Avropa İttifaqı pasportunu itirmək astanasında olan Böyük Britaniya

Məcid Musayev16.10.2018 404

Avropa İttifaqı pasportunu itirmək astanasında olan Böyük Britaniya

Avropa İttifaqına (Aİ) üzv dövlətlərin vətəndaşlığı (pasportu) öz sahibinə bir çox imtiyazlar qazandırır. Onlar arasında ən önəmlisi Aİ pasportu sahibinə təşkilata üzv 27 ölkəyə (və qeyri-Aİ dövlətləri olan Noverç, İsveçrə, İslandiya və Lixtenşteynə) heç bir əlavə viza, icazə sənədi olmadan səyahət etmək, həmin ölkələrdə daimi yaşamaq, işləmək və ya təhsil almaq, hətta pensiyaya çıxmaq hüququ verir. Məhz buna görə də dünyanın zəngin insanlarının, adı qalmaqallardan çəkilməyən məşhur siyasətçilərin əksəriyyətində heç olmasa bir Aİ ölkəsinin pasportu var. 

Aİ-nin təsisçilərindən biri olan Böyük Britaniya daha dəqiq desək krallığın vətəndaşları yaxın gələcəkdə bütün bu imtiyazlardan məhrum olacaqlar. Belə ki, 2019-cu ilin martın 29-da Aİ-dən çıxmaqla milyonlarla Böyük Britaniya pasport sahibləri yeni sərhədlər reallığında yaşamağa başlayacaqlar. 

Ölkənin əsas mətbuat orqanlarının “Brexit” (Böyük Britaniyanın referendum yolu ilə Aİ-dən çıxmağı) adlandırdıqları bu ayrılmanı sıravi vətəndaşlar isə “Böyük itki” adlandırıblar. 

Aİ pasportunu itirəndən sonra

Artıq qeyd etdiyimiz kimi “Brexit”dən sonra Böyük Britaniya vətəndaşları Aİ ərazisi üzrə müstəqil hərəkət, yaşamaq, iş, təhsil və s. hüquqları itirəcəklər. Krallıq Aİ-dən ayrılandan sonra ölkənin pasportu da özünun indiki rəngini (qırmızı) itirərək, əvvəlki (göy) rənginə qayıdacaq. Yeni göy pasportlarla Böyük Britaniya vətəndaşları əvvəlki kimi Aİ dövlətlərinin sərhədlərindən birbaşa yox, əksinə uzun növbələrdən sonra keçəcəklər. 

Göy pasportlu Böyük Britaniya vətəndaşları Avropa qitəsində qanunlarla zəmanətlənmiş yaşamaq, işləmək, təhsil almaq və s. Aİ üzvlərinin hüquqlarından məhrum olacaqlar. Yerli qəzetlər oxucularına “Bunu Böyük Britaniyanın inkişafı adlandırmaq olar?”  başlığıilə silsilə məqalələr ünvanlayıblar.  

Düzdü, Aİ-yə üzv olmadan belə Böyük Britaniya vətəndaşları digər Aİ ölkələrində yaşayıb, işləyib, təhsil ala biləcəklər, lakin bu artıq onlara şamil olunan ayrıca hüquq yox, digər qeyri-Aİ ölkə vətəndaşları üçün nəzərdə tutulmuş ümumi prosedurların yekununda (kağız bürokratiyasından sonra) əldə olunan nəticə olacaq. Buna nostalgiya demək olar, ancaq prosesin yaxın zamanda yenidən real olacağını dərk edəndə hər şey elə də rəngarəng görünmür. 

Bəlkə də Böyük Britaniya vətəndaşları daxili sərhədləri olmayan, vahid məkan Aİ-də yaşamaq icazəsini əldə etmək üçün bütün kağız bürokratiyasına qatlanacaqlar. Məhz buna görə də digər Aİ ölkələrində yaşayan Böyük Britaniya vətəndaşları və əksinə Böyük Britaniyada yaşayan Aİ vətəndaşları hamı öz hüquqlarını dəqiq müəyyən etmək üçün “Brexit”in nəticələrini gözləyirlər.  

Hökumət isə deyir ki,

Ölkənin Baş naziri Tereza Mey sonuncu çıxışlarının birində yeni “Brexit” Miqrasiya Sistemi haqqında məluamt verərək vurğulayıb ki,  Böyük Britaniya Aİ-dən çıxandan sonra sərhədlərinə yalnız  özü nəzərət edəcək. “Bu da ölkəmizə bütün Avropadan nəzarətsiz gəlmə-getmə azadlığına son qoyacaq!”, - deyə Baş nazir bildirib.

Lakin hökumət başçısının bu çıxışı bir çox yerli miqrasiya mütəxəssisləri tərəfindən birmənalı şəkildə qarşılanmayaıb.  Mütəxəssislərin fikrincə Baş nazirin istifadə etdiyi “Avropadan nəzarətsiz gəlmə-getmə azadlığına son qoyacaq!” ifadəsi paralel olaraq Böyük Britaniya vətəndaşları və Britaniya biznesinə mənfi təsir göstərəcək. Çünki bu o deməkdir ki, “Brexit”dən sonra Aİ ölkə vətəndaşlarının krallığa rahat köçüb, işləmək hüququ ləğv olunacaq. Cavabında isə Böyük Britaniya vətəndaşları qonşu Avropa ölkələrinə istirahət və biznes səyahətləri zamanı viza almalı olacaqlar. Viza alınması prosesi isə hər zaman növbə və əlavə viza rüsumları deməkdir. 

Digər tərəfdən mütəxəssislər onu da qeyd edirlər ki, Böyük Britaniyada yaşayıb, işləyən Aİ vətəndaşları ümumi əhalinin cəmi 5% təşkil edirlər. Gəlin razılaşaq ki, bunu “nəzarətsiz miqrasiya” adlandırmaq doğru deyil. Böyük Britaniya ərazisində işləyən Aİ vətəndaşları əksər hallarda yüksək ixtisaslı mütəxəssislərdilər və onlar qanuni işə qəbul olaraq, karllığın iqtisadiyyat və dövlət büdcəsinə hiss olunan qədər ödənişlər keçirir, öz töhfəsini verirlər. Onu da qeyd etmək lazımdır ki, Aİ vətəndaşlarının çalışdığı işlərə uyğun gələn Böyük Britaniya vətəndaşlarının tapılmaması səbəbindən yerli şirkətlər qonşu Avropa ölkələrindən mütəxəssisləri işə dəvət edirlər. Böyük Britaniyada yaşan Aİ vətəndaşlarının yalnız  2% işsizdilər və onlar dövlətdən buna görə işsizlik müavinatı alırlar. Bunu da ölkə iqtisadiyyatının tənəzzülü adalandırmaq gülməlidir.

Sərhədlər məsələsi. Aİ üzvü olanda belə Böyük Britaniyaya gələn və gedən hər kəs dövlət sərhədlərindən keçirdi. Eyni zamanda Böyük Britaniya öz ərazisinə gələn, lakin ölkənin milli təhlükəsizliyinə, səhiyyəsinə və s. təhlükə törədən Aİ vətəndaşını ya ölkəyə buraxmaya, ya da (o artıq ölkə ərazisində olduğu halda) ölkədən deport edə bilərdi. Bu hüquq heç vaxt rəsmi Londonun əlindən alınmamışdır. 

Bu gün Böyük Britaniyanın milyonlarla əmək miqrantına ehtiyacı var, çünki ölkənin əmək birjasındakı boş yerləri dolduracaq Böyük Britaniya vətəndaşları sadəcə yoxdur. Ancaq Baş nazir Tereza Meyin çıxışı onu sübut edir ki, “Brexit”dən sonra digər ölkə vətəndaşlarının krallıq ərazisində işə qəbulu prosesi olduqca çətinləşəcək. Nəticədə Böyük Britaniya vətəndaşları ölkələrinin restoran, otel, ferma və zavodlarında az maaş təklif edən iş yerlərində çalışmaqdan imtina etməyə davam edəcəklər, həmin iş yerləri boş qalacaq və onların sayı ildən-ilə artacaq. Bunun ölkə iqtisadiyyatına müsbət təsir edəcəyini inanırsınız?

Hələ 1942-ci ildə (II Dünya Müharibəsi dövründə) Böyük Britaniyanın Baş naziri Uinston Çörçil özünün xarici işlər katibi Entoni Edenə yazdığı məktubunda bütün səyahətlərə açıq, sərhədsiz Avropa Birləşmiş Dövlətlərini görmək arzusunda olduğunu dilə gətirmişdi.

70 ildən sonra Böyük Britaniya özünü tarixi şəxsiyyəti olan Uinston Çörçilin arzusunu reallığa çevirə bildi, lakin çox az bir zaman bu arzuya sadiq qaldı. 

Bütün sadalananları ümumiləşdirsək aşağıdakı 3 nəticəni əldə edirik:

1.    “Brexit” yeni hüquqlar əldə etmək yox, mövcud hüquqları itirmək deməkdir.
2.    “Brexit” nəticəsində Böyük Britaniya Avropa qitəsindən ayrılmış olacaq.
3.    “Brexit”dən sonra Böyük Birtaniyanın ticarət və səyahət imkanları ciddi şəkildə məhdudlaşacaq və nəticədə ölkə vətəndaşları daha da yoxsullaşa bilərlər. 
 

Məcid Musayev

Oxatan bürcündən olan Məcid bütün dünyanı səyahət etmək arzusundadır. Pasport, miqrasiya və Hi-Tech mövzularında xəbərlərlə maraqlanırsınızsa bizim çoxbilmişi izləyin. Məqalələri

Oxşar məqalələr

Çin yüksək sürətli sualtı dəmir yolu inşa edəcək

Məcid - 03.12.2018 330
Çin ölkəni əhatə edən yüksək sürətli dəmir yolları şəbəkəsini genişləndirməyə davam edir. Rəmsi Pekinin verdiyi son açıqlamaya görə hökumət Şanxaydan cənubunda yerləşən Ninbo liman-şəhərini, ölkənin qərb sahilləri, Çjouşan arxipelaqı ilə birləşdirəc...
Davamı

Maldivdə ilk sualtı hotel istifadəyə verilib

Məcid - 27.11.2018 447
Sualtı balıqları saatlarca izləmək və onlara maksimum yaxın olmaq üçün artıq fantastik filmlərin qəhrəmanlarından biri olmağa ehtiyac yoxdur.  Maldiv adalarında daha dəqiq desək Ranqali adasında açılmış ilk sualtı hotel öz qonaqlarına bu imkanı yaradır. Sadəcə ik...
Davamı

İmmiqrasiya üçün 5 ən yaxşı ölkə

Məcid - 21.11.2018 751
1) Heç vaxt müstəmləkə olmamış ölkə Tayland (Tay) xalqı fəxr edir ki, onların vətəni Cənub-Şərqi Asiyada avropalıların müstəmləkəsi olmamış yeganə ölkədir. Digər tərəfdən bu gün Tayland kimi ekzotik məkanı görməyə gələn milyonlarla turistləri nəzərə alsaq, prose...
Davamı

Cənnət adalarının yanında zibil dağları

Məcid - 16.11.2018 409
Elə bilirsiniz ki, turizm mərkəzi olan dövlətin (ərazinin) heç bir problemi yoxdur? Tam əksinə, turizm sektorunun hər zaman əks tərəfi (təsiri) var. Bu mövzuda turizm cənnəti hesab edilən Maldiv adalarını, daha konkret desək Maldivin Tilafuşi adasının adını çəkə bilərik.&n...
Davamı

Vizasız səyahət üçün ən yaxşı pasport hansıdır?

Məcid - 15.11.2018 678
Səyahət etmək imkanı böyük bir azadlıqdır, lakin səyahət zamanı bu və ya digər viza tələblərindən asılı olmamağı ən böyük azadlıqlardan biri adlandıra bilərik. Buna görə də bəzi ölkələrin pasportları öz daşıyıcısına daha geniş (səyahət azadlığı) imkanlar təqdim edi...
Davamı

Super VIP bank kartları

Məcid - 12.11.2018 339
Müasir dövrümüzdə bir çoxumuzun pul qabında plastik bank kartları var. Bəzi ölkələrdə belə kartlar vasitəsilə nəğdsiz ödəniş çox az yayılıb, bəzilərində isə bank kartlarıdan istifadə və onlar üzərində xidmət olduqca məşhurdur. Lakin sərvətlərinin həc...
Davamı

Makedoniyaya səyahət zamanı görməli olduğunuz 10 yer 

Məcid - 29.10.2018 666
Balaca, lakin qürurlu Makedoniya Keçmiş Yuqoslaviyanın tərkibində olmuş Makedoniya Respublikası indi müstəqil dövlət olaraq, Balkan yarımadasının təqribən mərkəzində yerləşir. Makedoniyanı elə də zəngin və ya güclü dövlət adlandırmaq olmaz. Bir tərəfdən ö...
Davamı

Dünyanın 15 ən yaxşı çimərlikləri məlum oldu

Məcid - 26.10.2018 515
Mərkəzi Asiya üzrə məşhur olan https://www.tripadvisor.ru/ turizm saytı istifadəçilərin (turist-səyyahlar) rəyləri əsasında dünyanın ən yaxşı 25 çimərliklərini müəyyən edib. 15. Anse Latsio / Praslen adası, Seyşel adaları Şüşə kimi şəffaf, isti su, ağacların k&o...
Davamı

Ordusuz güclü, neft və qızılsız zəngin olan İslandiya

Məcid - 22.10.2018 686
Ordusuz güclü, neft və qızılsız zəngin olan İslandiya Ordusu olmayan bir dövlət təssəvür edin. Bundan əlavə həmin dövlətin nə neft, nə də qızıl yataqları yoxdur. Yanına tam pulsuz təhsil və enerji sistemini əlavə edin. Bu ölkədə sakinlər gecələr qapılarını bağlamırla...
Davamı

Avtomobil hərəkəti olmayan 5 şəhər

Məcid - 02.07.2018 998
Venesiya (İtaliya) Venesiya avtomobil hərəkəti olmayan, müasir şəhər misalının ən bariz nümunəsidir. Hər il 20 milyon turistin ziyarət etdiyi Venesiyada avtonəqliyyat infrastrukturu praktiki olaraq mövcud deyil. Şəhərin əsas ictimai nəqliyyatı su üzərində hərəkət edən taksi-qa...
Davamı