Hərraclarda satılmış 10 ən bahalı brilliantlar

Məcid Musayev26.11.2018 345

Noyabrın 13-də Cenevrənin (İsveçrə) məşhur “Christie’s” (Kristis)  hərracında dəyəri 50,3 milyon İsveçrə frank (50 milyon dollar) olan, 19 karatlı “Pink Legacy” (Çəhrayı irs) brilliantı ilə bəzədilmiş platin üzük satılıb. Bununla da “Çəhrayı irs” hərraclarda satılmış “Ən bahalı ziynət əşyaları” siyahısına daxil oldu.
Qadınların ən yaxşı dostları adlandırılan brilliantlar bütün dünya üzrə geniş satış bazarına malikdirlər. Onları milyonlarla dollara alır, gizli kolleksiyalarda saxlayıb, qadınlara hədiyyə edir və ya muzeylərdə sərgiləyirlər. 
Hərraclarda satılmış 10 ən bahalı brilliantlarla sizi tanış edirik:
 

1.    “Pink Star” (Çəhrayı ulduz) – 83,19 milyon dollar
59,6 karatlı “Çəhrayı ulduz” ilk dəfə 2013-cü ilin noyabrında Cenevrənin “Sotheby's” hərracından satılıb. ABŞ-lı zərgər Ayzek Vulf brilliantı 83,19 milyon dollara alıb. Bu qiymətli daşlar bazarı üçün rekord məbləğ idi. Lakin növbəti ilin fevralında məlum olub ki, alıcının birlliantın bütün qiymətini ödəməyə vəsaiti çatmır və buna görədə qiymətli daş yenidən hərraca qayıdıb. 
“Çəhrayı ulduz” 1999-ci ildə CAR-da tapılıb. Cilalanmaya qədər brilliant132,5 karat olub.


2.    “Oppenheimer Blue” (Mavi Oppenqeymer) – 50,6 milyon dollar
Qiymətli daşlar bazarında tam olaraq satınalınmış ən bahalı brilliant məhz “Oppenheimer Blue”dur. Qiymətli daş öz sahibinin (Filipp Openqeymer) şərəfinə “Mavi Oppenqeymer” adlanır. Eynən “Çəhrayı ulduz” kimi “Mavi Oppenqeymer”də CAR-da tapılıb və onun satış qiyməti 58,8 milyon İsveçrə frankı (50,6 miyon dollar) təşkil edib.


3.    “Pink Legacy” (Çəhrayı irs) – 50 milyon dollar
19 karatlı, nadir çəhrayı brilliant cari ilin noyabrın 13-də “Kristis” hərracında 50 milyon dollara satılıb. Rənginin təmizliyinə görə mütəxəssislər onu ən yüksək kateqoriyaya aid edərək, ən parlaq çəhrayı brilliant adlandırırlar. Hərraca çıxarılmamışa qədər qiymətli daş Oppenqeymer ailəsinə məxsus idi. 


4.    “Blue Moon” (Göy ay) – 48,63 milyon dollar
2015-ci ilin noyabrında Cenevrə hərracından satılmış bu brilliant 1 il öncə (2014-cü ildə) CAR-da tapılıb. Cilalanmaya qədər onun çəkisi 29,62 karat təşkil edirdi. Daha sonra brilliantın çəkisi 12,03 karata endi. “Göy ay”ı satın alan şəxs isə Honq-Konqlu milyarder Cozef Laudur. O, brilliantı 7 yaşlı qızı Jozefinaya həddiyə edib. 


5.    “Graff Pink” (Çəhrayı Qraff) – 46,16 milyon dollar
Ceneverə hərracında satılmış (2010-cu ilin noyabrı) daha bir brilliant. Dəqiq mənşəyi məluma olmayan (satışa qədər brilliant özəl kolleksiyada saxlanılıb) daşın çəkisi 24,78 karat təşkil edib. ABŞ-lı zərgər Loren Qraffın aldığı bu daş məhz onun şərəfinə “Çəhrayı Qraff” adlandırıldı.


6.    “The Orange” (Narıncı) – 35, 5 milyon dollar
Dünyanın ən böyük (14,82 karat) sarı brilliantı “Narıncı” da məhz Ceneverənin “Kristis” hərracında (2013-cü ildə) satılıb. Lakin əfsuslar olsun ki, nə brilliantın mənşəyi, nə də alıcısı haqqında heç bir məlumat verilməyib. Qiymətli daşın alıcısı naməlum qalmağa üstünlük verib.


7.    “Fancy Vivid” (Zoe Diamond) – 32,6 milyon dollar
2014-cü ilin noyabrında Nyu-York hərracında satılmış, çəkisi 9,75 karat olan göy “Fancy Vivid” brilliantı Pol Mellonın şəxsi kolleksiyasına aid idi. Adı açıqlanmayan Honq – Konq sakini brilliantı alandan sonra ona “Zoe Diamond” (Zoinin Brilliantı) adını verdi.


8.    “De Beers Millennium” – 32 milyon dollar
Daha bir CAR-da tapılmış, ellips şəkilli cilalanmadan keçən nadir, tünd mavi rəng çalarında olan brilliant. Çəkisi 10,1 karat olan qiymətli daş 2016-cı ilin aprelindən Honq – Konq hərracında satılıb. Alıcısı məlum deyil.


9.    Oval brilliant – 30 milyon dollar
Çəkisi (cilalanmamış) 118,28 karat olan brilliant Honq – Konq hərracında 2013-cü ilin dekabrında satılıb. Mənşəyinə görə bu adsız brilliantda CAR-da tapılıb və yenə də onun yeni sahibi haqqında heç bir məlumat açıqlanmayıb.


10.     Mavi brilliant – 25,4milyon dollar
2 il bundan əvvəl (2016-cı il) Nyu-Yorkun hərracında satılmış mavi brilliant çəkisi 24,18 karat təşkil edirdi. 2014-cü ildə CAR-da tapılmış qiymətli daşın cilalanmaya qədər ümumi çəkisi 122,52 karat təşkil olub. Daha sonra onu 3 hissəyə bölərək bir ziynət əşyası hazırlayıblar. 


 

Məcid Musayev

Oxatan bürcündən olan Məcid bütün dünyanı səyahət etmək arzusundadır. Pasport, miqrasiya və Hi-Tech mövzularında xəbərlərlə maraqlanırsınızsa bizim çoxbilmişi izləyin. Məqalələri

Oxşar məqalələr

Mən bilirəm darıxmaq nədir

Dilşad - 15.01.2019 618
Mən bilirəm darıxmaq nədir... Dolu dolu xoşbəxt ola bilməmək, huzur tapmamaqdı darıxmaq. Danışıb gülərkən belə, sevincin gözündə qalmağıdı darıxmaq... Susmaqdı darıxmaq, sözlərin anlaşılmaz deyə... Qorxmaqdı darıxmaq, həyat verdiyi qədər alar deyə... Əksiklərini xatırlamaq, ruhu ...
Davamı

Müxtəlif ölkəkərdə qadağan olunan sadə məhsullar

Məcid - 26.11.2018 268
Bəzi ərzaqlar (məhsullar) var ki, onlar insan səhhətinə ciddi ziyan vura bilərlər. Elə məhsullar da var ki, onları asanlıqla qonşu marketdən almaq mümkündür. Lakin heç düşünmüsünüz ki, sevimli sousunuz və ya mövsümi aldığınız meyvələrin hansıs...
Davamı

Külək turbinləri necə işləyir?

Şahvaris - 07.11.2018 517
Havanın bir maye olduğunu təsəvvür etmək çətindir. Çünki hava görünməzdir. Mayedən fərqli olaraq, hava daha tez hərəkət edir və bütün ətraf mühitini əhatə edir. Havanın bu xüsusiyyətini kinetik enerjiyə çevirmək prosesi “Wind Energy&...
Davamı

Məhkəmədə nümayəndəliyin ləğvi mövzusu

Hikmət - 02.11.2018 481
Bu mövzunun Nümayəndəliyin ləğvi adlandırılması əslində bu məsələyə düzgün yanaşma deyil. Çünki nə nümayəndəlik nə də məhkəmədə nümayəndəlik ləğv olunmayıb. İstənilən şəxs sizi istənilən bir dövlət qurumunda etibarnamə ilə təmsil edə bilər. Yalnız məhkə...
Davamı

DƏVƏT: "QAN VER, XİLAS ET!"

Rəvanə - 24.10.2018 374
Azərbaycanda yayılmış əsas xəstəliklərdən biri Talassemiya xəstəliyidir. Bu xəstəlik haqqında danısmaq mənim üçün nə qədər çətindirsə, bir o qədər də vacibdir. Lakin nə qədər çətin olsa da, real şahid olaraq bu xəstəlik haqqında cəmiyyətimizin maarifləndirilməsi və aks...
Davamı

18 Oktyabr - Dövlət müstəqilliyi günüdür!

Səbuhi - 18.10.2018 205
Azərbaycanın Dövlət Müstəqilliyi günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biri. Hər il 18 oktyabrda qeyd edilir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 19...
Davamı

Çirkli avtomobil üzərində şəkil çəkmək sənəti və ya Texas üsülu ilə suya qənayət.

Səbuhi - 10.10.2018 442
Texaslı rəssam Skot Veyd (Scott Wade) sübut etdi ki, çirkli avtomobillər gözəl sənət əsərləri yaratmaq üçün kətan rolunu oynayır. Bu sənətin ustası olmaq üçün, sənətkar bir çox sınaq və səhvlərdən keçərək, müxtəlif alətlər və fırl...
Davamı

Azərbaycan insanının 2 əsas problemi...

Nihad - 01.10.2018 319
  Problemlərimizin çox olduğunu düşünürəm,ancaq onlardan bəziləri daha geniş miqyaslıdır və insanların həyat tərzlərinə və ümumilikdə həyatlarına daha çox təsirlidir. Azərbaycan insanının yaşadığı 2 əsas problemi qeyd etmək istəyirəm! Bu 2 problemin müə...
Davamı

İnsan Yupiterə enə bilərlərmi?

Məcid - 26.09.2018 585
Bu və ya digər planeti dərindən və dəqiq tətqiq etməyin ən yaxşı yolu onun üzərinə enməkdir. Məhz bu kimi tətqiqatları aparmaq üçün insanlar Ay, Venera, Mars Saturnun peyki olan Titana kosmik aparatlar göndəriblər. Lakin Günəş sistemimizdə heç vaxt dəqiq tət...
Davamı

Salamat qal

Dilşad - 24.09.2018 1096
... Xəyalıma gətirməkdə aciz olduğum üzünü, hər gün, bəlkədə yüzlərlə adam görür, işdə, mağazada, metroda, küçədə, qonaqlıqda, hər yerdə...adicə qarşılaşıb gedirlər. Biz də qarşılaşdıq... Gözləmədiyim anda, gözləmədiyim  məkanda... Bax...
Davamı