"Keyfiyətli rekrutinq" silsiləsindən. Satıcı.

Səbuhi Məmmədəliyev07.06.2018 334

SATIŞ MÜTƏXƏSSİSİ

Məqalədə satış şöbəsinə işçi seçimində hansı məqamlara fikir vermək lazım olduğu haqda məlumat veriləcək. Məqalə həm rekruterlər həm də satış seqmentində karyera qurmaq istəyən kəslər üçün faydalı informasiyanı özündə əks etdirir.

SATIŞ AGENTİ YOXSA SATIŞ MENECERİ?

İlk öncə iş elanlarında tez-tez rast gəlinən “Satış meneceri” anlayışına toxunmaq istəyirəm. Ümumən son zamanlar tendensiya halına gəlmiş “menecer” sözünün yerli-yersiz işlədilməsi ürək açan hal deyil. Menecer idarəçi deməkdir. Əgər satış prosesində idarəetmə funksiyaları yerinə yetirilmirsə, menecer sözü yersizdir. Bir çox halda söhbət “Satış agentindən” gedir, lakin vakansiyanın cəlbedici görsənməsi məqsədilə “Satış meneceri” ifadəsindən istifadə olunur. Bəzən də əksinə, satışı idarəedən, tabeçiliyində işçiləri olan menecerlərə yüksək məvacib verməmək üçün menecer mütəxəssis və ya digər sözlərlə əvəz edilir. Xülasə, axtarışa başlamazdan əvvəl dəqiq nə istədiyimizi müəyyən etmək lazımdır.

Satışın müxtəlif klassifikasiyası mövcuddur. Məhsul, xidmət və ya informasiyanın təsnifatı, bazarın seqmentasiyası satıcılara satışın hansı tərzdə aparılmasını diktə edir. Bu səbəbdən hər sahənin, hər şirkətin, hətta hər məhsulun satışında müxtəlif səriştəliklər tələb edilə bilər.

Misal üçün: B2B satışında “soyuq zənglər” texnikası vacibdir. B2C satışında olmasına ehtiyyac yoxdur. Yaxud B2B satış agenti müqavilə bağlanmasını müşayiət edir, lazım gəldikə müqavilə şərtlərində dəyişikliklər edilməsini tövsiyyə edir, bəzən nağd ödənişləri qəbul edir, qəbzləri təqdim edir, rəhbərliyə hesabatlar verir. B2C satışda bu proseslər olmadığı üçün, satıcının hesabatlardan, və ya müqavilələrdən anlayışı olmasa da olar.

Ancaq elə baza bilik və səriştəliklər var ki, istənilən satıcıda olması vacibdir. Buraya ünsiyyət, kommunikasiya, səbr və təmkin, dinləmə qabiliyyəti, stressədavamlılıq, etirazlarla işləmə, əsaslandıma, inandırma, gülərüzlük, konflikt idarəçiliyi və s. keyfiyyətlər daxildir.

“ULDUZLAR” YOXSA “XƏRCLƏR”?

Ortaya bir sual çıxır. Bizə hazır peşəkar satıcılar lazımdır, yoxsa müəyyən xüsusiyyətləri olan yüksək motivasiyalı təcrübəsiz kəslər? Fikrimcə, satış menecerləri yüksək motivasiyalı hazır kadrlardan (ULDUZALR), satış agentləri isə yüksək motivasiyalı təcrübəsiz kadrlardan formalaşmalıdır (XƏRCLƏR). Həmin təcrübəsiz kadrlar, bizim xammalımızıdr. Həmin xammaldan nə istehsal edəcəyimiz artıq bizdən asılıdır! Onların təlimlərinə, təcrübə keçmələrinə müəyyən xərclər çəkiləcək. Ancaq bu xərclər bizə gələcəkdə yeni ULDUZLAR-ın meydana gəlməsi ilə nəticələnir. Fikir versək, əsas məsələ namizədlərin yükəsək motivasiyalı olmalarıdır. Motivi olmayan kəslərin hərəkətə gəlməsini stimullaşdırmaq qəliz və riskli məsələdir. Bu səbəbdən ilk növbədə motivasiya, daha sonra bilik və təcrübəyə baxılmalıdır.

KEYS TİPLİ YOXLAMALAR

Satış pozisiyalarına müsahibəyə gələn kəslərin ən çox üzləşdiyi keys “Bu qələmi bizə sata bilərsinizmi” tipli yoxlamalardır. Açığı belə absurd keysləri və buna oxşar yoxlama metodlarını yersiz sayıram. Keyslər reallığa maksimum dərəcədə yaxın olmalıdır və həmin vəziyyət üçün düzgün hərəkət alqoritmi əvvəlcədən rekruter tərəfindən müəyyən olunmalıdır. Rekruter cavabını bilmədiyi sualı namizədə verirsə, bu artıq qeyri ciddi müsahibədir.

Sonda qeyd etmək istəyirəm ki, satış – şirkətin lokomatividir. Satıcılar hesabına qənaət etməyin!

Səbuhi Məmmədəliyev

Özünü sadəcə bir insan sayır. Əsas missiyası düzgün yaşamaqdır. Məqsədi – cəmiyyətə yardım etməkdir. Psixoloji problemlərdən və stereotiplərdən ətraf mühitin təmizlənməsində tövhə verməyə çalışır. Məqalələri

Oxşar məqalələr

Yüksək tələbatı olan 5 yeni peşə

Məcid - 14.11.2018 427
İş axtaranlar üçün şad xəbər, proqnozlara əsasən dünya üzrə kadr (işçi) tələbatı ildə 19% sürətlə artacaq. Bu isə o deməkdir ki, həm ixtisassız işçilər, həm də dünyada sayı az olan mütəxəssislərin iş tapmaq şansı var. Pərakəndə ticarət, səhiyyə...
Davamı

Rəhbərlərin etdiyi 10 əsas səhv

Səbuhi - 19.10.2018 514
Demək olar ki bütün menecerlər bu məqalədə yer alan tez-tez rast gəlinən  səhvləri edirlər. Hər hansı bir liderin ən kritik səhvi - lider olduğunu unutmasıdır. Lider olduğunu unudub, öz səriştəsizliyini nümayiş etdirərək tabeliyindəkilərin işini görməsidir. Burada s&...
Davamı

CV göndərmədən öncə hər bir iş axtaran bunları bilməlidir

Anar - 04.10.2018 520
Heç fərqinə varmısınızmı, ölkəmizdə hansı sahələr üzrə iş axtarılır?! Apardığım müşahidələr və şirkətimizə gələn CV-lərdən anlayıram ki, vəziyyət heç də ürək açan deyil. Namizədlərin çoxu - “təki iş olsun”- deyib CV göndərirlər. Ham...
Davamı

İş axtarışı haqqında vacib məsləhətlər

Finmarket - 20.06.2018 852
20 uğursuz iş müsahibəsindən sonra fikirləşirsiniz ki, “sevimli corablarınızın” bəxtinizə heç bir müsbət təsiri yoxdur. Əgər indiyənə qədər arzusunda olduğunuz bacarıqlarınıza uyğun iş tapmamısınızsa, demək nəyisə düz etmirsiniz. Axtarış metodunuzda səhv var. Həmişə...
Davamı

İş müsahibəsi zamanı maraq oyatmağın yolları

Finmarket - 20.06.2018 1442
Namizədlər üçün iş görüşləri olduqca stresli keçsə də İR üçün proses tamamilə fərqlidir. Bəzən gün ərzində bir neçə görüşü eyni vaxtda aparan, həqiqətən fərq yaradan o əməkdaşı axtaran İR mütəxəssisinin diqqətini &cce...
Davamı

Müasir CV növləri: üstünlük və çatışmazlıqlar. II hissə.

Səbuhi - 18.06.2018 733
HİBRİD CV Hibrid tipli CV yuxarıda qeyd etdiyim funksional və xronoloji CV növlərinin struktur hissələrindən ibarətdir və hər ikisinin xüsusiyyətlərini ehtiva edir. Strukturuna daxildir: işaxtaranın məqsədi və tələbi; ümumiləşdirilmiş formada professional bacarıq və nail...
Davamı

Müasir CV növləri: üstünlük və çatışmazlıqlar. I hissə.

Səbuhi - 08.06.2018 713
Zaman və əmək bazarının dinamik inkişafı vərdiş etdiyimiz və dəyişməz hesab etdiyimiz proseslərə öz düzəlişlərini əlavə edir. Uzun illər istifadə etdiyimiz ənənəvi tərcümeyi-halların yerinə gələn müxtəlif formatlı CV-lər müasir trendlərdən biridir. Onlardan ən populyar ol...
Davamı

İş görüşməsində harada səhv etmiş ola bilərsiniz?

Finmarket - 07.06.2018 879
İş müraciəti etmisiniz, ancaq müsahibə dəvəti gəlmir, iş görüşməsinə gedirsiniz, amma yenidən itirib-axtaran yoxdur, yaxud "Yaxşı, bu dəfə oldu!" deyilsə də işə qəbul edilmirsiniz, bütün kənar faktorların xaricində, bəlkə də, bir şeyləri yoxdur, ya da siz səhv...
Davamı

"Keyfiyyətli rekrutinq" silsiləsindən. Düzgün proqramçı.

Səbuhi - 07.06.2018 460
ÖN SÖZ Salam, Hörmətli oxucular! Sizə təqdim edəcəyim məqalə istər işəgötürən istərsə də işaxtaranların faydalana biləcəyi məlumat və fikirləri özündə birləşdirən “Keyfiyyətli rekrutinq” adı altında yazdığım məqalə seriyasının bir hissəsidir. Hər bir...
Davamı

Maaş bazarlığında nələrə diqqət etməlisiz?

Finmarket - 06.06.2018 416
Müsahibələrdə maaş gözləntisi haqqında danışmaq asan olmaya bilər. İşəgötürənin təklifini hərtərəfli qiymətləndirmək və səmərəli danışıqlar aparmaq bu mərhələdə çox vacibdir. Çünki ya yüksək məbləğ söyləyib işi əldən verə bilər və ya daha aşağı masala...
Davamı