Əmək haqqı müzakirəsi üzrə mütəxəssis məsləhətləri

Finmarket 30.05.2018 166

Sizinlə ilk tanışlıqda qarşı tərəfin birinci sualı “Sən nə qədər qazanırsan?” olsa özünüzü necə hiss edərdiniz? “Başa düşmədim, nə?” “Soruşuram ki, nə qədər qazanırdın? 150 manatdan çox?” “Bunun nə aidiyyatı var ?”

Razılaşaq ki, ilk tanışlıqda söhbətin bu məcrada getməsi çox qəribədir, ancaq onda niyi işəgötürənlə müsahibə zamanı bizi maraqlandıran elə ilk şey məhz “maaş” olur? 

Bu sualla bağlı mütəxəssislərin fikrini öyrəndik və onlar deyirlər ki  . . . 

Mütəxəssislərin fikrinə görə bəli, əgər söhbət çox önəmli əməkdaşdan, işinin peşəkarından gedirsə maaş məsələsi elə ilk zəng öz həllini tapır və namizəd öz qərarını verir. Belə hallar geniş yayılıb və inkişaf etmiş ölkələrin əmək bazarlarında bu tam normal amildir. 

Heç kəsə sirr deyil ki, əmək haqqının məbləği əsas motivasiya amilidir və heç də təəccüblü deyil ki, namizəd bu və ya digər işə başlamamışdan öncə maaş haqqında mümkün qədər çox məlumat əldə etmək istəyir. Əgər əmək haqqı məsələsi iş elanında öz əksini tapmayıbsa, işəgötürən tərəfilə əlaqə saxlayaraq onu təqribi də olsa soruşub, dəqiqləşdirmək olar. Belə zəngin sonunda işəgötürən tərəfi məcburən təqribi də olsa müəyyən məbləği açıqlayacaq və nəticədə namizəd daha dəqiq qərar vermək üçün zəruri məlumatı əldə etmiş olacaq. Aydındır ki, namizəd maaşından razı olmayan iş yerinə müsahibəyə getməyəcək. Bunun nəticəsində ki, həm işəgötürən tərəf, həm də namizəd vaxtına qənaət etmiş olur. 

Mütəxəssislər qeyd edirlər ki, əgər maaş iş haqqında elanda təqribən qeyd edilibsə (məsələn: 500-1000 AZN arası) onda bu mövzunu təkrarən telefon danışığında müzakirə etmək lazım deyil. Çünki təqribi rəqəmlər əsasında belə namizəd özü üçün HƏ/YOX qərarı verir. Yerdəqalan məqamları siz işəgötürənlə üz-üzə müsahibə zamanı danışıb, dəqiqləşdirə bilərsiniz. 

Lakin bu sahədə də bəzi yazılmamış qaydalar var:

Vakansiya nə qədər yaxşıdırsa (böyük vəzifədirsə) onun əmək haqqısı bir o qədər sonra (gec) müzakirə olunacaq. Misal əgər siz kuryer vəzifəsinə işə düzəlirsinizsə maaşınızı telefon danışığı zamanı dəqiqləşdirə bilrəsiniz. Aşbaz kimi işə düzəlirsinizsə maaş yalnız ilk müsahibə zamanı müzakirəyə çıxardılacaq. Rəhbər vəzifəsindən söhbət gedirsə səbrinizi yığın əmək haqqı yalnız ən son mərhələdə açıqlanacaq. 

Mütəxəssislərin sözlərinə görə maraqlanan tərəf birinci olaraq əmək haqqı mövzusunu açır. Bu adi satış qanunlarına oxşardır. Əgər siz gündə onlarla iş müsahibələrinə gedib-gəlirsinizsə dərhal əmək haqqı barədə sual verməyin. Qoy işəgötürən tərəf sizin qiymətli əməkdaş olduğunuzu düşünsün və sizi əl keçirmək barədə düşünsün. İnkişaf etmiş ölkələrin əmək bazarlarında bunu “Ovçu instinkti” adlandırırlar. 

Maaş müzakirəsi zamanı məbləği mütləq dəqiqləşdirin. Misal bütün vergilər çıxmaqla 500 AZN, ya 500 AZN-dən hələ vergilər də tutulacaq? Bu sarıdan mütəxəssislər namizədə işəgötürən tərəfin ona təklif etdiyi əmək müqaviləsinə diqqət etməyi məsləhət görür. Çünki işəgötürən namizədə 1000 manat gəlir vəd edə bilər və bu məbləğ tam realdır, ancaq onun əldə edilməsi yalnız namizədin iş müddəti ərzində müyyən göstəricilərə nail olması və ya müəyyən nəticələri aşması nəticəsində mümkün olacaq. Bütün bu kimi xırdalıqlar mütləq əmək müqaviləsində öz əksini tapmalıdır. Ona görə də işəgötürənlə namizəd arasında əmək müqaviləsinin imzalanması mərhələsinə qədər namizəd kobud dildə desək “nə qədər pulu bütöv əlinə alacağını” soruşub, dəqiqləşdirməlidir. 

Digər tərəfdən mütəxəssislər hətta sizi qane etməyən əmək haqqı təklif olunan iş müsahibəsinə getməyi məsləhət görürlər. Çünki bir qayda olaraq işəgötürən qarşında öz işinin peşəkarı olan, yaxşı kadrın durduğunu görəndə əmək haqqı məsələsini bir daha gözdən keçirdə bilər. Düzdür, bu sadəcə ehtimaldır, ancaq bu ehtimal var. 

İş müsahibəsində getməmişdən öncə dəvət olunduğunuz vakansiya üzrə orta aylıq gəlir həddini hesablamağa, müəyyən etməyə çalışın. Əldə olunan rəqəmin üzərinə 20-30% gəlin ki, işəgötürənlə razılaşma zamanı aşağı-yuxarı həddlərdə sizi qane edən rəqəmə gəlib çıxasınız. 

Mütəxxəssislər qeyd edirlər ki, əgər bu şirkətdə iş sizin üçün maraqlıdırsa o zaman əmək haqqı üzrə əlavə müzakirə aparmaq olar. “Ümumiyyətlə qiymət hər zaman, müzakirə predmetidir”. 

Ümumiyyətlə işəgötürən tərəfə təklif etmək olar ki, sınaq dövrü üçün (1-2-3 ay ərzində) siz onların təklif etdikləri, ancaq sizi qane etməyən maaşa çalışmağa razısınız, lakin müddətin sonunda sizin iş nəticələriniz əsasında işəgötürən tərəf sizin maaş məsələsinizə yenidən baxacaq. Əgər özünüzə və görəcəyinizin işin yüksək nəticələrinə əminsinizsə o zaman işəgötürən tərəf sizin maaşınıza yenidən baxmağa razılaşacaq. Çünki təcrübəli rəhbərlər peşəkar işçiləri öz yanında saxlamağa maraqıdırlar. 

 

Oxşar məqalələr

CV göndərmədən öncə hər bir iş axtaran bunları bilməlidir

Anar - 04.10.2018 167
Heç fərqinə varmısınızmı, ölkəmizdə hansı sahələr üzrə iş axtarılır?! Apardığım müşahidələr və şirkətimizə gələn CV-lərdən anlayıram ki, vəziyyət heç də ürək açan deyil. Namizədlərin çoxu - “təki iş olsun”- deyib CV göndərirlər. Ham...
Davamı

İş axtarışı haqqında vacib məsləhətlər

Finmarket - 20.06.2018 674
20 uğursuz iş müsahibəsindən sonra fikirləşirsiniz ki, “sevimli corablarınızın” bəxtinizə heç bir müsbət təsiri yoxdur. Əgər indiyənə qədər arzusunda olduğunuz bacarıqlarınıza uyğun iş tapmamısınızsa, demək nəyisə düz etmirsiniz. Axtarış metodunuzda səhv var. Həmişə...
Davamı

İş müsahibəsi zamanı maraq oyatmağın yolları

Finmarket - 20.06.2018 977
Namizədlər üçün iş görüşləri olduqca stresli keçsə də İR üçün proses tamamilə fərqlidir. Bəzən gün ərzində bir neçə görüşü eyni vaxtda aparan, həqiqətən fərq yaradan o əməkdaşı axtaran İR mütəxəssisinin diqqətini &cce...
Davamı

Müasir CV növləri: üstünlük və çatışmazlıqlar. II hissə.

Səbuhi - 18.06.2018 562
HİBRİD CV Hibrid tipli CV yuxarıda qeyd etdiyim funksional və xronoloji CV növlərinin struktur hissələrindən ibarətdir və hər ikisinin xüsusiyyətlərini ehtiva edir. Strukturuna daxildir: işaxtaranın məqsədi və tələbi; ümumiləşdirilmiş formada professional bacarıq və nail...
Davamı

Müasir CV növləri: üstünlük və çatışmazlıqlar. I hissə.

Səbuhi - 08.06.2018 547
Zaman və əmək bazarının dinamik inkişafı vərdiş etdiyimiz və dəyişməz hesab etdiyimiz proseslərə öz düzəlişlərini əlavə edir. Uzun illər istifadə etdiyimiz ənənəvi tərcümeyi-halların yerinə gələn müxtəlif formatlı CV-lər müasir trendlərdən biridir. Onlardan ən populyar ol...
Davamı

İş görüşməsində harada səhv etmiş ola bilərsiniz?

Finmarket - 07.06.2018 676
İş müraciəti etmisiniz, ancaq müsahibə dəvəti gəlmir, iş görüşməsinə gedirsiniz, amma yenidən itirib-axtaran yoxdur, yaxud "Yaxşı, bu dəfə oldu!" deyilsə də işə qəbul edilmirsiniz, bütün kənar faktorların xaricində, bəlkə də, bir şeyləri yoxdur, ya da siz səhv...
Davamı

"Keyfiyətli rekrutinq" silsiləsindən. Satıcı.

Səbuhi - 07.06.2018 258
SATIŞ MÜTƏXƏSSİSİ Məqalədə satış şöbəsinə işçi seçimində hansı məqamlara fikir vermək lazım olduğu haqda məlumat veriləcək. Məqalə həm rekruterlər həm də satış seqmentində karyera qurmaq istəyən kəslər üçün faydalı informasiyanı özündə əks etdiri...
Davamı

"Keyfiyyətli rekrutinq" silsiləsindən. Düzgün proqramçı.

Səbuhi - 07.06.2018 378
ÖN SÖZ Salam, Hörmətli oxucular! Sizə təqdim edəcəyim məqalə istər işəgötürən istərsə də işaxtaranların faydalana biləcəyi məlumat və fikirləri özündə birləşdirən “Keyfiyyətli rekrutinq” adı altında yazdığım məqalə seriyasının bir hissəsidir. Hər bir...
Davamı

Maaş bazarlığında nələrə diqqət etməlisiz?

Finmarket - 06.06.2018 326
Müsahibələrdə maaş gözləntisi haqqında danışmaq asan olmaya bilər. İşəgötürənin təklifini hərtərəfli qiymətləndirmək və səmərəli danışıqlar aparmaq bu mərhələdə çox vacibdir. Çünki ya yüksək məbləğ söyləyib işi əldən verə bilər və ya daha aşağı masala...
Davamı

İş elanının düzgün tərtibatı və optimal namizədlərin cəlb edilməsi haqqında

Səbuhi - 05.06.2018 477
Keyfiyyətli yazılmış iş elanı bizə bir çox üstünlük verir: Əksər uyğun olmayan namizədlər dərhal aradan qaldırılır "Lazımsız" müsahibələrin təşkili və aparılması üçün vaxt və səy sərf etmirsiniz Səylərinizi optimal namizədlərə yönə...
Davamı