Maaş bazarlığında nələrə diqqət etməlisiz?

Finmarket 06.06.2018 416

Müsahibələrdə maaş gözləntisi haqqında danışmaq asan olmaya bilər. İşəgötürənin təklifini hərtərəfli qiymətləndirmək və səmərəli danışıqlar aparmaq bu mərhələdə çox vacibdir. Çünki ya yüksək məbləğ söyləyib işi əldən verə bilər və ya daha aşağı masala işə başlaya bilərsiniz. Hal-hazırda bir şirkətdə  işləyirsinizsə və maaşınızı yüksəltmək istəyirsizinsə, diqqət yetirməli olduğunuz bir çox xüsuslar var. CV və Karyera məsləhətçisi Esra Kemer, həm iş görüşməsinə gedənlərin, həm də iş həyatında aktiv olanların maaş danışıqları apararkən nə etməli olduqlarından danışır.

Mənə verilən suallar  arasında ən çox soruşulan "Mən maaş gözləntisi sualına necə cavab verəcəyimi bilmirəm. Nə demək lazımdır? Necə bazarlıq etməliyəm? " Bu məqamda veriləcək cavab çox vacibdir. Maaş şkalaları, əmək haqqlarının bölüşdürülməsi və qurumların büdcələri şirkətlərin mövqelərinə görə müəyyən edilir. Bu sistemlər, istər korporasiyalar olsun, istər şəxsi şirkət, işçilər arasında maaş tarazlığını təcrübə və keyfiyyəti qorumaq üzrə qurulur. Üstəgəl, qurumlar da illik büdcələrinə görə fəaliyyət göstərirlər ki, bu da rəhbərlərin fəaliyyətini göstərən bir məqamdır. Bu sistemlər hər bir şirkətdə istifadə olunurmu, bu, mübahisəlidir, amma faktdır ki, müsahibə prosesində maaş bazarlığını siz etməlisiniz! Müraciət etdiyiniz işin ödəniş qarşılığını bilsəydiniz, ərizəni də buna görə yazardınız və bu, əlbəttə, daha düzgün olardı. Bu səbəbdən İR mütəxəssisləri iş görüşməsində sizin maaş gözləntinizin müraciət etdiyiniz mövqenin maaş limiti ilə uyğun olub-olmadığını öyrənmək məqsədilə bu sualı soruşur. Əgər maaş limitindən yüksək bir məbləğ söyləsəniz çıxdaş edilərsiniz və CV-nin üzərinə bu sözlər yazılar "Yüksək maaş istəyir".

"Nə qədər maaş istəyirsiniz?" sualı verildikdə...

"Maaş gözləntiniz nədir?" sualı istər müsahibə olsun, istərsə də iş ərizəsində soruşulsun, bu suala diplomtik bir cavab vermək faydalıdır. Əgər iş müsahibəsində yalnız maaşa fokuslansanız və "nə qədər maaş alacağınızı" soruşsanız, bu, İR mütəxəssisləri tərəfindən müsbət qəbul edilməyə bilər və özünüz haqqında pul, maddi mənfəət güdən biri olduğunuz təəssüratı yarada bilərsiniz. Belə bir cavab maaş gözləntiniz qarşılanmadıqda qaçacağınızın əlaməti mənasına gələ bilər. Diqqət! Əgər bu sualı ilk siz vermiş olsanız müsahibələrə bir addım geridən başlamış olarsınız.
Buna görə bu sual sizə verildikdə dərhal cavab vermək əvəzinə, aşağıdakı nümunələri gözdən keçirə bilərsiniz. (Aşağıdakı nümunələri özünüzə uyğun təkmilləşdirə bilərsiniz).

  1. Hər mövqeyə görə bir maaş limiti var, təklifi onlardan eşitmək istədiyinizi deyə bilərsiniz.
  2. ir maaş limiti söyləyə bilərsiniz. (Lakin bunun üçün artıq işdə çalışmağınız lazımdır.)
  3. Bu mövqe və şirkət üçün maaş gözləntilərinizin ikinci plan olduğunu, prioritetinizin bu şirkətin sizə qazandıracaqları olduğunu söyləyə bilərsiniz.
  4. Əvvəlki aylıq məvacibiniz haqqında ümumi məlumat verə və buna yaxın bir ödəniş ola biləcəyini qeyd edə bilərsiniz.

Maaş məsələsi nə vaxt ortaya çıxır?

Maaş məsləsi nə qədər gec ortaya çıxarsa, sizin üçün o qədər əlverişli olar. Müsahibələrdə özünüzü ifadə etmək və özünüzü səlahiyyətlilərə bəyəndirmək şansınız artar və əmək haqqı müqaviləsi dövründə də daha güclü olmağınıza kömək edər. Bu səbəblə də əvvəlcə müsahibələr zamanı özünüzü və o işə qazandıracaqlarınızı göstərməyiniz, onlara uyğun bir işçi olduğunuzu hiss etdirməyiniz lazımdır. Əgər səlahiyyətliyə “Bu dəqiq mənim axtardığım profilimdir”, dedirdə bilsəniz, bir addım önə çıxmış olarsınız. Çünki sizi o mövqedə nə qədər çox istəyərsə, sizə verəcəyi maaş təklifini artırmaq məsələsində də bir o qədər istəkli olacaqdır. Bunun üçün müsahibəyə çox yaxşı hazırlaşmalısınız. Unutmayın ki, fədakarlıq işəgötürən tərəfdən olmalıdır, sizdən yox.

Belə düşünün: Müsahibələr davam edir və bəlkə də, üçüncü, yaxud dördüncü müsahibədə bu sual sizə verildi. Bu yaxşı xəbərdir! Demək ki,  sonuncu və ya son namizədlərdən birisiniz ... Tərcümeyi-halınız və müsahibələrdəki davranışınız, suallara verdiyiniz cavablar nə qədər yaxşıdırsa, maaş bazarlığı aparmaq şansınız da o qədər artar. İnamlı danışıqlar aparmaq üçün müsahibələrə yaxşı hazırlamaq çox vacibdir. Öz maaş limitinizi də müəyyən etməlisiniz.

Yeni məzunlar nə qədər maaş alırlar?

Əgər yeni bir məzunsunuzsa və ya iş həyatında kifayət qədər təcrübəyə sahibsinizsə, maaş gözləntisi məsələsində bir az obyektiv olmağınız çox vacibdir. Çünki yeni işə qəbul olunanların maaşları məlumdur və yeni məzunların prioriteti işi qazanmaq olmalıdır! Əgər orta maaşdan yuxarı bir əmək haqqı gözlətiniz varsa, işə qəbul edilməməyiniz mümkündür. Çox yaxşı bir universitetdən məzun olsanız da, sizinlə eyni işi görən bir çox namizəd var. Bu səbəblə, almaq istədiyiniz maaşı çox yüksəkdə göstərməyin, bunun əvəzinə bazarı araşdırın və iş təklif edən şirkətin sizə qazandıracağı dəyərə, referansın gücünə köklənərək işi əldə etməyə çalışın.

Maaşlarının artırılması üçün işçilər nə etməlidir?

Bir şirkətdə artıq işləyirsinizsə və maaşınızı artırmaq istəyirsinizsə, bunun üçün hazırlaşmalısınız. Sizin mövqedə işləyən digər işçilərin nə qədər maaş aldığını bilməyiniz maaş gözləntinizi müəyyən edərkən faydalı ola bilər. Aldığınız maaşı əsas götürərək yüzdə on faiz kimi artış istəmək şansınızı qiymətləndirə bilərsiniz. Bununla yanaşı, yeni iş yerini araşdırmaq üçün, peşəkar kimliyinizi də yaxşıca dəyərləndirərək maaş gözləntinizi müəyyən edə bilərsiniz. Maaşınızın artırılmasınımı istəyirsiniz? O zaman səmərəliliyinizi artırmalı, inkişafınıza diqqət yetirməli, xarici görünüşünüzə fikir verməli və özünüzü yaxşı ifadə etməyi bacarmalısınız ...

İşlədiyi müddətdə iş təklifi alanlar nələrə diqqət yetirilməlidir?

Çalışdığınız zaman iş təklifi almısınızsa, bu, maaş gözləntiniz məsələsində daha şanslı olduğunuzu göstərir. Əvvəlcə bu işin güclü cəhətlərinə və üstünlüklərinə diqqət yetirmək olar. Bundan sonra maaşla yanaşı, sahib olacağınız faydalara, imkanlara və üstünlüklərə nəzər sala bilərsiniz. Məsələn, yeni iş yerinin evinizə yaxınlığını və təklif etdiyi sosial imkanları qiymətləndirə bilərsiniz. Həmçinin alacağın mükafat, maaş miqdarı, xüsusi sığorta, avtomobil və telefon kimi əlavələr gəlirləri artırmağa kömək edir.

Müsahibələrə getməzdən əvvəl bu məlumatları araşdıra və şirkətin dəyərləri haqqında məlumat əldə edə, müsahibə zamanı İR mütəxəssislə eyni dildə danışa bilərsiniz. Maaş dəyərləndirməsi edərkən karyera məqsədinizi də qiymətləndirməlisiniz. Əgər buna lazımli diqqət verməsəniz, bu detal müsahibədə qarşınıza çıxa bilər və siz bir anda bazarlıq gücünüzü itirə bilərsiniz. Maaş məsələsində aşağıdakı maddələrə də diqqət yetirə bilərsiniz:

  1. Maaş görüşməsində firmanın zəif tərəflərini öz üstünlüyünüzə  necə çevirəcəyinizi düşünün. Məsələn, rəhbər mövqeyi axtarırsınızsa və firma avtomobil vermirsə, maaşınıza bir artış, yaxud öz avtomobiliniz üçün benzinin istəyə bilərsiniz.
  2. İş yerinizi təcili bağlamaları lazımdırsa, bunu öz xeyirinizə çevirə bilərsiniz. Yanlış şəxsi işə götürmək əmək, vaxt və pul itkisidir. O məşhur maaş şkalasını uzatma fürsətidir bu. Bu detal maaş artımı zamanı da istifadə oluna bilər.
  3. Təklif olunan haqqı dərhal qəbul etməyə məcbur deyilsiniz, maaş məsələsini müzakirə etməkdən çəkinməyin. Əlbəttə ki, bu detalı şirkətin strukturuna, həcminə və sözügedən işə görə formalaşdırmalısınız.
  4. Yeni əmək haqqınızı köhnə maaşınızdan yüzdə 10 faizlə minimumdan başlada bilərsiniz. Daha yüksək faiz üçün nə edə biləcəyinizə və söylədiklərinizə diqqət etməlisiniz.
  5. Əlavə imtiyazları, özünüzü qoyacağınız investisiyaları və digər qazancları da artış xanasına əlavə etməyi unutmayın.
  6. İşi qəbul etməzdən əvvəl sizə təqdim edilən işin təqdimat paketini öyrənməyə çalışın.
  7. Bazarlıq etdiyiniz şirkət və mövqey haqqında vacib detalları müəyyən edin ki, bunu öz xeyrinizə çevirə bilərsiniz.
  8. Mütləq bir güzəşt yeri qoyun. İstədiyiniz əmək haqqı barədə çox şey tələb etməkdən çəkinin.
  9. Qarşınızdakı şəxs sizi narahat etmək üçün maaş mövzusunu bağlasa belə, sakitliyini qoru və məsələni hər iki tərəfin razı qalacağı şəkildə həll etmək niyyətində olduğunuzu ifadə etməyə çalışın.
  10. Keçmiş maaşınızla bağlı heç vaxt yalan danışmayın ...

Mənbə: kariyer.net - Esra Kemer

Oxşar məqalələr

Yüksək tələbatı olan 5 yeni peşə

Məcid - 14.11.2018 421
İş axtaranlar üçün şad xəbər, proqnozlara əsasən dünya üzrə kadr (işçi) tələbatı ildə 19% sürətlə artacaq. Bu isə o deməkdir ki, həm ixtisassız işçilər, həm də dünyada sayı az olan mütəxəssislərin iş tapmaq şansı var. Pərakəndə ticarət, səhiyyə...
Davamı

Rəhbərlərin etdiyi 10 əsas səhv

Səbuhi - 19.10.2018 511
Demək olar ki bütün menecerlər bu məqalədə yer alan tez-tez rast gəlinən  səhvləri edirlər. Hər hansı bir liderin ən kritik səhvi - lider olduğunu unutmasıdır. Lider olduğunu unudub, öz səriştəsizliyini nümayiş etdirərək tabeliyindəkilərin işini görməsidir. Burada s&...
Davamı

CV göndərmədən öncə hər bir iş axtaran bunları bilməlidir

Anar - 04.10.2018 513
Heç fərqinə varmısınızmı, ölkəmizdə hansı sahələr üzrə iş axtarılır?! Apardığım müşahidələr və şirkətimizə gələn CV-lərdən anlayıram ki, vəziyyət heç də ürək açan deyil. Namizədlərin çoxu - “təki iş olsun”- deyib CV göndərirlər. Ham...
Davamı

İş axtarışı haqqında vacib məsləhətlər

Finmarket - 20.06.2018 846
20 uğursuz iş müsahibəsindən sonra fikirləşirsiniz ki, “sevimli corablarınızın” bəxtinizə heç bir müsbət təsiri yoxdur. Əgər indiyənə qədər arzusunda olduğunuz bacarıqlarınıza uyğun iş tapmamısınızsa, demək nəyisə düz etmirsiniz. Axtarış metodunuzda səhv var. Həmişə...
Davamı

İş müsahibəsi zamanı maraq oyatmağın yolları

Finmarket - 20.06.2018 1427
Namizədlər üçün iş görüşləri olduqca stresli keçsə də İR üçün proses tamamilə fərqlidir. Bəzən gün ərzində bir neçə görüşü eyni vaxtda aparan, həqiqətən fərq yaradan o əməkdaşı axtaran İR mütəxəssisinin diqqətini &cce...
Davamı

Müasir CV növləri: üstünlük və çatışmazlıqlar. II hissə.

Səbuhi - 18.06.2018 728
HİBRİD CV Hibrid tipli CV yuxarıda qeyd etdiyim funksional və xronoloji CV növlərinin struktur hissələrindən ibarətdir və hər ikisinin xüsusiyyətlərini ehtiva edir. Strukturuna daxildir: işaxtaranın məqsədi və tələbi; ümumiləşdirilmiş formada professional bacarıq və nail...
Davamı

Müasir CV növləri: üstünlük və çatışmazlıqlar. I hissə.

Səbuhi - 08.06.2018 708
Zaman və əmək bazarının dinamik inkişafı vərdiş etdiyimiz və dəyişməz hesab etdiyimiz proseslərə öz düzəlişlərini əlavə edir. Uzun illər istifadə etdiyimiz ənənəvi tərcümeyi-halların yerinə gələn müxtəlif formatlı CV-lər müasir trendlərdən biridir. Onlardan ən populyar ol...
Davamı

İş görüşməsində harada səhv etmiş ola bilərsiniz?

Finmarket - 07.06.2018 874
İş müraciəti etmisiniz, ancaq müsahibə dəvəti gəlmir, iş görüşməsinə gedirsiniz, amma yenidən itirib-axtaran yoxdur, yaxud "Yaxşı, bu dəfə oldu!" deyilsə də işə qəbul edilmirsiniz, bütün kənar faktorların xaricində, bəlkə də, bir şeyləri yoxdur, ya da siz səhv...
Davamı

"Keyfiyətli rekrutinq" silsiləsindən. Satıcı.

Səbuhi - 07.06.2018 332
SATIŞ MÜTƏXƏSSİSİ Məqalədə satış şöbəsinə işçi seçimində hansı məqamlara fikir vermək lazım olduğu haqda məlumat veriləcək. Məqalə həm rekruterlər həm də satış seqmentində karyera qurmaq istəyən kəslər üçün faydalı informasiyanı özündə əks etdiri...
Davamı

"Keyfiyyətli rekrutinq" silsiləsindən. Düzgün proqramçı.

Səbuhi - 07.06.2018 457
ÖN SÖZ Salam, Hörmətli oxucular! Sizə təqdim edəcəyim məqalə istər işəgötürən istərsə də işaxtaranların faydalana biləcəyi məlumat və fikirləri özündə birləşdirən “Keyfiyyətli rekrutinq” adı altında yazdığım məqalə seriyasının bir hissəsidir. Hər bir...
Davamı