05.06.2018 477

Keyfiyyətli yazılmış iş elanı bizə bir çox üstünlük verir:

  • Əksər uyğun olmayan namizədlər dərhal aradan qaldırılır
  • "Lazımsız" müsahibələrin təşkili və aparılması üçün vaxt və səy sərf etmirsiniz
  • Səylərinizi optimal namizədlərə yönəldə bilərsiniz və həqiqi inciləri seçmək imkanını qazanacaqsınız.

Ümumən elana dair akademik tələblər bir və ya iki deyil, beynəlxalq standartlar, çoxluğun qəbul etdiyi ümumi şərtlər və müxtəlif üslubiyyət formaları mövcuddur. Bunlardan fikrimcə mühüm rol oynayan bir neçə meyyarı sizə təqdim edirəm:

AYDINLIQ

Elan mətnində qeyri-müəyyənliklər varsa bu pis hal sayılır.

Vakansiyanın elan edilməsi son dərəcə aydın və sadə olmalıdır.

Namizədləri müəyyən peşə bacarıqları ilə necə cəlb etmək olar?

Məsələn, Word və Excel ilə işləmək bacarığına malik bir ofis menecerinə ehtiyacınız varsa, bunu hökmən mütləq tələb kimi qeyd emətk lazımdır. Əks halda uyğun olmayan namizədlər bu bacarıqların vacib olmadığını düşünüb sizin işinizi artıracaqlar.

Əgər sizə qutabçı lazımdırsa, bunu aydın şəkildə olduğu kimi yazın! “Qutab üzrə menecer” və ya “Qutabxana şöbəsinin koordinatoru” tipli yazılardan uzaq durun, belə elanlar namizədləri çaşqınlığa salacaq və siz yenə də lazımsız CV-lərin axını ilə üzləşəcəksiniz.

ŞİRKƏTİN KORPORATİV MƏDƏNİYYƏTİNƏ UYĞUNLUQ

Demək olar ki istənilən şirkət və ya dövlət müəssisəsinin özüəməxsus xarakteri, stili və korporativ mədəniyyəti var.

Bunu vakansiya haqqında elanda da təsvir etmək lazımdır.

Əgər şirkət kifayət qədər ciddi nüfuza malikdirsə, namizədlər bunu elanın yazılma tərzindən hiss etməlidirlər.

Misal üçün:

"Nəhəng ticarət avadanlığının istehsalı və topdan satışı şirkətinin Baş direktoru vəzifəsinə namizəd tələb olunur.

Vəzifələri:

  • Müəssisənin ümumi idarəetməsi (istehsal və topdan satışı).
  • Maliyyə axınlarının idarə edilməsi; büdcə planlaması.
  • Biznes strategiyanın hazırlanması, planlama və hesabatlıq."

Bu sizi maraqlandıran namizədləri cəlb edəcəkdir. Eyni zamanda, yararsız namizədlər özləri ələnəcəklər.

ŞƏFFAFLIQ

Namizədlərin işin xüsusiyyətlərini dəqiq başa düşdüyünə əmin olun.

Onlara hər hansı məqamları, məsələn, hansı vasitələrlə işləmək lazım olduğunu - xüsusi ofis proqramları, dil bilikləri, xüsusi texnika və alətləri izah edin.

Gündəlik vəzifələrin siyahısını təsvir edin.

Bir çox namizəd üçün ezamiyyət və iş qrafiki məsələsi vacib məqamlardır.

Əgər işin xarakteri mütəmadi və ya uzun səfərləri nəzərdə tutursa bu barədə hökmən yazılmalıdır.

Bu çox sayda uyğun olmayan namizədləri dərhal aradan qaldıracaq.

DƏQİQLİK

Çox tez-tez vakansiya elanlarında, qeyri-müəyyən bacarıqların böyük bir siyahısını görə bilərsiniz.

Sanki, şirkət konkret mütəxəssis yox, bütün kadrları əvəzləyəcək universal makina axtarır.

AYRI-SEÇKİLİYƏ YOL VERMƏMƏK

Təəsüflə bildirmək istəyirəm ki, günümüzün trendinə çevrlimiş gender tələblərini elanlarda görmək reallığı ilə üzləşirik. Halbuki normativ aktlarda nəzərdə tutulan konkret siyahılardan savayı hər hansısa peşəyə kişi-qadın müamiləsi edilməməlidir, ciddi qanun pozuntusu sayılır və inzibati məsuliyyət yaradır. Və əgər bir zamanlar gender diskriminasiyası ilə əsasən qadınlar üzləşirdilər sə, bu gün həmin vəziyyətə daha çox kişilər düşür.

Əmin olun ki, işgüzarlıq keyfiyyətinə təsir etməyən istənilən meyyarlar sizə lazım olan kadr tapılması üçün lazımsız baryerə çevriləcək!

 

Səbuhi Məmmədəliyev

Özünü sadəcə bir insan sayır. Əsas missiyası düzgün yaşamaqdır. Məqsədi – cəmiyyətə yardım etməkdir. Psixoloji problemlərdən və stereotiplərdən ətraf mühitin təmizlənməsində tövhə verməyə çalışır. Məqalələri

Oxşar məqalələr

CV göndərmədən öncə hər bir iş axtaran bunları bilməlidir

Anar - 04.10.2018 167
Heç fərqinə varmısınızmı, ölkəmizdə hansı sahələr üzrə iş axtarılır?! Apardığım müşahidələr və şirkətimizə gələn CV-lərdən anlayıram ki, vəziyyət heç də ürək açan deyil. Namizədlərin çoxu - “təki iş olsun”- deyib CV göndərirlər. Ham...
Davamı

İş axtarışı haqqında vacib məsləhətlər

Finmarket - 20.06.2018 673
20 uğursuz iş müsahibəsindən sonra fikirləşirsiniz ki, “sevimli corablarınızın” bəxtinizə heç bir müsbət təsiri yoxdur. Əgər indiyənə qədər arzusunda olduğunuz bacarıqlarınıza uyğun iş tapmamısınızsa, demək nəyisə düz etmirsiniz. Axtarış metodunuzda səhv var. Həmişə...
Davamı

İş müsahibəsi zamanı maraq oyatmağın yolları

Finmarket - 20.06.2018 976
Namizədlər üçün iş görüşləri olduqca stresli keçsə də İR üçün proses tamamilə fərqlidir. Bəzən gün ərzində bir neçə görüşü eyni vaxtda aparan, həqiqətən fərq yaradan o əməkdaşı axtaran İR mütəxəssisinin diqqətini &cce...
Davamı

Müasir CV növləri: üstünlük və çatışmazlıqlar. II hissə.

Səbuhi - 18.06.2018 562
HİBRİD CV Hibrid tipli CV yuxarıda qeyd etdiyim funksional və xronoloji CV növlərinin struktur hissələrindən ibarətdir və hər ikisinin xüsusiyyətlərini ehtiva edir. Strukturuna daxildir: işaxtaranın məqsədi və tələbi; ümumiləşdirilmiş formada professional bacarıq və nail...
Davamı

Müasir CV növləri: üstünlük və çatışmazlıqlar. I hissə.

Səbuhi - 08.06.2018 547
Zaman və əmək bazarının dinamik inkişafı vərdiş etdiyimiz və dəyişməz hesab etdiyimiz proseslərə öz düzəlişlərini əlavə edir. Uzun illər istifadə etdiyimiz ənənəvi tərcümeyi-halların yerinə gələn müxtəlif formatlı CV-lər müasir trendlərdən biridir. Onlardan ən populyar ol...
Davamı

İş görüşməsində harada səhv etmiş ola bilərsiniz?

Finmarket - 07.06.2018 676
İş müraciəti etmisiniz, ancaq müsahibə dəvəti gəlmir, iş görüşməsinə gedirsiniz, amma yenidən itirib-axtaran yoxdur, yaxud "Yaxşı, bu dəfə oldu!" deyilsə də işə qəbul edilmirsiniz, bütün kənar faktorların xaricində, bəlkə də, bir şeyləri yoxdur, ya da siz səhv...
Davamı

"Keyfiyətli rekrutinq" silsiləsindən. Satıcı.

Səbuhi - 07.06.2018 258
SATIŞ MÜTƏXƏSSİSİ Məqalədə satış şöbəsinə işçi seçimində hansı məqamlara fikir vermək lazım olduğu haqda məlumat veriləcək. Məqalə həm rekruterlər həm də satış seqmentində karyera qurmaq istəyən kəslər üçün faydalı informasiyanı özündə əks etdiri...
Davamı

"Keyfiyyətli rekrutinq" silsiləsindən. Düzgün proqramçı.

Səbuhi - 07.06.2018 378
ÖN SÖZ Salam, Hörmətli oxucular! Sizə təqdim edəcəyim məqalə istər işəgötürən istərsə də işaxtaranların faydalana biləcəyi məlumat və fikirləri özündə birləşdirən “Keyfiyyətli rekrutinq” adı altında yazdığım məqalə seriyasının bir hissəsidir. Hər bir...
Davamı

Maaş bazarlığında nələrə diqqət etməlisiz?

Finmarket - 06.06.2018 326
Müsahibələrdə maaş gözləntisi haqqında danışmaq asan olmaya bilər. İşəgötürənin təklifini hərtərəfli qiymətləndirmək və səmərəli danışıqlar aparmaq bu mərhələdə çox vacibdir. Çünki ya yüksək məbləğ söyləyib işi əldən verə bilər və ya daha aşağı masala...
Davamı

CV-lərdə geniş yayılmış 10 səhv

Finmarket - 05.06.2018 742
Əgər siz yaxşı bir vakansiyaya müraciət etmək istəyirsinizsə, CV-zə qarşı mümkün qədər diqqətlə yanaşmalısınız, çünki bu sənəd sizin simanızı, bilik və bacarıqlarınızı təqdim edən əsas sənəddir.  İnsan resursları (İR/HR) əməkdaşı ilə sizin (namizəd) aranızda ilkin ...
Davamı