Maldivdə ilk sualtı hotel istifadəyə verilib

Məcid Musayev27.11.2018 371

Sualtı balıqları saatlarca izləmək və onlara maksimum yaxın olmaq üçün artıq fantastik filmlərin qəhrəmanlarından biri olmağa ehtiyac yoxdur. 

Maldiv adalarında daha dəqiq desək Ranqali adasında açılmış ilk sualtı hotel öz qonaqlarına bu imkanı yaradır. Sadəcə iki nəfərlik otaq yox, Hind okeanının 16 metrlik dərinliyində tikilmiş 2 nəfərlik villaları təsəvvür edin. Bəli. Maldiv adalarında otel otaqları yoxdur, bura dəbdəbəli həyat tərzinə öyrəşmiş turistlər gəldiyi üçün onlara ayrıca villalalar təklif olunur. 

Suyun altında tikilmiş villa Maldiv adalarının yerli dili olan Divehidə “Muraka” (mərcan) adlanır. Villa 2 nəfərlik sualtı yataq otağı, ayrıca idman zalı, bar, mənzərəli açıq hovuz, eyni zamanda okeana açılan mənzərəli hamam otağından ibarətdir. 

Villanın bir gecəlik qiyməti 50 min dollar təşkil edir. Bu qiymətə şəxsi aşbaz, gəzinti qayığı və eyni zamanda avtomatik “Hilton Diamond” statusunun verilməsi daxildir. 

“Muraka”ların tikintisi zamanı sualtı aləmə minimum ziyan vurulması da nəzərə alınıb. Sinqapurlu mütəxəssislər tərəfindən ekoloji materiallardan tikilmiş villalalar hissə-hissə gəmilərlə bura gətirilərək, quraşdırılıb. Yüksək dəqiqliklə həyata keçirilmiş quraşdırılma işi nəticəsində villa hava şəraitinin dəyişməsindən və ya suyun qabarma – çəkilməsindən asılı olmayaraq yerində sabit qalır. 

Xatırladırıq ki, “Muraka” otelin ilk sualtı iaşə obyekti deyil. Bir neçə il bundan öncə açılmış beş ulduzlu “Ithaa” sualtı restoranı da otelə aiddir. 

Məcid Musayev

Oxatan bürcündən olan Məcid bütün dünyanı səyahət etmək arzusundadır. Pasport, miqrasiya və Hi-Tech mövzularında xəbərlərlə maraqlanırsınızsa bizim çoxbilmişi izləyin. Məqalələri

Oxşar məqalələr

Çin yüksək sürətli sualtı dəmir yolu inşa edəcək

Məcid - 03.12.2018 276
Çin ölkəni əhatə edən yüksək sürətli dəmir yolları şəbəkəsini genişləndirməyə davam edir. Rəmsi Pekinin verdiyi son açıqlamaya görə hökumət Şanxaydan cənubunda yerləşən Ninbo liman-şəhərini, ölkənin qərb sahilləri, Çjouşan arxipelaqı ilə birləşdirəc...
Davamı

İmmiqrasiya üçün 5 ən yaxşı ölkə

Məcid - 21.11.2018 633
1) Heç vaxt müstəmləkə olmamış ölkə Tayland (Tay) xalqı fəxr edir ki, onların vətəni Cənub-Şərqi Asiyada avropalıların müstəmləkəsi olmamış yeganə ölkədir. Digər tərəfdən bu gün Tayland kimi ekzotik məkanı görməyə gələn milyonlarla turistləri nəzərə alsaq, prose...
Davamı

Cənnət adalarının yanında zibil dağları

Məcid - 16.11.2018 339
Elə bilirsiniz ki, turizm mərkəzi olan dövlətin (ərazinin) heç bir problemi yoxdur? Tam əksinə, turizm sektorunun hər zaman əks tərəfi (təsiri) var. Bu mövzuda turizm cənnəti hesab edilən Maldiv adalarını, daha konkret desək Maldivin Tilafuşi adasının adını çəkə bilərik.&n...
Davamı

Vizasız səyahət üçün ən yaxşı pasport hansıdır?

Məcid - 15.11.2018 573
Səyahət etmək imkanı böyük bir azadlıqdır, lakin səyahət zamanı bu və ya digər viza tələblərindən asılı olmamağı ən böyük azadlıqlardan biri adlandıra bilərik. Buna görə də bəzi ölkələrin pasportları öz daşıyıcısına daha geniş (səyahət azadlığı) imkanlar təqdim edi...
Davamı

Super VIP bank kartları

Məcid - 12.11.2018 267
Müasir dövrümüzdə bir çoxumuzun pul qabında plastik bank kartları var. Bəzi ölkələrdə belə kartlar vasitəsilə nəğdsiz ödəniş çox az yayılıb, bəzilərində isə bank kartlarıdan istifadə və onlar üzərində xidmət olduqca məşhurdur. Lakin sərvətlərinin həc...
Davamı

Makedoniyaya səyahət zamanı görməli olduğunuz 10 yer 

Məcid - 29.10.2018 562
Balaca, lakin qürurlu Makedoniya Keçmiş Yuqoslaviyanın tərkibində olmuş Makedoniya Respublikası indi müstəqil dövlət olaraq, Balkan yarımadasının təqribən mərkəzində yerləşir. Makedoniyanı elə də zəngin və ya güclü dövlət adlandırmaq olmaz. Bir tərəfdən ö...
Davamı

Dünyanın 15 ən yaxşı çimərlikləri məlum oldu

Məcid - 26.10.2018 428
Mərkəzi Asiya üzrə məşhur olan https://www.tripadvisor.ru/ turizm saytı istifadəçilərin (turist-səyyahlar) rəyləri əsasında dünyanın ən yaxşı 25 çimərliklərini müəyyən edib. 15. Anse Latsio / Praslen adası, Seyşel adaları Şüşə kimi şəffaf, isti su, ağacların k&o...
Davamı

Ordusuz güclü, neft və qızılsız zəngin olan İslandiya

Məcid - 22.10.2018 580
Ordusuz güclü, neft və qızılsız zəngin olan İslandiya Ordusu olmayan bir dövlət təssəvür edin. Bundan əlavə həmin dövlətin nə neft, nə də qızıl yataqları yoxdur. Yanına tam pulsuz təhsil və enerji sistemini əlavə edin. Bu ölkədə sakinlər gecələr qapılarını bağlamırla...
Davamı

Avropa İttifaqı pasportunu itirmək astanasında olan Böyük Britaniya

Məcid - 16.10.2018 323
Avropa İttifaqı pasportunu itirmək astanasında olan Böyük Britaniya Avropa İttifaqına (Aİ) üzv dövlətlərin vətəndaşlığı (pasportu) öz sahibinə bir çox imtiyazlar qazandırır. Onlar arasında ən önəmlisi Aİ pasportu sahibinə təşkilata üzv 27 ölkəyə (və ...
Davamı

Avtomobil hərəkəti olmayan 5 şəhər

Məcid - 02.07.2018 929
Venesiya (İtaliya) Venesiya avtomobil hərəkəti olmayan, müasir şəhər misalının ən bariz nümunəsidir. Hər il 20 milyon turistin ziyarət etdiyi Venesiyada avtonəqliyyat infrastrukturu praktiki olaraq mövcud deyil. Şəhərin əsas ictimai nəqliyyatı su üzərində hərəkət edən taksi-qa...
Davamı