Afina – tarix və əyləncə şəhəri.

Məcid Musayev29.05.2018 486

7000 ildən artıq tarixə malik Afinanın mərkəzində Likantos yüksəkliyi və onun üzərində Akropol yerləşir. Bu yüksəklik praktiki olaraq şəhərin bütün nöqtələrindən görünür. Bu yerdə ilk sarayları hələ eramızdan əvvəl 14-cü əsrdə mikenalılar tikiblər. Dara işğalları dövründə (eramızdan əvvəl 1200-cü il) digər mikena mərkəzlərindən fərqli olaraq, Afina tərk edilmədi.  Nəticədə bu gün afinalılar təmiz ionik nəslin davamçıları olduqları ilə fəxr edirlər. Afinanln qədim dövrlərdə Korinf, Fivlər və ya Sparta qədər böyük və qüdrətli olmamağına baxmayaraq, məhz Afina ellin xalqının mərkəzi qəbul edilir. Məhz bura demokratiya və elmin beşiyi hesab edilir. Məhz Afinada ilk fəlsəfə və incəsənət məktəbləri formalaşıb.

Afina da daxil, Balkan yarımadasının Osmanlı İmpersiyasının tərkibinə daxil olması da şəhərin qədim abidələrinə zərər vurub. Akropol Osmanlı paşasının iqamətgahı kimi istifadə olunurdu. Məşhur Parfenon isə məscidə çevrilmişdir. Ancaq nə qədər qəribə olsa da məhz buna görə həmin abidələr müasir dövrümüzə qədər gəlib çıxa biliblər. 

1821-1834-cü illərin qanlı üsyanlarından sonra Afina müstəqilliyini əldə etdikdə şəhərdə cəmi 5000 adamım yaşadağı şəhərin 3-də 2-i dağıdılmışdır. 1834-cü ildə yeni kral Otto paytaxtı Nafpliondan Afinaya köçürdü. Şəhərin yeni paytaxt kimi əhəmiyyətinin və əhalisinin artmasına bu addım ciddi təsir göstərdi. Bundan sonra uzun illər boyunca Afina bir şəhər kim heç bir plan olmadan (pərakəndə şəkildə) genişlənməyə başladı. Plansız genişlənmənin nəticəsini elə bu gündə görmək mümkündür. 

1960-cı ildə Böyük Afina Pendelikon və Parnis dağları arasında bütün vadini əhatə edirdi. Nəticədə bu gündə qalmaq da olan dar küçələr, sıx evlər və əsasən şəhərin mərkəzində yerləşən muzey və tarixi abidələr hələ də milyonlarla turistləri Afinaya cəlb edir. 

Afinada əyləncə:

Afinaya gələn turistləri ilk baxışdan ağ və boz rənglərdə, durğun şəhərin çox rəngarəng həyata malik olması təəccübləndirir. Qızmar günəş altındakı şəhər axşamlar tamamilə dəyişir. Bir çox kafe və barlar səhərə qədər müştəri qəbul edirlər. Əyləncə məkanlarının menyularında milli yunan mətbəxi böyük rola malikdir, eyni zamanda yunanlar öz milli musiqələrini və bu musiqini canlı ifa edənləri çox sevirlər. Bu da öz növbəsində yunan mədəniyyətilə tanış olmaq istəyən turistlər üçün əsl bayramdır. Yay aylarında turistlərdən heç də geri qalmayan yerli əhali axşamları müxtəlif əyləncə məkanlarında keçirirlər. Fərq etməz açıq hava altındakı kafelər, çimərlik qırağındakı restoranlar, teatr tamaşaları və ya digər festivallar bunlar hamısı sizə həyatın yunanların gözündə necə olduğunu göstərəcək. 

Ən dəbdəli və davamlı gecə proqramları təqdim edən kafe və barlar Afinanın Psiri, Tissio, Qazi və Ruf rayonlarında yerləşirdər. Eyni zamanda sahil boyu Falirona və Varkiz rayonlarında da fərqli əyləncə təklif edən klublar var. Plaka rayonun dar küçələrində yerli kaloritə malik, canlı musiqi ilə turist cəlb edən kiçik kafelər və ya Omonia meydanında yerləşən hündürmərtəbəli binlar arasında olan müasir restoran və kafelər sizi gözləyir. 

Qeyd etmək lazımdır ki, geniş ictimai nəqliyyat sisteminə malik şəhər bu və ya digər məntəqə asanlıqla çatmağınıza yardımçı olacaq. Afinada avtobus, trolleybus, tramvay və metro nəqliyyatı mövcuddur. 

Afinanın turist departamenti (ofisi)

Yunanıstan Milli Turist Ofisinin mərkəzi informasiya departamenti (gnto.gr) Amalias 26 küçəsində yerləşir. Departament həftə içi 5 gün saat 9:00-dan 19:00-a qədər işləyir. Şənbə və Bazar günlərində isə saat 10:00-dan 16:00-a qədər işləyir. Əlaqə nömrəsi: (210) 331-03-92.

Departamenti pulsuz olaraq Afinanın turist xəritlərini əldə etmək, bu və ya digər turistik səyahətinizlə bağlı məsləhət əldə etmək mümkündür. Bundan əlavə departament Afinanın əsas turistik obyektlərinin işləmə saatı və günləri haqqında son məlumatı sizin diqqətinizə çatdıra bilər. Şəhərin mərkəzində yerləşən departamentin daha biri Afinanın Elefterios Venizelos hava limanında da fəaliyyət göstərir. 

Məcid Musayev

Oxatan bürcündən olan Məcid bütün dünyanı səyahət etmək arzusundadır. Pasport, miqrasiya və Hi-Tech mövzularında xəbərlərlə maraqlanırsınızsa bizim çoxbilmişi izləyin. Məqalələri

Oxşar məqalələr

Çin yüksək sürətli sualtı dəmir yolu inşa edəcək

Məcid - 03.12.2018 49
Çin ölkəni əhatə edən yüksək sürətli dəmir yolları şəbəkəsini genişləndirməyə davam edir. Rəmsi Pekinin verdiyi son açıqlamaya görə hökumət Şanxaydan cənubunda yerləşən Ninbo liman-şəhərini, ölkənin qərb sahilləri, Çjouşan arxipelaqı ilə birləşdirəc...
Davamı

Maldivdə ilk sualtı hotel istifadəyə verilib

Məcid - 27.11.2018 70
Sualtı balıqları saatlarca izləmək və onlara maksimum yaxın olmaq üçün artıq fantastik filmlərin qəhrəmanlarından biri olmağa ehtiyac yoxdur.  Maldiv adalarında daha dəqiq desək Ranqali adasında açılmış ilk sualtı hotel öz qonaqlarına bu imkanı yaradır. Sadəcə ik...
Davamı

İmmiqrasiya üçün 5 ən yaxşı ölkə

Məcid - 21.11.2018 195
1) Heç vaxt müstəmləkə olmamış ölkə Tayland (Tay) xalqı fəxr edir ki, onların vətəni Cənub-Şərqi Asiyada avropalıların müstəmləkəsi olmamış yeganə ölkədir. Digər tərəfdən bu gün Tayland kimi ekzotik məkanı görməyə gələn milyonlarla turistləri nəzərə alsaq, prose...
Davamı

Cənnət adalarının yanında zibil dağları

Məcid - 16.11.2018 90
Elə bilirsiniz ki, turizm mərkəzi olan dövlətin (ərazinin) heç bir problemi yoxdur? Tam əksinə, turizm sektorunun hər zaman əks tərəfi (təsiri) var. Bu mövzuda turizm cənnəti hesab edilən Maldiv adalarını, daha konkret desək Maldivin Tilafuşi adasının adını çəkə bilərik.&n...
Davamı

Vizasız səyahət üçün ən yaxşı pasport hansıdır?

Məcid - 15.11.2018 220
Səyahət etmək imkanı böyük bir azadlıqdır, lakin səyahət zamanı bu və ya digər viza tələblərindən asılı olmamağı ən böyük azadlıqlardan biri adlandıra bilərik. Buna görə də bəzi ölkələrin pasportları öz daşıyıcısına daha geniş (səyahət azadlığı) imkanlar təqdim edi...
Davamı

Super VIP bank kartları

Məcid - 12.11.2018 56
Müasir dövrümüzdə bir çoxumuzun pul qabında plastik bank kartları var. Bəzi ölkələrdə belə kartlar vasitəsilə nəğdsiz ödəniş çox az yayılıb, bəzilərində isə bank kartlarıdan istifadə və onlar üzərində xidmət olduqca məşhurdur. Lakin sərvətlərinin həc...
Davamı

Makedoniyaya səyahət zamanı görməli olduğunuz 10 yer 

Məcid - 29.10.2018 154
Balaca, lakin qürurlu Makedoniya Keçmiş Yuqoslaviyanın tərkibində olmuş Makedoniya Respublikası indi müstəqil dövlət olaraq, Balkan yarımadasının təqribən mərkəzində yerləşir. Makedoniyanı elə də zəngin və ya güclü dövlət adlandırmaq olmaz. Bir tərəfdən ö...
Davamı

Dünyanın 15 ən yaxşı çimərlikləri məlum oldu

Məcid - 26.10.2018 123
Mərkəzi Asiya üzrə məşhur olan https://www.tripadvisor.ru/ turizm saytı istifadəçilərin (turist-səyyahlar) rəyləri əsasında dünyanın ən yaxşı 25 çimərliklərini müəyyən edib. 15. Anse Latsio / Praslen adası, Seyşel adaları Şüşə kimi şəffaf, isti su, ağacların k&o...
Davamı

Ordusuz güclü, neft və qızılsız zəngin olan İslandiya

Məcid - 22.10.2018 212
Ordusuz güclü, neft və qızılsız zəngin olan İslandiya Ordusu olmayan bir dövlət təssəvür edin. Bundan əlavə həmin dövlətin nə neft, nə də qızıl yataqları yoxdur. Yanına tam pulsuz təhsil və enerji sistemini əlavə edin. Bu ölkədə sakinlər gecələr qapılarını bağlamırla...
Davamı

Avropa İttifaqı pasportunu itirmək astanasında olan Böyük Britaniya

Məcid - 16.10.2018 98
Avropa İttifaqı pasportunu itirmək astanasında olan Böyük Britaniya Avropa İttifaqına (Aİ) üzv dövlətlərin vətəndaşlığı (pasportu) öz sahibinə bir çox imtiyazlar qazandırır. Onlar arasında ən önəmlisi Aİ pasportu sahibinə təşkilata üzv 27 ölkəyə (və ...
Davamı