"Gəlin tanış olaq! Şirkətimiz Matrix adlanır. Komandamız 2017 –ci ildən İT outsourcing üzrə fəaliyyət göstərir. 2018-ci ildən etibarən xidmətlərimizi genişləndirərək, fəaliyyətimizi Matrix brendi altında davam etdirməyi qərara aldıq.
«Matrix» technologies müəssisələrin iş prosesinin optimallaşdırılmasını təmin edən və dəyişən iş mühitində müştərilərinə rəqabət üstünlüyü yaratmağı hədəfləyən texnologiya şirkətidir
Şirkətimiz müxtəlif platformalar üçün proqram təminatlarının yazılması, müxtəlif sahələr üçün iş proseslərinin elektronlaşdırılması, informasiya sistemləri infrastukturunun qurulması sahəsində fəaliyyət göstərir.
«Matrix » müştərilərinə biznes, maliyyə, kommersiya, insan resursları, təhsil, telekommunikasiya, kütləvi xidmət üçün proqram təminatı həlləri, İT infrastruktur və uyğun texniki dəstək xidməti təklif edir.
«Matrix » olaraq məqsədimiz, daim yeniliklər tətbiq edərək İKT bazarında layiqli yer tutmağa çalışmaqdır. “Problemi göstərin, Həll edək!” şüarı altında müştərilərimizə keyfiyyətli və professional iş təqdim etməyə fokuslanmışıq."