7 vizasız ölkə sizi qonaq gözləyir

Məcid Musayev17.06.2018 1587

Bəzən elə məqam olur ki, əlinizdəki hər şeyi atıb, uzanan üfiq qədər uzağa getmək istəyirsiniz.  Bu səyahət etmək ruhunuzun sizə olan çağırışıdır. Ancaq istirahət üçün harasa səyahət etmək istəyi viza əldə etmək üçün bu və ya digər ölkə səfirliyindəki növbələri, bir qovluq sənədlərin yığılması və s. düşünən kimi puç olur. Ona görədə Azərbaycan pasportu ilə vizasız səyahət edə biləcəyiniz 7 fərqli ölkəni sizin diqqətinizə çatdırırıq. Bu ölkələr haqqında çox eşitmisiniz, amma bu dəfə onlara fərqli baxış bucağında bir nəzər salaq. 

Lvov (Ukrayna)

Qədim küçələr, kofe və şokolad ətri, rəngbərəng evlər isə elə bil nağıl kitabındandırlar. Heyif ki, bir çox azərbaycanlı turistlər bu şəhərdən yan keçirlər. Lvov şərq – qərb mədəniyyətlərinin kəsişdiyi unikal şəhərdir. Bazar meydanı, şəhər ratuşası, Strıy parkı, 18-ci əsr muzey-apteki və bütün günü gəzə biləcəyiniz dar küçələr bunlar hamısı sizi gözləyir. Başa düşdüyünüz kimi Lvov elə də böyük şəhər olmasa da, gəzib-görüləsi bir çox yeri mövcuddur. Bura səyahət etsəniz “Lviv Chocolate Factory”nin istehsalı olan şokolad məmulatlarından və ya “Leopolis” dadlı suvenirlərindən almağı unutmayın. 

Kapadokiya (Türkiyə)

Heç kəsə sirr deyil ki, azərbaycanlı turistlər Turkiyəni Bakı-Sumqayıt yoluna döndəriblər, ancaq standart İstanbul və ya Antalyadan başqa bu dəfə Türkiyəni tam fərqli, ekstremal tərəfdən kəşf edib. Aeronavtika ilə yaxından tanış olmağa nə deyirsiniz? Bu sizin diqqətinizi cəlb etdisə yolunuzu Kapadokiyaya salın. 

Qazla dolmuş hava balonunda uçmaq ancaq ilk bir neçə dəqiqədə qorxulu gəlir, daha sonra siz bu həzn ucuşdan həzz alacaqsınız. İnanın ki, Kapadokiyada hava balonunda uçumaq sizə bir bədən emosiya və bir yaddaş kartı şəkillər bəxş edəcək.  

Bu ideyanın reallaşdırılması aprel – oktyabr ayları ən yaxşı vaxtdır, ancaq yenə də uçuş günündən öncə bir neçə dəfə hava şəraitini yoxlayın. Deyilən görə məşhur rejissor Corc Lukası “Ulduz müharibələri: Yeni ümid” filminin çəkilişinə yerli mənzərələr ilhamlandırıb. Hava səyahətindən sonra Görəmə Milli Parkına (açıq hava altında muzey) baş çəkin, yerin altında yerləşən Dərinquyu və Kaymaklı kimi qədim, şəhərləri görün. 

Səmərqənd (Özbəkistan)

Şairlərin “Şərqin incisi”, “Könül bağçası”, “Dünya aynası” və başqa adlarla xitab etdiklər, dünyanın ən qədim şəhərlərindən biri sizi gözləyir. Müasir günümüzdə belə Səmərqənd özünün qədim məscid, türbə və mədrəsələrini qoruyub saxlayıb. Sizi tarix maraqlandırırsa Səmərqəndə ilk olaraq Qur-Əmir (Tamerlan) türbəsinə daha sonra Registan meydanına, ordan Şahı Zinda kompleksinə və son olaraq Ulubəy rəsədxanasına baş çəkə bilərsiniz. Səmərqdin gözəl və sərin bağlarında gəzmək, əl naxışları ilə bəzədilmiş, çini qablarda təravətli çaydan içmək və əsl özbək plovunun dadına baxmaq yadınızdan çıxmasın.

Cakarta (İndoneziya) 

Asiyanı bütün rəngarəngliyilə görmək istəyirsinizsə Cakartaya səyahət edə bilərsiniz. Bu Asiya qitəsinin (daha dəqiq desək Cənub-Şərqi Asiyanın) meqapolislərindən birirdir. Burada nəhəng ticarət mərkəzləri, balaca muzeylərlə qapı qoşudurlar və ya nəhəng göydələnlərin düz yanında qədim tarixi abidələrə rast gəlmək olar. Cakartaya çatıb, otelinizdə istirahətdən sonra bir başa şəhərin tarixi hissəsi olan Kota Tuaya yollanın. Səyahətiniz ərzində etnoqrafik miniatürlər parkı olan Tamam-Minini ziyarət etmək üçün mütləq bir gün ayırın. 

Rəngarəng velosipedlərdən birində Müstəqillik Meydanını fırlanın, elə buradaca 132 metr hündürlüyündə olan Monas abidəsini görə biləcəksiniz. Tamaya İsmail Narzuki kopleksinə gedin. Yerli istehsal məhsulları olan milli paltarlardan özünüzə nəsə alın və əlbəttə yerli kofenin dadına baxmağı da unutmayın. Səyahətinizin bitməsinə hələ bir neçə gününüz qalıbsa cənnət adaları halqası adlanan Bali, Lombok və Qili Travanqana da baş çəkin. 

Belqrad (Serbiya) 

Dəfələrlə dağıdılan, lakin sonra yenidən tikilən Belqrad şəhərinin də turistlərə təklif edə biləcəyi bir çox gəzməli-görməli yerləri var. Mərkəzi küçələrdə gəzintinin sonunda Belqrad qalasına (Kalemeydan parkına) çatacaqsınız. Sava və Dunay çaylarının kəsişmə mənzərəsilə bura əsl piknik yeridir. Daha sonra Milli rəsədxanaya və ya məşhur alim Nikola Teslanın ev muzeyinə baş çəkin. 

Bundan əlavə Belqradda ucuz qiymətə ləzzətli yeməklər dada biləcəyiniz yerlər çoxdur. Belqrad ət yeyənin cənnətidir. Mütləq Balkan steykı adlanan – pleskavitsanın dadına baxın.

Minsk (Belarus) 

Sovet monumentalizmi memarlıq üslubunun qədim pravoslav kilsələr və rəngarəng qrafitilərlə bir araya gəldiyi şəhərə xoş gəlmisiniz.  Bu şəhər sizi sakitliyi, yaşıllıqların bolluğu və qədim tarixi tikililərilə valeh edəcək. 

Musiqi sevərlərin çoxsu Minski seçirlər, çünki məşhur Avropa və Amerika musiqiçilərinin iştirakı ilə keçirilən festivallarda Minskdə artıq bir ənənədir. İlin 4 fəslində Minskdə müxtəlif konsertlərin şahidi olmaq olar. 

Belarus milli kitabxanası isə yerə enmiş kosmik gəmini xatırladır. Hal – hazırda kitabxana Minskın müasir rəmzi kimi tanınır və turistlər arasında məşhur olan məkanlardan birinə çevrilib.

Nha Tranq (Nyaçanq) (Vyetnam) 

Əsrarəngiz gözəlliyə malik olan ağ qumlu çimərliklər, kakos-palmalarının yetişdiyi laqunalar və acı əriştəli şorba sizi gözləyir. Vyetnamın məxsusi şərq mədəniyyəti ocağı olmağına baxmayaraq, ölkənin bəzi şəhərləri sizə Fransanı memarlığı ilə təəccübləndirə bilər. Dağlıq ərazidə yerləşən Dalat şəhərində siz şəlaləri və Parisdəki Eyfel qülləsinin analoqunu görə bilərsiniz. Eyni zamanda futuristik ağac içində tikilmiş unikal otel də burada yerləşir. Onu da ziyarət etməyi tövsiyyə edirik. 

Burada ac qalmaq şansınız yoxdur. Yerli şirniyyatlar, məşhur Vyetnam burgeri olan “Banmi”, təzə dəniz məhsulları (bazarda bəzilərini hətta diri-diri seçə bilərsiniz) və unikal eqzotik meyvələr. Həqiqi eqzotik mətbəx axtarışındasınızsa bu şəhərdə tısbağa, straus, timsah və ilah ətinin dadına da baxa bilərsiniz. 

Qeyd:

Qısamüddətli səfər üçün Vyetnama vizasız giriş izni olan Rusiya vətəndaşlarından fərqli olaraq Azərbaycanlı turistlər üçün Vyetnam elektron visa tədbiq edir. Vytenama viza əvvəlcədən elektron dəvət əsasında (15-20 ABŞ dolları arası) alınır, daha sonra hava limanına çatdıqda dəvətlə birlikdə 25 ABŞ dolları viza rüsumu ödəməklə əldə edilir. Elektron dəvət əsasında viza verilən hava limanları: Hanoi (HAN), Haiophong (PHP), Da Nang (DAD), Cam Ranh (CXR) və Ho Chi Minh (SGN). (Redaksiya)

 
Mənbə: bakuafisha.az
 
Məcid Musayev

Oxatan bürcündən olan Məcid bütün dünyanı səyahət etmək arzusundadır. Pasport, miqrasiya və Hi-Tech mövzularında xəbərlərlə maraqlanırsınızsa bizim çoxbilmişi izləyin. Məqalələri

Oxşar məqalələr

Çin yüksək sürətli sualtı dəmir yolu inşa edəcək

Məcid - 03.12.2018 49
Çin ölkəni əhatə edən yüksək sürətli dəmir yolları şəbəkəsini genişləndirməyə davam edir. Rəmsi Pekinin verdiyi son açıqlamaya görə hökumət Şanxaydan cənubunda yerləşən Ninbo liman-şəhərini, ölkənin qərb sahilləri, Çjouşan arxipelaqı ilə birləşdirəc...
Davamı

Maldivdə ilk sualtı hotel istifadəyə verilib

Məcid - 27.11.2018 70
Sualtı balıqları saatlarca izləmək və onlara maksimum yaxın olmaq üçün artıq fantastik filmlərin qəhrəmanlarından biri olmağa ehtiyac yoxdur.  Maldiv adalarında daha dəqiq desək Ranqali adasında açılmış ilk sualtı hotel öz qonaqlarına bu imkanı yaradır. Sadəcə ik...
Davamı

İmmiqrasiya üçün 5 ən yaxşı ölkə

Məcid - 21.11.2018 195
1) Heç vaxt müstəmləkə olmamış ölkə Tayland (Tay) xalqı fəxr edir ki, onların vətəni Cənub-Şərqi Asiyada avropalıların müstəmləkəsi olmamış yeganə ölkədir. Digər tərəfdən bu gün Tayland kimi ekzotik məkanı görməyə gələn milyonlarla turistləri nəzərə alsaq, prose...
Davamı

Cənnət adalarının yanında zibil dağları

Məcid - 16.11.2018 90
Elə bilirsiniz ki, turizm mərkəzi olan dövlətin (ərazinin) heç bir problemi yoxdur? Tam əksinə, turizm sektorunun hər zaman əks tərəfi (təsiri) var. Bu mövzuda turizm cənnəti hesab edilən Maldiv adalarını, daha konkret desək Maldivin Tilafuşi adasının adını çəkə bilərik.&n...
Davamı

Vizasız səyahət üçün ən yaxşı pasport hansıdır?

Məcid - 15.11.2018 220
Səyahət etmək imkanı böyük bir azadlıqdır, lakin səyahət zamanı bu və ya digər viza tələblərindən asılı olmamağı ən böyük azadlıqlardan biri adlandıra bilərik. Buna görə də bəzi ölkələrin pasportları öz daşıyıcısına daha geniş (səyahət azadlığı) imkanlar təqdim edi...
Davamı

Super VIP bank kartları

Məcid - 12.11.2018 56
Müasir dövrümüzdə bir çoxumuzun pul qabında plastik bank kartları var. Bəzi ölkələrdə belə kartlar vasitəsilə nəğdsiz ödəniş çox az yayılıb, bəzilərində isə bank kartlarıdan istifadə və onlar üzərində xidmət olduqca məşhurdur. Lakin sərvətlərinin həc...
Davamı

Makedoniyaya səyahət zamanı görməli olduğunuz 10 yer 

Məcid - 29.10.2018 154
Balaca, lakin qürurlu Makedoniya Keçmiş Yuqoslaviyanın tərkibində olmuş Makedoniya Respublikası indi müstəqil dövlət olaraq, Balkan yarımadasının təqribən mərkəzində yerləşir. Makedoniyanı elə də zəngin və ya güclü dövlət adlandırmaq olmaz. Bir tərəfdən ö...
Davamı

Dünyanın 15 ən yaxşı çimərlikləri məlum oldu

Məcid - 26.10.2018 123
Mərkəzi Asiya üzrə məşhur olan https://www.tripadvisor.ru/ turizm saytı istifadəçilərin (turist-səyyahlar) rəyləri əsasında dünyanın ən yaxşı 25 çimərliklərini müəyyən edib. 15. Anse Latsio / Praslen adası, Seyşel adaları Şüşə kimi şəffaf, isti su, ağacların k&o...
Davamı

Ordusuz güclü, neft və qızılsız zəngin olan İslandiya

Məcid - 22.10.2018 212
Ordusuz güclü, neft və qızılsız zəngin olan İslandiya Ordusu olmayan bir dövlət təssəvür edin. Bundan əlavə həmin dövlətin nə neft, nə də qızıl yataqları yoxdur. Yanına tam pulsuz təhsil və enerji sistemini əlavə edin. Bu ölkədə sakinlər gecələr qapılarını bağlamırla...
Davamı

Avropa İttifaqı pasportunu itirmək astanasında olan Böyük Britaniya

Məcid - 16.10.2018 98
Avropa İttifaqı pasportunu itirmək astanasında olan Böyük Britaniya Avropa İttifaqına (Aİ) üzv dövlətlərin vətəndaşlığı (pasportu) öz sahibinə bir çox imtiyazlar qazandırır. Onlar arasında ən önəmlisi Aİ pasportu sahibinə təşkilata üzv 27 ölkəyə (və ...
Davamı