Dünyanın 15 ən yaxşı çimərlikləri məlum oldu

Məcid Musayev26.10.2018 463

Mərkəzi Asiya üzrə məşhur olan https://www.tripadvisor.ru/ turizm saytı istifadəçilərin (turist-səyyahlar) rəyləri əsasında dünyanın ən yaxşı 25 çimərliklərini müəyyən edib.

15. Anse Latsio / Praslen adası, Seyşel adaları
Şüşə kimi şəffaf, isti su, ağacların kölgəsi və ağ qumlar. Bu çimərliyə il boyu, hər zaman səyahət etmək olar. 

 

14. Bornmut / Böyük Britaniya
Sərin qum üstündə piyada gəzintiləri və isti havadan qaçmaq üçün gözəl çimərlik. İyul – sentyabr dövrü bura səyahət etməyin ən yaxşı vaxtıdır. 

13. Əncil ağacı körfəzi / Protaras, Kipr
Aralıq dənizin ən gözəl buxtalarından biri. Səyahət etmək üçün ən gözəl vaxt may – oktyabr dövrüdür. 

 

12. Faleziya / Olyuş-di-Aqua, Portuqaliya 
Digər planetin mənzərəsini xatırladan narıncı dağlar və nəhəng Şam ağacları yamacları çimərliyi əhatə edib. Büllur dəniz suyu olan bu çimərliyə getməyin ən yaxşı vaxtları aprel-oktyabr ərzindədir.

11. Elafonisi çimərliyi / Elafonisi, Yunanıstan 
Açıq mavi rəngdə sakit və gözəl dəniz. İncə çəhrayı rəngə çalan qum. Bir sözlə əsl cənnət. Bura səyahət etməyin ən yaxşı vaxtı may – oktyabrdır. 

10. Palaya Norte / İsla Muheres (Qadınlar adası), Meksika
Firuzə rəngli, sakit dəniz və təmiz ağ qum. Bu çimərliyə il boyu, hər zaman səyahət edib, istirahət etmək olar.

 

9. Bavaro çimərliyi / Bavaro, Daminikan
Punta-Kanaya gələn turistlərin hər birinə bu çimərliyə baş çəkməyi məsləhət görürük. Yumşaq isti qum və təmiz dəniz. Mərcan riflərinin qoruduğu çimərlik müxtəlif su idman növləri üçün çox uyğundur. Bu çimərliyə də il boyu, hər zaman səyahət etmək olar.

 


8. “Seven Mile” çimərliyi / Yamayka
Uzunluğu təqribən 11 km olan, ağ qumlu çimərlik. Sahib boyu turistlər üçün bir çox kafe və barlar fəaliyyət göstərir. Eyni zamanda düz çimərliyin yanında qalmağa otaqlar və ya milli evləri olan “bunqalo”lar kirayələyə bilərsiniz. Bura sizi ilin istənilən vaxtı qonaq etməyə hazırdır. 

 

7.  Kliruoter çimərliyi / Florida ştatı, ABŞ
Dünyaca çox məşhur olan bu çimərlik yumşaq ağ qumları ilə turistləri cəlb edir. Buranı günəşli gündə istirahət üçün ideal məkan da adlandıra bilərik. Bəxtiniz gətirsə çimərlikdə üfiqdə sizinlə birgə suda istirahət edən delfinləri də görə bilərsiniz. ABŞ-a getmək hər zaman yaxşı fikir olduğunu nəzərə alaraq, diqqətinizə çatdırırıq ki, Kliruoterə də ilin istənilən vaxtı səyahət edə bilərsiniz. 

 

6. La-Konça çimərliyi / San-Sebastyan, İspaniya
Sözün əsl mənasında nəhəng bir çimərlik. Çoxlu sayda turistlərin çimərlikdə eyni anda istirahət etməsinə baxmayaraq, narahat olmayın, yer baxımından darlıq hiss etməyəcəksiniz. Səyahət üçün ən uyğun vaxt iyul – sentyabrdır. 

5. “Seven-Mile-Beach” çimərliyi / Böyük Kayman, Kayman adaları
Xeyir. Səhv oxumursunuz. Yamaykadakı ilə eyni adı daşıyan bu çimərliyin narın qumları var. Sahil boyu isə tropik ağaclar turistlərə kölgə verirlər. Bu çimərlik həmişə adamla dolu və müxtəlif səs-küylü musiqi əyləncələrin mərkəzi olur. Bu çimərliyə də il boyu, hər zaman səyahət etmək olar.


4. İql çimərliyi / Aruba 
İsti hava, firuzə rəngli dəniz və təmiz qum. Bir sözlə gözəllik və sakitlik axtaranlar ilin istənilən vaxtı yolunu Arubaya sala bilər. 

 

3. Varadero çimərliyi / Varadero, Kuba
Sonsuz görünən mavi dənizin (daha doğrusu okeanın) suyu o qədər təmizdir ki, dibi asanlıqla görə bilirsiniz. Eyni zamanda sonsuz görünən qumlar. Bu çimərliyə il boyu, hər zaman səyahət etmək olar.

 2. Sanço çimərliyi / Fernandu-di-Noronya, Braziliya

Braziliya yalnız Rio karnavalından ibarət deyil. Sanço çimərliyi turistlər arasında kifayət qədər məşhur məkandır. Sözlə ifadəyə yatmayan gözəl mənzərə. Bu məkan dəfələrlər dünyanın ən yaxşı çimərliyi adını qazanıb. Məşhurluğuna baxmayaraq, bu çimərlikdə elə də çox turistə rast gəlməyəcəksiniz. Çimərliyə çatmaq üçün bir qədər qəliz, daşlı-pilləkənli yol ora səyahət edənlərin sayını azaldır. Öz qüvvətinizə əminsiniz? Ağır yoldan keçməkdən qorxmursunuz? O zaman ilin istənilən vaxtı bu gözəl məkan sizin yolunuzu gözləyir.

1. Qreys – Bey körfəzi / Providensiales, Treks və Kaykos adası
Göz qamaşdıran ağ qum və həzin, isti ləpələr. Suyun rəngi o qədər fərqlidir ki, əl vurana qədər onun reallığına şübə edirsiniz. Bir qayda olaraq bura səhər istirahətə gələn turistlər yalnız axşam çağı çimərlikdən ayrılırlar. Bəs bu cənnəti nə vaxt görə bilərəm sualı versəniz? Cavabımız sizi sevindirəcək, çünki ilin istənilən vaxtı Qreys-Bey sizi qonaq gözləyir. 
 

Məcid Musayev

Oxatan bürcündən olan Məcid bütün dünyanı səyahət etmək arzusundadır. Pasport, miqrasiya və Hi-Tech mövzularında xəbərlərlə maraqlanırsınızsa bizim çoxbilmişi izləyin. Məqalələri

Oxşar məqalələr

Çin yüksək sürətli sualtı dəmir yolu inşa edəcək

Məcid - 03.12.2018 297
Çin ölkəni əhatə edən yüksək sürətli dəmir yolları şəbəkəsini genişləndirməyə davam edir. Rəmsi Pekinin verdiyi son açıqlamaya görə hökumət Şanxaydan cənubunda yerləşən Ninbo liman-şəhərini, ölkənin qərb sahilləri, Çjouşan arxipelaqı ilə birləşdirəc...
Davamı

Maldivdə ilk sualtı hotel istifadəyə verilib

Məcid - 27.11.2018 395
Sualtı balıqları saatlarca izləmək və onlara maksimum yaxın olmaq üçün artıq fantastik filmlərin qəhrəmanlarından biri olmağa ehtiyac yoxdur.  Maldiv adalarında daha dəqiq desək Ranqali adasında açılmış ilk sualtı hotel öz qonaqlarına bu imkanı yaradır. Sadəcə ik...
Davamı

İmmiqrasiya üçün 5 ən yaxşı ölkə

Məcid - 21.11.2018 672
1) Heç vaxt müstəmləkə olmamış ölkə Tayland (Tay) xalqı fəxr edir ki, onların vətəni Cənub-Şərqi Asiyada avropalıların müstəmləkəsi olmamış yeganə ölkədir. Digər tərəfdən bu gün Tayland kimi ekzotik məkanı görməyə gələn milyonlarla turistləri nəzərə alsaq, prose...
Davamı

Cənnət adalarının yanında zibil dağları

Məcid - 16.11.2018 362
Elə bilirsiniz ki, turizm mərkəzi olan dövlətin (ərazinin) heç bir problemi yoxdur? Tam əksinə, turizm sektorunun hər zaman əks tərəfi (təsiri) var. Bu mövzuda turizm cənnəti hesab edilən Maldiv adalarını, daha konkret desək Maldivin Tilafuşi adasının adını çəkə bilərik.&n...
Davamı

Vizasız səyahət üçün ən yaxşı pasport hansıdır?

Məcid - 15.11.2018 608
Səyahət etmək imkanı böyük bir azadlıqdır, lakin səyahət zamanı bu və ya digər viza tələblərindən asılı olmamağı ən böyük azadlıqlardan biri adlandıra bilərik. Buna görə də bəzi ölkələrin pasportları öz daşıyıcısına daha geniş (səyahət azadlığı) imkanlar təqdim edi...
Davamı

Super VIP bank kartları

Məcid - 12.11.2018 283
Müasir dövrümüzdə bir çoxumuzun pul qabında plastik bank kartları var. Bəzi ölkələrdə belə kartlar vasitəsilə nəğdsiz ödəniş çox az yayılıb, bəzilərində isə bank kartlarıdan istifadə və onlar üzərində xidmət olduqca məşhurdur. Lakin sərvətlərinin həc...
Davamı

Makedoniyaya səyahət zamanı görməli olduğunuz 10 yer 

Məcid - 29.10.2018 592
Balaca, lakin qürurlu Makedoniya Keçmiş Yuqoslaviyanın tərkibində olmuş Makedoniya Respublikası indi müstəqil dövlət olaraq, Balkan yarımadasının təqribən mərkəzində yerləşir. Makedoniyanı elə də zəngin və ya güclü dövlət adlandırmaq olmaz. Bir tərəfdən ö...
Davamı

Ordusuz güclü, neft və qızılsız zəngin olan İslandiya

Məcid - 22.10.2018 616
Ordusuz güclü, neft və qızılsız zəngin olan İslandiya Ordusu olmayan bir dövlət təssəvür edin. Bundan əlavə həmin dövlətin nə neft, nə də qızıl yataqları yoxdur. Yanına tam pulsuz təhsil və enerji sistemini əlavə edin. Bu ölkədə sakinlər gecələr qapılarını bağlamırla...
Davamı

Avropa İttifaqı pasportunu itirmək astanasında olan Böyük Britaniya

Məcid - 16.10.2018 345
Avropa İttifaqı pasportunu itirmək astanasında olan Böyük Britaniya Avropa İttifaqına (Aİ) üzv dövlətlərin vətəndaşlığı (pasportu) öz sahibinə bir çox imtiyazlar qazandırır. Onlar arasında ən önəmlisi Aİ pasportu sahibinə təşkilata üzv 27 ölkəyə (və ...
Davamı

Avtomobil hərəkəti olmayan 5 şəhər

Məcid - 02.07.2018 948
Venesiya (İtaliya) Venesiya avtomobil hərəkəti olmayan, müasir şəhər misalının ən bariz nümunəsidir. Hər il 20 milyon turistin ziyarət etdiyi Venesiyada avtonəqliyyat infrastrukturu praktiki olaraq mövcud deyil. Şəhərin əsas ictimai nəqliyyatı su üzərində hərəkət edən taksi-qa...
Davamı