CV göndərmədən öncə hər bir iş axtaran bunları bilməlidir

Anar Məlikov04.10.2018 2360

Heç fərqinə varmısınızmı, ölkəmizdə hansı sahələr üzrə iş axtarılır?! Apardığım müşahidələr və şirkətimizə gələn CV-lərdən anlayıram ki, vəziyyət heç də ürək açan deyil.

Namizədlərin çoxu - “təki iş olsun”- deyib CV göndərirlər. Hamı üçün tanınan peşələr var ki, iş axtaranlar yalnız o peşələri (sürücü, mühafizəçi, ofisdə hər hansı bir iş və s.) seçirlər. Təbii ki, o peşələr üzrə vakansiyalar məhduddur və yalnız bəlli sayda namizədlər işə qəbul olunurlar. Nəticədə çoxlu sayda işsiz və yaxud özünə uyğun iş tapa bilməyən kütlə yaranır. Bunun əksinə olaraq, şirkətlər də daxili tələblərinə uyğun işçi tapa bilmir və son nəticə olaraq, sahibkar işçi, vətəndaş isə, iş axtarır. Görək işçini və iş axtaranı bir araya gətirmək və problemi həll etmək üçün nə etmək olar???

Hamımıza məlumdur ki, son illər ölkəmizdə baş verən dəyişikliklər, tikinti, neft-qaz sahəsində olan inkişaf çoxlu peşə ixtisaslarına malik olan işçi kütləsinə tələbat yaradıb, amma bu peşə sahələrinin çoxunun adı və ixtisaslar haqqında tələblər iş axtaranlara tam şəkildə məlum deyil. Hamı iş axtarır, lakin mən hansı peşəni bacarıram, yaxud da bacardığım iş hansı tələblərə uyğun olmalıdır? - kimi suallar illərdir işçi kütləsi arasında cavabsız olaraq dolaşır. Təbii ki, bütün problemin ağırlığını iş axtaranların üstünə qoymaq olmaz, ən azı bu insanların təhsil və dünya görüşləri fərqli olduğu üçün məsələyə yanaşmaları da fərqli ola bilər, yəni problemin uğurlu həlli üçün bütün iş axtaranların peşə ixtisasları haqqında tələbləri öyrənməsi üçün vahid mənbədən istifadə etməsi mütləqdir.

Təcrübə göstərir ki, peşə-ixtisas sahələri və onlara olan tələblər aydın şəkildə müəyyən olunan ölkələrdə, peşə-ixtisas seçimi çox asanlaşır və insanlar sevdikləri peşələri öyrənmək üçün müxtəlif peşə-ixtisası üzrə kurslara, yaxud təcrübə mərkəzlərinə müraciət edirlər. Peşə ixtisaslarına olan tələblər təkcə iş axtaranlar deyil, həm də sahibkarlar üçün də keçərlidir. Belə olan halda, həm iş axtaran, həm də işəgötürən eyni nöqtədə görüşür və uğurlu namizədlər işlə təmin olunurlar.

İşə düzəlmək şansımızı artırmaq üçün biz ixtisas sahələrini tanımalı və onlara olan təlabatı qarşılamaq üçün nə etməli olduğumuzu öyrənməliyik ki, sahibkarların işçi axtarışları zamanı qoyduğu tələblərə cavab verə bilək.

Aydındır ki, bir suala cavab tapmaq üçün öncə sual düzgün qoyulmalı və ona uyğun gələn cavablar araşdırılmalıdır. Ona görə iş axtaran zaman “Mən hansı işi bacarıram və bu iş hansı tələblərə uyğun olmalıdır?”- sualını mütləq özünüzə verin, verin ki, cavabını tapa biləsiniz və ilk seçilən siz olasınız.

Hər zaman işiniz avand olsun!!!

 

Anar Məlikov

Keyfiyyət, biznes, menecment, SƏTƏM, audit sahələri üzrə peşəkar – Anar Məlikov ingilis, rus, türk və holland dili də daxil olmaqla beş fərqli dildə danışır. TCS şirkətinin sahibi və direktorudur. Məqalələri

Oxşar məqalələr

Yüksək tələbatı olan 5 yeni peşə

Məcid - 14.11.2018 2497
İş axtaranlar üçün şad xəbər, proqnozlara əsasən dünya üzrə kadr (işçi) tələbatı ildə 19% sürətlə artacaq. Bu isə o deməkdir ki, həm ixtisassız işçilər, həm də dünyada sayı az olan mütəxəssislərin iş tapmaq şansı var. Pərakəndə ticarət, səhiyyə...
Davamı

Rəhbərlərin etdiyi 10 əsas səhv

Səbuhi - 19.10.2018 1333
Demək olar ki bütün menecerlər bu məqalədə yer alan tez-tez rast gəlinən  səhvləri edirlər. Hər hansı bir liderin ən kritik səhvi - lider olduğunu unutmasıdır. Lider olduğunu unudub, öz səriştəsizliyini nümayiş etdirərək tabeliyindəkilərin işini görməsidir. Burada s&...
Davamı

İş axtarışı haqqında vacib məsləhətlər

Finmarket - 20.06.2018 2025
20 uğursuz iş müsahibəsindən sonra fikirləşirsiniz ki, “sevimli corablarınızın” bəxtinizə heç bir müsbət təsiri yoxdur. Əgər indiyənə qədər arzusunda olduğunuz bacarıqlarınıza uyğun iş tapmamısınızsa, demək nəyisə düz etmirsiniz. Axtarış metodunuzda səhv var. Həmişə...
Davamı

İş müsahibəsi zamanı maraq oyatmağın yolları

Finmarket - 20.06.2018 2952
Namizədlər üçün iş görüşləri olduqca stresli keçsə də İR üçün proses tamamilə fərqlidir. Bəzən gün ərzində bir neçə görüşü eyni vaxtda aparan, həqiqətən fərq yaradan o əməkdaşı axtaran İR mütəxəssisinin diqqətini &cce...
Davamı

Müasir CV növləri: üstünlük və çatışmazlıqlar. II hissə.

Səbuhi - 18.06.2018 1509
HİBRİD CV Hibrid tipli CV yuxarıda qeyd etdiyim funksional və xronoloji CV növlərinin struktur hissələrindən ibarətdir və hər ikisinin xüsusiyyətlərini ehtiva edir. Strukturuna daxildir: işaxtaranın məqsədi və tələbi; ümumiləşdirilmiş formada professional bacarıq və nail...
Davamı

Müasir CV növləri: üstünlük və çatışmazlıqlar. I hissə.

Səbuhi - 08.06.2018 1572
Zaman və əmək bazarının dinamik inkişafı vərdiş etdiyimiz və dəyişməz hesab etdiyimiz proseslərə öz düzəlişlərini əlavə edir. Uzun illər istifadə etdiyimiz ənənəvi tərcümeyi-halların yerinə gələn müxtəlif formatlı CV-lər müasir trendlərdən biridir. Onlardan ən populyar ol...
Davamı

İş görüşməsində harada səhv etmiş ola bilərsiniz?

Finmarket - 07.06.2018 1770
İş müraciəti etmisiniz, ancaq müsahibə dəvəti gəlmir, iş görüşməsinə gedirsiniz, amma yenidən itirib-axtaran yoxdur, yaxud "Yaxşı, bu dəfə oldu!" deyilsə də işə qəbul edilmirsiniz, bütün kənar faktorların xaricində, bəlkə də, bir şeyləri yoxdur, ya da siz səhv...
Davamı

"Keyfiyətli rekrutinq" silsiləsindən. Satıcı.

Səbuhi - 07.06.2018 828
SATIŞ MÜTƏXƏSSİSİ Məqalədə satış şöbəsinə işçi seçimində hansı məqamlara fikir vermək lazım olduğu haqda məlumat veriləcək. Məqalə həm rekruterlər həm də satış seqmentində karyera qurmaq istəyən kəslər üçün faydalı informasiyanı özündə əks etdiri...
Davamı

"Keyfiyyətli rekrutinq" silsiləsindən. Düzgün proqramçı.

Səbuhi - 07.06.2018 901
ÖN SÖZ Salam, Hörmətli oxucular! Sizə təqdim edəcəyim məqalə istər işəgötürən istərsə də işaxtaranların faydalana biləcəyi məlumat və fikirləri özündə birləşdirən “Keyfiyyətli rekrutinq” adı altında yazdığım məqalə seriyasının bir hissəsidir. Hər bir...
Davamı

Maaş bazarlığında nələrə diqqət etməlisiz?

Finmarket - 06.06.2018 825
Müsahibələrdə maaş gözləntisi haqqında danışmaq asan olmaya bilər. İşəgötürənin təklifini hərtərəfli qiymətləndirmək və səmərəli danışıqlar aparmaq bu mərhələdə çox vacibdir. Çünki ya yüksək məbləğ söyləyib işi əldən verə bilər və ya daha aşağı masala...
Davamı