Makedoniyaya səyahət zamanı görməli olduğunuz 10 yer 

Məcid Musayev29.10.2018 592

Balaca, lakin qürurlu Makedoniya

Keçmiş Yuqoslaviyanın tərkibində olmuş Makedoniya Respublikası indi müstəqil dövlət olaraq, Balkan yarımadasının təqribən mərkəzində yerləşir. Makedoniyanı elə də zəngin və ya güclü dövlət adlandırmaq olmaz. Bir tərəfdən ölkə cənub qonşusu olan Yunanıstanla 27 illik rəsmi ad mübahisəsini hələ də həll edə bilməyib. Digər tərəfdən qərb qonşusu Albaniya ilə hələ də dövlət sərhədlərini tam müəyyən etməyib. Makedoniyanın bu və ya digər problemlərini hələ çox sadalamaq olar, lakin bizim məqsədimiz bu balaca, ancaq qürurlu ölkənin turistlər üçün cəlbedici olan 10 əsas görməli yerini diqqətinizə çatdırmaqdır. 
Bu yaxınlarda Makedoniyaya səyahət etməyi planlaşdırırsınızsa sizə xoş xəbərimiz var, Makedoniya Azərbaycan vətəndaşları üçün vizasız səyahət rejimi tətbiq edir. 
1.    Ohrid gölü 

Balkan yarımadasının ən dərin (288 m) və ümumiyyətlə dünyanın ən qədim göllərindən biri olan Ohrid gölü Makedoniya və Albaniya sərhəddində, dəniz səviyyəsindən 700 m. hündürlükdə yerləşir. Gölün suyu olduqca təmizdir və buna görə də suyun dərinliklərini rahat görmək olur. Makedoniyanın yerləşdiyi subtropik iqlim qurşağına görə göl qış fəslində belə buz bağlamır. 
2.    Müqəddəs Məryəm Perivleptos kilsəsi 


1295-ci ildə Bizans imperatorunun qohumu Proqon Zqur tərəfindən tikilmiş bu kilsə Ohrid gölü ətrafında salınmış eyniadlı şəhərdə yerləşir. Kilsənin freskləri Bizans memarlığının intibah dövrünü əhatə edib. 
3.    Yançe kəndi


Ölkənin qərbində, Mavrovo və Rostuşa vilayətində yerləşən Yançe kəndi ənənəvi olaraq provoslav makedoniyalılar və müsəlman makedoniyalıların (Torbeş) birgə yaşadığı məkandır.  
4.    Müqəddəs Osoqov Monastırı

Şərqi Makedoniyada yerləşən (dağlar və meşə ilə əhatə olunmuş) bu monastırın təqribən 12-ci əsrdə tikildiyi ehtimal edilir. Makedoniyanın Bolqrasıtanla sərhəddinə yerləşən monastır 2 kilsədən ibarətdir. 
5.    Matka kanyonu

 

div /> Kanyon Makedoniyanın paytaxtı Skopyedən 15 km cənub-qərbdə yerləşir. Kanyonda yerləşən Matka gölü ölkənin ən qədim süni su hövzəsidir. Bu ərazi ölkənin ən populyar turistik bölgələrindən biridir.
6.    Daşkörpü

 


Skopyenin mərkəzində yerləşən və uzunluğu 214 m. olan körpü Vardar çayı üzərində Osmanlı imperiyası dövründə tikilib. Körpünün xalq arasında ikinci adı Fateh (Fateh Sultan Mehmet adından) körpüsüdür. 
7.    Mavrovo milli parkı


Ərazisi 70 min hektardan çox olan və 1948-ci ildən bəri qorununa milli park. Makedoniyanın digər məşhur göllərindən biri olan Mavrovo gölü və eyni adlı dağ-xizək kurortu da burada yerləşir. 
8.    Prilep


Paytaxt Skopyedən 128 km aralıqda yerləşən şəhər özünün fərqli festival və şəhər şənliklərilə məşhurdur. Eyni zamanda ölkə ərazisində günəşli günlərin sayına görə də Prilep birincidir. Məhz buna görə də bu şəhər xalq arasında “Günəş şəhəri” adlandırılır.

9.    Müqəddəs İoan Kaneo kilsəsi


Dəqiq inşaedilmə tarixi məlum olmayan kilsə Ohrid gölünün üzərindəki sıldırım qayada yerləşir. Kilsə qeyri-rəsmi olaraq bütün Makedoniyanın rəmzi sayılır və buna görə də ölkəyə gələn bütün turistlər arasında kifayət qədər məşhurdur. 

10.     Makedoniya Arxeoloji Muzeyi


Skopyedə Vardar çayının sol qolunda yerləşən və nisbətən yeni tikilmiş muzey ölkə tarixinin əsas mərkəzidir. Diqqətinizdə olsun ki, muzeyə giriş pulludur (100 dinar - təqribən 4 AZN).
 

Məcid Musayev

Oxatan bürcündən olan Məcid bütün dünyanı səyahət etmək arzusundadır. Pasport, miqrasiya və Hi-Tech mövzularında xəbərlərlə maraqlanırsınızsa bizim çoxbilmişi izləyin. Məqalələri

Oxşar məqalələr

Çin yüksək sürətli sualtı dəmir yolu inşa edəcək

Məcid - 03.12.2018 297
Çin ölkəni əhatə edən yüksək sürətli dəmir yolları şəbəkəsini genişləndirməyə davam edir. Rəmsi Pekinin verdiyi son açıqlamaya görə hökumət Şanxaydan cənubunda yerləşən Ninbo liman-şəhərini, ölkənin qərb sahilləri, Çjouşan arxipelaqı ilə birləşdirəc...
Davamı

Maldivdə ilk sualtı hotel istifadəyə verilib

Məcid - 27.11.2018 395
Sualtı balıqları saatlarca izləmək və onlara maksimum yaxın olmaq üçün artıq fantastik filmlərin qəhrəmanlarından biri olmağa ehtiyac yoxdur.  Maldiv adalarında daha dəqiq desək Ranqali adasında açılmış ilk sualtı hotel öz qonaqlarına bu imkanı yaradır. Sadəcə ik...
Davamı

İmmiqrasiya üçün 5 ən yaxşı ölkə

Məcid - 21.11.2018 672
1) Heç vaxt müstəmləkə olmamış ölkə Tayland (Tay) xalqı fəxr edir ki, onların vətəni Cənub-Şərqi Asiyada avropalıların müstəmləkəsi olmamış yeganə ölkədir. Digər tərəfdən bu gün Tayland kimi ekzotik məkanı görməyə gələn milyonlarla turistləri nəzərə alsaq, prose...
Davamı

Cənnət adalarının yanında zibil dağları

Məcid - 16.11.2018 362
Elə bilirsiniz ki, turizm mərkəzi olan dövlətin (ərazinin) heç bir problemi yoxdur? Tam əksinə, turizm sektorunun hər zaman əks tərəfi (təsiri) var. Bu mövzuda turizm cənnəti hesab edilən Maldiv adalarını, daha konkret desək Maldivin Tilafuşi adasının adını çəkə bilərik.&n...
Davamı

Vizasız səyahət üçün ən yaxşı pasport hansıdır?

Məcid - 15.11.2018 608
Səyahət etmək imkanı böyük bir azadlıqdır, lakin səyahət zamanı bu və ya digər viza tələblərindən asılı olmamağı ən böyük azadlıqlardan biri adlandıra bilərik. Buna görə də bəzi ölkələrin pasportları öz daşıyıcısına daha geniş (səyahət azadlığı) imkanlar təqdim edi...
Davamı

Super VIP bank kartları

Məcid - 12.11.2018 283
Müasir dövrümüzdə bir çoxumuzun pul qabında plastik bank kartları var. Bəzi ölkələrdə belə kartlar vasitəsilə nəğdsiz ödəniş çox az yayılıb, bəzilərində isə bank kartlarıdan istifadə və onlar üzərində xidmət olduqca məşhurdur. Lakin sərvətlərinin həc...
Davamı

Dünyanın 15 ən yaxşı çimərlikləri məlum oldu

Məcid - 26.10.2018 462
Mərkəzi Asiya üzrə məşhur olan https://www.tripadvisor.ru/ turizm saytı istifadəçilərin (turist-səyyahlar) rəyləri əsasında dünyanın ən yaxşı 25 çimərliklərini müəyyən edib. 15. Anse Latsio / Praslen adası, Seyşel adaları Şüşə kimi şəffaf, isti su, ağacların k&o...
Davamı

Ordusuz güclü, neft və qızılsız zəngin olan İslandiya

Məcid - 22.10.2018 616
Ordusuz güclü, neft və qızılsız zəngin olan İslandiya Ordusu olmayan bir dövlət təssəvür edin. Bundan əlavə həmin dövlətin nə neft, nə də qızıl yataqları yoxdur. Yanına tam pulsuz təhsil və enerji sistemini əlavə edin. Bu ölkədə sakinlər gecələr qapılarını bağlamırla...
Davamı

Avropa İttifaqı pasportunu itirmək astanasında olan Böyük Britaniya

Məcid - 16.10.2018 344
Avropa İttifaqı pasportunu itirmək astanasında olan Böyük Britaniya Avropa İttifaqına (Aİ) üzv dövlətlərin vətəndaşlığı (pasportu) öz sahibinə bir çox imtiyazlar qazandırır. Onlar arasında ən önəmlisi Aİ pasportu sahibinə təşkilata üzv 27 ölkəyə (və ...
Davamı

Avtomobil hərəkəti olmayan 5 şəhər

Məcid - 02.07.2018 948
Venesiya (İtaliya) Venesiya avtomobil hərəkəti olmayan, müasir şəhər misalının ən bariz nümunəsidir. Hər il 20 milyon turistin ziyarət etdiyi Venesiyada avtonəqliyyat infrastrukturu praktiki olaraq mövcud deyil. Şəhərin əsas ictimai nəqliyyatı su üzərində hərəkət edən taksi-qa...
Davamı