Dünya üzrə 143 texnoloji milyarderlərin yarısı “Silikon Vadisi”ndə yaşayır

Finmarket 31.05.2018 310

Hesabatlara görə hal – hazırda “Silikon Vadisi”ndə 74 milyarder yaşayır.

Cavan olduğunuz müddətədə, tez bir zamanda varlanmaq arzusundasınızsa yolunuzu “Silikon Vadisi”nə salın. Bura əsl sizin üçün geniş imkanlar platformasıdır. 

Digər tərəfdən “Silikon Vadisi”ndə bir çoxlarının arzuları puç olub, bank hesabları isə sıfıra enib. Lakin bankirlər və məsləhətçilərin korporativ pilləkən üzrə yuxarı qalxdıqca sərvətlərinin artması adi hal olan Uoll-stritdən fərqli, texnologiya sahəsində sərvət qazanmaq neft yatağı tapmaq kimi bir az bəxt, düzgün vaxt və düzgün ideyada tələb edir. 

“Wealth-X”ın təqdim etdiyi qlobal milyarderlər statistikasına görə ötən il milyarderlərin sayı rekord nəticə 2754 nəfər çatıb. Bu ötən illə müqayisədə bu nəticə 15% çoxdu. Bu artıma əsas təsir göstərən Asiya bölgəsi oldu. Ötən il ərzində orada milyarderlərin sayı 30% artaraq 784 nəfərə çatıb. Hal- hazırda “Silikon Vadisi”ndə 74 texnoloji milyarder yaşayır. Bu 2016-cı ilin göstəricisi ilə müqayisədə əlavə 14 nəfər deməkdir. Bu nəticə ilə “Silikon Vadisi”milyarderlər sayına görə Moskva (69 nəfər) və Londonu (62 nəfər) geridə qoyaraq 3-cü yerdə qərarlaşa bilib. Bu sıralamanın liderləri Nyu-York (103 nəfər) və Honq-Konqdur (93 nəfər) 
Ümumilikdə dünya üzrə milyarderlərin ¼ ABŞ-da yaşayırlar. 

“Wealth-X” hesabatına görə bu gün İKT sektorunda mövcud olan 143 milyarderlərin illik təmiz gəliri 6 milyard dollar təşkil edir. Digər İKT milyarderlərinin illik təmiz gəliri isə 3,3 milyard dollar təşkil edir. 

Bütün bu rəqəmlər onu göstərir ki, İKT sahəsində daha geniş imkanlar mövcuddur. Çünki bu sahə dayanmadan inkişaf edərək, hər il yeni həllər təklif edir. İKT sahəsinin məhz bu xüsusiyyətinə görə orada uğur (eyni zamanda sərvət) qazanmaq daha asandır. 

Blokçeyn texnologiyasının inkişafı da bu sahəyə öz təsirini göstərir. 2017-ci ilin sonundan etibarən rəqəmsal pul vahidlərinin sürətli artımı bir neçə kriptovalyuta birjasının oyunçularını milyarder etdi. Düzdü indi onlar dəyərini itirdikləri bir dövrdə həmin milyarderlərin sərvəti ciddi şəkildə azalıb.

Mənbə: recode.com

Oxşar məqalələr

İnsan kapitalı indeksi-Asiya ölkələri

Məcid - 30.10.2018 110
Asiya iqtisadiyyatı əhalisinə sərmaye qoyaraq, gəlir əldə edir Dünya Bankının (DB) rəhbəri Cim Yon Kim Son çıxışında yeni “İnsan Kapitalı İndeksi”ni şərh edərək bildirib ki, dünya miqyasında avtomatlaşdırma və qida çatışmazlığı problemlərini “Ərəb baharı&rd...
Davamı

Dünyanın ən varlı ölkələri – BVF-in siyahısı

Finmarket - 23.11.2017 3875
Hal-hazırda dünyada mövcud olan təqribən 200 müstəqil ölkənin əksəriyyətinin illik gəliri milyardlar və hətta trilyonlar təşkil edir. Bəs onların arasında dünyanın ən varlı ölkəsi (ölkələri) hansıdır? Bunu təyin etmək  üçün Beynəlxalq Valyu...
Davamı

Dünyanın 10 neft nəhəngi – siyahı

Finmarket - 17.11.2017 243
OPEC, Rusiya və kartelə üzv olmayan digər ölkələr hal- hazırda neft hasilatının azaldılması sazişi üzrə birgə fəaliyyət göstərirlər. Bu fəaliyyət artıq özünün real nəticələrini verməkdədir, son 2 il ərzində qara qızılın qiyməti ilk dəfə artmağa başlayıb. Lakin h...
Davamı

Kriptopullar dünya banklarını silkələyir

Finmarket - 08.11.2017 120
Azərbaycanda çox az adamın maraqlandığı elektron valyutası deyilən kriptovalyuta bazarında son günlər rekord göstərcilər bütün dünyanın diqqət mərkəzindədir. Sərbəst kripto pulların böyük kütləsini müşahidə edən və kriptovalyuta bazarında nələrin b...
Davamı