İş müsahibəsi zamanı özünüzü necə aparmalısınız?

Finmarket 24.11.2017 294

Elə vaxt olur ki, əvvəlki iş yeriniz sizi bu və ya digər səbəblərə görə qane etmir. Maaşınız azdır, karyera yüksəlişi gözlənilmir, amma iş yükü hər gün artır, rəhbərliyinizlə uyğunlaşa bilmirsiniz və ya sadəcə başqa şəhərə köçürsünüz.

Sadalananların baş verdiyi istənilən halda yeni iş yeri axtarmaq lazımdır. Nəticədə işçi onlarla fərqli yerlərə CV göndərir və gözləyir. Bir müddət sonra hansısa bir iş yerindən cavab gəlir və sizi müsahibəyə dəvət edirlər. Ancaq müsahibədə siz o qədər həyəcanlanırsınız ki, adi danışıq zamanı da özünüzü yaxşı tərəfdən göstərə bilmirisniz. 

Gəlin razılaşaq ki, belə hal tez-tez baş verir. 

Bu kimi xoşagəlməz halın baş verməməsi üçün siz öncədən həyəcanınız ələ almalı, soyuq məntiqinizlə düşünməli və əmin səs tonunuzla sizə ünvanlanan suallara cavab verməlisiniz. Bütün bunları bilmək və sonda uğurlu nəticəyə nail olmaq üçün aşağıdakı metodlarla yaxından tanış olun.

1.    Müsahibəyə hazırlıq

Özünüzə güvənin:

Sizi iş müsahibəsinə dəvət ediblər. Əvvəlcədən sevinmək və xəyallara dalmaq lazım deyil. Bu, sadəcə, müsahibədir və həmin işə məhz sizin seçiləcəyiniz hələ  dəqiq deyil. Unutmayın ki, müsahibə zamanı uğurun 95% sizin özünüzü necə aparmağınızdan, yerdə qalan 5%  isə dediklərinizdən asılıdır. Sizin istənilən  artıq bir jestiniz, yersiz gülüşünüz başlamaqda olan karyeranızın üzərindən xətt çəkə bilər. 

Təyin olunmuş müsahibəyə qədər əlinizdə olan boş vaxtdan səmərəli istifadə edin. Nə qədər həyəcanlansanız da siz bunu işəgötürənə büruzə verməməlisiniz. Ona görə də müsahibəyə girməmişdən öncə bir neçə dəfə dərindən nəfəs alın və ancaq pozitiv şeylər haqqında düşünün ki, əhval-ruhiyyəniz də pozitiv olsun. 

Müsahibə zamanı nəyi və necə danışdığınıza diqqət edin. Yadda saxlayın ki, işəgötürən sizin nə yox, necə danışdığınızı qiymətləndirir. Əmin səs tonu ilə özünüz və öncəki təcrübəniz haqqında danışsanız bu artıq yaxşı göstəricidir. 

Geyiminizə diqqət edin:

Bundan sonra sizin peşəkar görünüşünüz gəlir. Ona görə də müsahibəyə getməmişdən öncə geyim tərzinizi incələyin. Müsahibə zamanı əyninizdəki geyim rəsmi olmasa da, ciddi olmalıdır. Ona görə də diqqət cəlb edən, rəngli və bər-bəzəkli geyimlərinizdən bir müddətlik imtina edin. Əsasən neytral və ya bir rəng tonlu (ağ-qar-boz) paltarlara üstünlük verin.

Həyəcanınızı ələ ala bildiniz? Düzgün geyim seçdiniz? Keçirik 3-cü məsələyə.

Məlumatlı olun:

Müsahibəyə getməmişdən öncə şirkət haqqında bir qədər məlumat toplayın. Ən azından onun adını “Google”-də axtarsanız minimal məlumatlar əldə etmiş olacaqsınız. Müsahibə zamanı hər bir işəgötürən potensial yeni işçisinin gəldiyi şirkət haqqında məlumatlı olduğunu xoşlayır. Bu, onu göstərir ki, nəyəsə başlamamışdan öncə onu araşdırırsınız. Müsahibəsinə gəldiyiniz şirkətin tam adını, rəsmi veb-saytını,  fəaliyyət  tarixini və s. bu kimi xırda, amma önəmli detalları biləsiniz bu sizin üçüncü müsbət göstəricidir.

2.    Müsahibə günü

Punktuallıq sizin yoldaşınızdır:

Müsahibə günü vaxtınızı elə bölün ki, müsahibəyə, heç olmasa, 15 dəqiqə qabaqcadan çatasınız. Əgər gedəcəyiniz ünvan sizə tanış deyilsə, həmin yeri bir gün öncədən axtarıb tapsanız yaxşı olar. Müsahibəyə gecikmək heç bir halda məsləhət görülmür. İşəgötürən özü gecikə bilər, lakin siz (fövqəladə hallar istisna olmaqla) gecikməməlisiniz. Tez gəlib ofisdə müsahibə vaxtınızı gözləmək, haradasa tıxacda ilişməkdən və ya küçə-küçə gəzib filan ünvanı axtarmaqdan yaxşıdır. 

3.    Müsahibə ərzində:

•    Gülümsəyin, çünki təbəssüm sizin haqqınızda müsbət fikir formalaşdırır.

•    Səs tonunuza fikir verin. Çox ucadan və ya çox aşağı tonla danışmaq olmaz. Özünüzə əminliyinizi itirməyin və gündəlik danışıq tonunuzda söhbəti davam etdirin. 

•    Əl hərəkətlərinizə fikir verin. İşəgötürən qarşısında əllərinizlə artıq hərəkətlər etməyin, kənar əşyaları oynatmayın. Bunu etməmək üçün yaxşı olar ki, əllərinizi masa və ya ayaqlarınızın üzərinə qoyasınız ki, onları heç kəs görməsin. 

•    İşəgötürənlə göz kontaktını itirməyin. Müsahibə zamanı istənilən kəslə söhbət etdikdə onun üzünə baxmağa çalışın. 

•    İşəgötürənin sualına cavab verəndən sonra arada pauza yarandı. Bundan qorxmayın, belə halda siz işəgötürənə nəsə kiçik sual verə bilərsiniz. Məsələn, ofis neçə mərtəbədir? Bura təzə köçmüsünüzmü? Ümumiyyətlə, şirkətin nə qədər işçisi var? 

•    Cavab verməmişdən öncə sizə ünvanlanmış saulı diqqətlə düşünün, başa düşün və sonra cavab verin.

•    Sizə verilmiş sualda nəyisə başa düşmədiyinizdə nağıl danışmayın, ən yaxşısı, sadəcə, sualın birdə təkrar edilməsini xahiş edin. Əgər işəgötürən tərəfə sizin bu və ya digər keyfiyyət, yaxud bacarığınız maraqlandırsa o, mütləq həmin mövzu ətrafında əlavə suallar verəcək.

•    Qarşı tərəfin sözünü kəsməməyə çalışın.

•    Keçmiş iş yerinizin sirrlərinin və ya orada mövcud nəsə xoşagəlməz halı açıb təfərrüatı ilə danışmayın. Bu, çox mənfi göstəricidir. Bunu etsəniz işgötürəndə fikir formalaşa bilər ki, siz iş sirrlərini saxlaya bilmirsiniz və sabah digər bir iş yerinə keçəndə burada olan hər şeyi açıb danışacaqsınız. 

Oxşar məqalələr

Yüksək tələbatı olan 5 yeni peşə

Məcid - 14.11.2018 421
İş axtaranlar üçün şad xəbər, proqnozlara əsasən dünya üzrə kadr (işçi) tələbatı ildə 19% sürətlə artacaq. Bu isə o deməkdir ki, həm ixtisassız işçilər, həm də dünyada sayı az olan mütəxəssislərin iş tapmaq şansı var. Pərakəndə ticarət, səhiyyə...
Davamı

Rəhbərlərin etdiyi 10 əsas səhv

Səbuhi - 19.10.2018 511
Demək olar ki bütün menecerlər bu məqalədə yer alan tez-tez rast gəlinən  səhvləri edirlər. Hər hansı bir liderin ən kritik səhvi - lider olduğunu unutmasıdır. Lider olduğunu unudub, öz səriştəsizliyini nümayiş etdirərək tabeliyindəkilərin işini görməsidir. Burada s&...
Davamı

CV göndərmədən öncə hər bir iş axtaran bunları bilməlidir

Anar - 04.10.2018 513
Heç fərqinə varmısınızmı, ölkəmizdə hansı sahələr üzrə iş axtarılır?! Apardığım müşahidələr və şirkətimizə gələn CV-lərdən anlayıram ki, vəziyyət heç də ürək açan deyil. Namizədlərin çoxu - “təki iş olsun”- deyib CV göndərirlər. Ham...
Davamı

İş axtarışı haqqında vacib məsləhətlər

Finmarket - 20.06.2018 846
20 uğursuz iş müsahibəsindən sonra fikirləşirsiniz ki, “sevimli corablarınızın” bəxtinizə heç bir müsbət təsiri yoxdur. Əgər indiyənə qədər arzusunda olduğunuz bacarıqlarınıza uyğun iş tapmamısınızsa, demək nəyisə düz etmirsiniz. Axtarış metodunuzda səhv var. Həmişə...
Davamı

İş müsahibəsi zamanı maraq oyatmağın yolları

Finmarket - 20.06.2018 1426
Namizədlər üçün iş görüşləri olduqca stresli keçsə də İR üçün proses tamamilə fərqlidir. Bəzən gün ərzində bir neçə görüşü eyni vaxtda aparan, həqiqətən fərq yaradan o əməkdaşı axtaran İR mütəxəssisinin diqqətini &cce...
Davamı

Müasir CV növləri: üstünlük və çatışmazlıqlar. II hissə.

Səbuhi - 18.06.2018 728
HİBRİD CV Hibrid tipli CV yuxarıda qeyd etdiyim funksional və xronoloji CV növlərinin struktur hissələrindən ibarətdir və hər ikisinin xüsusiyyətlərini ehtiva edir. Strukturuna daxildir: işaxtaranın məqsədi və tələbi; ümumiləşdirilmiş formada professional bacarıq və nail...
Davamı

Müasir CV növləri: üstünlük və çatışmazlıqlar. I hissə.

Səbuhi - 08.06.2018 708
Zaman və əmək bazarının dinamik inkişafı vərdiş etdiyimiz və dəyişməz hesab etdiyimiz proseslərə öz düzəlişlərini əlavə edir. Uzun illər istifadə etdiyimiz ənənəvi tərcümeyi-halların yerinə gələn müxtəlif formatlı CV-lər müasir trendlərdən biridir. Onlardan ən populyar ol...
Davamı

İş görüşməsində harada səhv etmiş ola bilərsiniz?

Finmarket - 07.06.2018 874
İş müraciəti etmisiniz, ancaq müsahibə dəvəti gəlmir, iş görüşməsinə gedirsiniz, amma yenidən itirib-axtaran yoxdur, yaxud "Yaxşı, bu dəfə oldu!" deyilsə də işə qəbul edilmirsiniz, bütün kənar faktorların xaricində, bəlkə də, bir şeyləri yoxdur, ya da siz səhv...
Davamı

"Keyfiyətli rekrutinq" silsiləsindən. Satıcı.

Səbuhi - 07.06.2018 332
SATIŞ MÜTƏXƏSSİSİ Məqalədə satış şöbəsinə işçi seçimində hansı məqamlara fikir vermək lazım olduğu haqda məlumat veriləcək. Məqalə həm rekruterlər həm də satış seqmentində karyera qurmaq istəyən kəslər üçün faydalı informasiyanı özündə əks etdiri...
Davamı

"Keyfiyyətli rekrutinq" silsiləsindən. Düzgün proqramçı.

Səbuhi - 07.06.2018 457
ÖN SÖZ Salam, Hörmətli oxucular! Sizə təqdim edəcəyim məqalə istər işəgötürən istərsə də işaxtaranların faydalana biləcəyi məlumat və fikirləri özündə birləşdirən “Keyfiyyətli rekrutinq” adı altında yazdığım məqalə seriyasının bir hissəsidir. Hər bir...
Davamı