Dünyanın ən varlı ölkələri – BVF-in siyahısı

Finmarket 23.11.2017 3876

Hal-hazırda dünyada mövcud olan təqribən 200 müstəqil ölkənin əksəriyyətinin illik gəliri milyardlar və hətta trilyonlar təşkil edir. Bəs onların arasında dünyanın ən varlı ölkəsi (ölkələri) hansıdır?

Bunu təyin etmək  üçün Beynəlxalq Valyuta Fondunun (BVF) 2017-ci ilin oktyabrı üzrə ölkələrin ÜDM cədvəli əsasında hazırlanmış yeni reytinqi diqqətinizə çatdırırıq. 

Təqdim olunan reytinqdə yer almış bəzi ölkələrin iqtisadiyyatı tamamilə neft-qaz üzərində qurulub, ancaq digər ölkələrdə bu kimi təbii sərvətlərin olmaması baxımdan bank, turizm və sənaye sahələri güclü inkişaf edib və onların ümumi nəticələrinə görə həmin ölkələr reytinqdə yer tutublar. 

Beləliklə, dünyanın adambaşına düşən gəlirlərinə görə ən varlı ölkələri:

15. İslandiya (52 min 150 dollar)

 

BVF-nin hesabatına görə turizm və birbaşa investisiyalar İslandiyanın ÜDM-ni qaldırıb. Bundan əlavə BVF qeyd edir ki, ölkənin turizm sektoru davamlı olaraq inkişaf edəcək.

14. Hollandiya (53 min 580 dollar)


Öz hesabatında BVF qeyd edir ki, Hollandiyanın iqtisadiyyatı böhrandan sonra bərpa olmağa davam edir, lakin Böyük Britaniyanın Avropa İttifaqından çıxmağı ölkə iqtisadiyyatına daha bir zərbə vura bilər. Hollandiya Krallığına daxil olan ölkənin özü, Aruva, Kürasao və Sant-Martin adalarında cəmi 17 milyon əhali yaşayır və əhalinin böyük hissəsi məhz Hollandiyanın özündə cəmləşib.

13. Səudiyyə Ərəbistanı (55 min 260 dollar)


Neft-qaz hasilatı və ixracı sahələrinin inkişafı krallığın ÜDM-ni davamlı şəkildə artırır. Lakin BVF hesabatı qeyd edir ki, bu ildən ölkədə qeyri-neft sektoru da inkişaf edərək gəlirlərini artıracaq. 32 milyonluq əhalisi olan krallıq iqtisadiyyatının neft asılığından uzaqlaşdırılmasını nəzərdə tutan “Gələcəyə baxış: 2030-cu ilə qədər islahatlar proqramı” astanasındadır.

12. Amerika Birləşmiş Ştatları - ABŞ (55 min 260 dollar)


BVF-in hesabatına görə 325 milyondan çox adamın yaşadığı ABŞ, 1850-ci ildən bəri davamlı iqtisadi inkişafının orta dövrünü yaşamaqdadır. Hesabat onu da vurğulayır ki, ölkənin işsizlik göstəricisi getdikcə azalır və böyük həcmdə dövlət xərclərinə baxmayaraq, bir başa investisiyalar ölkə iqtisadiyyatının əsasını təşkil edir. 

11. San-Marino (60 min 360 dollar)


BVF-ın rəqəmləri göstərir ki, təxminən 9 milyon əhalisi olan ölkənin ÜDM-si iqtisadi böhran dövründən sonra bərpə olunmağa davam edir. Daxili və xarici tələbatın artması və işsizlik səviyyəsinin də azalması bərpa tempinə öz müsbət töhfəsini verir. 

10. Honq-Konq (61 min 020 dollar)


BVF qeyd edirik ki, 2016-cı ildə Honq-Konqun iqtisadi artım göstəriciləri bir qədər zəifləyib. Hesabata görə, bunun səbəbi Çinin öz daxilindən gələn turistlərin sayının və dünya ticarətinin azalmasıdır. Lakin bu nəticələrlə belə Honq-Konq “ən varlılar” arasındadır. 7 milyondan çox insanın yaşadığı ərazi xaricdən gələn turistlər hesabına öz ÜDM-ni artırmağa nail ola bilib. 

9. İsveçrə (61 min 360 dollar)


8 milyon əhalisi olan ölkə Mərkəzi Bankının 2015-ci ildə 52 milyard dollar itirməsindən xilas olmağa davam edir. BVF-nin hesabatına görə, İsveçərinin 2016-cı ildə gəlirləri 1,2% artıb. İqtisadiyyatın bərpasına ölkədə reallaşdırılan dövlət siyasəti də öz töhfəsini verməkdədir. 

8. Birləşmiş Ərəb Əmirlikləri – BƏƏ (68 min 250 dollar)


10 milyondan çox əhalisi olan BƏƏ dünyanın ən varlı ölkələrindən biridir və ölkə bu nəticəsini davamlı şəkildə saxlayır. BƏƏ-nin iqtisadiyyatının əsasını neft sənayesi təşkil edir. Son illər neftin qiymətinin düşməsi ölkəni yeni, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə vadar edib. BVF-nin rəqəmlərinə görə, 2016-cı ildə ÜMD-si azalan BƏƏ bu il göstəricilərini artıracaq. 

7. Küveyt (69 min 670 dollar)


BVF-in hesabatına görə, 4 milyon çox əhalisi olan Küveytin iqtisadi artımı 2016-cı ildə neft qiymətlərinin düşməsi ilə əlaqədar azaldı. BƏƏ kimi Küveyt də qeyri-neft sektorunu inkişaf etdirməyə məcbur oldu və BVF qeyd edir ki, ölkənin ÜDM-i bu il artacaq.  

6. Norveç (70 min 590 dollar)


5 milyonluq əhalisi olan Skandinaviya ölkəsi adambaşına düşən gəlirə görə, bu il ilk beşliyə düşə bilmədi. BVF hesabatı Norveç iqtisadiyyatının da neft qiymətlərinin düşməsi nəticəsində azaldığını bildirir. Ölkə iqtisadiyyatı 2008-2009-cu illərdəki ən aşağı nəticələrinə qayıtdığına baxmayaraq, Norveç əhalisi arasında işsizlik həddini rekord dərəcədə azaltmağa nail olub. 

5. İrlandiya (72 min 630 dollar)


İrlandiya Avropda adabaşına düşən gəlirə görə ən yaxşı nəticələr əldə edən ölkədir. Məhz buna görə İrlandiya ilk beşliyə düşməyə nail olub. BVF xəbər verir ki, tikinti sahəsi üzrə birbaşa investisiyalar ölkənin ÜDM-ni davamlı artırır. 

4. Bruney (76 min 740 dollar)


BVF hesabatına görə, Bruneyin gəlirləri 2016-cı ildə azalsa da, ölkə proqnozlaşdırılandan daha yaxşı nəticələr göstərib. 400 min əhalisi olan varlı dövlət neft bazarında qiymətlərin düşməsinə sürətli uyğunlaşa bilib. 2014-cü ildə ölkə ixracının 90% neft-qaz payına düşüb. 

3. Sinqapur (90 min 530 dollar)

 

BVF-nin 2017- ci il hesabatında görə Sinqapur dünyanın ən varlı ölkələrindən biridir. Onun ÜMD-si 2017-ci ilin birinci rübündə 2,7% artıb. BVF mütəxəssisləri qeyd edirlər ki, 5,6 milyon əhalisi olan şəhər-dövlət Sinqapurun iqtisadi artım həddi bundan da çox ola bilər, lakin ölkə özünün seçdiyi prioritet istiqamətlərindən əlavə digər sahələri müəyyən qədər məhdudlaşdırır.

2. Lüksemburq (109 min 190 dollar)

 

600 minə yaxın əhalisi olan Lüksemburq dünyanın ikinci ən varlı ölkəsidir. Ölkə güclü işçi heyətinə malikdir və 2016-cı il onun artımı Avropa İttifaqının göstəricilərindən çox olub. Bu nəticələrə baxmayaraq, BVF qeyd edir ki, Böyük Britaniyanın ittifaqdan çıxması və ABŞ-dan gələn dəyişkən siyasət ölkənin iqtisadiyyatına öz mənfi təsirini göstərə bilər. 

1. Qətər (124 min 930 dollar)

 

Yaxın Şərqdə yerləşən bu balaca dövlət 2017-ci ildə adambaşına düşən gəlir üzrə dünyanın ən varlı ölkəsidir. BVF-nin hesabatı qeyd edir ki, təqribən 2,27 milyon əhalisi olan Qətərdə adambaşına düşən ÜDM, təqribən, 124 min 930 dollar təşkil edir. Eynən BƏƏ, Küveyt, Səudiyyə Ərəbistanı kimi Qətərin də iqtisadiyyat neft qiymətinin ucuzlaşmasından zərər çəkib, lakin BVF-in proqnozuna görə ölkənin iqtisadiyyatı 2017-ci ilin sonuna qədər artım göstərəcək. 
 

Oxşar məqalələr

İnsan kapitalı indeksi-Asiya ölkələri

Məcid - 30.10.2018 110
Asiya iqtisadiyyatı əhalisinə sərmaye qoyaraq, gəlir əldə edir Dünya Bankının (DB) rəhbəri Cim Yon Kim Son çıxışında yeni “İnsan Kapitalı İndeksi”ni şərh edərək bildirib ki, dünya miqyasında avtomatlaşdırma və qida çatışmazlığı problemlərini “Ərəb baharı&rd...
Davamı

Dünya üzrə 143 texnoloji milyarderlərin yarısı “Silikon Vadisi”ndə yaşayır

Finmarket - 31.05.2018 310
Hesabatlara görə hal – hazırda “Silikon Vadisi”ndə 74 milyarder yaşayır. Cavan olduğunuz müddətədə, tez bir zamanda varlanmaq arzusundasınızsa yolunuzu “Silikon Vadisi”nə salın. Bura əsl sizin üçün geniş imkanlar platformasıdır.  Di...
Davamı

Dünyanın 10 neft nəhəngi – siyahı

Finmarket - 17.11.2017 243
OPEC, Rusiya və kartelə üzv olmayan digər ölkələr hal- hazırda neft hasilatının azaldılması sazişi üzrə birgə fəaliyyət göstərirlər. Bu fəaliyyət artıq özünün real nəticələrini verməkdədir, son 2 il ərzində qara qızılın qiyməti ilk dəfə artmağa başlayıb. Lakin h...
Davamı

Kriptopullar dünya banklarını silkələyir

Finmarket - 08.11.2017 120
Azərbaycanda çox az adamın maraqlandığı elektron valyutası deyilən kriptovalyuta bazarında son günlər rekord göstərcilər bütün dünyanın diqqət mərkəzindədir. Sərbəst kripto pulların böyük kütləsini müşahidə edən və kriptovalyuta bazarında nələrin b...
Davamı