İş görüşməsində harada səhv etmiş ola bilərsiniz?

Finmarket 07.06.2018 677

İş müraciəti etmisiniz, ancaq müsahibə dəvəti gəlmir, iş görüşməsinə gedirsiniz, amma yenidən itirib-axtaran yoxdur, yaxud "Yaxşı, bu dəfə oldu!" deyilsə də işə qəbul edilmirsiniz, bütün kənar faktorların xaricində, bəlkə də, bir şeyləri yoxdur, ya da siz səhv etmiş ola bilərsiniz.

İş axtarma müddəti uzandıqca bir çox namizəd ümidsizliyə qapılır və motivasiyasını itirir. Lakin iş axtarışı prosesinin uzanmasında sizdən asılı olmayan bir çox amillər də ola bilər. Sektordakı çətinliklər, gərgin rəqabət mühiti, iqtisadi səbəblər və daha artığı ... Bütün bu faktorlarla yanaşı iş axtarışı müddətinizin gərəyindən çox uzandığını düşünür və boşuna avar çəkdiyiniz hissinə qapılırsınızsa, bəlkə də, CV-nizə, ərizənizə yenidən göz gəzdirməyinizdə, yaxud baxış bucağınızı dəyişdirməkdə fayda var.

CV və ərizənizi yenidən yoxladınızmı?

İş axtarma prosesində biz əvvəllər yazdığımız məqalələrdə CV-nin əhəmiyyətini qeyd etmişdik. Harada səhv etdiyinizi və ya CV-nizi necə dəstəkləyəcəyinizi görmək üçün CV-nizi tənqidi bir gözlə yenidən gözdən keçirin. Tərcümeyi-halınızı hazırlayarkən daha ümumi və ya daha şablon görünən bölümlər daha özünəməxsus hala gətirə bilir və rəqiblərinizdən fərqli olan məqamları vurğulayaraq tərcümeyi-halınızı daha maraqlı edə bilərsiniz. Bununla yanaşı, iş müraciətinizdə yazdığınız ərizənin şablon olmamasına ayrıca cəhd göstərin. Ərizənizdə CV-nizdə yer alan məlumatları təkrar etmək yerinə, o işi ələ keçirmək üçün bir fürsət yarandığını görərək hərəkət etməlisiniz.

Fürsətlərə hazırsınızmı?

Gözləməyi üstün tutub, önlərinə çıxan fürsətləri görə bilməmək də namizədlərin iş axtarışı müddətində etdiyi səhvlər arasında yer alır. Qətiyyətinizin, gözləntilərinizin və ya meyarlarınıza olması təbiidir, ancaq bu vəziyyət bəzən önünüzə çıxan fürsətləri qaçırmağınıza səbəb ola bilər. Məsələn, namizədlərin əksəriyyəti böyük şirkətlərdə işləməyə meyllidir, buna görə də digər fürsətləri görmək istəmirlər. Belə olan halda təcrübə qazanmaq və bir şirkətin daxili işlərini görmək imkanını əldən verirlər. Bunun əvəzinə, həqiqətən, nəyi istəmədiyinizə qərar verərək hərəkət edin və qarşınıza çıxan fürsətləri dərin-dərin araşdıraraq şansınızı artırın.

Sizi yenidən axtarmırlar?

İş axtarışı müddətində iş müraciəti etmisiniz, iş görüşməsinə də getmisiniz, ancaq sizi yenidən itirib-axtaran yoxdur. Deməli, iş görüşməsinə getməzdən əvvəl lazım olduğu qədər hazırlaşmamısınız, ya da görüşdə fərqində olmadan səhvlər etmisiniz. İş görüşmələrində verilən suallardan, mütəxəssisin qarşısındakı davranışınızdan, təcrübələrinizi izah etmə üslubunuza, sektor və müraciət etdiyiniz mövqe haqqındakı məlumatlarınıza qədər hər şeyin bir bütün olaraq ələ alacağınızı yaddan çıxarmayın. Müsahibədə uğurlu olmaq üçün hazırlıq prosesində əksiklərinizi düzəldin və mövqeyə olan uygunluğunuzu qarşı tərəfə tam mənasıyla izah edin.

Son görüşmədəmi çıxdaş olunursunuz?

Namizədlər əsasən ilk müsahibələri uğurla başa çatdırır; danışıqlar yekun mərhələyə çatdıqda işə alınmadıqları üzə çıxır. Mövqeyə olan uyğunluğunu və işi bacara biləcəyinə görüşdüyü mütəxəssisi inandırmaq mərhələsində olan bir çox namizəd son anda bəzi səbəblər ucbatından çıxdaş olunur. Bunun nəticəsində isə namizədlər ümidsizliyə qapılmaqla  yanaşı, heç bir irəliləyişə nail olmadığını düşünərək motivasiyasını itirir. Ancaq edilən müraciətlərdə və iş görüşmələrində hələ nəticənin əldə olunmaması prosesin həmişə eyni şəkildə olacağı mənasına gəlməz.

Bu səbəblə həmişəkindən daha rəqabətli mühitin mövcud olduğunu unutmayın. Səbirli olmaq iş tapmağın ən əhəmiyyətli faktorlarından biridir. Prosesin əvvəlindən sonuna qədər səbirli davranaraq, uğursuz olan müsahibələrdəki səhvləri aşkar edib, səhvlərdən dərslər çıxararaq, girilən bütün müsahibələrdə özünüzü ilk dəfə təqdim edirmiş kimi tanıdaraq, əzminizi qoruyaraq və işə olan istəkliliyinizi hər müsahibədə göstərərək uğura nail ola bilərsiniz.

Mənbə: Mehlika Akgün, kariyer.net

Oxşar məqalələr

CV göndərmədən öncə hər bir iş axtaran bunları bilməlidir

Anar - 04.10.2018 167
Heç fərqinə varmısınızmı, ölkəmizdə hansı sahələr üzrə iş axtarılır?! Apardığım müşahidələr və şirkətimizə gələn CV-lərdən anlayıram ki, vəziyyət heç də ürək açan deyil. Namizədlərin çoxu - “təki iş olsun”- deyib CV göndərirlər. Ham...
Davamı

İş axtarışı haqqında vacib məsləhətlər

Finmarket - 20.06.2018 674
20 uğursuz iş müsahibəsindən sonra fikirləşirsiniz ki, “sevimli corablarınızın” bəxtinizə heç bir müsbət təsiri yoxdur. Əgər indiyənə qədər arzusunda olduğunuz bacarıqlarınıza uyğun iş tapmamısınızsa, demək nəyisə düz etmirsiniz. Axtarış metodunuzda səhv var. Həmişə...
Davamı

İş müsahibəsi zamanı maraq oyatmağın yolları

Finmarket - 20.06.2018 977
Namizədlər üçün iş görüşləri olduqca stresli keçsə də İR üçün proses tamamilə fərqlidir. Bəzən gün ərzində bir neçə görüşü eyni vaxtda aparan, həqiqətən fərq yaradan o əməkdaşı axtaran İR mütəxəssisinin diqqətini &cce...
Davamı

Müasir CV növləri: üstünlük və çatışmazlıqlar. II hissə.

Səbuhi - 18.06.2018 562
HİBRİD CV Hibrid tipli CV yuxarıda qeyd etdiyim funksional və xronoloji CV növlərinin struktur hissələrindən ibarətdir və hər ikisinin xüsusiyyətlərini ehtiva edir. Strukturuna daxildir: işaxtaranın məqsədi və tələbi; ümumiləşdirilmiş formada professional bacarıq və nail...
Davamı

Müasir CV növləri: üstünlük və çatışmazlıqlar. I hissə.

Səbuhi - 08.06.2018 547
Zaman və əmək bazarının dinamik inkişafı vərdiş etdiyimiz və dəyişməz hesab etdiyimiz proseslərə öz düzəlişlərini əlavə edir. Uzun illər istifadə etdiyimiz ənənəvi tərcümeyi-halların yerinə gələn müxtəlif formatlı CV-lər müasir trendlərdən biridir. Onlardan ən populyar ol...
Davamı

"Keyfiyətli rekrutinq" silsiləsindən. Satıcı.

Səbuhi - 07.06.2018 258
SATIŞ MÜTƏXƏSSİSİ Məqalədə satış şöbəsinə işçi seçimində hansı məqamlara fikir vermək lazım olduğu haqda məlumat veriləcək. Məqalə həm rekruterlər həm də satış seqmentində karyera qurmaq istəyən kəslər üçün faydalı informasiyanı özündə əks etdiri...
Davamı

"Keyfiyyətli rekrutinq" silsiləsindən. Düzgün proqramçı.

Səbuhi - 07.06.2018 378
ÖN SÖZ Salam, Hörmətli oxucular! Sizə təqdim edəcəyim məqalə istər işəgötürən istərsə də işaxtaranların faydalana biləcəyi məlumat və fikirləri özündə birləşdirən “Keyfiyyətli rekrutinq” adı altında yazdığım məqalə seriyasının bir hissəsidir. Hər bir...
Davamı

Maaş bazarlığında nələrə diqqət etməlisiz?

Finmarket - 06.06.2018 326
Müsahibələrdə maaş gözləntisi haqqında danışmaq asan olmaya bilər. İşəgötürənin təklifini hərtərəfli qiymətləndirmək və səmərəli danışıqlar aparmaq bu mərhələdə çox vacibdir. Çünki ya yüksək məbləğ söyləyib işi əldən verə bilər və ya daha aşağı masala...
Davamı

İş elanının düzgün tərtibatı və optimal namizədlərin cəlb edilməsi haqqında

Səbuhi - 05.06.2018 477
Keyfiyyətli yazılmış iş elanı bizə bir çox üstünlük verir: Əksər uyğun olmayan namizədlər dərhal aradan qaldırılır "Lazımsız" müsahibələrin təşkili və aparılması üçün vaxt və səy sərf etmirsiniz Səylərinizi optimal namizədlərə yönə...
Davamı

CV-lərdə geniş yayılmış 10 səhv

Finmarket - 05.06.2018 742
Əgər siz yaxşı bir vakansiyaya müraciət etmək istəyirsinizsə, CV-zə qarşı mümkün qədər diqqətlə yanaşmalısınız, çünki bu sənəd sizin simanızı, bilik və bacarıqlarınızı təqdim edən əsas sənəddir.  İnsan resursları (İR/HR) əməkdaşı ilə sizin (namizəd) aranızda ilkin ...
Davamı