Kim haqlıdır? 1.Uşaq 2. Ailə 3. Məktəb 4. Heç biri

Aqşin Yenisey17.06.2018 389

Heç vaxt övlad sahibi olmayan, məşhur və mərhum şairimiz Vaqif Səmədoğlunun öz dilindən eşitdiyimə görə, atası Səməd Vurğunun balaca Vaqifi övladlığa vermək istədiyi dahi bəstəkarımız Üzeyir Hacıbəylinin uşaq haqqında belə bir möhür fikri var:

“Uşaqları bütə çevirməyin, böyüyüb qurbanlar tələb edəcəklər”. 

Ancaq uşaqları bütlərə qurban üçün də böyütmək olmaz. Balacalarımızın nə büt, nə qurban olmaması üçün nə etməli? 

Bu yaxınlarda sosial şəbəkələrdə Bakıda uşaq bağçalarının birində balaca bir qızcığazı gestapo ss-i kimi xırpalayan bir tərbiyəçinin görünütüləri yayıldı. Valideynlər dərhal tərbiyəçini milli-gəlmə adətlərimizə uyğun olaraq virtual daş-qalaq etdilər, əlaqədar qurumlar isə məsələnin həllini tezbazar bağçanının qapısına möhür vurmaqda gördülər. Hətta indicə xəbər gəldi ki, o tərbiyəçi haqqında həbs-qəti imkan tədbiri seçilib.

Doğrudanmı təhsil və tərbiyə problemlərində daş-qalaq və möhürləmə, ən axırda isə qandallama çıxış yoludur, həm də həyatımızı süni zəkalara etibar etməyə hazırlaşdığımız nanotexnogen bir dövrdə?

İngilislər və ruslar 1980-ci illərə kimi təhsil və tərbiydə uşaqların cubuqlanmasını vacib sayırdılar. Və bunu belə əsaslandırırdılar ki, uşaqlar kiçik yaşlarından bilməlidirlər ki, dünya cəzasız yer deyil. 

Cubuq məsuliyyət hissi yaradır.

Şərqdə isə təhsilin fəlsəfəsini valideynlərin dilindən müəllimə deyilən bu sözlər ifadə edirdi: “əti sənin, sümüyü mənim”. Bu yazının müəllifi sovet məktəbinin yadigarı olduğu üçün kommunizmin 5 “müqəddəs” prisipinə and içir ki, həyatı boyunca məktəbdə olduğu qədər heç yerdə döyülməyib, işgəncə görməyib. “Hətta həyatım boyunca yalnız məktəbdə, sözün həqiqi mənasında, üzümə tüpürüblər və müəllimin bu əmrini onu sevdiyimi bilməyən qız sinif yoldaşım edib”. – deyə müəllif əlavə edir. “İndiki kimi yadımdadır, müəllimə xoş gəlsin deyə qız var gücüylə “xıxx” eləyib ovurdlarını tüpürcəklə doldurdu və lombasıyla sinifin gözü önündə üzümə tüpürdü, nə var ki hansısa axmaq bir şairin şerini onun kimi əzbərləməmişdim. Qızın tüpürcəyindən kənd pendiri ilə içilimiş şirinçay qoxusu gəlirdi” – müəllif uşaqlıq xatirələrində yazır.

Bu cür iyrəncliklər niyə baş verir? Necə olur ki, müəllim uşağı döyür? Necə olur ki, valideynlər müəllimi daş-qalaq edir? Necə olur ki, polis müəllimi həbs edir? Necə olu ki, biz uşaqlı-böyüklü, müəllimli-valideynli bir-birimizlə dil tapa bilmirik?    

Fizioloji olaraq insan beyni sol və sağ yarımkürələrdən ibarətdir. Sol beyin məntiqi düşünmə və analitik-informativ proseslərdə istifadə edilir. Məktəbə aid olan hissə sol beyindir ki, ona elm öyrədilir. Sağ beyin emosional qavrayış, duyma və yaradıcılıqda istifadə edilir. Bu daha çox fərdin və ailənin nəzarətində olan hissədir. Sağ beyinə təhsil prosesində o qədər də önəm verilmir, hətta bizim məktəblərdə sağ beyinə sol beyinə mane olan lazımsız bir orqan kimi baxırlar. Yenə müəllif özündən sitat gətirir ki, onu oxuduğu orta məktəbdə Məmməd Səid Ordubadinin “Qılınc və Qələm” romanını 6-ci sinifdə oxuduğu üçün məktəb direktoru eşşək sudan gələnə kimi döyüb ki, bu roman sənin yaşına uyğun deyil.

Olimpiya oyunlarının yaradıcısı olan qədim yunanlar hələ o dövrlərdə hesab edirdilər ki, uşaqlarda bədən tərbiyəsi ilə yanaşı, ruhun tərbiyəsi ilə də məşğul olmaq lazımdır. Əks halda, bədən inkişaf edir, ruh isə inkişafdan qalıb pozğunlaşır və güclü bədəndə yaşayan zırrama bir insan ruhu yaranır ki, bu gün ətrafımız belə bədəncə mükəmməl, ruhən zırrama olan gənclərlə doludur. Yunanlar cəmiyyətdə belə anormal “kentavrlar” mövcud olmasın deyə oğlan uşaqlarına nizə atmaqla yanaşı, arfa çalmağı, poeziya ilə məşğul olmağı da öyrədirdilər. Bir beyinin səmərəli olması üçün hər iki yarımkürə birlikdə inkişaf etməli, birlikdə çalışmalıdır. Eynən sağ və sol əl kimi. Biz istər məktəbdə, istər ailədə, istərsə də cəmiyyətdə ona görə zorakılığa üstünlük veririk ki, sağ beynimiz uşaqlıqdan fəaliyyətsiz qalıb şikəst olur. Cəmiyyət beyni şikəst olan insanların oylağına çevrilir. Bunun baş verməməsi üçün uşaqlar sənətə məruz qalmalıdır və bu işə daha çox valideynlər maraqlı olmalıdır. Amma valideynlərimizin əksəriyyəti öz uşaqlarının həyatında özünü bioloji funksiyaların icraedisi orqanı kimi aparır.  

Uşaqlar anadangəlmə sənətçidirlər; onlar şəkillərlə oynamağı, müxtəlif fiqurlar düzəltməyi, hətta gördükləri ailə həyatını teatrlaşdırmağı sevirlər. Təəssüf ki, bu bacarıqları məktəb yaşlarında unutdurulur. Məktəblərin büdcələri azalanda ilk növbədə sənət öyrədən təlimlər qurban verilir. Bu da həm valideynlərin, həm də təhsil proqramlarının beyninin sağ yarımkürəsinə əhəmiyyət verməməsindən irəli gəlir.

Nyu-york İncəsənət Təhsili Mərkəzi uşaqları sənətə məruz qoymağın faydalarını sadalayan belə bir cədvəl hazırlayıb. Sağ beyinin inkişafı uşaqlarda hansı vərdişlərin yaranmasına səbəb olur?

  1. Uşağınız açıq fikirli bir şəkildə yaradıcı düşünməyi öyrənir.
  2. Uşağınız monitorinq aparmağı, təhlil və şərh etməyi öyrənir.
  3. Uşağınız sözlərlə və sözlərə ehtiyac duymadan öz hisslərini ifadə etməyi öyrənir.
  4. Uşağınız problem həll etmək, tənqidi düşünmək, rəqs, musiqi, teatr və digər yaradıcı təcrübələri mənimsəyir, dil imkanları və söz ehtiyatı qazanar.
  5. Uşağınız həyatda birdən çox doğru fikirin olduğunu, birdən çox düşüncə tərzinin mövcudluğunu kəşf edir. Bu da onların gələcəyin monoton təbiətli darıxdırıcı insanları olmasının qarşısını alır. 
  6. Uşağınız digər uşaqlar və böyüklərlə birlikdə çalışmağı öyrənir.
  7. Sənət vasitəsilə uşaqlarınız ailə mühitindən  dünya mədəniyyəti mühitinə açılır.
  8. Uşağınız canlı həyatda əməyin əhəmiyyətini ilk dəfə sənətdə kəşf edir, yaradıcılıq uğurunun nə demək olduğunu anlayır.
  9. Sənət uşağınızda özünəinam yaradır. Uğura aparan yolların çoxsaylı olduğunu öyrənir. Bu da onda ilk uğursuz cəhddən sonra ümidsizliyə qapanmanı aradan qaldırır. 
  10. Sənət cəmiyyət yaradır. Uşağınız cəmiyyətin müxtəlif fərqləri olan çoxrəngli bir mühit olduğunu öyrənir.

Bütün bunlardan xəbərsiz böyüyən biri bir gün məktəb direktoru, yaxud bağça tərbiyəsi vəzifəsinə seçilir və başlayır uşaqlara yuxarıda sadaladıqlarımızı öyrətmək əvəzinə onları şapalaqlamağa. Sənət təcrübələri sarıdan allahın yoxsulu olan valideynlər də adekvat olaraq bağça tərbiyəçisini daş-qalaq edirlər. Nəhayət, dövlət məktəblə ailə arasında qan davası düşməsin deyə məktəbin, yaxud bağçanın qapısını möhürləyir.  

Miçiqan Əyalət Universitetinin araşdırmaçıları uşaqlıqda yaradıcılıqla məşğul olmağın həyatın sonrakı mərhələlərində qazanılan uğurlarla güclü şəkildə bağlı olduğunu təsdiqlədilər. Tədqiqatçılar yaradıcılıqla məşğul olan uşaqların  böyüdükdə  harda işləmələrindən asılı olmayaraq, problemləri yaradıcı şəkildə həll etməyin yollarını hamıdan tez tapdıqlarını, sənətə məruz qalan uşaqların ümumi fikirlərdən uzaq "qeyri-adi" düşündüklərini irəli sürdülər. Bir çox elm adamı üzərində araşdırmalar aparan müəlliflər Robert və Mişel Rut-Bernşteyn bu nəticəyə gəldi ki, onların arasında ən görkəmli və innovativ olanların xobbi olaraq sənətlə məşğul olma nisbəti, orta hesabla digərlərindən yüksəkdir.

ABŞ-ın Kanzas Universitetindəki tədqiqatçılar tərəfindən aparılan bir eksperimental araşdırma, bir muzeyi ziyarət etmək üçün seçilən tələbələrin daha çox tənqidi düşünmə bacarıqlarının formalaşdığını, daha yüksək səviyyədə sosial tolerantlıq, daha böyük tarixi empatiya nümayiş etdirdiklərini göstərdi. 

Bəs uşaqda sənətə maraq yaratmaq üçün nə etməliyik? Tədqiqatçılar aşağıdakıları tövsiyyə edir. Mən bu tövsiyyələri ədəbi dilin qaydalarından uzaqlaşdırıb məişət dilimiz səviyyəsində təqdim edirəm ki, oxucularımız yazını yarımçıq tərk etməsinlər:

  1. Uşağınız üçün kağız, qələm, boya qələmi və s. kimi sənət və sənətkarlıq məmulatları həmişə əlçatan olmalıdır. Yəni ona 698 dənə oyuncaq alanda bir qutu da qələm alın. 
  2. Uşağınızın çəkdiyi rəsmləri tərifləyin, onları divardan asın. Bu, uşağınızda yaradıcılığın əhəmiyyətli olduğu hissini formalaşdıracaq. Yoxsa onu divarı yazdığına görə ət şişi ilə döyməyin. Belə etsəniz, o, gələcəyin Pikkassosu yox, kababçısı olacaq.
  3. Özünüz kitab oxuyan olmasanız da, evdə özünüzü kitab qurdu kimi göstərməyə çalışın. Yəni bizim dilə çevirsək, uşaqlarınızın yanında “maşın şou”ya baxmayın, yalandan da olsa bir jurnal vərəqləyin.
  4. Başınız çıxmasa da, ətrafınızdakı sənətlə bağlı şeylərə diqqət göstərin, uşaqlarınızı valideynlərinizin sizi aparmadığı  muzeylərə, konsertlərə, teatrlara aparın. Uşaqlara məşhur aktyorların, sənətçilərin bahalı avtomobilləri haqqında yox, keçdikləri çətin həyat yolu haqqında danışın. Çayxana söhbətlərinizi özünüzə saxlayın.
  5. Parklarda, metrolarda, küçələrdə gözünüzə dəyən sənət nümunələrini uşaqlarınıza da göstərin. Mədəniyyətin yalnız “McDonald’s”da kartof yeməkdən ibarət olmadığını həm özünüzə, həm uşaqlarınıza aşılamağa çalışın. Şəhərə yalnız qarın otarmağa çıxmayın.
  6. Evdə uşaqlarınızla birlikdə sənətə vaxt ayırın, uyğun filmlərə birlikdə baxıb təəssüratlarınızı uşaqlarla bölüşün. Bu zaman uşaqlarınızın nəyi sevdiyini, nəyi sevmədiyini öyrənəcəksiniz. Öz zövqünüzü uşağa soxuşdurub onu da özünüz kimi zay etməyin. İmkan verin, uşaq özü kimi düşünməyi öyrənsin. Uşaqlarınızın səhv etməyindən qorxmayın. 
  7. Əgər xüsusi marağı varsa, uşağınızı sənət dərslərinə yazdırın. Amma onun başına döyə-döyə nağaraçalan eləməyin.

Ailələrimiz və təhsilimiz sənətə “boş vaxtı öldürmək üçün ucuz əyləncə” kimi baxdığından uşaqlarımız  bioloji canlı kimi böyüyür, tərbiyəçilər onları tərbiyə etmək əvəzinə əhilləşdirməyə çalışırlar, bu zaman valideynlər tərbiyəçinin özünün tərbiyəsiz olduğunu düşünüb onu tərbiyə etmək üçün çubuğa əl atırlar.

Bütün bunlar ona görə baş verir ki, cəmiyyət özünü sənətin üstündə görür. Onun üçün sənət kababı rahat həzmetmə yollarından biridir.

Aqşin Yenisey

“Sizin eradan əvvəl”, “Cənnətdə terror aksiyası”, “Məbədin sükutu” və başqa bir neçə kitabın müəllifidir. Qanuna ibadət, vicdana itaət edən hər bir insanı müqəddəs hesab edir. Məqalələri

Oxşar məqalələr

Çirkli avtomobil üzərində şəkil çəkmək sənəti və ya Texas üsülu ilə suya qənayət.

Səbuhi - 10.10.2018 98
Texaslı rəssam Skot Veyd (Scott Wade) sübut etdi ki, çirkli avtomobillər gözəl sənət əsərləri yaratmaq üçün kətan rolunu oynayır. Bu sənətin ustası olmaq üçün, sənətkar bir çox sınaq və səhvlərdən keçərək, müxtəlif alətlər və fırl...
Davamı

Azərbaycan insanının 2 əsas problemi...

Nihad - 01.10.2018 69
  Problemlərimizin çox olduğunu düşünürəm,ancaq onlardan bəziləri daha geniş miqyaslıdır və insanların həyat tərzlərinə və ümumilikdə həyatlarına daha çox təsirlidir. Azərbaycan insanının yaşadığı 2 əsas problemi qeyd etmək istəyirəm! Bu 2 problemin müə...
Davamı

İnsan Yupiterə enə bilərlərmi?

Məcid - 26.09.2018 164
Bu və ya digər planeti dərindən və dəqiq tətqiq etməyin ən yaxşı yolu onun üzərinə enməkdir. Məhz bu kimi tətqiqatları aparmaq üçün insanlar Ay, Venera, Mars Saturnun peyki olan Titana kosmik aparatlar göndəriblər. Lakin Günəş sistemimizdə heç vaxt dəqiq tət...
Davamı

Salamat qal

Dilşad - 24.09.2018 534
... Xəyalıma gətirməkdə aciz olduğum üzünü, hər gün, bəlkədə yüzlərlə adam görür, işdə, mağazada, metroda, küçədə, qonaqlıqda, hər yerdə...adicə qarşılaşıb gedirlər. Biz də qarşılaşdıq... Gözləmədiyim anda, gözləmədiyim  məkanda... Bax...
Davamı

Terrora ikili yanaşma və ona verilən dövlət dəstəyi

Ramid - 20.09.2018 339
Maraqlıdır ki, son zamanlar münaqişlərin ümumi təhlilinə nəzər yetirsək görürük ki, münaqişə prosesində bir çox hallarda mübarizə metodu kimi terror aktlarından istifadəyə üstünlük verilir. Bunu yaradan səbəblər nədir? Terror nədən mübari...
Davamı

Demokratiyanın növləri: Fərdiləşməyən şey cəmiyyətləşə bilməz

Aqşin - 20.09.2018 494
Əlbəttə, bu gün dünyada kimdən soruşsaq ki, idarəçilikdə “nəyin olmasını istəyirdiniz?” “Demokratiya” deyə cavab verəcək. Çünki verdiyi bircə “səs”lə hər kəs hakimiyyət orqanlarında təmsil olunmaq istəyir. Ancaq biz sualımızın ikinci h...
Davamı

Qədim İudeyadan çağdaş Azərbaycana uzanan yol

Aqşin - 01.09.2018 591
İtaət etməyi sevən xalq yoxdur, savadsız xalq var. Sözümüzün üstündə Sezar kimi mərd-mərdanə dayanmaq üçün günümüzün beynəlmiləl qorxularından uzaqlaşıb tarixin hələ də bizdən daha canlı görünən qədimliyinə üz tutacağı...
Davamı

Oyanış...

Nihad - 30.08.2018 127
Oxuyun... Mütləq oxuyun. Fərqi yoxdur hansı mövzüdür, hansı kitabdır. Olduğunuz mərhələyə uyğun birini seçin və oxuyun. Nə qədər çox oxudum, bir o qədər baş verə biləcək hadisələrə hazır oldum və nə qədər az oxudum, bir o qədər hamı kimi düşünməyə başladım...
Davamı

Bu uşaq kimə oxşadı belə?

Aqşin - 20.07.2018 833
Dünya və onun bir parçası olmaq istəyən Azərbaycan ədəbiyyatında belə bir hakim fikir var ki, dünya zaydır və heç vaxt düzəlməyəcək. Orta əsrləri əhatə edən “Qaranlıq çağ” adından da göründüyü kimi qaranlıq ideyaların çağı id...
Davamı

Axundovlar “rus trolları” idimi? Yaxud milli məktəbin olmaması

Aqşin - 10.07.2018 767
Bu günlərdə “İstək” liseyləri bağladıldı. Bu liseylərdə təhsil alan şagirdlərin və onların valideynlərinin həyəcanını anlayaraq, deyim ki, “İstək” məktəbləri də, uzaq keçmişin mədrəsələri, yaxın keçmişin “uşkol”ları kimi “yerli məhsul&rdqu...
Davamı