HR menecment konsepsiyaları

Səbuhi Məmmədəliyev28.05.2018 98

İR-nın idarəetmə konsepsiyaları:

  1. İqtisadi konsepsiyalar (Əmək resurslarından istifadə konsepsiyası)
  2. Təşkilati-inzibati konsepsiyalar (Personalın idarə edilməsi konsepsiyası)
  3. Təşkilati-sosial konsepsiyalar (İnsan resurslarının idarə edilməsi konsepsiyası)
  4. Humanistik konsepsiayalar (İnsan idarəçiliyi konsepsiyası)

İQTİSADİ KONSEPSİYALAR:

Məqsəd işçilərin əmək potensialından maksimum istifadə etməkdir. (ABŞ) Frederik Teylorun “elmi rəhbərlik nəzəriyyəsi”  iqtisadi konsepsiyaların teoritik əsasıdır. Şəxsi maraqların ümumi maraqlara tabe olması. İşçi sadəcə istehsalat faktorudur. Tipik idarəetmə tərzi avtoritardır. İdarəetmənin əsas məqsədi: istedalı işçilərin seçilməsi, stimullaşdırması və normalaşdırılması.

TƏŞKİLATİ-İNZİBATİ KONSEPSİYALAR:

Məqsəd insanın əmək və şəxsi potensialından istifadə etməkdir. (FR) Anri Fayolun “bürokratik təşkilat” nəzəriyyəsi bu konsepsiyanın teoritik əsasıdır. İşçinin "keyfiyyəti" üçün tələblər – müvafiq vəzifəyə uyğun peşə kvalifikasiyası və şəxsi keyfiyyətləri. Beləliklə, kadr idarəçiliyinin əsas məzmunu bir təşkilatın iş fəaliyyətində şəxsin "həyat dövrünün" bütün mərhələlərində səlahiyyət və məsuliyyət sisteminin idarə olunmasıdır.

TƏŞKİLATİ-SOSİAL KONSEPSİYALAR:

Məqsəd optimal ətraf mühit yaratmaqla insan potensialını maksimum dərəcədə artırmaqdır. (ABŞ psixoloq) Elton Mayonun "insan münasibətləri" nəzəriyyəsi bu konsepsiyanın teoritik əsasıdır. "İşçinin keyfiyyəti" üçün tələblər – müvafiq peşəyə uyğun  ixtisas və şəxsi keyfiyyətləri, psixoloji iqlimə və təşkilatın korporativ mədəniyyətinə uyğunluq. Beləliliklə idarəetmə həm formal (vəzifə öhdəliklərinin yerinə yetirilməsi ) həm də qeyri formal (təşkilat daxilində sosial əlaqələr, işçilərin fiziki və psixoloji vəziyyəti və s.) təşkilatçılığa tətbiq edilir.

HUMANİSTİK KONSEPSİYALAR:

Məqsəd insanın özünü təsdiq etməsi üçün şərait yaratmaqdır. Nəzəri əsas - Yapon idarəetməsinin fəlsəfəsi. İdarəetmə paradiqması: "insan təşkilat üçün deyil, təşkilat insan üçündür" . İdarəetmənin əsas vəzifəsi: Təşkilat mədəniyyəti inkişafının adaptasiyasıdır. Effektivliyin şərtləri: Təşkilatın səmərəli təşkilinin inkişafı yalnız strukturların, texnologiyaların, bacarıqların dəyişməsi deyil, həmçinin dəyərlərdəki dəyişiklikdir.

Beləliklə, idarəetmənin əsas məzmunu özünü idarəetmədir, və effektiv işlərin stimullaşdırılması iş həyatının keyfiyyətinin yaxşılaşdırılması ilə həyata keçirilir.

Səbuhi Məmmədəliyev

Özünü sadəcə bir insan sayır. Əsas missiyası düzgün yaşamaqdır. Məqsədi – cəmiyyətə yardım etməkdir. Psixoloji problemlərdən və stereotiplərdən ətraf mühitin təmizlənməsində tövhə verməyə çalışır. Məqalələri

Oxşar məqalələr

CV göndərmədən öncə hər bir iş axtaran bunları bilməlidir

Anar - 04.10.2018 167
Heç fərqinə varmısınızmı, ölkəmizdə hansı sahələr üzrə iş axtarılır?! Apardığım müşahidələr və şirkətimizə gələn CV-lərdən anlayıram ki, vəziyyət heç də ürək açan deyil. Namizədlərin çoxu - “təki iş olsun”- deyib CV göndərirlər. Ham...
Davamı

İş axtarışı haqqında vacib məsləhətlər

Finmarket - 20.06.2018 673
20 uğursuz iş müsahibəsindən sonra fikirləşirsiniz ki, “sevimli corablarınızın” bəxtinizə heç bir müsbət təsiri yoxdur. Əgər indiyənə qədər arzusunda olduğunuz bacarıqlarınıza uyğun iş tapmamısınızsa, demək nəyisə düz etmirsiniz. Axtarış metodunuzda səhv var. Həmişə...
Davamı

İş müsahibəsi zamanı maraq oyatmağın yolları

Finmarket - 20.06.2018 976
Namizədlər üçün iş görüşləri olduqca stresli keçsə də İR üçün proses tamamilə fərqlidir. Bəzən gün ərzində bir neçə görüşü eyni vaxtda aparan, həqiqətən fərq yaradan o əməkdaşı axtaran İR mütəxəssisinin diqqətini &cce...
Davamı

Müasir CV növləri: üstünlük və çatışmazlıqlar. II hissə.

Səbuhi - 18.06.2018 562
HİBRİD CV Hibrid tipli CV yuxarıda qeyd etdiyim funksional və xronoloji CV növlərinin struktur hissələrindən ibarətdir və hər ikisinin xüsusiyyətlərini ehtiva edir. Strukturuna daxildir: işaxtaranın məqsədi və tələbi; ümumiləşdirilmiş formada professional bacarıq və nail...
Davamı

Müasir CV növləri: üstünlük və çatışmazlıqlar. I hissə.

Səbuhi - 08.06.2018 547
Zaman və əmək bazarının dinamik inkişafı vərdiş etdiyimiz və dəyişməz hesab etdiyimiz proseslərə öz düzəlişlərini əlavə edir. Uzun illər istifadə etdiyimiz ənənəvi tərcümeyi-halların yerinə gələn müxtəlif formatlı CV-lər müasir trendlərdən biridir. Onlardan ən populyar ol...
Davamı

İş görüşməsində harada səhv etmiş ola bilərsiniz?

Finmarket - 07.06.2018 676
İş müraciəti etmisiniz, ancaq müsahibə dəvəti gəlmir, iş görüşməsinə gedirsiniz, amma yenidən itirib-axtaran yoxdur, yaxud "Yaxşı, bu dəfə oldu!" deyilsə də işə qəbul edilmirsiniz, bütün kənar faktorların xaricində, bəlkə də, bir şeyləri yoxdur, ya da siz səhv...
Davamı

"Keyfiyətli rekrutinq" silsiləsindən. Satıcı.

Səbuhi - 07.06.2018 258
SATIŞ MÜTƏXƏSSİSİ Məqalədə satış şöbəsinə işçi seçimində hansı məqamlara fikir vermək lazım olduğu haqda məlumat veriləcək. Məqalə həm rekruterlər həm də satış seqmentində karyera qurmaq istəyən kəslər üçün faydalı informasiyanı özündə əks etdiri...
Davamı

"Keyfiyyətli rekrutinq" silsiləsindən. Düzgün proqramçı.

Səbuhi - 07.06.2018 378
ÖN SÖZ Salam, Hörmətli oxucular! Sizə təqdim edəcəyim məqalə istər işəgötürən istərsə də işaxtaranların faydalana biləcəyi məlumat və fikirləri özündə birləşdirən “Keyfiyyətli rekrutinq” adı altında yazdığım məqalə seriyasının bir hissəsidir. Hər bir...
Davamı

Maaş bazarlığında nələrə diqqət etməlisiz?

Finmarket - 06.06.2018 326
Müsahibələrdə maaş gözləntisi haqqında danışmaq asan olmaya bilər. İşəgötürənin təklifini hərtərəfli qiymətləndirmək və səmərəli danışıqlar aparmaq bu mərhələdə çox vacibdir. Çünki ya yüksək məbləğ söyləyib işi əldən verə bilər və ya daha aşağı masala...
Davamı

İş elanının düzgün tərtibatı və optimal namizədlərin cəlb edilməsi haqqında

Səbuhi - 05.06.2018 476
Keyfiyyətli yazılmış iş elanı bizə bir çox üstünlük verir: Əksər uyğun olmayan namizədlər dərhal aradan qaldırılır "Lazımsız" müsahibələrin təşkili və aparılması üçün vaxt və səy sərf etmirsiniz Səylərinizi optimal namizədlərə yönə...
Davamı