İş tapmaqda sizə yardımçı olacaq 10 məsləhət

Finmarket 27.11.2017 222

Siz yeni iş yeri axtarırısınız? Öz bacarıqlarınıza uyğun işi tapmaq üçün nə etmək lazımdır? Sizi açıq vakansiyasına qəbul edəcək şirkəti necə tapmaq olar?

Aşağıda təqdim etdiyimiz 10 məsələhətlə yaxından tanış olmaqla yeni iş axtarışını, harada və necə etməli olduğunuzu, bu istiqamətdə əlaqələrinizdən necə səmərəli istifadə edə biləcəyinizi, iş müsahibəsinə hazırlıq və  müsahibədə davranış metodlarını öyərənəcəksiniz.

1. Dəqiq vakansiyalar təqdim edən resurslardan istifadə edin

İlk olaraq özünüz üçün müəyyən edin ki, hansı işdə çalışmaq istəyirsiniz. Bunu aydınlaşdırandan sonra ən yaxşı (fərqli seçim imkanı) təqdim edən işədüzəltmə saytlarına göz gəzdirin, bəlkə,  arzularınızın işi orada gizlənib? Bundan ötrü sosial şəbəkələri və xəbər saytlarını da arabir izləyin. Dövlət qurumlarının da rəsmi veb-saytları yadınızdan çıxmasın. Eyni zamanda, hər hansısa bir işədüzəltmə şirkəti ilə də əlaqə qurun. Qoy onlar da arzularınızın vakansiyasının tapılmasında sizə yardımçı olsunlar.

2. Özünüzə uyğun vakansiya axtarın

Yeni iş axtarışında qarşınıza çıxan hər vakansiyaya müraciət etməyin. Bu sizin şəxsi peşəkarlıq səviyyənizin aşağı olduğunu göstərir. Onlayn axtarış alətlərindən düzgün istifadə edin. İş təklif edən saytlarda öz maraq və istəklərinizə uyğun açar sözlərdən istifadə edərək, sizə uyğun vakansiyanı tapa bilərsiniz. Kriteriyalar seçməklə axtarışı daha da dəqiqləşdirə bilərsiniz. Bundan əlavə başqa ərazilərdə də (şəhər, rayon və ya qonşu ölkə) iş imkanları ilə tanış olun. Bəlkə, axtarışında olduğunuz iş sizi sərhədin o tayında gözləyir?

3. Öz peşəkarlığınızı qurun

Linkedin və digər iş şəbəkələrində özünüzə profil açın. Öz şəxsiyyətinizi müsbət brendə çevirib, təqdim edə bilsəniz bir sıra İnsan resursları (İR) şöbələrinin əməkdaşları və digər işəgötürənlər sizi axtaracaqlar. Bu addımla siz özünüzün iş mühitinə nə qədər uyğun və hazır olduğunuzu  nümayiş etdirirsiniz.

4. Peşəkarlığınızı təbliğ edin

İş şəbəkələri və digərlərindən özünüzə səhifə açandan sonra onlardan istifadə etməyə başlayın. Siyahınızda olan bütün əlaqələrinizlə münasibət saxlayın, çünki bilmək olmaz, bəlkə, onlarda biri nə vaxtsa sizə hər hansısa bir işi təklif etdi, ya da sizin kimi işçi axtarışında olan dostu ilə tanış etdi.

5. İş axtarışında müxtəlif cihazlardan, vasitələrindən istifadə edin

Telefon, planşet və ya kompüteriniz üzərindən müxtəlif proqram və tətbiqlər vasitəsilə iş axtarışı həyata keçirə bilərsiniz. Onlardan istifadə edərək iş axtararkən vaxtınızı düzgün planlaşdırmış olacaqsınız. Bir neçə sadə addım və budur yeni vakansiyalar bir başa sizin e-poçta gəlir. Əlavə olaraq hansısa veb-sayta girmək də lazım deyil.

6. İşləmək arzusunda olduğunuz şirkətlərin siyahısını tutun

Həmişə işləməyi arzuladığınız şirkətlərin siyahısı varınızdırmı? Yoxdursa onu yaratmağın zamanı gəlib çatdı. Fəaliyyətini bəyəndiyiniz bir neçə şirkətdə iş imkanlarını araşdırın və öz CV-nizi onlara inteqrasiya edin. Sizə maraqlı olan bütün informasiya internetdə mövcuddur və potensial iş yerlərini tapmaq elə də çətin deyil.

7. Öz CV və müşayət məktubunuza vaxt ayırın

İşəgötürən tərəf sizin bu və ya digər bilik və bacarığa sahib olduğunuzu necə bilə bilər? Siz bunu öncədən işəgötürənə göstərməlisiniz. Bunun üçün də sizin yaxşı CV və  müşayət məktubunuzun olması mütləq şərtdir. Ona görə də işə müraciət etməmişdən öncə CV-nizi və müşayət məktubunuzu təkmilləşdirməyə vaxt ayırın. CV-niz sizin bacarıqlarınızı tam əks etdirməlidir, müşayət məktubu isə niyə məhz sizin bu vakansiyaya uyğun olduğunuzu izah etməlidir.

8. İş müsahibəsinə hazır olun

İş müsahibəsinə qədər olan vaxtınızdan səmərəli istifadə edib, müsahibəyə hazırlaşın. Müsahibəyə hazırlıqlı getmək onu uğurla keçməyinizə yardımçı olacaq. Müsahibəyə yollanmamışdan öncə sizi dəvət edən şirkət haqqında məlumat toplayın, səliqəli geyinin, müsahibə zamanı sizə veriləcəyini təxmin etdiyiniz suallara cavablarınızı hazırlayın. Mümkün üstünlük və risklərinizi nəzərə alın. 

9. Nəzakətli olun

Müsahibədən sonra sizinlə söhbət edən İR əməkdaşına(larına) təşəkkür edin ki, onlar sizin namizədliyinizə vaxt ayırdılar. İlk baxışdan belə kiçik detallar (nəzakət qaydaları) sabah sizə əlavə şans (növbəti görüş) imkanı qazandıra bilər.

10. Sizə təklif olunan işi qəbul və ya imtina etməyə tələsməyin

Sizə müsahibəsində olduğunuz işi təklif edəndə çox vacibdir ki, siz dərhal “hə” və  ya “yox” deməyəsiniz. İR əməkdaşından, heç olmasa, bir neçə saatlıq vaxt istəyin ki, təkliflə bağlı düşünülmüş qərar verə biləsiniz. Siz sizə təklif olunan işi qəbul etməyə də bilərsiniz, unutmayın, bu, sizin hüququnuzdur, lakin təklifdən imtinanı da mümkün qədər nəzakətlə etmək lazımdır.

Oxşar məqalələr

CV göndərmədən öncə hər bir iş axtaran bunları bilməlidir

Anar - 04.10.2018 167
Heç fərqinə varmısınızmı, ölkəmizdə hansı sahələr üzrə iş axtarılır?! Apardığım müşahidələr və şirkətimizə gələn CV-lərdən anlayıram ki, vəziyyət heç də ürək açan deyil. Namizədlərin çoxu - “təki iş olsun”- deyib CV göndərirlər. Ham...
Davamı

İş axtarışı haqqında vacib məsləhətlər

Finmarket - 20.06.2018 673
20 uğursuz iş müsahibəsindən sonra fikirləşirsiniz ki, “sevimli corablarınızın” bəxtinizə heç bir müsbət təsiri yoxdur. Əgər indiyənə qədər arzusunda olduğunuz bacarıqlarınıza uyğun iş tapmamısınızsa, demək nəyisə düz etmirsiniz. Axtarış metodunuzda səhv var. Həmişə...
Davamı

İş müsahibəsi zamanı maraq oyatmağın yolları

Finmarket - 20.06.2018 976
Namizədlər üçün iş görüşləri olduqca stresli keçsə də İR üçün proses tamamilə fərqlidir. Bəzən gün ərzində bir neçə görüşü eyni vaxtda aparan, həqiqətən fərq yaradan o əməkdaşı axtaran İR mütəxəssisinin diqqətini &cce...
Davamı

Müasir CV növləri: üstünlük və çatışmazlıqlar. II hissə.

Səbuhi - 18.06.2018 562
HİBRİD CV Hibrid tipli CV yuxarıda qeyd etdiyim funksional və xronoloji CV növlərinin struktur hissələrindən ibarətdir və hər ikisinin xüsusiyyətlərini ehtiva edir. Strukturuna daxildir: işaxtaranın məqsədi və tələbi; ümumiləşdirilmiş formada professional bacarıq və nail...
Davamı

Müasir CV növləri: üstünlük və çatışmazlıqlar. I hissə.

Səbuhi - 08.06.2018 546
Zaman və əmək bazarının dinamik inkişafı vərdiş etdiyimiz və dəyişməz hesab etdiyimiz proseslərə öz düzəlişlərini əlavə edir. Uzun illər istifadə etdiyimiz ənənəvi tərcümeyi-halların yerinə gələn müxtəlif formatlı CV-lər müasir trendlərdən biridir. Onlardan ən populyar ol...
Davamı

İş görüşməsində harada səhv etmiş ola bilərsiniz?

Finmarket - 07.06.2018 675
İş müraciəti etmisiniz, ancaq müsahibə dəvəti gəlmir, iş görüşməsinə gedirsiniz, amma yenidən itirib-axtaran yoxdur, yaxud "Yaxşı, bu dəfə oldu!" deyilsə də işə qəbul edilmirsiniz, bütün kənar faktorların xaricində, bəlkə də, bir şeyləri yoxdur, ya da siz səhv...
Davamı

"Keyfiyətli rekrutinq" silsiləsindən. Satıcı.

Səbuhi - 07.06.2018 257
SATIŞ MÜTƏXƏSSİSİ Məqalədə satış şöbəsinə işçi seçimində hansı məqamlara fikir vermək lazım olduğu haqda məlumat veriləcək. Məqalə həm rekruterlər həm də satış seqmentində karyera qurmaq istəyən kəslər üçün faydalı informasiyanı özündə əks etdiri...
Davamı

"Keyfiyyətli rekrutinq" silsiləsindən. Düzgün proqramçı.

Səbuhi - 07.06.2018 377
ÖN SÖZ Salam, Hörmətli oxucular! Sizə təqdim edəcəyim məqalə istər işəgötürən istərsə də işaxtaranların faydalana biləcəyi məlumat və fikirləri özündə birləşdirən “Keyfiyyətli rekrutinq” adı altında yazdığım məqalə seriyasının bir hissəsidir. Hər bir...
Davamı

Maaş bazarlığında nələrə diqqət etməlisiz?

Finmarket - 06.06.2018 326
Müsahibələrdə maaş gözləntisi haqqında danışmaq asan olmaya bilər. İşəgötürənin təklifini hərtərəfli qiymətləndirmək və səmərəli danışıqlar aparmaq bu mərhələdə çox vacibdir. Çünki ya yüksək məbləğ söyləyib işi əldən verə bilər və ya daha aşağı masala...
Davamı

İş elanının düzgün tərtibatı və optimal namizədlərin cəlb edilməsi haqqında

Səbuhi - 05.06.2018 476
Keyfiyyətli yazılmış iş elanı bizə bir çox üstünlük verir: Əksər uyğun olmayan namizədlər dərhal aradan qaldırılır "Lazımsız" müsahibələrin təşkili və aparılması üçün vaxt və səy sərf etmirsiniz Səylərinizi optimal namizədlərə yönə...
Davamı