Həftələrlə ac qalan milyonerlər

Aqşin Yenisey05.06.2018 650

Bu yazımızda bir çoxlarının “üstinsan”, bəzilərinin “postinsan” dediyi, bütün hallarda isə “gələcəyin insanları” olan bioxakerlər haqqında, daha doğrusu, onların iş rejimi haqqında danışacağıq. Əvvəlcə bu suala cavab verək ki, bioxakerlər kimlərdir? Bu adamlar nanotexnologiyanın imkanlarını bədənləri ilə birləşdirmiş, bir növ, yarıtexnogen adamlardır. Onlara “bədən mühəndisləri” də deyirlər. Başı insan, bədəni at olan qədim kentavrlar kimi, hətta bəzi bioxakerlərin də bədən üzvlərindən hansısa biri nanotexnoloji bir cihazdır. Onların  arasında boynunun arxasına yerləşdirdiyi mikrociplə geridə baş verən hər şeyi “görə” bilən, zədələnmiş gözünün yerinə yerləşdirilmiş mikrokamera ilə ətrafı film çəkirmiş kimi “lentə alan”, əllərinə yerləşdirdiyi mikroçiplərlə bütün qapıları rahat açaraq, gələcəyin oğrularının “işini asanlaşdıran” və s. bu kimi kibernetik üstünlüklərə malik adamlara rast gəlmək olar. 

Bu yarıtexnogen adamların bir çoxu günümüzün ən çox pul qazanan şirkətlərində çalışır, ən çox da nanotexnologiyaların “Peykanlısı” hesab olunan Silikon Vadisində.

Bu yaxınlarda “Independent” internet jurnalından götürülmüş bioxakerlərin iş rejimi haqqında bir yazıya rast gəldim və yazıda Silikon Vadisində yaşananlar haqqında danışılanlar bizdə Ramazan ayının şərtlərinə uyğun gəldiyi üçün istədim ki, bu mənzərədən bizim oxucuların da xəbəri olsun. Fərq yalnız ondadır ki, bu adamlar ac qaldıqca pul qazanırlar, bizə isə orucluq müqabilində vəd olunan cənnət bir az utopuk gözlənti təsiri bağışlayır. 

“Independent”dəki yazı Silikon Vadisində bədən mühəndislərinin qidalanma texnologiyalarının köməyi ilə daha çox işləmək, zehni güclərini daha çox işə yönəltmək üçün 7 günə qədər yalnız su içərək yaşamağa şərait yaradan xüsusi oruc proqramlarından istifadə etdiklərindən danışır. İntellektual aclıq proqramları bədən üzərində aparılmış elmi, tibbi təcrübələrə əsaslanır. Orada yəqin ki, gündüz oruc tutub axşam doyunca yeyənlərə o qədər də yaxşı baxmırlar. “Silikon orucu”nin ən qısa olanı 36 saat hesab olunur. 

Məqaləni oxuduqca ağlıma gələn ilk fikir bu oldu; bu yarıtexnogen adamlar dinin də arzuladığı “acları düşünən” möminlər deyilmi? Amma bizim mənəvi hesab etdiyimiz bu keyfiyyəti onlarda hansısa dini niyyət yox, elmin, texnologiyanın inkişafı yaratmışdır və sağlamlığı yorğunluğa, yuxuya, bəzən dini siyasətə deyil, işə, pula, gələcəyin inkişafına çevirmək məqsədilə.  Həm gecə-gündüz işləmək, həm ac qalmaq, həm də milyonlar qazanmaq, nə böyük ziddiyyət! Onlara milyoner kölələrmi deyək, kölə milyonerlərmi? Çünki qədimdə ancaq kölələr bu cür ac-yalavac işləyərdilər, ancaq bu iş rejiminin əksinə olaraq, bioxakerlərin çoxu müasir sahibkarlardır. Bu sualın cavabını oxucularımızın dünyagörüşünə həvalə edirəm. Təsəvvür edin, bizim hər hansı birimiz bir həftə heç nə yemədən, yalnız su içərək işləyirik və evə çoxlu pul gətiririk. Analarımızın, atalarımızın reaksiyasını düşünün; o pulla bizə ağıl duası yazdırarlar, yanına getmədikləri cüvəllağı ekstrassens qalmaz. Elə bir dua yazdırarlar ki, bədənimizə yerləşdirdiyimiz və bizə gündə 10 at gücü ilə işləmək üçün enerji verən mikrociplər iş başında od tutub yanarlar. Bizdə cip-ə yox, CİP-ə hörmət var, cibə məhəbbət var. 

Ancaq Silikon Vadisindəki bir qrup sahibkar müntəzəm olaraq 36 saatlıq oruc tuturlar. Bizim sahibkar 36 saat ac qalsa... bunu özünüz təsəvvür edin.

Silikon Vadisində müxtəlif oruc rejimləri tətbiq olunur, məsələn, “Monkfast” deyilən rejim Şərqdə “dərviş orucu" deyilən rejimə bənzəyir, yəni ilk günün axşamı yemək yemədən bütün gün oruc tutaraq növbəti səhər yeməyə əsaslanır. Bir növ, sutkalıq oruc. Yaxud 15 saatlıq oruc tövsiyə edən "Leangains" rejimi, 20 saatlıq aclığa üstünlük verən "Warrior Diet" rejimi,  60 saatlıq  müddətə oruca əsaslanan "The Himalay Faust" rejimi onlar arasında ən yayğın olanlardır.

“Independent”in yazdığına görə, “Nootrobox” qidalanma proqramının  İcraçı Direktoru və yaradıcı ortağı Geofret Vu  2016-cı ildə ilin 44-48 həftəsini oruc tutaraq keçirmiş, sadəcə, səyahətləri zamanı və tətildə bir-iki loxma artıq yemişdir.

"Wefaster" orucu tutanlar qidalanmanın süni şəkildə dayandırılmasının daha uzun bir həyata apardığını, metabolizmanı qoruduğunu, immuniteti inkişaf etdirdiyini və xərçəng riskini aradan qaldırdığını göstərən dəlillərə diqqət çəkirlər. "Nootrobox"sun yaradıcısı Geofret Vu və Maykl Brandt həftədə, ən azı, 36 saatlıq aclıq elan edirlər:

"Əslində, bu cür mütəmadi oruclar ərzaq reklamlarına qarşı və hər zaman əlimizə keçəni yeməyimizi əmr edən istehlakçı mədəniyyətə qarşı həvəssizlik yaradır. Bu yeyici mədəniyyət ucbatından tarixin ən böyük köklük dövrünə gəlib çıxmışıq. Gəlin bu böyük ictimai problemi orucla və digər biomühəndislik üsulları ilə aradan qaldıraq". - deyə onlar bütün ilin yalnız kiçik “Ramazanlardan” ibarət olmasını istəyirlər.

Bədən mühəndisliyi günümüzdə yarıtmaz hala gəlmiş səhiyyə sistemində populist bir hərəkətdir. Halbuki boixakerlər hesab edirlər ki, bədənimizə gündəlik olaraq qəbul etdiyimiz qidalara nəzarət ildə 15 dəqiqəliyinə  "çek-ap" üçün qəbuluna getdiyimiz yorğun həkimdən daha təsirlidir.

Orucun 36 saat müddətə tutulması ona görə xeyirlidir ki, bədən qaraciyərdə 20-24 saatlıq qlükoza ehtiyatı  saxlaya bilir. Qlükoza sərf olunmağa başladıqda bədənimizdə otofagiya adlanan proses gedir. Bu, zərər görmüş yaşlı hüceyrələrin bərpasını təmin edir. Bədənlərimizdə təbii böyümə hormonu ifrazını, yeni neyron və yağsız əzələ kütləsi yaranmasını artıran beyin mənşəli neyrotropik proseslər işə düşür.

Bədən mühəndislərinin – bioxakerlərin həyat fəlsəfəsi nanotexnologiyaların imkanlarına əsaslansa da, əslində, onlar keçmişin mənəvi təlimlərində deyildiyi kimi, “yemək üçün yaşayan yox, yaşamaq üçün yeyən” insanlardır. Nəzərə alanda ki, artıq dünyada daimi toxluq və daimi aclıq içində yaşayan qitələr əmələ gəlib, bu nanofəlsəfənin gələcəyin dini olacağına heç bir şübhə qalmır.

Aqşin Yenisey

“Sizin eradan əvvəl”, “Cənnətdə terror aksiyası”, “Məbədin sükutu” və başqa bir neçə kitabın müəllifidir. Qanuna ibadət, vicdana itaət edən hər bir insanı müqəddəs hesab edir. Məqalələri

Oxşar məqalələr

Çirkli avtomobil üzərində şəkil çəkmək sənəti və ya Texas üsülu ilə suya qənayət.

Səbuhi - 10.10.2018 98
Texaslı rəssam Skot Veyd (Scott Wade) sübut etdi ki, çirkli avtomobillər gözəl sənət əsərləri yaratmaq üçün kətan rolunu oynayır. Bu sənətin ustası olmaq üçün, sənətkar bir çox sınaq və səhvlərdən keçərək, müxtəlif alətlər və fırl...
Davamı

Azərbaycan insanının 2 əsas problemi...

Nihad - 01.10.2018 69
  Problemlərimizin çox olduğunu düşünürəm,ancaq onlardan bəziləri daha geniş miqyaslıdır və insanların həyat tərzlərinə və ümumilikdə həyatlarına daha çox təsirlidir. Azərbaycan insanının yaşadığı 2 əsas problemi qeyd etmək istəyirəm! Bu 2 problemin müə...
Davamı

İnsan Yupiterə enə bilərlərmi?

Məcid - 26.09.2018 164
Bu və ya digər planeti dərindən və dəqiq tətqiq etməyin ən yaxşı yolu onun üzərinə enməkdir. Məhz bu kimi tətqiqatları aparmaq üçün insanlar Ay, Venera, Mars Saturnun peyki olan Titana kosmik aparatlar göndəriblər. Lakin Günəş sistemimizdə heç vaxt dəqiq tət...
Davamı

Salamat qal

Dilşad - 24.09.2018 534
... Xəyalıma gətirməkdə aciz olduğum üzünü, hər gün, bəlkədə yüzlərlə adam görür, işdə, mağazada, metroda, küçədə, qonaqlıqda, hər yerdə...adicə qarşılaşıb gedirlər. Biz də qarşılaşdıq... Gözləmədiyim anda, gözləmədiyim  məkanda... Bax...
Davamı

Terrora ikili yanaşma və ona verilən dövlət dəstəyi

Ramid - 20.09.2018 339
Maraqlıdır ki, son zamanlar münaqişlərin ümumi təhlilinə nəzər yetirsək görürük ki, münaqişə prosesində bir çox hallarda mübarizə metodu kimi terror aktlarından istifadəyə üstünlük verilir. Bunu yaradan səbəblər nədir? Terror nədən mübari...
Davamı

Demokratiyanın növləri: Fərdiləşməyən şey cəmiyyətləşə bilməz

Aqşin - 20.09.2018 494
Əlbəttə, bu gün dünyada kimdən soruşsaq ki, idarəçilikdə “nəyin olmasını istəyirdiniz?” “Demokratiya” deyə cavab verəcək. Çünki verdiyi bircə “səs”lə hər kəs hakimiyyət orqanlarında təmsil olunmaq istəyir. Ancaq biz sualımızın ikinci h...
Davamı

Qədim İudeyadan çağdaş Azərbaycana uzanan yol

Aqşin - 01.09.2018 591
İtaət etməyi sevən xalq yoxdur, savadsız xalq var. Sözümüzün üstündə Sezar kimi mərd-mərdanə dayanmaq üçün günümüzün beynəlmiləl qorxularından uzaqlaşıb tarixin hələ də bizdən daha canlı görünən qədimliyinə üz tutacağı...
Davamı

Oyanış...

Nihad - 30.08.2018 127
Oxuyun... Mütləq oxuyun. Fərqi yoxdur hansı mövzüdür, hansı kitabdır. Olduğunuz mərhələyə uyğun birini seçin və oxuyun. Nə qədər çox oxudum, bir o qədər baş verə biləcək hadisələrə hazır oldum və nə qədər az oxudum, bir o qədər hamı kimi düşünməyə başladım...
Davamı

Bu uşaq kimə oxşadı belə?

Aqşin - 20.07.2018 833
Dünya və onun bir parçası olmaq istəyən Azərbaycan ədəbiyyatında belə bir hakim fikir var ki, dünya zaydır və heç vaxt düzəlməyəcək. Orta əsrləri əhatə edən “Qaranlıq çağ” adından da göründüyü kimi qaranlıq ideyaların çağı id...
Davamı

Axundovlar “rus trolları” idimi? Yaxud milli məktəbin olmaması

Aqşin - 10.07.2018 767
Bu günlərdə “İstək” liseyləri bağladıldı. Bu liseylərdə təhsil alan şagirdlərin və onların valideynlərinin həyəcanını anlayaraq, deyim ki, “İstək” məktəbləri də, uzaq keçmişin mədrəsələri, yaxın keçmişin “uşkol”ları kimi “yerli məhsul&rdqu...
Davamı