Hərracda satılan 10 ən bahalı rəsm əsəri

Finmarket 20.11.2017 161

Leonardo da Vinçinin “Dünyanın Xilaskarı” rəsm əsəri Nyu-Yorkun “Christie`s” hərracında 450 milyon dollara satılıb. Bu, rəsm tarixində yeni bir rekorddur.

Gəlin müxtəlif  illərdə hərraclarda satılmış 10 ən bahalı rəsm əsəri ilə yaxından tanış olaq.

1. “Dünyanın Xilaskarı” – 450 milyon dollar

Rəsm əsəri Rusiyalı milyarder Dmitriy Ribolovova məxsus olub. İlk dəfə əsər 1958-ci ildə “Sotheby” hərracında satışa çıxarılmışdır. O ildə şəklin məhz da Vinçiyə mənsub olduğu dəqiq müəyyən edilmədiyindən əsəri cəmi 45 funta satmışdılar. Keçirilmiş son hərraca hazırlıq zamanı mütəxəssislər əsərin orta dəyərinin 100 milyon dollar təşkil etdiyini deyiblər. Hərrac evi rəsm əsərini 450 milyon dollara alan şəxsin adını açıqlamaqdan imtina edib.

2. “Əlcəzairli qadınlar. O versiyası” Pikasso – 181,8 milyon dollar

Adı açıqlanmayan ərəbistanlı kolleksionerə məxsus rəsm əsəri 2015-ci il mayın 11-də Nyu -Yorkun “Christie`s” hərrac evində 181,8 milyon dollara satılıb. Əsəri alan şəxs Qətərin keçmiş Baş naziri Hamad ben Casim bin Caber Əl Tani idi. 

3. “Uzanmış çılpaq” Modilyani – 172,7 milyon dollar

Sənətşünas Laure Matteoli Rossiyə mənsub əsəri 2015-ci il noyabrın 9-da Nyu-Yorkun “Christie`s” hərrac evində çinli sahibkar Lyu İtsyan satın alıb. O, rəsm əsərinə görə 172,7 milyon dollar ödəyib.

4. “Doktor Qaşenin portreti” Van Qoq – 151,6 milyon dollar

Bankir Ziqfrid Kramarskinin şəxsi kolleksiyasından olan bu rəsm əsəri 1990-cı ilin 15 may tarixində Nyu -Yorkun “Christie`s” hərrac evində satılıb. Əsəri yaponiyalı sahibkar Rey Sayto aldı.

5. “Lüsyen Freydin portreti üçün 3 eskiz” Bekon – 146 milyon dollar

Françesko De Simone Nikvezanın kolleksiyasına mənsub rəsm əsəri 2013-c il 12 noyabr tarixində Nyu-Yorkun “Christie`s” hərrac evində satılıb. Əsəri amerikalı qadın milyarder Eleyn Uinn əldə edib. 

6. “Mulen de la Qalettdə rəqs gecəsi” Renuar – 143,5 milyon dollar

Satışa qədər xeyriyyəçi Betsi Uitnin şəxsi kolleksiyasında yer almış rəsm əsəri 1990-cı il mayın 17-də satıldı. Nyu- Yorkun “Sotheby`s” hərrac evində satılmış bu əsəri də yaponiyalı sahibkar Rey Sayto alıb.

7. “Siqaret borusu ilə oğlan” Pikasso - 132 milyon dollar

“Greentree” şirkətinə məxsus rəsm əsəri 2004-cü ili mayın 4-də Nyu-Yorkun “Sotheby`s” hərrac evində satıldı. Ehtimal edir ki, əsəri italiyalı sahibkar Qvido Brilla əldə edib. 

8. “Fəryad” Munk – 124 milyon

Norveçli milyarder Piter Olsenin şəxsi kolleksiyasında uzun illər saxlanılan rəsm əsərinin bir versiyası (təqribən 1825-ci il) 2012-ci ilin mayın 2-də Nyu-Yorkun “Sotheby`s” hərrac evində satışa çıxardılıb. Rəsm əsərini amerikalı sahibkar Leon Blek satın alıb. 

9. “Çılpaq, yaşıl yarpaqlar və sinə” Pikasso – 117,3 milyon dollar

Frenses Broudinin şəxsi kolleksiyasına aid bu rəsm əsərini adı çəkilməyən alıcı 2010-cu ilin mayın 4-də Nyu-Yorkun “Christie`s” hərrac evində satın alıb.

10. “İrislər” (Güllər): Van Qoq 113,9 milyon dollar

Nyu-Yorkun “Sotheby`s” hərrac evində satılmış bu rəsm əsəri bundan öncə kolleksioner Con Uitin oğlu Peysona mənsub idi. Alıcı qismindən Avtraliyalı sahibkar Alan Bond çıxış etdi. Lakin 90-cı ilərə qədər satınalmanı bitirmək üçün Bondun pulu çatmadığından əsər yenidən Qetti muzeyinə (Los-Anceles, ABŞ) satıldı. 
 

Oxşar məqalələr

Hərraclarda satılmış 10 ən bahalı brilliantlar

Məcid - 26.11.2018 61
Noyabrın 13-də Cenevrənin (İsveçrə) məşhur “Christie’s” (Kristis)  hərracında dəyəri 50,3 milyon İsveçrə frank (50 milyon dollar) olan, 19 karatlı “Pink Legacy” (Çəhrayı irs) brilliantı ilə bəzədilmiş platin üzük satılıb. Bununla da &...
Davamı

Müxtəlif ölkəkərdə qadağan olunan sadə məhsullar

Məcid - 26.11.2018 39
Bəzi ərzaqlar (məhsullar) var ki, onlar insan səhhətinə ciddi ziyan vura bilərlər. Elə məhsullar da var ki, onları asanlıqla qonşu marketdən almaq mümkündür. Lakin heç düşünmüsünüz ki, sevimli sousunuz və ya mövsümi aldığınız meyvələrin hansıs...
Davamı

Külək turbinləri necə işləyir?

Şahvaris - 07.11.2018 88
Havanın bir maye olduğunu təsəvvür etmək çətindir. Çünki hava görünməzdir. Mayedən fərqli olaraq, hava daha tez hərəkət edir və bütün ətraf mühitini əhatə edir. Havanın bu xüsusiyyətini kinetik enerjiyə çevirmək prosesi “Wind Energy&...
Davamı

Məhkəmədə nümayəndəliyin ləğvi mövzusu

Hikmət - 02.11.2018 144
Bu mövzunun Nümayəndəliyin ləğvi adlandırılması əslində bu məsələyə düzgün yanaşma deyil. Çünki nə nümayəndəlik nə də məhkəmədə nümayəndəlik ləğv olunmayıb. İstənilən şəxs sizi istənilən bir dövlət qurumunda etibarnamə ilə təmsil edə bilər. Yalnız məhkə...
Davamı

DƏVƏT: "QAN VER, XİLAS ET!"

Rəvanə - 24.10.2018 81
Azərbaycanda yayılmış əsas xəstəliklərdən biri Talassemiya xəstəliyidir. Bu xəstəlik haqqında danısmaq mənim üçün nə qədər çətindirsə, bir o qədər də vacibdir. Lakin nə qədər çətin olsa da, real şahid olaraq bu xəstəlik haqqında cəmiyyətimizin maarifləndirilməsi və aks...
Davamı

18 Oktyabr - Dövlət müstəqilliyi günüdür!

Səbuhi - 18.10.2018 46
Azərbaycanın Dövlət Müstəqilliyi günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biri. Hər il 18 oktyabrda qeyd edilir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 19...
Davamı

Çirkli avtomobil üzərində şəkil çəkmək sənəti və ya Texas üsülu ilə suya qənayət.

Səbuhi - 10.10.2018 166
Texaslı rəssam Skot Veyd (Scott Wade) sübut etdi ki, çirkli avtomobillər gözəl sənət əsərləri yaratmaq üçün kətan rolunu oynayır. Bu sənətin ustası olmaq üçün, sənətkar bir çox sınaq və səhvlərdən keçərək, müxtəlif alətlər və fırl...
Davamı

Azərbaycan insanının 2 əsas problemi...

Nihad - 01.10.2018 129
  Problemlərimizin çox olduğunu düşünürəm,ancaq onlardan bəziləri daha geniş miqyaslıdır və insanların həyat tərzlərinə və ümumilikdə həyatlarına daha çox təsirlidir. Azərbaycan insanının yaşadığı 2 əsas problemi qeyd etmək istəyirəm! Bu 2 problemin müə...
Davamı

İnsan Yupiterə enə bilərlərmi?

Məcid - 26.09.2018 271
Bu və ya digər planeti dərindən və dəqiq tətqiq etməyin ən yaxşı yolu onun üzərinə enməkdir. Məhz bu kimi tətqiqatları aparmaq üçün insanlar Ay, Venera, Mars Saturnun peyki olan Titana kosmik aparatlar göndəriblər. Lakin Günəş sistemimizdə heç vaxt dəqiq tət...
Davamı

Salamat qal

Dilşad - 24.09.2018 683
... Xəyalıma gətirməkdə aciz olduğum üzünü, hər gün, bəlkədə yüzlərlə adam görür, işdə, mağazada, metroda, küçədə, qonaqlıqda, hər yerdə...adicə qarşılaşıb gedirlər. Biz də qarşılaşdıq... Gözləmədiyim anda, gözləmədiyim  məkanda... Bax...
Davamı