Çin yüksək sürətli sualtı dəmir yolu inşa edəcək

Məcid Musayev03.12.2018 173

Çin ölkəni əhatə edən yüksək sürətli dəmir yolları şəbəkəsini genişləndirməyə davam edir. Rəmsi Pekinin verdiyi son açıqlamaya görə hökumət Şanxaydan cənubunda yerləşən Ninbo liman-şəhərini, ölkənin qərb sahilləri, Çjouşan arxipelaqı ilə birləşdirəcək yüksək sürətli sualtı dəmir yolu xətti inşa edəcək. 

Tikilməsi nəzərdə tutulan sualtı tunnel, ümumi uzunluğu 77 km olacaq yüksək sürətli dəmir yolun xəttinin bir hissəsi olacaq. Yeni nəqliyyat dəhlizinin istismara verilməsi Çjetszyan əyalətində turizm sektorunun inkişafına və nəticə etibarı ilə yeni iş yerlərinin açılmasını öz töhfəsini verəcək. Dəmir yolundan əlavə bu istiqamət üzrə uzunluğu 70 km olacaq avtomobil yolu da tikiləcək. Bu yolun təqribən 16,2 km hissəsinin suyun altından keçəcəyi nəzərdə tutulub.

Sərnişinlər vaxta qənaət edəcəklər
Yerli mütəxəssislərin proqnozlarına görə tikintisi başa çatdıqdan sonra Ninbo Çjouşan dəmir yolu xətti üzrə qatarlar saatda 250 km sürətlə hərəkət edəcəklər. Çin üzrə artıq mövcud yüksək sürətli dəmir yolları şəbəkəsinə qoşulacaq yeni nəqliyyat dəhlizi iki məntəqə arasında səyahət vaxtını 80 dəqiqəyə endirəcək. 

Hal – hazırda bu istiqamət üzrə səyahət edən sərnişin və şəxsi avtomobili olan sürücülər yola 4,5 saat vaxt sərf edirlər. Yeni dəmir yolu xətti üzərindı 7 stansiyanın tikilməsi planlaşdırır. Arxipelaqın hissələrini birləşdirmək məqsədilə üzərindən dəmir yolu xətti keçəcək körpünün də tikilməsi nəzərdə tutulub. 

Tikintisinə gələn il başlanılacaq yeni nəqliyyat layihəsinin ümumi dəyəri 25.2 milyard yuan (təqribən 3,6 milyard dollar) təşkil edir. Mütəxəssislər hesab edirlər ki, Çinin bu kimi yol-nəqliyyat layihələrindəki təcrübəsini nəzərə alan mütəxəssislər bildirirlər ki, Pekin 2025-ci ildə artıq bu dəmir yolu xəttini istismara verəcək. 

Ninbo – Çjouşan limanı yük həcminə görə dünyanın ən böyük limanlarından biridir. Bundan əlavə ABŞ-ın və eyni zamanda dünyanın nəhəng təyyarə istehsalçısı şirkəti olan “Boeing” ilin sonuna qədər özünün ilk xarici istehsal müəssisəsini məhz bu iqtisadi zonada açacaq. 

Bəs turistlər üçün nə nəzərədə tutulub?

Çjouşan arxipelaqına daxil Şengsi adaları Çinin milli əsrarəngiz təbiət zonası elan edilib. Dövlət tərəfindən internet məkanından yayımlanmış füsünkar (insan əli dəyməmiş) təbiət və eyni zamanda tərk edilmiş balıqçı kəndlərinin şəkilləri milyonlarlar baxış qazanaraq, bu istiqamət üzrə səyahət yollarının axtarış reytinqini dəfələrlə artırıb.   
 

Məcid Musayev

Oxatan bürcündən olan Məcid bütün dünyanı səyahət etmək arzusundadır. Pasport, miqrasiya və Hi-Tech mövzularında xəbərlərlə maraqlanırsınızsa bizim çoxbilmişi izləyin. Məqalələri

Oxşar məqalələr

Maldivdə ilk sualtı hotel istifadəyə verilib

Məcid - 27.11.2018 225
Sualtı balıqları saatlarca izləmək və onlara maksimum yaxın olmaq üçün artıq fantastik filmlərin qəhrəmanlarından biri olmağa ehtiyac yoxdur.  Maldiv adalarında daha dəqiq desək Ranqali adasında açılmış ilk sualtı hotel öz qonaqlarına bu imkanı yaradır. Sadəcə ik...
Davamı

İmmiqrasiya üçün 5 ən yaxşı ölkə

Məcid - 21.11.2018 422
1) Heç vaxt müstəmləkə olmamış ölkə Tayland (Tay) xalqı fəxr edir ki, onların vətəni Cənub-Şərqi Asiyada avropalıların müstəmləkəsi olmamış yeganə ölkədir. Digər tərəfdən bu gün Tayland kimi ekzotik məkanı görməyə gələn milyonlarla turistləri nəzərə alsaq, prose...
Davamı

Cənnət adalarının yanında zibil dağları

Məcid - 16.11.2018 220
Elə bilirsiniz ki, turizm mərkəzi olan dövlətin (ərazinin) heç bir problemi yoxdur? Tam əksinə, turizm sektorunun hər zaman əks tərəfi (təsiri) var. Bu mövzuda turizm cənnəti hesab edilən Maldiv adalarını, daha konkret desək Maldivin Tilafuşi adasının adını çəkə bilərik.&n...
Davamı

Vizasız səyahət üçün ən yaxşı pasport hansıdır?

Məcid - 15.11.2018 397
Səyahət etmək imkanı böyük bir azadlıqdır, lakin səyahət zamanı bu və ya digər viza tələblərindən asılı olmamağı ən böyük azadlıqlardan biri adlandıra bilərik. Buna görə də bəzi ölkələrin pasportları öz daşıyıcısına daha geniş (səyahət azadlığı) imkanlar təqdim edi...
Davamı

Super VIP bank kartları

Məcid - 12.11.2018 160
Müasir dövrümüzdə bir çoxumuzun pul qabında plastik bank kartları var. Bəzi ölkələrdə belə kartlar vasitəsilə nəğdsiz ödəniş çox az yayılıb, bəzilərində isə bank kartlarıdan istifadə və onlar üzərində xidmət olduqca məşhurdur. Lakin sərvətlərinin həc...
Davamı

Makedoniyaya səyahət zamanı görməli olduğunuz 10 yer 

Məcid - 29.10.2018 377
Balaca, lakin qürurlu Makedoniya Keçmiş Yuqoslaviyanın tərkibində olmuş Makedoniya Respublikası indi müstəqil dövlət olaraq, Balkan yarımadasının təqribən mərkəzində yerləşir. Makedoniyanı elə də zəngin və ya güclü dövlət adlandırmaq olmaz. Bir tərəfdən ö...
Davamı

Dünyanın 15 ən yaxşı çimərlikləri məlum oldu

Məcid - 26.10.2018 263
Mərkəzi Asiya üzrə məşhur olan https://www.tripadvisor.ru/ turizm saytı istifadəçilərin (turist-səyyahlar) rəyləri əsasında dünyanın ən yaxşı 25 çimərliklərini müəyyən edib. 15. Anse Latsio / Praslen adası, Seyşel adaları Şüşə kimi şəffaf, isti su, ağacların k&o...
Davamı

Ordusuz güclü, neft və qızılsız zəngin olan İslandiya

Məcid - 22.10.2018 382
Ordusuz güclü, neft və qızılsız zəngin olan İslandiya Ordusu olmayan bir dövlət təssəvür edin. Bundan əlavə həmin dövlətin nə neft, nə də qızıl yataqları yoxdur. Yanına tam pulsuz təhsil və enerji sistemini əlavə edin. Bu ölkədə sakinlər gecələr qapılarını bağlamırla...
Davamı

Avropa İttifaqı pasportunu itirmək astanasında olan Böyük Britaniya

Məcid - 16.10.2018 197
Avropa İttifaqı pasportunu itirmək astanasında olan Böyük Britaniya Avropa İttifaqına (Aİ) üzv dövlətlərin vətəndaşlığı (pasportu) öz sahibinə bir çox imtiyazlar qazandırır. Onlar arasında ən önəmlisi Aİ pasportu sahibinə təşkilata üzv 27 ölkəyə (və ...
Davamı

Avtomobil hərəkəti olmayan 5 şəhər

Məcid - 02.07.2018 815
Venesiya (İtaliya) Venesiya avtomobil hərəkəti olmayan, müasir şəhər misalının ən bariz nümunəsidir. Hər il 20 milyon turistin ziyarət etdiyi Venesiyada avtonəqliyyat infrastrukturu praktiki olaraq mövcud deyil. Şəhərin əsas ictimai nəqliyyatı su üzərində hərəkət edən taksi-qa...
Davamı