CV-lərdə geniş yayılmış 10 səhv

Finmarket 05.06.2018 743

Əgər siz yaxşı bir vakansiyaya müraciət etmək istəyirsinizsə, CV-zə qarşı mümkün qədər diqqətlə yanaşmalısınız, çünki bu sənəd sizin simanızı, bilik və bacarıqlarınızı təqdim edən əsas sənəddir. 

İnsan resursları (İR/HR) əməkdaşı ilə sizin (namizəd) aranızda ilkin tanışlıq sırf bu sənəd üzərində baş tutacaq. İR/HR əməkdaşı düzgün CV formasını və onun içərisində hansı xırdalıqlara diqqət etmək lazım olduğunu gözəl bilir. Əmək bazarı mütəxəssislərin fikrinə görə sadəcəsənəd olsun deyə doldurulmuş CV formasının uğur əldə etmək şansı praktiki yoxdur. Ona görə də mütəxəssilər məsləhət görürlər ki, CV-nizin  dolğun və düzgün doldurulmasına əlavə vaxt ayırasınız.

Şəkil – aydın məsələdir ki, hamının, klassik geyim və ya formada çəkilmiş peşəkar şəkilləri yoxdur. Bir çox iş axtaran namizədlər CV-yə hansısa əyləncədən, təbiətdə çəkilmiş, selfi və ya kollektiv şəkli yerləşdirirlər. Bütün bunlar qətiyyən qəbuledilməzdir və düz deyil. Sizin CV-dəki şəkliniz ilk olaraq sizin peşəkarlığınızı göstərməlidir. Bütün bunları nəzərə alaraq əgər tələb olunan rəsmi şəkliniz yoxdursa onu özünüz hazırlayın. Ofis şəraitində, iş masası arxasında və ya mağazada, oteldə, anbarda formada bir şəkil çəkdirin. 

Əlaqə vasitələriniz - əgər CV-də nömrənizdən əlVəzifəyə uyğunsuzluq - əgər siz bir neçə vakansiyaya müraciət etmək istəyirsinizsə o zaman onların hər birinə uyğun ayrı-ayrı CV-lər hazırlayın. Misal üçün deyək ki, siz həm satış şöbəsinin rəhbəri, həm də satış təmsilçisi vakansiyalarına müraciət etmək istəyirsiniz. Sadalanan hər iki vakansiyanın fərqli tələbləri olacaq. Ola bilsin ki, sizin bacarıqlarınız elə rəhbər vəzifəsinə uyğun gəlsin, ancaq siz eyni CV ilə təmsilçi vakansiyasın da müraciət etdiyiniz üçün birincisinə seçilmək şansınız kəskin azalır.

Vəzifəyə uyğunsuzluq - əgər siz bir neçə vakansiyaya müraciət etmək istəyirsinizsə o zaman onların hər birinə uyğun ayrı-ayrı CV-lər hazırlayın. Misal üçün deyək ki, siz həm satış şöbəsinin rəhbəri, həm də satış təmsilçisi vakansiyalarına müraciət etmək istəyirsiniz. Sadalanan hər iki vakansiyanın fərqli tələbləri olacaq. Ola bilsin ki, sizin bacarıqlarınız elə rəhbər vəzifəsinə uyğun gəlsin, ancaq siz eyni CV ilə təmsilçi vakansiyasın da müraciət etdiyiniz üçün birincisinə seçilmək şansınız kəskin azalır.

Təcrübənizin müraciət olunan vakansiyaya uyğun olmaması – bu CV-lərdə tez-tez rast gələn səhvlərdən biridir. Əgər siz əvvəl anbardar vəzifəsində çalışmısınız, amma indi isə müştərilərlə iş şöbəsinin meneceri vəzifəsinə qəbul olmaq istəyirsinizsə inciməyin, bu alınmayacaq. Yeni müraciət edəcəyiniz iş yeri sizin öncəki iş yerinizdə gördüyün işlərlər, zəruri bilik və bacarıqlarla mümkün qədər çox bağlı olmalıdır. Ya da siz CV-də bilik və bacarıqlarınızı yeni işin tələblərinə uyğunlaşdırmalısınız. 

Xronoloji ardıcıllığın pozulması – CV-də öncəki iş yerlərinizin ardıcıllığında ən sonuncu iş yeriniz sıralamada birinci olmalıdır. Onun ardından digər iş yerlərinizi azalma sırası ilə qeyd etməlisiniz. 

Müxtəlif sahələr üzrə iş təcrübəsi – Bu bölmədə el dilində desək “ağın çıxartmamaq” lazımdır. Burada həyatınız boyu çalışdığınız bütün sahələrini qeyd etmək lazım deyil. Müraciət etdiyiniz vakansiyaya uyğun gələn bir neçə əlavə keyfiyyətinizi sadalasanız yetərdir.

Məsələn əgər siz satış şöbəsinin müdiri vakansiyasına müraciət edirsinizsə CV-də florist təcrübənizin olduğunu qeyd etmək mənasızdır. 

Özünüz haqqında – məsuliyyətli, diqqətli, stressədavmlı və s. bunlar hamısı standart nağıllardır. Bu bölməni CV-zin ən qəliz bölməsi belə adlandırmaq olar. Bu yerdə də sizin şəxsi keyfiyyətləriniz, bilik və bacarıqlarınız müraciət olunan vakansiyanın tələblərilə üst-üstə gəlməlidir. 

Sizə uğur gətirə biləcək forma budur:

  • Məqsədəyönümlü, qoyulmuş vaxt məhdudiyyətlərinə riayət, daha da inkişaf etmək üçün sahəmi uyğun əlavə ədəbiyyat oxuyuram.
  • İnsanlarla əlaqə və mübahisəli məqamların aradan qaldırılması.

Qrammatik səhvlər – Hal – hazırda sizin yazınızın qrammatik düzgünlüyün yoxlayan o qədər vasitələr var ki, onlardan yalnız tənbəl biri istifadə etmir. CV-nizi bu və ya digər işəgötürənə göndərməmişdən öncə onu bir neçə oxuyaraq, düzgün olub-olmamasına əmin olun. 

Gözlənilən əmək haqq məbləği qeyd edilməyib – Əlbəttə bu detal İR/HR əməkdaşı üçün qərarverici məqam deyil, lakin gözlənilən əmək haqqının qeyd edilməsi sizin dəqiqliyinizi əyani şəkildə göstərir. İstənilən halda heç bir İR/HR əməkdaşı namizədin ilk dəfə tələbt etdiyi əmək haqqına razılıq vermir. 

Bütün bu sadalanan detallara diqqət etdikdə sizin CV-niz digər minlərlə CV-lər arasında fərqlənəcək bu isə sizin müsahibəyə dəvət olunma şansınızı bir o qədər də artıracaq.

Oxşar məqalələr

CV göndərmədən öncə hər bir iş axtaran bunları bilməlidir

Anar - 04.10.2018 168
Heç fərqinə varmısınızmı, ölkəmizdə hansı sahələr üzrə iş axtarılır?! Apardığım müşahidələr və şirkətimizə gələn CV-lərdən anlayıram ki, vəziyyət heç də ürək açan deyil. Namizədlərin çoxu - “təki iş olsun”- deyib CV göndərirlər. Ham...
Davamı

İş axtarışı haqqında vacib məsləhətlər

Finmarket - 20.06.2018 675
20 uğursuz iş müsahibəsindən sonra fikirləşirsiniz ki, “sevimli corablarınızın” bəxtinizə heç bir müsbət təsiri yoxdur. Əgər indiyənə qədər arzusunda olduğunuz bacarıqlarınıza uyğun iş tapmamısınızsa, demək nəyisə düz etmirsiniz. Axtarış metodunuzda səhv var. Həmişə...
Davamı

İş müsahibəsi zamanı maraq oyatmağın yolları

Finmarket - 20.06.2018 978
Namizədlər üçün iş görüşləri olduqca stresli keçsə də İR üçün proses tamamilə fərqlidir. Bəzən gün ərzində bir neçə görüşü eyni vaxtda aparan, həqiqətən fərq yaradan o əməkdaşı axtaran İR mütəxəssisinin diqqətini &cce...
Davamı

Müasir CV növləri: üstünlük və çatışmazlıqlar. II hissə.

Səbuhi - 18.06.2018 563
HİBRİD CV Hibrid tipli CV yuxarıda qeyd etdiyim funksional və xronoloji CV növlərinin struktur hissələrindən ibarətdir və hər ikisinin xüsusiyyətlərini ehtiva edir. Strukturuna daxildir: işaxtaranın məqsədi və tələbi; ümumiləşdirilmiş formada professional bacarıq və nail...
Davamı

Müasir CV növləri: üstünlük və çatışmazlıqlar. I hissə.

Səbuhi - 08.06.2018 548
Zaman və əmək bazarının dinamik inkişafı vərdiş etdiyimiz və dəyişməz hesab etdiyimiz proseslərə öz düzəlişlərini əlavə edir. Uzun illər istifadə etdiyimiz ənənəvi tərcümeyi-halların yerinə gələn müxtəlif formatlı CV-lər müasir trendlərdən biridir. Onlardan ən populyar ol...
Davamı

İş görüşməsində harada səhv etmiş ola bilərsiniz?

Finmarket - 07.06.2018 678
İş müraciəti etmisiniz, ancaq müsahibə dəvəti gəlmir, iş görüşməsinə gedirsiniz, amma yenidən itirib-axtaran yoxdur, yaxud "Yaxşı, bu dəfə oldu!" deyilsə də işə qəbul edilmirsiniz, bütün kənar faktorların xaricində, bəlkə də, bir şeyləri yoxdur, ya da siz səhv...
Davamı

"Keyfiyətli rekrutinq" silsiləsindən. Satıcı.

Səbuhi - 07.06.2018 259
SATIŞ MÜTƏXƏSSİSİ Məqalədə satış şöbəsinə işçi seçimində hansı məqamlara fikir vermək lazım olduğu haqda məlumat veriləcək. Məqalə həm rekruterlər həm də satış seqmentində karyera qurmaq istəyən kəslər üçün faydalı informasiyanı özündə əks etdiri...
Davamı

"Keyfiyyətli rekrutinq" silsiləsindən. Düzgün proqramçı.

Səbuhi - 07.06.2018 380
ÖN SÖZ Salam, Hörmətli oxucular! Sizə təqdim edəcəyim məqalə istər işəgötürən istərsə də işaxtaranların faydalana biləcəyi məlumat və fikirləri özündə birləşdirən “Keyfiyyətli rekrutinq” adı altında yazdığım məqalə seriyasının bir hissəsidir. Hər bir...
Davamı

Maaş bazarlığında nələrə diqqət etməlisiz?

Finmarket - 06.06.2018 327
Müsahibələrdə maaş gözləntisi haqqında danışmaq asan olmaya bilər. İşəgötürənin təklifini hərtərəfli qiymətləndirmək və səmərəli danışıqlar aparmaq bu mərhələdə çox vacibdir. Çünki ya yüksək məbləğ söyləyib işi əldən verə bilər və ya daha aşağı masala...
Davamı

İş elanının düzgün tərtibatı və optimal namizədlərin cəlb edilməsi haqqında

Səbuhi - 05.06.2018 478
Keyfiyyətli yazılmış iş elanı bizə bir çox üstünlük verir: Əksər uyğun olmayan namizədlər dərhal aradan qaldırılır "Lazımsız" müsahibələrin təşkili və aparılması üçün vaxt və səy sərf etmirsiniz Səylərinizi optimal namizədlərə yönə...
Davamı