Məhkəmədə nümayəndəliyin ləğvi mövzusu

Hikmət Hüseynzadə02.11.2018 357

Bu mövzunun Nümayəndəliyin ləğvi adlandırılması əslində bu məsələyə düzgün yanaşma deyil. Çünki nə nümayəndəlik nə də məhkəmədə nümayəndəlik ləğv olunmayıb. İstənilən şəxs sizi istənilən bir dövlət qurumunda etibarnamə ilə təmsil edə bilər. Yalnız məhkəmədə təmsilçilik müəyyən bir çərçivə daxilinə salınaraq tənzimlənib. Mülki Prosesual Məcəllənin 6-cı fəsli “Məhkəmədə Nümayəndəlik”dən bəhs edir. Bir neçə ay bundan əvvəl müvafiq qanunvericilikdə olunmuş dəyişikliklər sadəcə məhkəmədə nümayəndə ola biləcək şəxslərin dairəsini məhdudlaşdırdı. Artıq məhkəmədə iddiaçı və ya cavabdeh olan  şəxsləri yalnız yaxın qohumları və vəkillər təmsil edə bilərlər. Ancaq vəkilsiz olsalar belə şəxslər məhkəmələrdə özləri sərbəst iddia qaldıra və ya cavabdeh ola bilərlər. 
Zənnimcə bu düzgün addım idi. Çünki məhkəmədə məsələlərə daha profesional yanaşma Ədalət Mühakiməsinin fəaliyyətini daha da təkmil edir. Bu dəyişikliklərdən öncə ölkəmizdə “Nümayəndəlik İnstitutu” deyə bir institut formalaşmışdı. İxtisasından, biliyindən və ya təcrübəsindən asılı olmayaraq hər kəs istədiyi zaman başqalarını məhkəmələrdə təmsil edə bilərdi. Bu şəxslər də Vəkil adından istifadə edirdilər. Hər kəs onları vəkil olaraq tanıyırdı. Mən şəxsi praktikamda hüquqşunas olmayan nümayəndələrin savadsızlığı və təcrübəsizliyi ucbatından tamamilə çıxılmaz dalana dirənmiş məhkəmə işlərinin şahidi olmuşam. Hüquqşunas kimi düşünmək yəni hüquqi düşüncəyə malik olmaq üçün mütləq hüququn ali təhsili alınmalıdır. “Dövlət və Hüquq Nəzəriyyəsi”nin tədrisini görməyən və nəzəri olaraq hüququn mahiyyətinə varmayan heç kəs hüquqi düşüncəyə malik ola bilməz. Bu da gələcəkdə yuxarda qeyd etdiyim fəsadları əmələ gətirir. 
Buradan bir sual meydana çıxır ki, bəs nümayəndə kimi məhkəmələrdə heç olmaya hüquqşünasların iştirak etməsinə icazə verilməməli idimi?   Cavab budur ki, hüquqşünasların məhkəmədə nümayəndə olmağına icazə verilir. Ancaq hansı hüquqşünasların? Daha da təcrübəli və daha da ixtisaslaşmış hüquqşünasların! Qeyd edim ki, qərbdə “practice of law” deyə bir anlayış var. Bunu bizim dilimizə şərti olaraq “hüququn tətbiqi (və ya təcrübə olunması)” deyə tərcümə edə bilərik. Qərbdə müştəri olan fiziki və hüquqi şəxslərə məsləhətlər vermək, onları təmsil etmək və ya hüquqi sənədlər tərtib etmək üçün hüquqşünas olmaq kifayət deyil. Hüquqşunas “hüququ tətbiq” etmək üçün mütləq ixtisaslaşmış olmalı və sertifikat əldə etməlidir. ABŞ, Birləşmiş Krallıq, Fransa və s. qərb dövlətlərini buna misal göstərə bilərik.  Misal üçün qeyd edə bilərəm ki, Fransada tərəflər Birinci instansiya (Tribunal de Grande İnstance), Apellyasiya İnstansiyası və Kassasiya İnstansiyası məhkəmələrinə mütləq Vəkil ilə getməlidirlər. Şəxslər özləri belə tək gedə bilməzlər. Yəni orda bu instansiyalarda Vəkilin iştirakı hətta məcburidir. Daha kiçik məhkəmələrdə isə (orada məhkəmə sistemi bizimkindən daha şaxəlidir) vəkilin iştirakı məcburi deyil. Ölkəmizdə isə şəxsə vəkil yalnız Kassasiya instansiyasında yəni Ali Məhkəmədə məcburidir. 
Azərbaycanda məhkəmələrdə “hüququ tətbiq etmək” istəyən hüquqşünaslar gərəkdir ki, bunun üçün tələblərə cavab verərək və keçirilən imtahanlardan müvəffəqiyyətlə keçərək Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına üzv olsunlar. Hal-hazırda 3 illik iş təcrübəsi olan və imtahanları uğurla verən ali təhsilli hüquqşünaslar Vəkil ola bilərlər. Vəkil olmuş hüquqşünaslar vətəndaşlara daha yüksək keyfiyyətli hüquqi yardım göstərirlər. Bu da məhs Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin birinci hissəsində (“Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır”) qeyd olunan hüququn realizə olunması üçün daha məqsədəmüvafiqdir. Bundan başqa qeyd edim ki, Dövlətimiz maddi vəziyyəti kifayət etməyən şəxsləri profesional hüquqi yardımla ödənişsiz olaraq təmin edir. Bununla bağlı maarifləndirici videolar Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəsmi facebook səhifəsində yayımlanıb, kim istəsə oraya daxil olub bunun barədə məlumat əldə edə bilər. 
 

Hikmət Hüseynzadə

Hikmət Hüseynzadə - Hüquqşünas və Vəkillər Kollegiyasının üzvüdür. Düşünür ki, cəmiyyətimizin dərin hüquqi maarifləndirilməyə ehtiyacı var. Sosial normaların hüquq və etika normaları ilə ahəng təşkil etdiyi bir cəmiyyət arzusundadır. Facebook səhifəsində paylaşdığı animasiya videoları ilə hüquqi maarifləndirməyə əlindən gələn dəstəyi verməyə çalışır. Məqalələri

Oxşar məqalələr

Mən bilirəm darıxmaq nədir

Dilşad - 15.01.2019 274
Mən bilirəm darıxmaq nədir... Dolu dolu xoşbəxt ola bilməmək, huzur tapmamaqdı darıxmaq. Danışıb gülərkən belə, sevincin gözündə qalmağıdı darıxmaq... Susmaqdı darıxmaq, sözlərin anlaşılmaz deyə... Qorxmaqdı darıxmaq, həyat verdiyi qədər alar deyə... Əksiklərini xatırlamaq, ruhu ...
Davamı

Hərraclarda satılmış 10 ən bahalı brilliantlar

Məcid - 26.11.2018 170
Noyabrın 13-də Cenevrənin (İsveçrə) məşhur “Christie’s” (Kristis)  hərracında dəyəri 50,3 milyon İsveçrə frank (50 milyon dollar) olan, 19 karatlı “Pink Legacy” (Çəhrayı irs) brilliantı ilə bəzədilmiş platin üzük satılıb. Bununla da &...
Davamı

Müxtəlif ölkəkərdə qadağan olunan sadə məhsullar

Məcid - 26.11.2018 142
Bəzi ərzaqlar (məhsullar) var ki, onlar insan səhhətinə ciddi ziyan vura bilərlər. Elə məhsullar da var ki, onları asanlıqla qonşu marketdən almaq mümkündür. Lakin heç düşünmüsünüz ki, sevimli sousunuz və ya mövsümi aldığınız meyvələrin hansıs...
Davamı

Külək turbinləri necə işləyir?

Şahvaris - 07.11.2018 273
Havanın bir maye olduğunu təsəvvür etmək çətindir. Çünki hava görünməzdir. Mayedən fərqli olaraq, hava daha tez hərəkət edir və bütün ətraf mühitini əhatə edir. Havanın bu xüsusiyyətini kinetik enerjiyə çevirmək prosesi “Wind Energy&...
Davamı

DƏVƏT: "QAN VER, XİLAS ET!"

Rəvanə - 24.10.2018 201
Azərbaycanda yayılmış əsas xəstəliklərdən biri Talassemiya xəstəliyidir. Bu xəstəlik haqqında danısmaq mənim üçün nə qədər çətindirsə, bir o qədər də vacibdir. Lakin nə qədər çətin olsa da, real şahid olaraq bu xəstəlik haqqında cəmiyyətimizin maarifləndirilməsi və aks...
Davamı

18 Oktyabr - Dövlət müstəqilliyi günüdür!

Səbuhi - 18.10.2018 113
Azərbaycanın Dövlət Müstəqilliyi günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biri. Hər il 18 oktyabrda qeyd edilir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 19...
Davamı

Çirkli avtomobil üzərində şəkil çəkmək sənəti və ya Texas üsülu ilə suya qənayət.

Səbuhi - 10.10.2018 275
Texaslı rəssam Skot Veyd (Scott Wade) sübut etdi ki, çirkli avtomobillər gözəl sənət əsərləri yaratmaq üçün kətan rolunu oynayır. Bu sənətin ustası olmaq üçün, sənətkar bir çox sınaq və səhvlərdən keçərək, müxtəlif alətlər və fırl...
Davamı

Azərbaycan insanının 2 əsas problemi...

Nihad - 01.10.2018 218
  Problemlərimizin çox olduğunu düşünürəm,ancaq onlardan bəziləri daha geniş miqyaslıdır və insanların həyat tərzlərinə və ümumilikdə həyatlarına daha çox təsirlidir. Azərbaycan insanının yaşadığı 2 əsas problemi qeyd etmək istəyirəm! Bu 2 problemin müə...
Davamı

İnsan Yupiterə enə bilərlərmi?

Məcid - 26.09.2018 394
Bu və ya digər planeti dərindən və dəqiq tətqiq etməyin ən yaxşı yolu onun üzərinə enməkdir. Məhz bu kimi tətqiqatları aparmaq üçün insanlar Ay, Venera, Mars Saturnun peyki olan Titana kosmik aparatlar göndəriblər. Lakin Günəş sistemimizdə heç vaxt dəqiq tət...
Davamı

Salamat qal

Dilşad - 24.09.2018 926
... Xəyalıma gətirməkdə aciz olduğum üzünü, hər gün, bəlkədə yüzlərlə adam görür, işdə, mağazada, metroda, küçədə, qonaqlıqda, hər yerdə...adicə qarşılaşıb gedirlər. Biz də qarşılaşdıq... Gözləmədiyim anda, gözləmədiyim  məkanda... Bax...
Davamı