Mən bilirəm darıxmaq nədir

Dilşad Talıbova15.01.2019 552

Mən bilirəm darıxmaq nədir... Dolu dolu xoşbəxt ola bilməmək, huzur tapmamaqdı darıxmaq. Danışıb gülərkən belə, sevincin gözündə qalmağıdı darıxmaq... Susmaqdı darıxmaq, sözlərin anlaşılmaz deyə... Qorxmaqdı darıxmaq, həyat verdiyi qədər alar deyə... Əksiklərini xatırlamaq, ruhu ilə ağrımaqdı darıxmaq...

Gecə səssiz, susmuş telfon, hava soyuq... Xatirələrə bükülüb, masanın arxasına keçmək, yazıya başlamaq vaxtıdır. Yazarsan dözüləsi edərsən həyatı, sən də bu yolla... Yazı səni aparar uzaqlara... Aparsın... əsl həyatdan qaçmaq bizə yaraşmaz! Xatırlayarsan insanlığı, həyatdakı məramını .. Bolluca cavabsız suallar beynində var gəl edər, dünyanın gəlmişini keçmişini düşünərsən: Görəsən nə zamandan itir insan övladının məsumiyyəti... Saflığını qorumaq, kimsəyə nəsib olubmu? Ruhun muhafizəsi mümkündürmü? Yalanı, riakarlığı lənətliyə - lənətliyə yalan danışırıq, təmizlikdən dəm vura - vura çirkabda eşələnirik. Öz heysiyyətimizə toxunana kimi başaqaların dərdinə laqeydlik göstərib, seyrici qalırıq... Həyatımızda seviniləsi birşey tapmayanda, başqalaının kədəri sevinc mənbəyimiz olur... 

Hardansa çoxdan bəri görmədiyim, gününün çox hissəsini eyvanda keçirən, yarısı ağ, yarısı qara saçlı qadını xatırlayaram.. İtmiş gözəlliyinin, xərclənmiş taleyinin ağrısını çəkməyən qadını.. Yaşamayan, mövcud olan qadını... Qadınlığının mənasını unutmuş, laqeyd baxışlı, bütün ifadələrdən məhrum olmuş qadını xatırlayaram... Ürək çırpıntısıyla gözləyəcək adamı yox, arzusu yox, ümidi yox, gülüşü soyuq... Bir dəfə, gözlərimizin qarşılaşdığı o anı yaxşı xatırlayıram, baxışları sanki: “Nə xoşbəxt olmağı bacarıram, nədə ki bədbəxtliyi” deyirdi... Təsəlliyə də gərək yox idi, xoşbəxt olmadığını anlamamağı, bəlkədə ən böyük xoşbəxtliyi idi...

Sonra, sonra hər işə gedəndə rastlaşdığım başqa bir qadını xatırlayaram... Gözəlmi? Gözəl olmağına gözəldi, təbiət özü onu gözəl yaratmışdı. Ən çox ehtiyacı olan şey də elə gözəllik idi... Sevməkmi? Unutmuşdu lap çoxdan, məhəbbətə laiq olmadığını bildiyindən, sevirəm deyənlərini də sorğuya çəkməzdi. Susdurulmuş qorxusu, xəlvət guşəyə gizlətdiyi ruhu vardı içində... Birdə, çoxdan bəri mənimsədiyi yalançı ehtirası... Həyatı kişilərin məclisinə məzə, qadınların dodağına söz idi... tez tez gülümsünərdi... Məsumiyyətini itirmiş gülüşüylə örtərdi insanlara, həyata, özünə olan nifrətinin üstünü..Üzü gülər, ancaq boğazında uda bilmədiyi qəhərlə..Üzü gülər, ancaq, düşmən fikirlərin beyinə gəlməyini qadağan edə bilməz... Həmin, əskik olmayan gülüş deyilmi, elə bütün insanlığı aldadan? Nədənsə xoşbəxt olmaqdan çox, xoşbəxt görünməyə ehtiyacı olur insanın... Zaman, zaman kimlərəsə xoşbəxt olduğumuzu subut etməli oluruq.. Həyatdı..biri dünyanı ağ qara, biri rəngli görər... Biri qalib olar, biri məğlub. Həyat hər zaman həyatlığında qalar...  Zəifliyimizi, acizliyimizi, içimizdəki kiçikliyimizi ört basdır etmək olar bizim də peşəmiz.

Saatın əqrəbləri axar, keçər... Xatırladığım insanlar da, simaları, gülüşləri, çəkilərilə ilə birlikdə sırayla gəlib, gözümün önündən keçərlər. Sonra... sonra qayıdaram özümə, oxuyaram yazdıqlarımı... Biixtiyar təbəssüm peyda olar üzümdə... Dəyəsən yenə sözüm sənədir... Mən bilirəm darıxmaq nədir...

Dilşad Talıbova

"Səndən qalan noyabr", “Sənə yazmadım, səni yazdım" kitablarının müəllifi olan Dilşad xanım Gəncə Dövlət Universitetinin doktorantıdır. "Təhsilli qadın, təhsilli cəmiyyət" şüarına inanır. Məqalələri

Oxşar məqalələr

Hərraclarda satılmış 10 ən bahalı brilliantlar

Məcid - 26.11.2018 315
Noyabrın 13-də Cenevrənin (İsveçrə) məşhur “Christie’s” (Kristis)  hərracında dəyəri 50,3 milyon İsveçrə frank (50 milyon dollar) olan, 19 karatlı “Pink Legacy” (Çəhrayı irs) brilliantı ilə bəzədilmiş platin üzük satılıb. Bununla da &...
Davamı

Müxtəlif ölkəkərdə qadağan olunan sadə məhsullar

Məcid - 26.11.2018 244
Bəzi ərzaqlar (məhsullar) var ki, onlar insan səhhətinə ciddi ziyan vura bilərlər. Elə məhsullar da var ki, onları asanlıqla qonşu marketdən almaq mümkündür. Lakin heç düşünmüsünüz ki, sevimli sousunuz və ya mövsümi aldığınız meyvələrin hansıs...
Davamı

Külək turbinləri necə işləyir?

Şahvaris - 07.11.2018 484
Havanın bir maye olduğunu təsəvvür etmək çətindir. Çünki hava görünməzdir. Mayedən fərqli olaraq, hava daha tez hərəkət edir və bütün ətraf mühitini əhatə edir. Havanın bu xüsusiyyətini kinetik enerjiyə çevirmək prosesi “Wind Energy&...
Davamı

Məhkəmədə nümayəndəliyin ləğvi mövzusu

Hikmət - 02.11.2018 450
Bu mövzunun Nümayəndəliyin ləğvi adlandırılması əslində bu məsələyə düzgün yanaşma deyil. Çünki nə nümayəndəlik nə də məhkəmədə nümayəndəlik ləğv olunmayıb. İstənilən şəxs sizi istənilən bir dövlət qurumunda etibarnamə ilə təmsil edə bilər. Yalnız məhkə...
Davamı

DƏVƏT: "QAN VER, XİLAS ET!"

Rəvanə - 24.10.2018 346
Azərbaycanda yayılmış əsas xəstəliklərdən biri Talassemiya xəstəliyidir. Bu xəstəlik haqqında danısmaq mənim üçün nə qədər çətindirsə, bir o qədər də vacibdir. Lakin nə qədər çətin olsa da, real şahid olaraq bu xəstəlik haqqında cəmiyyətimizin maarifləndirilməsi və aks...
Davamı

18 Oktyabr - Dövlət müstəqilliyi günüdür!

Səbuhi - 18.10.2018 188
Azərbaycanın Dövlət Müstəqilliyi günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biri. Hər il 18 oktyabrda qeyd edilir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 19...
Davamı

Çirkli avtomobil üzərində şəkil çəkmək sənəti və ya Texas üsülu ilə suya qənayət.

Səbuhi - 10.10.2018 414
Texaslı rəssam Skot Veyd (Scott Wade) sübut etdi ki, çirkli avtomobillər gözəl sənət əsərləri yaratmaq üçün kətan rolunu oynayır. Bu sənətin ustası olmaq üçün, sənətkar bir çox sınaq və səhvlərdən keçərək, müxtəlif alətlər və fırl...
Davamı

Azərbaycan insanının 2 əsas problemi...

Nihad - 01.10.2018 300
  Problemlərimizin çox olduğunu düşünürəm,ancaq onlardan bəziləri daha geniş miqyaslıdır və insanların həyat tərzlərinə və ümumilikdə həyatlarına daha çox təsirlidir. Azərbaycan insanının yaşadığı 2 əsas problemi qeyd etmək istəyirəm! Bu 2 problemin müə...
Davamı

İnsan Yupiterə enə bilərlərmi?

Məcid - 26.09.2018 563
Bu və ya digər planeti dərindən və dəqiq tətqiq etməyin ən yaxşı yolu onun üzərinə enməkdir. Məhz bu kimi tətqiqatları aparmaq üçün insanlar Ay, Venera, Mars Saturnun peyki olan Titana kosmik aparatlar göndəriblər. Lakin Günəş sistemimizdə heç vaxt dəqiq tət...
Davamı

Salamat qal

Dilşad - 24.09.2018 1077
... Xəyalıma gətirməkdə aciz olduğum üzünü, hər gün, bəlkədə yüzlərlə adam görür, işdə, mağazada, metroda, küçədə, qonaqlıqda, hər yerdə...adicə qarşılaşıb gedirlər. Biz də qarşılaşdıq... Gözləmədiyim anda, gözləmədiyim  məkanda... Bax...
Davamı