Dünyanın 10 neft nəhəngi – siyahı

Finmarket 17.11.2017 186

OPEC, Rusiya və kartelə üzv olmayan digər ölkələr hal- hazırda neft hasilatının azaldılması sazişi üzrə birgə fəaliyyət göstərirlər. Bu fəaliyyət artıq özünün real nəticələrini verməkdədir, son 2 il ərzində qara qızılın qiyməti ilk dəfə artmağa başlayıb.

Lakin hasilatın azaldılması sazişinə baxmayaraq, OPEC-ə üzv dövlətlər neft üzrə fərqli potensiala malikdilər.

Dünyanın 10 ən böyük neft hasilatçısı ölkələrini diqqətinizə çatdırırıq.

10. Anqola

OPEC-in hesabatına görə, 2016-cı ildə Anqola sutka ərzində 1,7 milyon barel neft ixrac edib. Neft ixracı və onun köməkçi sahələri Anqolanın ÜDM-nin 45%- təşkil edir. Eyni zamanda ölkə ixracının da 95% neft və neft məhsullarının payına düşür.

2007-ci ildə OPEC-ə üzv olandan sonra Anqola kartelin ən böyük 6-cı neft ixracatçısı oldu.

9. Nigeriya

Nigeriya Afrikanın ən böyük neft ixracatçı və istehsalçı ölkəsidir. Eyni zamanda OPEC ölkələri arasında ən çox əhalisi olanda da məhz Nigeriyadır.

2016-cı il OPEC hesabatında Nigeriya Anqolanın (sutka ərzində 1,7 milyon barel neft) nəticəsini cuzi qabaqlaya bilib.

8. Venesuela

Venesuela hal-hazırda 14 üzvü olan OPEC təşkilatının təsisçilərindəndir. Kartel hesabatına görə, ölkə 2016-cı ildə sutka ərzində 1,9 milyon barrel neft ixrac edib. Bu Cənub Amerika ölkəsi dünyanın ən böyük neft ehtiyatlarına sahib olsa da, hazırda ciddi böhran içindədir. Neftin qiymətinin 3 il davamlı olaraq ucuzlaşması və ölkə iqtisadiyyatının digər heç bir sahəsinin inkişaf etməməsi bu gün Venesuelada qida qıtlığı, yüksək inflyasiya və kriminogen vəziyyətin pisləşməsi ilə nəticələnib. Anqolada olduğu kimi, Venesuelanın da ixracının 95% neftin payına düşür.

7. İran

OPEC hesabatı qeyd edir ki, 2016-cı ildə İran sutka ərzində 2 milyon barel neft ixrac edib. ABŞ prezindeti Donald Tramp İranla əldə edilmiş atom razılaşmasını (Konqres razılıq versə) ləğv etməklə hədələyəndən sonra bir çox beynəlxalq şirkət Tehranla neft sahəsində birgə layihələrin gələcəyi ilə bağlı narahatlıq keçirirlər.

6. Küveyt

OPEC rəqəmlərinə görə, Küveyt 2016-cı ildə sutka ərzində 2,1 milyon bareldən çox neft ixrac edib. Kartelə üzv digər ölkələrlə neft-qaz ixracı ölkənin ÜDM-nin 60% təşkil edir.

5. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)

Hesablamara görə, 2016-cı ildə BƏƏ sutka ərzində 2,5 milyon barel neft ixrac edib.

Ölkənin ÜDM-nin təqribən 40%-i neft-qaz hasilatından gəlir. Ərəbistan yarımadasında yerləşən, 7 əmirlikdən ibarət ölkə 1967-ci ildə OPEC-ə üzv olub.

4. Kanada

Ən son hesabatlara əsasən Kanada sutka ərzində 3,2 milyon bareldən çox neft ixrac edir. OPEC-ə üzv olmayan Kanada Afrikanın iki aparıcı neft hasilatçısı ölkəsi qədər neft çıxarır və qara qızıl ehtiyatlarına görə dünyada 3-cü yerdədir.

3. İraq

OPEC və Rusiya kartelə daxil olan və olmayan iri neft hasilatçıları ölkələrinə müraciət edərək, 2018-ci ilin sonuna qədər neftin qiymətini stabilləşdirmək üçün gündəlik neft hasilatının azaldılmasını təklif etdilər.

İraq OPEC tərkibində 2-ci ən böyük neft hasilatçısı olmağına baxmayaraq, rəsmi Bağdad keçən qışda razılıq verdiyi hasilatın azaldılması sazişinə riayət etmir.

OPEC hesabatına görə ölkə 2016-cı ildə 3,8 milyon barel neft ixrac edib.

2. Rusiya

Rusiya OPEC-ə üzv olmayan ölkələr arasında ən böyük neft ixracatçısı ölkəsidir. Ən son rəqəmlərə görə Rusiya sutka ərzində 5,1 milyon barel neft hasil edir. Neft qiymətlərinin stabilləşdiriməsi istiqamətində rəsmi Moskva və OPEC birgə fəaliyyət göstərirlər.

1. Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı dünyanın aparıcı neft hasilatçısı və ikinci ən böyük neft istehsalçısıdır. Kartelin veb-saytında dərc edilmiş hesabata görə, OPEC-in kralı 2016-cı ildə sutka ərzində 7,5 milyon barel neft ixrac edib.

Krallıqda baş vermiş son anti-korrupsiya əməliyyatı çərçivəsində şahzadə, nazir və görkəmli sahibkarların həbs edilməsi dünya bazarında neftin qiymətinin artmasına səbəb oldu.

Oxşar məqalələr

Dünya üzrə 143 texnoloji milyarderlərin yarısı “Silikon Vadisi”ndə yaşayır

Finmarket - 31.05.2018 289
Hesabatlara görə hal – hazırda “Silikon Vadisi”ndə 74 milyarder yaşayır. Cavan olduğunuz müddətədə, tez bir zamanda varlanmaq arzusundasınızsa yolunuzu “Silikon Vadisi”nə salın. Bura əsl sizin üçün geniş imkanlar platformasıdır.  Di...
Davamı

Dünyanın ən varlı ölkələri – BVF-in siyahısı

Finmarket - 23.11.2017 3765
Hal-hazırda dünyada mövcud olan təqribən 200 müstəqil ölkənin əksəriyyətinin illik gəliri milyardlar və hətta trilyonlar təşkil edir. Bəs onların arasında dünyanın ən varlı ölkəsi (ölkələri) hansıdır? Bunu təyin etmək  üçün Beynəlxalq Valyu...
Davamı

Kriptopullar dünya banklarını silkələyir

Finmarket - 08.11.2017 88
Azərbaycanda çox az adamın maraqlandığı elektron valyutası deyilən kriptovalyuta bazarında son günlər rekord göstərcilər bütün dünyanın diqqət mərkəzindədir. Sərbəst kripto pulların böyük kütləsini müşahidə edən və kriptovalyuta bazarında nələrin b...
Davamı