Gələcəyimizi dəyişəcək 5 texnologiya

Finmarket 23.11.2017 92

Gəlin yaxın gələcəkdə insanları fantastik film qəhrəmanlarına çevirə biləcək yeni texnologiyaları daha yaxından tanıyaq.

1. Səhiyyədə süni zəka:

 

Neyron şəbəkələr mövcud tibbi xidmət sistemində əsl inqilab yarada bilər. Dərinləşdirilmiş təlim (yeni proqram dilləri) süni zəkaya MRT (Maqnit-Rezonans Tomoqrafiyası) və rentgen təsvirləri əsasında bu və ya digər xəstəlikləri diaqnostika etməyə imkan verəcək. Məsələn, süni zəka kompüter tomoqrafiyası təsvirlərini analiz edərək ağciyər xərçənginin diaqnozunu təyin edə bilər. Bu cür texnologiyalar əsasən ixtisaslı həkimlərin az olduqları regionlarda əlverişlidir. “Google” şirkəti artıq Hindistanda bu cür texnologiyaların ilk mərhələsini tətbiq edir. Bundan əlavə yaxın zamanda süni zəka əczaçılara yeni dərmanların yaradılmasında və onların insan orqanizminə necə təsir etməsinin müşahidəsində də yardımçı olacaq.

 

2. Kompüterlə söhbət:

 

Bir müddət öncə Vaşinqton Universitetinin professoru Lyuk Zettlemoyer xəbər verib ki, şifahi nitqin təyin olunması texnologiyaları sahəsində ciddi irəliləyiş baş verib. Yaxın illərdə insanın təkcə xüsusi səs əmrlərini deyil, həm də adi danışıq nitqini başa düşəcək cihazlar yaradılacaq. Bu sahədə ən böyük irəliləyişləri məhz “Google”, “Facebook” və “Microsoft” şirkətləri əldə ediblər.
Sadalanan şirkətlərin nümayəndələrinin sözlərinə görə, yaxın zamanda bizim telefon və ya digər istənilən cihazla ünsiyyət anlayışımız tamamilə dəyişəcək. Buna oxşar layihə “Replika” adlı startapdır. Bir müddət sonra “Amazon” şirkəti də səsli köməkçisini inkişaf etdirib tam tətbiq edəcək. Bunula da müştəri onlayn rejimində onunla həmsöhbət “şəxs” qazanacaq.

 

3. Fikirlərin oxunması:

 

Bəziləri düşünür ki, gələcək, səsli köməkçilərlə yox, kompüterlə birbaşa fikir ünsiyyətində qurmaqla gələcək. “Neurable” adlı startap hal-hazırda insanın öz personajını fikir gücü ilə idarə etməyə imkan verən elektroensefaloqrafiyaya əsaslanan oyun hazırlayır. Təbii ki, hər dəfə kompüter arxasına keçib çalışmaq üçün başa elektrodlar taxmaq heç də rahat bir şey deyil. Lakin “Facebook” gələcək inkişaf konsepsiyasında düşünür ki, bu texnologiyanı təkmilləşdirərək, optik ötürücülərə sahib olan daha güclü sistemlər yaratmaq mümkündür.

Bu isə o deməkdir ki, əl ilə klaviaturada çap olunan mətndən fərqli olaraq, fikir gücü ilə həmin mətni 5 dəfə daha tez çap etmək mümkün olacaq. Bu istiqamətdə Elon Mask daha qabağa gedərək başa implantlaşdırılmış çip sayəsində beyin impulslarının təyin edilməsini təklif edib. İlk olaraq bu texnologiyanın fiziki qüsurlu insanların həyat şəraitlərini yaxşılaşdırmaq üçün istifadə etmək planlaşdırılır. Əgər texnologiya uğurlu olsa, onda bu çipləri istənilən şəxsə tətbiq etmək (quraşdırmaq) mümkün olacaq.

 

4. Uçan avtomobillər:

 

“Kytty Hawk”, “Joby Aviation”, “Uber” və “Airbus” kimi şirkətlər şəhər mühitində uçan aparatların yaradılması üzərində çalışırlar. Dizaynerlər həmin aparatların müxtəlif forma və ölçülərinin konseptlərini hazırlayırlar. Lakin onların hamısının çalışma prinsipi eynidir. Yəni sürücüyə avtomobilin, vertolyotun və kiçik təyyarənin birləşdirilmiş hibridi təqdim olunacaq. Təbii ki, uçan avtomobillərin genişmiqyaslı şəkildə yayılması üçün investorları razı salmaq lazım gələcək. Müxtəlif ölkələrin dövlət orqanları isə mövcud hava hərəkəti qaydalarını yeniləməli olacaqlar.

 

5. Kvant kompüterləri:

 

Kvant kompüterlərinin yaradılması, bəlkə də, bəşəriyyətin ən mühüm problemlərinin həll olunması deməkdir. Yeni dərman ixtiralarının sürətlənməsi, maliyyə bazarlarının və nəqliyyat sisteminin optimallaşdırılması və s. Hal-hazırda kvant kompüterləri ilə bağlı bir problem var. Onları qurub, tətbiq etmək çox çətindir. Lakin “Google”, “IBM” kimi şirkətlər və “Rigetti Computing” kimi startaplar bu texnologiyanın inkişafı üçün hər il külli miqdarda vəsait xərcləyirlər. Sidney Texnoloji Universitetinin alimlərinin gəldiyi nəticəyə görə məhz kvant kompüterlərinin tətbiqi “Bitcoin” və digər kriptovalyutaları məhv edəcək.
 

Oxşar məqalələr

Təzə təqdim olunan “iOS 12” haqqında bilməli olduğunuz əsas məqamlar

Məcid - 18.06.2018 257
“iOS 12”nin tətbiqi ilə “iPhone” və  “iPad”inizdə böyük dəyişikliklər baş verəcək. “Apple” şirkəti proqram təminatçılarının beynəlxalq konfransı WWDC 2018 çərçivəsində özünün “iOS12”ni təqd...
Davamı