Azərbaycanda SƏTƏM-in inkişafı perspektivləri

Anar Məlikov01.10.2018 234

Dünya miqyaslı tədbirlərdə iştirak etmək qürurvericidir, amma hər dəfə belə tədbirlərdə iştirak edən zaman içimdə güclü qibtə hissi baş qaldırır. Niyə?!

Niyəsini təəssüratlarımı bölüşərkən siz də anlayacaqsınız.

Bu dəfə 17-18 Sentyabr IOSH (Institute of Occupational Safety and Health) (Peşə Təhlükəsizliyi və Sağlamlığı İnstitutu)-nun təşkil etdiyi konfransda istirak etdim. Qısaca qeyd edim ki, IOSH dünyada Peşə Təhlükəsizliyi və Sağlamlığı sahəsində genişmiqyaslı fəaliyyətləri ilə məşhur olan bir təşkilatdır. IOSH 1945- ci ildə yaradılıb və hal-hazırda təxminən 120 ölkədən bu təşkilata 47000-dən artıq SƏTƏM mütəxəssisi üzv olub. Təşkilat ildə 180000 –dən artıq işçiyə SƏTƏM sertifikatları təqdim edir.

Konfrans çox maraqlı və təşkilatçılıq baxımından yüksək səviyyədə təşkil olunmuşdu. Tədbirdə 2 gün ərzində dünyanın müxtəlif ölkələrindən 700 nəfərə yaxın SƏTƏM mütəxəssisi iştirak edirdi.

Konfransın proqramı ümumi və xüsusi sahələri əhatə edən seminarlardan ibarət idi.

Konfransın birinci günü qeydiyyat və tanışlıqdan sonra İOSH-un prezidenti Qreq Foylun çıxışı ilə başladı. Daha sonra “Əqli Sağlamlıq və Yaşam“ üzrə mütəxəssis Bev Messincer iş yerində əqli sağlamlıq və yaşam haqqında fikirlərini paylaşdı. “Vision Zero Strategy of the İSSA“ təşkilatından Bernd Treyçel, Deym Cudit Hakit, Salman Xan, Mark Qalager, Dr.Vinsent Ho və başqa tanınmış mütəxəssislər bu tədbirdə çıxışlar edərək Peşə Təhlükəsizliyi və Sağlamlığı sahəsində yeniliklərdən, qanunvericiliyə olunacaq dəyişikliklərdən, yeni texnologiyalardan və s. maraqlı və aktual mövzulardan söz açdılar.

Xüsusi seminarlarla bağlı çıxışlar müxtəlif mövzularda və eyni zamanda fərqli zallarda təşkil olunmuşdu. Yeni iştirakçılar onları daha çox maraqlandıran məsələlərə görə qruplaşaraq istədikləri mövzuya uyğun seminarda iştirak edib fikir mübadiləsi aparırdılar.

Mövzuları nəzərdən keçirərkən dünyada xüsusi ilə də Avropada SƏTƏM-in yüksək səviyyədə inkişaf etməsinin bir daha şahidi oldum.  Çünki, müzakirə olunan mövzular daha çox əqli sağlamlıq, peşə sahəsində xərçəng və ya digər xəstəliklərin yaranma ehtimalı, onların qarşısının alınması, qanunvericiliyə olan xüsusi diqqət, yüksək cərimələrin mövcud olması, təhlükəsizlik mədəniyyəti, liderlik bacarığı, iş yerində riskin, neqativ vərdişlərin önlənməsi, yeni standart IS0-45001 əsasında 7 qızıl qayda və s. kimi çox vacib məsələləri əhatə  edirdi. Yəni mövzuların şərhindən göründüyü kimi, dünya artıq avtomobil idarə edərkən təhlükəsizlik kəməri taxılması, iş yerində fərdi mühafizə vasitələrindən istifadə, səliqə-səhman və bir sıra gündəlik sıradan intizam məsələlərini çoxdan həll etmiş və daha çox stres, əqli və fiziki sağlamlıq, qanunvericilikdəki yeniliklər və digər yuxarıda sadalanan yeni səviyyələri əhatə edirlər.

Bu konfransda IOSH-un Prezidenti Qreq Foyl, Mark Qalaqer, Devid Bier, Keti Fişer və digər mütəxəssislərlə görüşmək və fikir mübadiləsində olmaq fürsətim oldu. Hətta görüşlərdən birində İOSH təşkilatının dəstəyi ilə yaxın gələcəkdə bənzər bir tədbirin ölkəmizdə keçirilməsi üçün ilkin müzakirələr apardıq. Ümid edirəm ki, qarşılıqlı yaranan bu təklif TCS-in və digər akkreditasiya orqanlarının da birgə əməkdaşlığı nəticəsində ölkəmizdə SƏTƏM-in inkişafı üçün bir təkan olacaq!

Anar Məlikov

Keyfiyyət, biznes, menecment, SƏTƏM, audit sahələri üzrə peşəkar – Anar Məlikov ingilis, rus, türk və holland dili də daxil olmaqla beş fərqli dildə danışır. TCS şirkətinin sahibi və direktorudur. Məqalələri

Oxşar məqalələr

CSH Group Education növbəti seminara dəvət edir

Finmarket - 11.12.2018 118
Seminarın tarixi: 15.12.2018 Saat: 18:00 - 20:00 Tikinti layihələrində mexaniki tamamlama işləri / sertifikatlaşdırma mühəndisliyi seminarı. Seminarın mövzusu: Tikinti layihələrinin tamamlanma və təhvil verilmə qaydası. Layihənin ilk mərhələsindən nəzərdə tutulmuş bitmə vaxtına qədə...
Davamı

"G&I Consulting Group" Daxili Auditor və Giriş təlimi elan edir.

Finmarket - 30.11.2018 125
"G&I Consulting Group" Dekabr 2018-ci il tarixində ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018 Standartları əsasında Daxili Auditor və Giriş təlimi elan edir. Təlimlər saat 19:00-dan 22:00-dək keçiriləcək Daxili Auditor Təliminin müddəti: 5 gün. Giriş təliminin ...
Davamı

Barattson “CFA Level I” June 2019 imtahanı üzrə hazırlıq kursuna start verir!

Finmarket - 19.11.2018 182
Barattson “CFA Level I” June 2019 imtahanı üzrə hazırlıq kursuna start verir! CFA proqramı (Chartered Financial Analyst) – Sertifikatlaşdırılmış Maliyyə Analitiki CFA institutu tərəfindən investorlar və maliyyə peşəkarlarına təklif edilən peşə mandatıdır. CFA investisiyalar...
Davamı

"G&I Consulting Group" "Əməyin Mühafizəsi üzrə yerli Qanunvericiliyin tələbləri" mövzusunda təlim elan edir.

Finmarket - 10.11.2018 134
Təlim haqqında daha ətraflı məlumatı bu linkdən  əldə edə bilərsiniz. Təlimin keçirilmə tarixi: 25 noyabr 2018-ci il. Əlaqə: Mobil: +994 55 687 80 35 E-mail: info@gigroup.az Web page: www.gigroup.az Facebook: G&I Consulting Group LLC Instagram: gi_consulting_group_llc...
Davamı

Azərbaycan Müəllim İnkişafı Mərkəzi III Beynəlxalq Təlim Konfransımız ilə əlaqədar sonuncu müsabiqəni elan edir.

Finmarket - 05.11.2018 227
Müsabiqənin şərtləri belədir: 1. Səhifəmizi bəyənirsiniz (like)👍 2. Bu postu bəyənir, dostlarınızı tag edir və hər kəsə açıq şəkildə paylaşırsınız (share) 🌏 2. Səhifəmizə ən azı 5 dostunuzu əlavə edirsiniz. ✅ 3. Postun altında konfransda nə üçün iştirak etmək istəd...
Davamı

"G&I Consulting Group" "TƏLİMÇİLƏR ÜÇÜN TƏLİM" (Train The Trainer) mövzusunda təlim elan edir.

Finmarket - 05.11.2018 241
Təlim «Preparing to Teach in the Lifelong Learning Sector (PTLLS)» QCF Level 3 kvalifikasiyalı ekspert tərəfindən keçirilir. Mob: +994 55 687 80 35 Tel: +994 12 434 53 15 E-mail: info@gigroup.az Web page: http://www.gigroup.az Facebook: G&I Consulting Group LLC Instagr...
Davamı

Növbəti müsabiqəni qaçırmayın!

Finmarket - 26.10.2018 153
AMİM III Beynəlxalq Təlim Konfransı ilə əlaqədar növbəti video müsabiqəni elan edir. Müsabiqənin şərtləri belədir: 1. Səhifəmizi bəyənirsiniz (like) 2. Sinfinizdə dərs müddətində formativ, dərsin sonunda isə summativ qiymətləndirməni hansı üsulla apardığınıza dair 2-3 də...
Davamı

MİQ və DQ imtahanlarına hazırlaşanların nəzərinə!

Finmarket - 26.10.2018 189
NR Academy Sizləri 28 oktyabr tarixində saat 15:00-da kurikulum üzrə məlumatlandırıcı #ÖDƏNİŞSİZ SEMİNARA dəvət edir! Seminar NR Academy-nin Elmlər filialında təşkil olunacaq və aşağıdakı mövzuları əhatə edəcək: - MİQ və DQ imtahanlarının keçirilmə proseduru, əvvəlki illərd...
Davamı

Dövlət Qulluğuna qəbul üzrə ÖDƏNİŞSİZ seminar.

Finmarket - 25.10.2018 164
Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə! NR Academy Sizləri Dövlət Qulluğuna qəbul haqqında məlumatlandırıcı #ÖDƏNİŞSİZ SEMİNARA dəvət edir! Seminar aşağıdakı mövzuları əhatə edəcək: - Niyə dövlət qulluğu?; - Dövlət qulluğunun üst&uum...
Davamı

Matrix bu dəfə Android Development üzrə ÖDƏNİŞSİZ workshop ilə qarşınızda olacaq

Finmarket - 24.10.2018 263
Mobil telefonların həyatımızda önəmi artdıqca IT sektorunda Mobile Developerlərin də dəyəri gündən-günə artmaqdadır. Linux əsaslı Android ƏS Google tərəfindən inkişaf etdirilir. Dünyada satılan smartfonların 80%-i məhz android əsaslıdır. Elə bu baxımdan IKT sektorunda peşək...
Davamı