28 mayın qeyri-adi hadisələri

Aqşin Yenisey29.05.2018 796

Dünən 28 may idi. 100 il əvvəl ilk dəfə bu gün Qafqaz dağları Rusiyadan əsən küləklərin yolunu kəsdi. Qafqazda yaşayan xalqların üzünə, nəhayət ki, tale deyil, tarix güldü, müvəqqəti də olsa...

Avropanın bitdiyi, Asiyanın başladığı torpaqlarda adı Azərbaycan olan parlamentar bir respublika quruldu, müsəlman dünyasında bir ilk!

Bu gün Ankarada oturub Azərbaycanda cümhuriyyət təntənəsini izləyə-izləyə tarixdə bu gün baş vermiş digər qeyri-adi hadisələri xatırlamağa çalışıram; məsələn, oxuduqlarımdan yadıma düşür ki, 1987-ci ilin 28 may günündə o vaxt Qərbi Almaniyadan olan bir pilot kiçik təyyarəsi ilə Sovet İttifaqının hava sərhədini fit verər-verə keçərək Qızıl Meydana enib və Sovet İmperiyasını bütün dünyaya güldürmüşdü.

Yaxud 1959-cu ildə ABŞ tərəfindən kosmosa göndərilən iki meymun sağ-salamat dünyaya qayıdıb, Darvini yada salmadan üstüörtülü şəkildə göstərmişdilər ki, insanlar həmişə meymunların cəsurluğuna borclu olacaqlar.

1902-ci ilin mayında isə elm adamı Tomas Edison ilk batareyanı kəşf etdi və belə deyək, enerjini bərəkətə çevirdi.

Təbii ki, dünyada 28 mayda baş vermiş maraqlı hadisələr bununla bitmir, ancaq bir hadisə var ki, onun haqqında bir az geniş yazmaq lazımdır.

Gözü ayağının altını görməyən filosof

Qədim Yunanıstanın ilk filosofu sayılan miletli Fales (e.ə. 7-6-cı əsr) haqqında yayılmış bir rəvayətə görə, bir gün göy üzündəki ulduzları müşahidə edən Fales qarşısındakı quyunu görməyib içinə düşür. Onu bu vəziyyətdə görən bir kəndli qızı quyudakı Falesin halına rişxənd edərək şaqqanaq çəkib gülür.  Fales əsəbiləşib onunla məzələnən qıza altdan-yuxarı dişinin dibindən çıxanı deyir, amma qəzəbi sakitləşdikdən sonra quyunun dibində oturub öz-özünü məzəmmətləyir: "Göy üzündəki ulduzları görürəm, amma burdan-bura önümdəki quyunu görə bilmədim, tfu!.." 

Böyük düşünən bütün insanların həyatı bu cür kiçik səhvlərlə doludur.

Bu hadisə həqiqətən olubmu-olmayıbmı, önəmli deyil, vacib olan bu hadisənin nəzəriyyə ilə praktika arasında əlaqənin mövcudluğuna dair sonsuz fəlsəfi mübahisələrə bir nümunə olmasıdır; doğrudan da, ayağının altını görməyib quyuya düşən bir adamın ulduzları öyrənməsinin nə əhəmiyyəti var? Özünə umac ova bilməyənin başqasına kəsdiyi əriştənin nə dadı olacaq? Amma...

Qanlı müharibəni bir kəlməsi ilə sülhə çevirən Fales 

Bu sualın cavabını da riyaziyyatçı-astronom, filosof Fales özü vermişdir; həm də çox astronomik bir cavab. Lidiyalılarla Farslar arasındakı uzun illər davam edən bir müharibə zamanı, eramızdan əvvəl 28 may 585-ci ildə, (yəni 2603 il əvvəl) Fales günəşin tutulacağını qabaqcadan bildirmiş və bu hadisəni “tanrılar bizim müharibə aparmağımızı istəmir” şəklində yozan hər iki tərəfin kralı sülh müqaviləsi imzalamağa razı olmuşlar.

Başqa bir yunan filosofu Herodot bu barədə belə yazır: "Altıncı əsrdə, Lidiyalar və Farslar bir-biriləri ilə vuruşduqları zaman, döyüş başladıqdan az sonra elə böyük bir hay-həşir qopdu ki, gündüz birdən-birə gecəyə döndü. Gündüzün gecəyə çevriləcəyini  Miletli Fales qabaqcadan söyləmişdi”.

Fales günəşin tutulacağını hardan bilirdi? Məlum olduğu kimi qədim Babildə Günəş tutulmasını qabaqcadan öyrənməyə imkan verən “Saros Periodu” adlı bir cədvəl tərtib etmişdilər, Fales öz zəmanəsinin elmi mərkəzləri kimi tanınan Mesopotamiyaya və Misirə səfərləri zamanı bunu öyrənmişdi. O, Misirdə eramızdan əvvəl 603-ci ildəki Günəş tutulmasını ya şəxsən görmüş, ya da misirlilərdən eşitmişdi. Beləliklə, 18 il 11 gün sonra başqa bir tutulmanın olacağını hesablamaq olardı və Fales bu dəfə tutulmanın eramızdan əvvəl 585-ci ilin 28 mayına təsadüf edəcəyini dəqiqləşdirmişdi.Ulduzlara baxa-baxa quyuya düşən və kəndli bir qız tərəfindən gülüş obyektinə çevrilən Falesin bu astronomik uzaqgörənliyi sayəsində bir müharibənin qarşısı alındı, ancaq elmin inkişafı nəticəsində ötən əsrdə iki dünya müharibəsinin baş verdiyini də unutmamalıyıq. Bu iki müharibənin qanını elmin ağ köynəyinə yaxmaq doğru deyil, ona görə ki, yaşadığımız dünyada Falesə gülənlərin sayı Faleslərin sayından həmişə qat-qat çox olub; həm bizim eramızdan əvvəl, həm bizim erada, həm də güman ki, bizim eradan sonra da çox olacaq.

P.S. Finmarket.az saytında mənə ayrılmış bu yerdə hər həftə sizə elmi, texnoloji, tibbi, yaradıcı və s. yeniliklər haqqında yazacağam. İlk yazımız tarixi bir günə təsadüf etdiyi üçün bu dəfə yaddaşımı və yaddaşınızı təzələmək istədim. 

Aqşin Yenisey

“Sizin eradan əvvəl”, “Cənnətdə terror aksiyası”, “Məbədin sükutu” və başqa bir neçə kitabın müəllifidir. Qanuna ibadət, vicdana itaət edən hər bir insanı müqəddəs hesab edir. Məqalələri

Oxşar məqalələr

Çirkli avtomobil üzərində şəkil çəkmək sənəti və ya Texas üsülu ilə suya qənayət.

Səbuhi - 10.10.2018 99
Texaslı rəssam Skot Veyd (Scott Wade) sübut etdi ki, çirkli avtomobillər gözəl sənət əsərləri yaratmaq üçün kətan rolunu oynayır. Bu sənətin ustası olmaq üçün, sənətkar bir çox sınaq və səhvlərdən keçərək, müxtəlif alətlər və fırl...
Davamı

Azərbaycan insanının 2 əsas problemi...

Nihad - 01.10.2018 69
  Problemlərimizin çox olduğunu düşünürəm,ancaq onlardan bəziləri daha geniş miqyaslıdır və insanların həyat tərzlərinə və ümumilikdə həyatlarına daha çox təsirlidir. Azərbaycan insanının yaşadığı 2 əsas problemi qeyd etmək istəyirəm! Bu 2 problemin müə...
Davamı

İnsan Yupiterə enə bilərlərmi?

Məcid - 26.09.2018 166
Bu və ya digər planeti dərindən və dəqiq tətqiq etməyin ən yaxşı yolu onun üzərinə enməkdir. Məhz bu kimi tətqiqatları aparmaq üçün insanlar Ay, Venera, Mars Saturnun peyki olan Titana kosmik aparatlar göndəriblər. Lakin Günəş sistemimizdə heç vaxt dəqiq tət...
Davamı

Salamat qal

Dilşad - 24.09.2018 536
... Xəyalıma gətirməkdə aciz olduğum üzünü, hər gün, bəlkədə yüzlərlə adam görür, işdə, mağazada, metroda, küçədə, qonaqlıqda, hər yerdə...adicə qarşılaşıb gedirlər. Biz də qarşılaşdıq... Gözləmədiyim anda, gözləmədiyim  məkanda... Bax...
Davamı

Terrora ikili yanaşma və ona verilən dövlət dəstəyi

Ramid - 20.09.2018 339
Maraqlıdır ki, son zamanlar münaqişlərin ümumi təhlilinə nəzər yetirsək görürük ki, münaqişə prosesində bir çox hallarda mübarizə metodu kimi terror aktlarından istifadəyə üstünlük verilir. Bunu yaradan səbəblər nədir? Terror nədən mübari...
Davamı

Demokratiyanın növləri: Fərdiləşməyən şey cəmiyyətləşə bilməz

Aqşin - 20.09.2018 494
Əlbəttə, bu gün dünyada kimdən soruşsaq ki, idarəçilikdə “nəyin olmasını istəyirdiniz?” “Demokratiya” deyə cavab verəcək. Çünki verdiyi bircə “səs”lə hər kəs hakimiyyət orqanlarında təmsil olunmaq istəyir. Ancaq biz sualımızın ikinci h...
Davamı

Qədim İudeyadan çağdaş Azərbaycana uzanan yol

Aqşin - 01.09.2018 591
İtaət etməyi sevən xalq yoxdur, savadsız xalq var. Sözümüzün üstündə Sezar kimi mərd-mərdanə dayanmaq üçün günümüzün beynəlmiləl qorxularından uzaqlaşıb tarixin hələ də bizdən daha canlı görünən qədimliyinə üz tutacağı...
Davamı

Oyanış...

Nihad - 30.08.2018 127
Oxuyun... Mütləq oxuyun. Fərqi yoxdur hansı mövzüdür, hansı kitabdır. Olduğunuz mərhələyə uyğun birini seçin və oxuyun. Nə qədər çox oxudum, bir o qədər baş verə biləcək hadisələrə hazır oldum və nə qədər az oxudum, bir o qədər hamı kimi düşünməyə başladım...
Davamı

Bu uşaq kimə oxşadı belə?

Aqşin - 20.07.2018 834
Dünya və onun bir parçası olmaq istəyən Azərbaycan ədəbiyyatında belə bir hakim fikir var ki, dünya zaydır və heç vaxt düzəlməyəcək. Orta əsrləri əhatə edən “Qaranlıq çağ” adından da göründüyü kimi qaranlıq ideyaların çağı id...
Davamı

Axundovlar “rus trolları” idimi? Yaxud milli məktəbin olmaması

Aqşin - 10.07.2018 767
Bu günlərdə “İstək” liseyləri bağladıldı. Bu liseylərdə təhsil alan şagirdlərin və onların valideynlərinin həyəcanını anlayaraq, deyim ki, “İstək” məktəbləri də, uzaq keçmişin mədrəsələri, yaxın keçmişin “uşkol”ları kimi “yerli məhsul&rdqu...
Davamı