DƏVƏT: "QAN VER, XİLAS ET!"

Rəvanə Qurbanova24.10.2018 440

Azərbaycanda yayılmış əsas xəstəliklərdən biri Talassemiya xəstəliyidir. Bu xəstəlik haqqında danısmaq mənim üçün nə qədər çətindirsə, bir o qədər də vacibdir. Lakin nə qədər çətin olsa da, real şahid olaraq bu xəstəlik haqqında cəmiyyətimizin maarifləndirilməsi və aksiyaların gücləndirilməsi üçün məsələni daim aktuallaşdırmağı özümə vəzifə və borc bilirəm. İlk əvvəl xəstəlik haqqında qısa məlumat vermək istərdim. Talassemiya xəstəliyi qırmızı qan hüceyrəsi strukturunda yer alan hemoqlobin maddəsinin istehsalındakı qüsurdur. Aralıq dənizi bölgəsində daha çox rast gəlinən bu xəstəlik adətən 1 yaşından əvvəl özünü büruzə verməyə başlayır və solğunluq, dalaq böyüklüyü, inkişaf geriliyi ilə özünü göstərir. Yaxşı müalicə olunmayan xəstələrin üz sümüklərində dəyişikliklər, qanda dəmir tərkibinə bağlı olaraq da ürək, mədəaltı vəzilərdə pozğunluqlar meydana gəlir.

Talassemiya xəstəliyi daşığıcı, ağır və orta olmaqla, 3 formada özünü büruzə verir. 
Daşıyıcı: İnsanda genetik olaraq bir dənə talassemiya geni var və  ata və ana bu geni uşağına keçirir, özü isə möhkəm olan digər genə görə sağlamdır. Bu növ xəstəlik deyil, yüngül anemiya sayılır və insan özünü halsız hiss edir. Həm ananın, həm atanın daşıyıcı olduğu hallarda, uşağın ölümcül seyr edən talassemiyaya tutulma ehtimalı 25%-dir. Ata və ananın biri daşıyıcı isə uşağın ölümcül talassemiyaya tutulma ehtimalı yoxdur. 
Ağır: Adətən 6 aylıq ikən körpədə birdən-birə ağır anemiya nəticəsində ürək çatışmazlığı inkişaf edir. Qarşısının alınması üçün mütəmadi olaraq qan köçürülməlidir. Qan köçürülməzsə, bir neçə il ancaq yaşaya bilər. Adətən bu körpələr yetkinlik yaşına çatmadan dünyasını dəyişir. 
Orta: Adətən 1 yaşından sonra diaqnoz qoyulur. Mütəmadi olaraq qan köçürülür. Tez-tez köçürülən qan dəmirin miqdarının artmasına səbəb olur və dəmir bağlayıcıları vasitəsilə yaxşı nəticələr əldə etmək mümükündür. Uğurlu bir sümük iliyi nəqli ilə tam müalicəsi mümkündür.

Əvvəldə qeyd etdim ki, bu xəstəlik haqqında danışmaq mənim üçün çətin və vacibdir. Bu xəstəlik haqqında müzakirələr ailəsində talassemiya xəstəsi olan hər bir ailə üçün çətindir əlbəttə. Lakin biz və bizim kimi talassemiya xəstəsi olan ailələr yaşanılan problemləri yaşamamaq üçün hər bir vətəndaşı bu məsələni daim aktuallaşdırmağa dəvət edir. 
 

Söhbət hansı problemlərdən gedir?
-    Daha çox hallarda talassemiya xəstələrinə köçürülən qan “Qan Bankı”ndan pulsuz olaraq Talassemiya xəstəxanasına göndərilir və xəstələrə köçürülür. Lakin bəzi hallarda donor çatışmır və xəstələrin ailələri qan axtarmalı olur. Bir neçə gün əvvəl qan axtararkən belə bir hadisənin şahidi oldum. Facebook və instagram profilimi izləyənlərdən bir neçə nəfər qan vermək üçün əlaqə saxladı. Həmin insanlar söylədilər ki, əslində aksiyalara qoşulmurlar və donor kimi qan bankına yaxınlaşıb qan vermirlər. Səbəb olaraq, güvənmədiklərini və verilən qan donorlarının xəstələrə göndərilmək əvəzinə satıldığına dair şübhəli olduqlarını göstərdilər. 
-    Bir çox insanlar isə, ümümiyyətlə, talassemiyanın nə xəstəliyi olduğunu bilmirlər və bu xəstələrin qan donorlarına ehtiyac duyduqlarından xəbərləri belə yoxdur. 
-    Daha çox “əsəblərə toxunan” məsələ odur ki, qan vermək üçün yalnız həftənin 6 günü 09:00-15:00 arası yaxınlaşmaq olar. Sırf bu səbəbə görə 3 gün gözləməli olduğumuz zamanlar olub. Uyğun donor tapılıb uzaq məsafədən qan bankına yaxınlaşana qədər saat 15:00-u keçib və donor sabahı gün yaxınlaşmalı olub. Sabahı gün bazar günü isə gözləmək məcburiyyətindəyik. Nəzərə alsaq ki, donordan alınan qan yuyulub təmizləndikdən sonra xəstəyə köçütülür və bu proses zaman tələb edir, həmin günlərdə xəstənin qanındakı hemoqlabin miqdarı sürətlə azalır, halsızlaşır, immuniteti aşağı düşür və bərpası xeyli zaman alır. 
Talassemiya ciddi bir xəstəlikdir. Göz qabağında şam kimi əriyən bir övladın həyatı və o həyatla əriyən iki valideyn ürəyi deməkdir. Hər bir vətəndaşı, hər bir müəssisəni bu xəstəliklə bağlı insanları maarifləndirmək üçün, qanvermə aksiyalarını gücləndirmək üçün, talassemiya xəstələri uşaqları asosiallıqdan qurtarıb cəmiyyətə qazandırmaq üçün müəyyən tədbirlər görməyə və görülən tədbirlərə qoşulmağa dəvət edirəm. 

Qan ver, xilas et! 

Rəvanə Qurbanova

Rəvanə Qurbanova

Logos education və Sosioloq İş Mərkəzinin təsisçisi. Ən gözəl biznes varlanmaq üçün deyil, cəmiyyətə fayda vermek üçün qurulan biznesdir. Kvantizm nəzəriyyəsini, Azərbaycan bayrağını, ixtisasını, bir də fərdi inkişaf kitablarını çox sevir. "Hər şeyə rəğmən bir təbəssüm" devizinin müəllifidir. Məqalələri

Oxşar məqalələr

Mən bilirəm darıxmaq nədir

Dilşad - 15.01.2019 789
Mən bilirəm darıxmaq nədir... Dolu dolu xoşbəxt ola bilməmək, huzur tapmamaqdı darıxmaq. Danışıb gülərkən belə, sevincin gözündə qalmağıdı darıxmaq... Susmaqdı darıxmaq, sözlərin anlaşılmaz deyə... Qorxmaqdı darıxmaq, həyat verdiyi qədər alar deyə... Əksiklərini xatırlamaq, ruhu ...
Davamı

Hərraclarda satılmış 10 ən bahalı brilliantlar

Məcid - 26.11.2018 399
Noyabrın 13-də Cenevrənin (İsveçrə) məşhur “Christie’s” (Kristis)  hərracında dəyəri 50,3 milyon İsveçrə frank (50 milyon dollar) olan, 19 karatlı “Pink Legacy” (Çəhrayı irs) brilliantı ilə bəzədilmiş platin üzük satılıb. Bununla da &...
Davamı

Müxtəlif ölkəkərdə qadağan olunan sadə məhsullar

Məcid - 26.11.2018 315
Bəzi ərzaqlar (məhsullar) var ki, onlar insan səhhətinə ciddi ziyan vura bilərlər. Elə məhsullar da var ki, onları asanlıqla qonşu marketdən almaq mümkündür. Lakin heç düşünmüsünüz ki, sevimli sousunuz və ya mövsümi aldığınız meyvələrin hansıs...
Davamı

Külək turbinləri necə işləyir?

Şahvaris - 07.11.2018 632
Havanın bir maye olduğunu təsəvvür etmək çətindir. Çünki hava görünməzdir. Mayedən fərqli olaraq, hava daha tez hərəkət edir və bütün ətraf mühitini əhatə edir. Havanın bu xüsusiyyətini kinetik enerjiyə çevirmək prosesi “Wind Energy&...
Davamı

Məhkəmədə nümayəndəliyin ləğvi mövzusu

Hikmət - 02.11.2018 554
Bu mövzunun Nümayəndəliyin ləğvi adlandırılması əslində bu məsələyə düzgün yanaşma deyil. Çünki nə nümayəndəlik nə də məhkəmədə nümayəndəlik ləğv olunmayıb. İstənilən şəxs sizi istənilən bir dövlət qurumunda etibarnamə ilə təmsil edə bilər. Yalnız məhkə...
Davamı

18 Oktyabr - Dövlət müstəqilliyi günüdür!

Səbuhi - 18.10.2018 267
Azərbaycanın Dövlət Müstəqilliyi günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biri. Hər il 18 oktyabrda qeyd edilir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 19...
Davamı

Çirkli avtomobil üzərində şəkil çəkmək sənəti və ya Texas üsülu ilə suya qənayət.

Səbuhi - 10.10.2018 505
Texaslı rəssam Skot Veyd (Scott Wade) sübut etdi ki, çirkli avtomobillər gözəl sənət əsərləri yaratmaq üçün kətan rolunu oynayır. Bu sənətin ustası olmaq üçün, sənətkar bir çox sınaq və səhvlərdən keçərək, müxtəlif alətlər və fırl...
Davamı

Azərbaycan insanının 2 əsas problemi...

Nihad - 01.10.2018 348
  Problemlərimizin çox olduğunu düşünürəm,ancaq onlardan bəziləri daha geniş miqyaslıdır və insanların həyat tərzlərinə və ümumilikdə həyatlarına daha çox təsirlidir. Azərbaycan insanının yaşadığı 2 əsas problemi qeyd etmək istəyirəm! Bu 2 problemin müə...
Davamı

İnsan Yupiterə enə bilərlərmi?

Məcid - 26.09.2018 647
Bu və ya digər planeti dərindən və dəqiq tətqiq etməyin ən yaxşı yolu onun üzərinə enməkdir. Məhz bu kimi tətqiqatları aparmaq üçün insanlar Ay, Venera, Mars Saturnun peyki olan Titana kosmik aparatlar göndəriblər. Lakin Günəş sistemimizdə heç vaxt dəqiq tət...
Davamı

Salamat qal

Dilşad - 24.09.2018 1155
... Xəyalıma gətirməkdə aciz olduğum üzünü, hər gün, bəlkədə yüzlərlə adam görür, işdə, mağazada, metroda, küçədə, qonaqlıqda, hər yerdə...adicə qarşılaşıb gedirlər. Biz də qarşılaşdıq... Gözləmədiyim anda, gözləmədiyim  məkanda... Bax...
Davamı