"Keyfiyyətli rekrutinq" silsiləsindən. Düzgün proqramçı.

Səbuhi Məmmədəliyev07.06.2018 380

ÖN SÖZ

Salam, Hörmətli oxucular! Sizə təqdim edəcəyim məqalə istər işəgötürən istərsə də işaxtaranların faydalana biləcəyi məlumat və fikirləri özündə birləşdirən “Keyfiyyətli rekrutinq” adı altında yazdığım məqalə seriyasının bir hissəsidir. Hər bir məqalədə bu gün üçün aktual olan peşə növləri üçün vacib olan bilik və səriştəliklər, şəxsi keyfiyyətlər barədə məlumat verəcəyəm.

PROQRAMÇI

Proqramçı sənəti. Günümüzün bəlkədə ən aktual və müstəqil peşəsi adlandıra bilərik. Proqramçı sənətkardır, yaradıcılıqla məşğuldur və bu sənətin sırf icraedici peşə növünə aid edilməsi fikrimcə yalnış yanaşmadır. Proqramçı axtaran rekruterlər işə aid tələblərdə konkret proqramlaşma dillərini, bilavasitə onlara bağlı digər komponentləri, portfelin olmasını və iş stajını bildirməklə kifayətlənirlər. Ancaq sadalanan kriterilər minimal tələblərdir, belə desək sənətkarın alətləridir. Sənətkarın bacarığı isə digər xüsusiyyətlərlə müəyyən edilir.

PROBLEMİ KOMPONENTLƏRƏ AYIRIR VƏ ONUN HƏLLİNİ HƏYATA KEÇİRİR

Proqramçı tapşırığını alan kimi dərhal kod yazmağa qaçmamalıdır. Düzgün proqramçı iş vaxtının 80%-ni ağlıyla, 20%-ni isə əlləri ilə iş görməyə sərf edir. Hətta çox mürəkkəb olmayan bir proqramın yaradılması təhlil və layihələndirmə tələb edir: problemin daha sadə alt tapşırıqlara ayrılması və ardından bütün həllərin sintezi nəticəsində ümumi həllin formalaşması. Məsələn, tam ədəd dəyişəninin interval uzunluğunu seçmək layihələndirmənin bir elementidir.

İCRA MÜDDƏTLƏRİNİ DÜZGÜN QİYMƏTLƏNDİRİR

İcra müddəti istənilən layihənin əsas tələblərindən biridir. “SMART” modelindəki “T” komponenti vaxtla ölçüləbilən və ya vaxtla məhdudlaşan mənalarında işlədilir. Ancaq nəzərə alsaq ki proqramlaşdırma prossesinin spesifikasına görə dəqiq vaxt deyildikdə kənarlaşmalar çox olur. Bu səbəbdən, düzgün proqramçı bunu nəzərə almalı və icra müddətini interval kimi göstərməlidir. Minimal və ehtimal olunan maksimal zaman aralığını bildirməlidir. Yüksək qeyrimüəyyənlik dərəcəsi səbəbi ilə, bu hal rəhbərliyi təəcübləndirməməlidir.

İŞ PLANINI VƏ QRAFİKİNİ TƏRTİB EDİR

Proqramçı məsələnin həlli üçün plan-qrafik tərtib edəndə prioritetləri elə bölüşdürməlidir ki, əsas məqsəd məsələnin həllini tezləşdirmək yox, risklərin minimuma çatdırılması olsun. Sonraya saxlanılan qeyrimüəyyən məsələlərin həlli gələcəkdə çıxılmaz bir nöqtədə dirənə bilər, bu isə hər şeyi yenidən başlamaq məcburiyyətinə gətirib çıxarır.

SƏLİQƏLİ YAZIR

Səliqəli yazı dedikdə, yazılmayan proqramçı kodeksi nəzərdə tutulur. Kod elə yazılmalıdır ki onu müşayiət edən hər bir komanda üzvü başa düşsün.

LAZIM OLAN KEYFİYYƏTİ TƏMİN EDİR, XƏRCLƏRİ VƏ RİSKLƏRİ MİNİMUMA ENDİRİR

Bu, yəqin ki, ən qəliz bacarıqdır. Proqramçı “Nə alındısa alındı” və “Mükəmməl kod yazdım” arasında qızıl ortanı müəyyən etməyi öyrənməlidir.

İŞİNƏ DÜRÜST YANAŞIR

Dürüstlük əsas keyfiyyətlərdən biridir. Burada öz səhvlərinin üzərində işləməkdən tutmuş qrafikdə yaranan kənarlaşmaların analizinədək bütün prosses proqramçının dürüst olmasını tələb edir. Əks halda yazılan proqram Sizə baha başa gəlir. İstər vaxt baxımından, istər keyfiyyət baxımından, istərsə də maliyyə baxımından.

Səbuhi Məmmədəliyev

Özünü sadəcə bir insan sayır. Əsas missiyası düzgün yaşamaqdır. Məqsədi – cəmiyyətə yardım etməkdir. Psixoloji problemlərdən və stereotiplərdən ətraf mühitin təmizlənməsində tövhə verməyə çalışır. Məqalələri

Oxşar məqalələr

CV göndərmədən öncə hər bir iş axtaran bunları bilməlidir

Anar - 04.10.2018 167
Heç fərqinə varmısınızmı, ölkəmizdə hansı sahələr üzrə iş axtarılır?! Apardığım müşahidələr və şirkətimizə gələn CV-lərdən anlayıram ki, vəziyyət heç də ürək açan deyil. Namizədlərin çoxu - “təki iş olsun”- deyib CV göndərirlər. Ham...
Davamı

İş axtarışı haqqında vacib məsləhətlər

Finmarket - 20.06.2018 675
20 uğursuz iş müsahibəsindən sonra fikirləşirsiniz ki, “sevimli corablarınızın” bəxtinizə heç bir müsbət təsiri yoxdur. Əgər indiyənə qədər arzusunda olduğunuz bacarıqlarınıza uyğun iş tapmamısınızsa, demək nəyisə düz etmirsiniz. Axtarış metodunuzda səhv var. Həmişə...
Davamı

İş müsahibəsi zamanı maraq oyatmağın yolları

Finmarket - 20.06.2018 978
Namizədlər üçün iş görüşləri olduqca stresli keçsə də İR üçün proses tamamilə fərqlidir. Bəzən gün ərzində bir neçə görüşü eyni vaxtda aparan, həqiqətən fərq yaradan o əməkdaşı axtaran İR mütəxəssisinin diqqətini &cce...
Davamı

Müasir CV növləri: üstünlük və çatışmazlıqlar. II hissə.

Səbuhi - 18.06.2018 563
HİBRİD CV Hibrid tipli CV yuxarıda qeyd etdiyim funksional və xronoloji CV növlərinin struktur hissələrindən ibarətdir və hər ikisinin xüsusiyyətlərini ehtiva edir. Strukturuna daxildir: işaxtaranın məqsədi və tələbi; ümumiləşdirilmiş formada professional bacarıq və nail...
Davamı

Müasir CV növləri: üstünlük və çatışmazlıqlar. I hissə.

Səbuhi - 08.06.2018 547
Zaman və əmək bazarının dinamik inkişafı vərdiş etdiyimiz və dəyişməz hesab etdiyimiz proseslərə öz düzəlişlərini əlavə edir. Uzun illər istifadə etdiyimiz ənənəvi tərcümeyi-halların yerinə gələn müxtəlif formatlı CV-lər müasir trendlərdən biridir. Onlardan ən populyar ol...
Davamı

İş görüşməsində harada səhv etmiş ola bilərsiniz?

Finmarket - 07.06.2018 678
İş müraciəti etmisiniz, ancaq müsahibə dəvəti gəlmir, iş görüşməsinə gedirsiniz, amma yenidən itirib-axtaran yoxdur, yaxud "Yaxşı, bu dəfə oldu!" deyilsə də işə qəbul edilmirsiniz, bütün kənar faktorların xaricində, bəlkə də, bir şeyləri yoxdur, ya da siz səhv...
Davamı

"Keyfiyətli rekrutinq" silsiləsindən. Satıcı.

Səbuhi - 07.06.2018 259
SATIŞ MÜTƏXƏSSİSİ Məqalədə satış şöbəsinə işçi seçimində hansı məqamlara fikir vermək lazım olduğu haqda məlumat veriləcək. Məqalə həm rekruterlər həm də satış seqmentində karyera qurmaq istəyən kəslər üçün faydalı informasiyanı özündə əks etdiri...
Davamı

Maaş bazarlığında nələrə diqqət etməlisiz?

Finmarket - 06.06.2018 327
Müsahibələrdə maaş gözləntisi haqqında danışmaq asan olmaya bilər. İşəgötürənin təklifini hərtərəfli qiymətləndirmək və səmərəli danışıqlar aparmaq bu mərhələdə çox vacibdir. Çünki ya yüksək məbləğ söyləyib işi əldən verə bilər və ya daha aşağı masala...
Davamı

İş elanının düzgün tərtibatı və optimal namizədlərin cəlb edilməsi haqqında

Səbuhi - 05.06.2018 478
Keyfiyyətli yazılmış iş elanı bizə bir çox üstünlük verir: Əksər uyğun olmayan namizədlər dərhal aradan qaldırılır "Lazımsız" müsahibələrin təşkili və aparılması üçün vaxt və səy sərf etmirsiniz Səylərinizi optimal namizədlərə yönə...
Davamı

CV-lərdə geniş yayılmış 10 səhv

Finmarket - 05.06.2018 742
Əgər siz yaxşı bir vakansiyaya müraciət etmək istəyirsinizsə, CV-zə qarşı mümkün qədər diqqətlə yanaşmalısınız, çünki bu sənəd sizin simanızı, bilik və bacarıqlarınızı təqdim edən əsas sənəddir.  İnsan resursları (İR/HR) əməkdaşı ilə sizin (namizəd) aranızda ilkin ...
Davamı