2017-ci ilin əsas “İnstaqram” ulduzları kimlərdir?

Finmarket 30.11.2017 187

“İnstaqram” sosial şəbəkəsi geridə qoymağa hazırlaşdığımız ilin yekunlarını təqdim edib. 

“İnstaqram”ın ən məşhuru bu il yenidən müğənni Selena Qomes oldu. Onun səhifəsini 130 milyon insan izləyir. Qomesdən sonra ikinci yerdə futbolçu Kriştianu Ronaldu qərarlaşıb. Onu 116 milyon insan izləyir. Müğənni Ariana Qrande isə 3-cüdür. Onun 115 milyon izləyicisi var. 

 

 

“Real”ın ulduzu eyni zamanda bu ilin ən məşhur videosunun da müəllifidir. Onun oğlu ilə “Bugatti Chiron” sürməsi təqribən 20 milyon dəfə izlənilib. 

Ən çox “like” yığan şəkil isə müğənni Beyonsa məxsusdur. Pop-ulduzun hamiləlik şəkli 11 milyondan çox “like” toplayıb. 

 

 

Geolokasiyasına görə “İnstaqram”da ən çox şəkil çəkilən şəhərlər arasında Nyu-York birinci, London isə ikinci yerdə qərarlaşıb. 3-cü yeri isə Moskva tutub.  

2017-ci ilin əsas həştəqi #Love sözü olub. #Fashion və #Photooftheday həştəqləri də populyarlıqlarına görə ardıcıl olaraq 2-ci və 3-cü olublar. Bu ilin ən məşhur heyvanı isə Ciffa adlı Pomeran şpitsi olub. Bu balaca itin gündəlik həyatını 7 milyondan çox adam izləyir.

 

 
 

 

Oxşar məqalələr