Daha tez iş tapmaq üçün nə etmək lazımdır?

Finmarket 30.05.2018 717

İş müraciətlərindən rədd cavabı aldıqda dərhal hər kəs mütəəssir olur. Üstəlik, ətrafdakıların da “nə etdin?”, “iş tapa bildinmi?” kimi sualları ilə “ürəyini sıxma”, “Qismət” kimi təsəlliləri daha çox cansıxıcı olur. Bəs bir an əvvəl iş tapmaq istəyənlərin nə etməsi lazımdır? CV və Karyera Məsləhətçisi Esra Kəmər iş axtaranların daha tez iş tapması üçün nə etməsi lazım olduğundan danışır.

İşsizkən iş axtarmaq maddi və ya mənəvi cəhətdən olduqca çətin və yorucu bir prosesdir. Elanlara müraciət edirsən, amma heç bir şəkildə müsbət cavab ala bilmirsən. Getdikcə əhvalın pozulur, ümidlərin azalır. Bu prosesdə əvvəlcə qulaqlarını neqativlərə bağla və söylənənləri eşitməzdən gəl. Ümidsizliyə qapılma! Özün də daxil olmaqla, kimsənin səni dibə çəkməsinə icazə vermə!
Bəs iş axtarmağa başlayarkən ilk olaraq nə etməlisən?

  1. Güclü tərəflərini, bilik və bacarıqlarını, edə biləcəklərini və uğurlarını kəşf et.
  2. Qısa, orta və uzunmüddətli hədəflərini müəyyən et və bunları hazır tut.
  3. Tərcümeyi-halını hədəflərinə görə yarat və hazır saxla.
  4. İnkişafına diqqət yetir, bacarıqlarını möhkəmləndir və özünə maya qoy.
  5. B planını hazırla.
  6. Müsahibələrə hazırlaş.
  7. İş müraciətlərinə diqqət yetir.

Bəs yuxarıdakı maddələrdən əlavə iş axtararkən başqa nələr edə bilərsən?

Şəbəkəni gücləndir

Əvvəlcə iş tapmaq üçün səndə fikir yaradacaq, yol göstərəcək, referans olacaq bütün iş və sosial dairənin siyahısını çıxar. Hədəfinə görə iş tapmaqda sənə dəstək olacaq, istiqamət göstərəcək insanlarla ünsiyyətə keç. Bunu nəzərə alaraq şəbəkəni (network) genişləndir və İR mütəxəssisləri, yaxud hədəfinə uyğun adamlarla əlaqə yarat. Əlaqə qurarkən nə üçün əlaqə qurmaq istədiyini vurğulamağı unutma.

Qapı-qapı gəzməkdən çəkinmə

İşləmək istədiyin sektorda, yaxud mövqedə olan insanlarla ünsiyyətə keç. Məsələn, bu adamları qəhvə içməyə və ya səhər yeməyinə dəvət edə bilərsən. Cəsarətli və inandırıcı olmağa və niyyətini açıq şəkildə ifadə etməyə çalış. Bu insanlarla ünsiyyət qurmazdan əvvəl özünü daha yaxşı necə ifadə edəcəyini düşün; suallarını hazırla. Suallarının sektora, o işin incəliklərinə, üstünlüklərinə, sahib olunması lazım olan bilik və bacarıqlara uyğun olmalıdır. Qarşındakı adama "İş axtarıram" hissini yox, "Çox güclü cəhətlərim və xüsusiyyətlərim var, bu işə və sizə uyğunam" hissini verəcək şəkildə danış və peşəkar olduğunu hiss etdir. (Bu görüşdən sonra, bəlkə də, yeni bir fürsət yarana bilər; səni çalışdığı firmanın İR peşəkarına təqdim edə və ya boşalan iş yeri olanda sənə xəbər verə bilər. Bundan başqa, daha əvvəl birlikdə çalışdığın iş yoldaşlarınla və rəhbərlərinlə  görüşə bilərsən. Beləliklə, həm özünü xatırladar, həm də iş axtarış ilə bağlı onlardan ideya və ya təklif ala bilərsən.

Təşəbbüskar ol

Bir iş müraciəti edəndə, o işdə çalışan İR mütəxəssislərinə və ya o şirkətdən biri ilə əlaqə yaratmağa çalış. Şirkətdə çalışan bir tanıdığın və ya tanıdığının bir tanıdığı ola bilər. İR peşəkarına və ya müvafiq orqanın rəhbərinə əldən CV göndərmək işi sürətləndirə və ya sənin nəzərəçarpan olmağını təmin edə bilər. (Bu şəkildə verəcəyin tərcümeyi-halını mütləq o şirkətə xüsusi olaraq hazırlamalısan!) Əgər İR orqanından birini tanıyırsansa, İR-dəki nümayəndələrlə əlaqə qurmaq üçün şirkətə zəng edə və İR orqanının e-poçtunu öyrənərək CV-ni maillə göndərə bilərsən. Elektron poçt göndərərkən də mail-də "mən bu işi bacarıram və sizə uyğunam" mesajını peşəkar dildə hiss etdirməyin çox əhəmiyyətlidir.

Tərcümeyi-halını İR mütəxəssisinə çatdır

Tərcümeyi-halınızı İR-ə göndərdin. Tərcümeyi-halının İR mütəxəssisinə çatıb-çatmadığını öyrənmək üçün də şirkətə zəng vura, hətta telefonda tərcümeyi-halının o şirkət üçün uyğun olub-olmadığını soruşa bilərsiniz. Ancaq bunu edərkən mənfi bir cavab eşitməyə hazır olmaqda fayda var. (Əgər mənfi bir cavab eşitsən də bu cavabı heç vaxt fərdiləşdirmə və özünü pis hiss etmə. Əksinə, “necə daha yaxşı ola bələrəm” sualı üzərində düşün.

Sosial mediadan effektiv istifadə et

Sosial media artıq işçilərin işdən çıxmasına səbəb olursa, niyə işə alınmasına səbəb olmasın? Hədəfində təşkilati firmalar varsa paylaşımlarına diqqət etməlisən. Unutma ki, paylaşımların səni təmsil edir, fərdi markan haqqında fikir yarat. Bundan başqa, həmçinin digər sosial media platformalarından da səni bir işə yönəldəcək, iş almağını təmin edəcək şəxslər çıxa bilər. Gözüaçıq ol. Bu insanlarla ünsiyyətə keç və onların diqqətini çəkəcək paylaşımlar etməyə çalış. Bir də gördün iş təklifi almısan, nə bilmək olar?

Hədəfinə uyğun QHT-lərdə çalış

İşləmək istədiyin sahəyə və hədəflərinə uyğun olan qeyri-hökumət təşkilatlarında könüllü olaraq çalışa bilərsən. QHT-lər birdən artıq peşəkarla tanış ola biləcəyin, ünsiyyət yaradacağın və özünü göstərə biləcəyin yerlər arasındadır. Burada kritik məqam, "nə də olsa könüllüyəm" deyərək beş görüşdən sonra iclaslara iştirak etməkdən imtina etmə və başladığın işi başa çatırmağa diqqət etməyindir. Yaxşı təəssürat yaratmağa, düzgün adamlara çatmağa diqqət göstərməyin çox əhəmiyyətlidir.

Bundan başqa, özünəinam və pozitiv düşüncə ilə ünsiyyət qurmağa diqqət göstər. Kim haradan qarşına çıxacağı məlum olmaz… İş axtarma prosesinə diqqət yetir, hətta işin ancaq bu olsun. Prosesi zamanın ixtiyarına burax, işə başlayacağın zamanı səbirlə gözlə və heç vaxt usanma. Tək bir mövqedə israr etmək əvəzinə, ehtiyat planların üçün də iş axtarma prosesini davam etdir. Nə gözləyirsən? Bu andan etibarən özünü yenilə və yeni fikirlərlə iş axtarmağa başla!

Oxşar məqalələr

CV göndərmədən öncə hər bir iş axtaran bunları bilməlidir

Anar - 04.10.2018 167
Heç fərqinə varmısınızmı, ölkəmizdə hansı sahələr üzrə iş axtarılır?! Apardığım müşahidələr və şirkətimizə gələn CV-lərdən anlayıram ki, vəziyyət heç də ürək açan deyil. Namizədlərin çoxu - “təki iş olsun”- deyib CV göndərirlər. Ham...
Davamı

İş axtarışı haqqında vacib məsləhətlər

Finmarket - 20.06.2018 675
20 uğursuz iş müsahibəsindən sonra fikirləşirsiniz ki, “sevimli corablarınızın” bəxtinizə heç bir müsbət təsiri yoxdur. Əgər indiyənə qədər arzusunda olduğunuz bacarıqlarınıza uyğun iş tapmamısınızsa, demək nəyisə düz etmirsiniz. Axtarış metodunuzda səhv var. Həmişə...
Davamı

İş müsahibəsi zamanı maraq oyatmağın yolları

Finmarket - 20.06.2018 978
Namizədlər üçün iş görüşləri olduqca stresli keçsə də İR üçün proses tamamilə fərqlidir. Bəzən gün ərzində bir neçə görüşü eyni vaxtda aparan, həqiqətən fərq yaradan o əməkdaşı axtaran İR mütəxəssisinin diqqətini &cce...
Davamı

Müasir CV növləri: üstünlük və çatışmazlıqlar. II hissə.

Səbuhi - 18.06.2018 563
HİBRİD CV Hibrid tipli CV yuxarıda qeyd etdiyim funksional və xronoloji CV növlərinin struktur hissələrindən ibarətdir və hər ikisinin xüsusiyyətlərini ehtiva edir. Strukturuna daxildir: işaxtaranın məqsədi və tələbi; ümumiləşdirilmiş formada professional bacarıq və nail...
Davamı

Müasir CV növləri: üstünlük və çatışmazlıqlar. I hissə.

Səbuhi - 08.06.2018 547
Zaman və əmək bazarının dinamik inkişafı vərdiş etdiyimiz və dəyişməz hesab etdiyimiz proseslərə öz düzəlişlərini əlavə edir. Uzun illər istifadə etdiyimiz ənənəvi tərcümeyi-halların yerinə gələn müxtəlif formatlı CV-lər müasir trendlərdən biridir. Onlardan ən populyar ol...
Davamı

İş görüşməsində harada səhv etmiş ola bilərsiniz?

Finmarket - 07.06.2018 678
İş müraciəti etmisiniz, ancaq müsahibə dəvəti gəlmir, iş görüşməsinə gedirsiniz, amma yenidən itirib-axtaran yoxdur, yaxud "Yaxşı, bu dəfə oldu!" deyilsə də işə qəbul edilmirsiniz, bütün kənar faktorların xaricində, bəlkə də, bir şeyləri yoxdur, ya da siz səhv...
Davamı

"Keyfiyətli rekrutinq" silsiləsindən. Satıcı.

Səbuhi - 07.06.2018 259
SATIŞ MÜTƏXƏSSİSİ Məqalədə satış şöbəsinə işçi seçimində hansı məqamlara fikir vermək lazım olduğu haqda məlumat veriləcək. Məqalə həm rekruterlər həm də satış seqmentində karyera qurmaq istəyən kəslər üçün faydalı informasiyanı özündə əks etdiri...
Davamı

"Keyfiyyətli rekrutinq" silsiləsindən. Düzgün proqramçı.

Səbuhi - 07.06.2018 378
ÖN SÖZ Salam, Hörmətli oxucular! Sizə təqdim edəcəyim məqalə istər işəgötürən istərsə də işaxtaranların faydalana biləcəyi məlumat və fikirləri özündə birləşdirən “Keyfiyyətli rekrutinq” adı altında yazdığım məqalə seriyasının bir hissəsidir. Hər bir...
Davamı

Maaş bazarlığında nələrə diqqət etməlisiz?

Finmarket - 06.06.2018 326
Müsahibələrdə maaş gözləntisi haqqında danışmaq asan olmaya bilər. İşəgötürənin təklifini hərtərəfli qiymətləndirmək və səmərəli danışıqlar aparmaq bu mərhələdə çox vacibdir. Çünki ya yüksək məbləğ söyləyib işi əldən verə bilər və ya daha aşağı masala...
Davamı

İş elanının düzgün tərtibatı və optimal namizədlərin cəlb edilməsi haqqında

Səbuhi - 05.06.2018 478
Keyfiyyətli yazılmış iş elanı bizə bir çox üstünlük verir: Əksər uyğun olmayan namizədlər dərhal aradan qaldırılır "Lazımsız" müsahibələrin təşkili və aparılması üçün vaxt və səy sərf etmirsiniz Səylərinizi optimal namizədlərə yönə...
Davamı