CV-zi təkmilləşdirməyin 7 yolu

Finmarket 29.05.2018 438

Yaxışı daha doğrusu düzgün tərtib edilmiş CV çox böyük gücə malikdir. Onun sayəsində sizi iş müsahibəsində dəvət edə bilərlər. Bu nəticəyə nail olmaq üçün sizin bilik və bacarıqlarınız, təhsil, iş təcrübəniz və əlaqə məlumatlarınız CV-də düzgün formada əks olunmalıdır.

Bir çox iş axtaran namizədlərin səhv CV formalarından istifadə etdiklərini nəzərə alaraq, mütəxəssislərdən düzgün CV forması və onun tərtib qaydalarını açıqlmağı xahiş etdik. CV yazılanda hansı detallara diqqət etmək lazımdır? Hansı məlumatları əvvəldə, hansını axırda yazmaq lazmdır. Hansı qeydlər dolğun olmalıdır? və s. suallara cavabı bu bloqumuzda əldə edə bilərsiniz.

Öz vəzifəsinizi aydın şəkildə ifadə edin

Bu nə qədər sadə səslənsə də bir çox namizədlər CV-lərində öz vəzifəsini aydın şəkildə təsvir etmirlər. Məsələ burasındadır ki, fərqli-fərqli şirkətlərin özünün ştat cədəvələrində bir vəzifənin müxtəlif adları olur. Məhz buna görə də şirkətlərin birində mencerlər idarə heyətinin tərkibinə daxildirlər, digərlərində isə sadəcə təcrübəli mütəxəssislər bu vəzifəni icra edirlər.

Buna görə də CV-də vəzifənizi yerli əmək bazarınıza uyğun formada yazıb, ifadə etmək lazımdır. Ya da onun mənasını (məzmununu) açan məktubla müşayiət etmək gərəkdir. Bundan əlavə bəzi hallarda namizədin iş mühitində birbaşa kimə tabe olduğunu da qeyd etmək lazımdır. 

Şirkət haqqında məlumat verin

Əksər hallarda iş axtaran namizəd CV-də əvvəl işlədiyi şirkətin adını yazmaqla kifayətlənir. Ancaq bu düz deyil. Şirkət haqqında dolğun məlumat (bazarında nə işlə məşğuldur?, tərkibində neçə işçisi var? və s.) vacib məqamdır. Misal üçün məişət kimyası mallarının istehsalı ilə məşğul olan“Jugos” MMC şirkəti 2004-cü ildən bazarda qoşulub və hal – hazırda 45 işçisi var. 

Komanda da öz rolunuzu təsvir edin

Bəzən iş axtaran namizəd CV-də öz nailiyyətlərini unudaraq, yalnız komanda nəticələrini qeyd edir. Bu isə düz deyil. Komanda şəklində işlədiyiniz halda bu iş çərçivəsində rolunuz və gördüyünüz iş haqqında məlumat vermək lazımdır. Bununla işəgötürən tərəf sizin onun şirkətində mövcud olan bu və ya digər vakansiyaya uyğun olub olmadığınızı müəyyən edə bilər. 

Öz nəticələriniz haqqında məlumat verin

Faydalı iş əmsalı müxtəlif cürə ola bilər. İşçinin real nəticələri üzrə əsl ölçü meyarıdır. Ancaq sahədə CV-də yazılmış ümumi ifadələr sizin nəticələrinizi təsdiq etmək əvəzinə, işəgötürəni qıcıqlandıracaq. Bu sahə dəqiqliyi sevir. 

Ticarət dövriyyəsini 25% artırdım, xərcləri isə 50% azaltdım kimi standart ifadələrin yaninda bu nailiyyətlərin əldə edilməsi üçün istifadə edilmiş metod və  layihələr öz əksini tapmalıdır. 

İş seçimi meyarlarınızı göstərin

Potensial işəgğötürənin diqqətinə çatdırmaq lazımdır ki, siz necə bir şəxsiniz və  makisumum faydalı əmsalla çalışmağınız üçün hansı şərait axtarışındasınız. Məsələn: “ancaq sənəd işilə məşğul olmaq istəmirəm, kreativliyinizi göstərmək üçün imkan axtarışındasınız”. “Soyuq satışa maraq göstərmirisiniz, böyük rəqəmsal layihələrə qoşulmaq istərdiniz” və s. Bütün bunları yazmaq üçün CV-də “Əlavə məlumat” bölməsi olmalıdır. Bu bölmənin köməyilə işəgötürən tərəfi sizin bu və ya digər vakansiyaya nə qədər uyğun olmağınızı müəyyən edə biləcək. 

Əmək fəaliyyətinizdə böyük aranı (boşluğu) başa salın

Tez-tez olur ki, namizədin CV-də əmək fəaliyyətləri arasında 2 ildən çox boşluq olur. Bu kimi hallarda işəgötürən tərəfi sizin nə ilə məşğul olduğunuzu bilməlidir. Siz evdən işləmisiniz, təhsil almısınız və ya istirahət getmisiniz və s. 

Bəzən elə olur ki, işəgötürən namizədin CV-də 2 ilə qədər boşluq görür və hesab edir ki, o, heç harada işləməyib, ancaq sonra məlum olur ki, namizəd hansısa layihədə müstəqil formada çalışıb və zəruri təcrübə yığıb. Bəzən isə məhz bu təcrübə işəgötürən üçün çox mühim olur. 

Sizə verilən tövsiyyələri qeyd edin

İş axtaranlar çox vaxt onlara verilən tövsiyyələrin mahiyyətini anlamır və orda qeyd edilən məlumatların dəqiqliyinə diqqət etmirlər. Bu isə düz deyil. Tövsiyyələrin çoxluğu və dəqiqliyi namizədin əmək fəaliyyətinin geniş və müsbət olduğunu bildirir. Sizə verilmiş tövsiyyə məkutblarında tövsiyyə edənin e-poçtunun qeyd edilməsi kifayətdir.

Oxşar məqalələr

Yüksək tələbatı olan 5 yeni peşə

Məcid - 14.11.2018 427
İş axtaranlar üçün şad xəbər, proqnozlara əsasən dünya üzrə kadr (işçi) tələbatı ildə 19% sürətlə artacaq. Bu isə o deməkdir ki, həm ixtisassız işçilər, həm də dünyada sayı az olan mütəxəssislərin iş tapmaq şansı var. Pərakəndə ticarət, səhiyyə...
Davamı

Rəhbərlərin etdiyi 10 əsas səhv

Səbuhi - 19.10.2018 514
Demək olar ki bütün menecerlər bu məqalədə yer alan tez-tez rast gəlinən  səhvləri edirlər. Hər hansı bir liderin ən kritik səhvi - lider olduğunu unutmasıdır. Lider olduğunu unudub, öz səriştəsizliyini nümayiş etdirərək tabeliyindəkilərin işini görməsidir. Burada s&...
Davamı

CV göndərmədən öncə hər bir iş axtaran bunları bilməlidir

Anar - 04.10.2018 520
Heç fərqinə varmısınızmı, ölkəmizdə hansı sahələr üzrə iş axtarılır?! Apardığım müşahidələr və şirkətimizə gələn CV-lərdən anlayıram ki, vəziyyət heç də ürək açan deyil. Namizədlərin çoxu - “təki iş olsun”- deyib CV göndərirlər. Ham...
Davamı

İş axtarışı haqqında vacib məsləhətlər

Finmarket - 20.06.2018 852
20 uğursuz iş müsahibəsindən sonra fikirləşirsiniz ki, “sevimli corablarınızın” bəxtinizə heç bir müsbət təsiri yoxdur. Əgər indiyənə qədər arzusunda olduğunuz bacarıqlarınıza uyğun iş tapmamısınızsa, demək nəyisə düz etmirsiniz. Axtarış metodunuzda səhv var. Həmişə...
Davamı

İş müsahibəsi zamanı maraq oyatmağın yolları

Finmarket - 20.06.2018 1442
Namizədlər üçün iş görüşləri olduqca stresli keçsə də İR üçün proses tamamilə fərqlidir. Bəzən gün ərzində bir neçə görüşü eyni vaxtda aparan, həqiqətən fərq yaradan o əməkdaşı axtaran İR mütəxəssisinin diqqətini &cce...
Davamı

Müasir CV növləri: üstünlük və çatışmazlıqlar. II hissə.

Səbuhi - 18.06.2018 733
HİBRİD CV Hibrid tipli CV yuxarıda qeyd etdiyim funksional və xronoloji CV növlərinin struktur hissələrindən ibarətdir və hər ikisinin xüsusiyyətlərini ehtiva edir. Strukturuna daxildir: işaxtaranın məqsədi və tələbi; ümumiləşdirilmiş formada professional bacarıq və nail...
Davamı

Müasir CV növləri: üstünlük və çatışmazlıqlar. I hissə.

Səbuhi - 08.06.2018 713
Zaman və əmək bazarının dinamik inkişafı vərdiş etdiyimiz və dəyişməz hesab etdiyimiz proseslərə öz düzəlişlərini əlavə edir. Uzun illər istifadə etdiyimiz ənənəvi tərcümeyi-halların yerinə gələn müxtəlif formatlı CV-lər müasir trendlərdən biridir. Onlardan ən populyar ol...
Davamı

İş görüşməsində harada səhv etmiş ola bilərsiniz?

Finmarket - 07.06.2018 879
İş müraciəti etmisiniz, ancaq müsahibə dəvəti gəlmir, iş görüşməsinə gedirsiniz, amma yenidən itirib-axtaran yoxdur, yaxud "Yaxşı, bu dəfə oldu!" deyilsə də işə qəbul edilmirsiniz, bütün kənar faktorların xaricində, bəlkə də, bir şeyləri yoxdur, ya da siz səhv...
Davamı

"Keyfiyətli rekrutinq" silsiləsindən. Satıcı.

Səbuhi - 07.06.2018 334
SATIŞ MÜTƏXƏSSİSİ Məqalədə satış şöbəsinə işçi seçimində hansı məqamlara fikir vermək lazım olduğu haqda məlumat veriləcək. Məqalə həm rekruterlər həm də satış seqmentində karyera qurmaq istəyən kəslər üçün faydalı informasiyanı özündə əks etdiri...
Davamı

"Keyfiyyətli rekrutinq" silsiləsindən. Düzgün proqramçı.

Səbuhi - 07.06.2018 460
ÖN SÖZ Salam, Hörmətli oxucular! Sizə təqdim edəcəyim məqalə istər işəgötürən istərsə də işaxtaranların faydalana biləcəyi məlumat və fikirləri özündə birləşdirən “Keyfiyyətli rekrutinq” adı altında yazdığım məqalə seriyasının bir hissəsidir. Hər bir...
Davamı