Kriptopullar dünya banklarını silkələyir

Finmarket 08.11.2017 120

Azərbaycanda çox az adamın maraqlandığı elektron valyutası deyilən kriptovalyuta bazarında son günlər rekord göstərcilər bütün dünyanın diqqət mərkəzindədir. Sərbəst kripto pulların böyük kütləsini müşahidə edən və kriptovalyuta bazarında nələrin baş verdiyini izləməyimizə imkan yaradan  “Coinmarketcap” saytının məlumatına görə, kriptovalyuta bazarı 200 milyard dollarlıq dəyəri ilk dəfə keçib. Hal-hazırda  197 milyard civarında olsa da 201,8 milyard dollara çatacağı bildirilir. Bu bazara son 1 həftədə girən pul kütləsi isə 35 milyard dollar civarında olub. Yəni yeni sərmayəçilər və daha da vacibi böyük sərmayəçilər kriptopullara son 1 həftədə olduqca böyük maraq göstərib.

Təxmin edə biləcəyiniz, kimi bu bazarın ən büyük oyuncusu son 1 həftə içərisində 1,500 dollara yaxın dəyər qazanan bitkoindir. Lüksemburqda yerləşən bitstamp birjasına görə 7500 dollara qədər yüksələn bitkoinin bazardaki həcmi 120 milyard dollardan çoxdur. Yəni 1100-dən çox kripto pul çeşidinin olduğu bu bazarda hazırda bitkoin böyük bir fərqlə sərmayəçilərin diqqət mərkəzindədir. İkinci yerdə isə ether gəlir ki, onun da bazardakı həcmi 30 milyard dollar civarındadır.

200 milyard dollar həcmini aşan kripto pullarla bağlı ən diqqət çəkən detal isə son 1 həftədə bazara girən 35 milyard dolların haradasa 32 milyard dolları bitkoinə, yerdə qalanının isə bazarda olan 1100-dən çox kriptovalyutaya qoyulmasıdır.

Kripto pulların  birlikdə bir şirkət olduğunu təsəvvür etsək, Amerikada yerləşən nəhəng bank “Citigroup”dan belə daha böyük bir şirkət ola bilər hazırda. Təbii, bankların, az qala, hamısının kripto pullara qarşı olduğunu da qeyd etməliyik. Son 1 həftə içərisində kripto pulları “şar”, “köpük” adlandıran bankların çərgəsinə daha 2 bank da əlavə olunub. Bu banklardan biri İsveçrədəki  “Credit Suisse CEO-su Tidjane Thiam, digəri isə ING Bankı CFO-su Koos Timmermansdir.

Kriptovalyuta bazarının belə sürətlə böyüməsi ilə yanaşı, kripto pullar haqqında xoşagəlməz fikirlər də söylənilir ki, bu da əsasən dünya maliyyə bazarında olan çirkli pulların kripto pullar vasitəsilə yuyulması haqqında sızan informasiyalardır.  

Oxşar məqalələr

İnsan kapitalı indeksi-Asiya ölkələri

Məcid - 30.10.2018 109
Asiya iqtisadiyyatı əhalisinə sərmaye qoyaraq, gəlir əldə edir Dünya Bankının (DB) rəhbəri Cim Yon Kim Son çıxışında yeni “İnsan Kapitalı İndeksi”ni şərh edərək bildirib ki, dünya miqyasında avtomatlaşdırma və qida çatışmazlığı problemlərini “Ərəb baharı&rd...
Davamı

Dünya üzrə 143 texnoloji milyarderlərin yarısı “Silikon Vadisi”ndə yaşayır

Finmarket - 31.05.2018 309
Hesabatlara görə hal – hazırda “Silikon Vadisi”ndə 74 milyarder yaşayır. Cavan olduğunuz müddətədə, tez bir zamanda varlanmaq arzusundasınızsa yolunuzu “Silikon Vadisi”nə salın. Bura əsl sizin üçün geniş imkanlar platformasıdır.  Di...
Davamı

Dünyanın ən varlı ölkələri – BVF-in siyahısı

Finmarket - 23.11.2017 3875
Hal-hazırda dünyada mövcud olan təqribən 200 müstəqil ölkənin əksəriyyətinin illik gəliri milyardlar və hətta trilyonlar təşkil edir. Bəs onların arasında dünyanın ən varlı ölkəsi (ölkələri) hansıdır? Bunu təyin etmək  üçün Beynəlxalq Valyu...
Davamı

Dünyanın 10 neft nəhəngi – siyahı

Finmarket - 17.11.2017 242
OPEC, Rusiya və kartelə üzv olmayan digər ölkələr hal- hazırda neft hasilatının azaldılması sazişi üzrə birgə fəaliyyət göstərirlər. Bu fəaliyyət artıq özünün real nəticələrini verməkdədir, son 2 il ərzində qara qızılın qiyməti ilk dəfə artmağa başlayıb. Lakin h...
Davamı