Azərbaycan insanının 2 əsas problemi...

Nihad Ağayev01.10.2018 348

 

Problemlərimizin çox olduğunu düşünürəm,ancaq onlardan bəziləri daha geniş miqyaslıdır və insanların həyat tərzlərinə və ümumilikdə həyatlarına daha çox təsirlidir. Azərbaycan insanının yaşadığı 2 əsas problemi qeyd etmək istəyirəm! Bu 2 problemin müəyyən səviyyədə həll olunacağı təqdirdə, hər bir insanın maddi və mənəvi inkişaf yolunda özü üçün bir cığır açılacağını və uğura gedən uzun yolun ilk nişanələrini görə biləcəyini fikirləşirəm.
  

  1. Kommunikasiya problemi – İnsanlar birmənalı olaraq ya bir-biriləriylə danışmaq istəmirlər, ya da ümumiyyətlə,danışmağı bacarmırlar. Xüsusilə də, öz problemlərini. Bəzən, bizim çox böyük hesab etdiyimiz və heç bir çıxış yolu görsənməyən hər hansı bir problemimizin həll yolu və ya həll olması üçün ilk atmalı olduğumuz addım sadəcə, bu problemi kiminləsə bölüşməkdir. Bizim üçün çətin olan bir məsələ, bizim hər hansısa bir tanışımız üçün çox sadə görsənə bilər və ya o problemə kənardan baxdığı üçün həll yolunu daha rahat şəkildə müəyyən edə bilər. Biz isə, adətən müəyyən bir problemlə qarşılaşanda, beynimizdə onun barəsində nələrsə düşünürük, daha sonra, həmin mövzü haqqında cəmiyyətdə mövcud olan mənfi düşüncələri özümüzə çəkirik və problemin normal qaydada həll olunması üçün heç bir müsbət yönümlü müzakirə aparmadan susuruq. Bu nə deməkdir? Düşünürəm ki, bu birbaşa insanın özü-özünə qəsd etməsi deməkdir. Əslində nə etmək lazımdır? Sadəcə, danışmaq lazımdır. Kiminləsə bölüşmək və ya ümumi olaraq müxtəlif vasitələrlə axtarış etmək və müəyyən bir həll yolu tapmaq lazımdır. İstənilən, kiçik problemlə qarşılaşanda belə, bu həll metodundan istifadə etmək lazımdır. Çünki, normal olaraq, hər problemin mütləq şəkildə bir həll yolu vardır. Bəs, ümumiyyətlə insanların danışmamasının, müsbət və ya mənfi düşüncələri büruzə verməməsinin əsas səbəbləri nələrdir?

 

  1. Özü haqqında düşünməmək – Nə qədər qəribə səslənsə də,əksər insanlar, qətiyyən özləri, öz həyatları haqqında düşünmürlər. Düşünmək beyində fikir formalaşdırır, formalaşan fikri isə, ifadə etmək ehtiyacı yaranır. Bunun əksi isə, danışmamağa gətirib çıxarır.

 

  1. İnsanlar arasında olan güvənin itməsi – İnsanlar bir-birilərinə güvənmirlər. Əsas səbəb isə, özlərinin də güvənilir insan olmaması və başqalarını da özləri kimi düşünməsidir.

 

  1. Danışıq qabiliyyətinin olmaması – Ətrafınıza diqqətlə fikir verin.Səlist danışan,fikirlərini normal səviyyədə ifadə edə bilən neçə adam tanıyırsınız? Ən adi məişət,telefon danışıqlarında belə, insanlar daha çox jarqon və ya rus dilli sözlərdən istifadə edirlər. Normal danışıq qabiliyyəti olmayan, bunu heç olmazsa orta səviyyədə edə bilməyən insan, hansı səviyyədə öz fikirlərini, problemini və s. normal şəkildə ifadə edə bilər? Çətin məsələdir.

 

  1. Ən önəmli məsələ isə, ümumiyyətlə əksər insanların mənəviyyata önəm verməməsi və bunun nəticəsində ortaya çıxan özünə, öz həyatına dəyərsizlik səbəbilə, ətrafdakı insanlarla bu kimi söhbətlərdən,dialoqlardan qaçmasıdır. Diqqət etsəniz, mənəvi dünyaya önəm verən insanların digərlərinə nisbətən daha çox dialoqa (şüuraltı olaraq, daha çox axtarış etməyə) meyilli olduğunu görə bilərsiniz. Bunun əksi isə,insanlarda bu cür nəticəyə gətirib çıxarır : Daha çox dünyaya bağlılıq və daha çox problem və ya əksinə. Halbuki, bütün böyüklər və uğurlu insanlar günün əksər saatlarında ruhən bu dünyada olmayıblar. Xəyal dünyaları daha geniş olan insanlar,daha çox dünyəvi uğurlar əldə edirlər. Xəyal dünyası isə, bu dünyaya aid bir mövhumat deyildir.O dünyada daha çox olan, hisslərinə dəyər verib də,onun sayəsində bu dünyadakı işlərini daha böyük həvəs və motivasiya ilə edən insanlara diqqət yetirin. Onların uğurları sizi çaşdırmasın və onların ancaq bu dünyada müəyyən fiziki işlər görüb də, nəticə əldə etdiklərini qətiyyən düşünməyin! Bu insanlar daha geniş xəyal dünyaları olan və görmədikləri şeylərə inananlardır! Kommunikasiya isə,bir növ bir dəyərdir.Danışarkən özünə,dinləyərkən qarşındakına verdiyin dəyər. Biz danışmağı öyrənməliyik və anlamalıyıq ki, çox problemin həll yolu bu sadə metodun altında gizlənir. Bəzən çox böyük problemlərin həll yollarının bu cür sadə olmasını beynimizə həkk etməli və mütləq kiçik və ya kiçik saydığımız problemlərlə məşğul olmalıyıq. Bizi böyük problemə apara bilən kiçik problemlərlə.
  1. Səmimiyyətsizlik – Azərbaycan insanının bəlası ! İnsanlar heç cürə anlamaq istəmir ki,özünü gizlədərək,başqa bir stereotip yaradıb,onun kimi hərəkət etmək,onlara lazım olan xoşbəxtliyi gətirməyəcək.Ancaq,daha dəhşətlisi odur ki,bəzi insanlar artıq yaratdıqları stereotiplərə inanıblar.Bu insanlara,onların bir stereotip yaradıb,onun kimi davrandıqlarını və əslində,əksinə davranmalı olduqlarını izah etmək isə,daha çətin məsələdir.İnsanlar niyə səmimi deyillər ?

 

  1. Özünə inamın,bir növ daxili gücün olmaması – Səmimiyyət əslində güc tələb edir.Həmin gücə təsir edən ünsürləri sadalamaq istəyirəm.

 

  1. Genetika – Ən önəmli faktor,səni dünyaya gətirən insan və əhatə olunduğun mühitdir.Səni dünyaya gətirən insan özü istəsə də,istəməsə də sənə hesablaya bilməyəciyin dərəcədə fiziki və mənəvi xüsusiyyətlər ötürür.Ətrafın isə,nə qədər səmimi və rahatdırsa,sən də səmimi olmaqdan qorxmayacaqsan.
  2. Dünyagörüşünün və intellektin azlığı – Bir insanı cəmiyyətdə güclü edən və həmin insanın özünə inamını formalaşdıran və artıran ən effektli vasitə intellektdir. Bu vasitənin azlığı, insanın özü başa düşməsə də, şüuraltı onun qorxusunun artmasına və cəmiyyətlə münasibətdən qaçmasına gətirib çıxarır. Bu tip insanlar kiminləsə dialoqda olarkən isə, səmimi olmağı bacarmırlar. Çünki, intellektləri azdır. Bunun nəticəsində gücləri azdır. Əvəzində büruzə verilməsə də, qorxuları çoxdur və səmimilikləri yoxdur. Bu qədər, sadə.
  1. Ümumiyyətlə, səmimiyyət adlı bir anlayışın və ya səmimiyyətin hər bir insan üçün faydalı bir mövhumat olması düşüncəsinin olmaması və ya loru dildə desək, bir növ “səmimiyyətin sərf etməməsi” düşüncəsinin olması.

 

Əslində, diqqət etsək, sadalanan bu 2 problemin də, bir-biriylə əlaqəli olduğunu görə bilərik. Səmimiyyət olmadığına görə kommunikasiyanın zəifliyi, yəni dialoqların, danışıqların az olması və dialoqların, danışıqların az və ya heç olmaması nəticəsində, səmimi mühitin və ümumilikdə səmimiyyətin az olması.

 

İnsanlar qısa zaman kəsiyində başa düşməlidirlər ki, 1-ci növbədə insan özünə qarşı səmimi olmasa, öz düzlərini və əsasən də, öz səhvlərini qəbul etməsə, nə qədər çox hərəkət etməsindən asılı olmayaraq onun istənilən sahədə inkişaf etmə prosesi getməyəcəkdir. Səhv qatara minib, koridorda ora-bura qaçmaq kimi. Nə qədər hərəkət edilməsindən asılı olmayaraq, ünvana varılmayacaq bir yol. Bəs, niyə qısa zaman kəsiyində? Ona görə ki, biz indiyə kimi yaşanan bütün dövrlərdən fərqli olaraq, hər şeyin sürətlə inkişaf etdiyi, stabilliyin demək olar ki, ölüm mənasına gəldiyi bir zamandayıq. İstər mənəvi, istərsə də maddi dünyada irəli addım atmaq istəyiriksə, səmimi olmalıyıq və bu səmimilik bizi bir gün mütləq surətdə danışmağa gətirib çıxaracaqdır...

Nihad Ağayev

Bütün maddi aləmin sirlərlə dolu olduğunu və həqiqətin, əslində göründüyündən fərqli olduğunu düşünür. Bu həqiqəti tapmağın yeganə yolunu isə, düşünməkdə və axtarış etməkdə görür. İstər iş dünyası və peşəkar həyatda, istərsə də şəxsi həyatda xoşbəxtliyin ancaq bu cür gələcəyinə inanır. Məqalələri

Oxşar məqalələr

Mən bilirəm darıxmaq nədir

Dilşad - 15.01.2019 789
Mən bilirəm darıxmaq nədir... Dolu dolu xoşbəxt ola bilməmək, huzur tapmamaqdı darıxmaq. Danışıb gülərkən belə, sevincin gözündə qalmağıdı darıxmaq... Susmaqdı darıxmaq, sözlərin anlaşılmaz deyə... Qorxmaqdı darıxmaq, həyat verdiyi qədər alar deyə... Əksiklərini xatırlamaq, ruhu ...
Davamı

Hərraclarda satılmış 10 ən bahalı brilliantlar

Məcid - 26.11.2018 399
Noyabrın 13-də Cenevrənin (İsveçrə) məşhur “Christie’s” (Kristis)  hərracında dəyəri 50,3 milyon İsveçrə frank (50 milyon dollar) olan, 19 karatlı “Pink Legacy” (Çəhrayı irs) brilliantı ilə bəzədilmiş platin üzük satılıb. Bununla da &...
Davamı

Müxtəlif ölkəkərdə qadağan olunan sadə məhsullar

Məcid - 26.11.2018 314
Bəzi ərzaqlar (məhsullar) var ki, onlar insan səhhətinə ciddi ziyan vura bilərlər. Elə məhsullar da var ki, onları asanlıqla qonşu marketdən almaq mümkündür. Lakin heç düşünmüsünüz ki, sevimli sousunuz və ya mövsümi aldığınız meyvələrin hansıs...
Davamı

Külək turbinləri necə işləyir?

Şahvaris - 07.11.2018 632
Havanın bir maye olduğunu təsəvvür etmək çətindir. Çünki hava görünməzdir. Mayedən fərqli olaraq, hava daha tez hərəkət edir və bütün ətraf mühitini əhatə edir. Havanın bu xüsusiyyətini kinetik enerjiyə çevirmək prosesi “Wind Energy&...
Davamı

Məhkəmədə nümayəndəliyin ləğvi mövzusu

Hikmət - 02.11.2018 554
Bu mövzunun Nümayəndəliyin ləğvi adlandırılması əslində bu məsələyə düzgün yanaşma deyil. Çünki nə nümayəndəlik nə də məhkəmədə nümayəndəlik ləğv olunmayıb. İstənilən şəxs sizi istənilən bir dövlət qurumunda etibarnamə ilə təmsil edə bilər. Yalnız məhkə...
Davamı

DƏVƏT: "QAN VER, XİLAS ET!"

Rəvanə - 24.10.2018 439
Azərbaycanda yayılmış əsas xəstəliklərdən biri Talassemiya xəstəliyidir. Bu xəstəlik haqqında danısmaq mənim üçün nə qədər çətindirsə, bir o qədər də vacibdir. Lakin nə qədər çətin olsa da, real şahid olaraq bu xəstəlik haqqında cəmiyyətimizin maarifləndirilməsi və aks...
Davamı

18 Oktyabr - Dövlət müstəqilliyi günüdür!

Səbuhi - 18.10.2018 266
Azərbaycanın Dövlət Müstəqilliyi günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biri. Hər il 18 oktyabrda qeyd edilir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 19...
Davamı

Çirkli avtomobil üzərində şəkil çəkmək sənəti və ya Texas üsülu ilə suya qənayət.

Səbuhi - 10.10.2018 505
Texaslı rəssam Skot Veyd (Scott Wade) sübut etdi ki, çirkli avtomobillər gözəl sənət əsərləri yaratmaq üçün kətan rolunu oynayır. Bu sənətin ustası olmaq üçün, sənətkar bir çox sınaq və səhvlərdən keçərək, müxtəlif alətlər və fırl...
Davamı

İnsan Yupiterə enə bilərlərmi?

Məcid - 26.09.2018 647
Bu və ya digər planeti dərindən və dəqiq tətqiq etməyin ən yaxşı yolu onun üzərinə enməkdir. Məhz bu kimi tətqiqatları aparmaq üçün insanlar Ay, Venera, Mars Saturnun peyki olan Titana kosmik aparatlar göndəriblər. Lakin Günəş sistemimizdə heç vaxt dəqiq tət...
Davamı

Salamat qal

Dilşad - 24.09.2018 1155
... Xəyalıma gətirməkdə aciz olduğum üzünü, hər gün, bəlkədə yüzlərlə adam görür, işdə, mağazada, metroda, küçədə, qonaqlıqda, hər yerdə...adicə qarşılaşıb gedirlər. Biz də qarşılaşdıq... Gözləmədiyim anda, gözləmədiyim  məkanda... Bax...
Davamı