Mentor Talks-un növbəti tədbiri keçiriləcək.

Finmarket 06.09.2018 60

(®) Artıq ikinci dəfə təşkil edilən tədbir oktyabr ayının 14-ü Park Inn hotelində keçiriləcək. Mentor Talks tədbirinin növbəti mövzusu  “Biznes & Təşəbbüskarlıq’dır”. Bu dəfəki şüarı “Daxili potensialını kəşf et!” olan tədbirin məqsədi  Azərbaycanda  Biznes və Təşəbbüskarlığın inkişafının bir parçası olmaq, insanlara ilham verməkdir.

Bu sahədə təcrübəli 7 spikerin çıxış edəcəyi tədbir 14:00-dan 18:00-a qədər davam edəcəkdir.

#Mentor Talks, öyrədici və ilham verən çıxışları olan bir tədbirdir. Missiyası insanların həyatına dəyər qatan ideya və məlumatları paylaşaraq onları davamlı inkişafa sövq etməkdir.

İştirakçılar tədbirdə, texnologiya, təhsil, marketinq və biznesin digər sahələrində təşəbbüskarlığı olan xarici və yerli spikerlərdən mövzuyla bağlı qloballaşan dünyanın və yerli bazarın tələblərinə uyğun məlumatlar, davamlı inkişafa meyilli insanlarla “networking” və ianəli bilet alaraq tədbirin sosial tərəfi olan autizm sindromundan əziyyət çəkən uşaqların ailələrinə dəstək olma imkanı əldə edəcəklər.

Tədbirdə iştirak etmək istəyənlər təklif olunan Standart (35 AZN)  və İanəli (45 AZN) biletlərdən birini seçə bilərlər.

İanəli biletin standart biletdən fərqi ondadır ki, həmin bilet məbləğinin 10 AZN-i ilə autizm sindromundan əziyyət çəkən uşaqlara dəstək olunacaq.

Tədbirin sosial məqsədi isə şirkətlərin və fərdlərin autizmə qarşı diqqətini artırmaq, sosial məsuliyyət zehniyyətli bizneslərin qurulması və artmasına diqqət çəkməkdir.

Məlumat üçün qeyd edək ki, tədbirin biletləri artıq satışdadır. İştirakçılar sentyabrın 20-na qədər Standart bileti 29 AZN-ə əldə edə biləcəklər.

Biletləri əldə etmək üçün:

www.mentor.az saytından qeydiyyatdan keçə, Mentor Talks’un Facebook səhifəsi ilə (https://www.facebook.com/mentor.az/) və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz:

Mob: (070) 296 64 66

Yerinizi rezerv etməyə tələsin! İndi sifariş edin!

Oxşar məqalələr

“Startup” nədir? Uğurlu biznes qurmaq üçün addımlar

Anar - 09.10.2018 127
“Startup” əvvəllər ABŞ-da başlayan və daha sonra dünyaya yayılan müasir biznes modelidir. Sıfırdan biznes həyatına atılan iş adamları üçün nəzərdə tutulan və texnoloji vasitələrlə gücləndirilmiş bu model, daha çox sürətlə inkişaf edən biznes mo...
Davamı

BMS "İnsan Resurslarının İdarə Edilməsi" təliminə start verəcək

Finmarket - 08.10.2018 83
“Business Management School” MMC olaraq "İnsan Resursları" sahəsindəki ən iri həcmli təlimimiz olan, 8 dəfə təşkil edərək uğurla keçirtdiyimiz "İnsan Resurslarının İdarə Edilməsi" təliminə 21 oktyabr 2018-ci il tarixindən etibarən 9-cu dəfə start verəcəyik. ...
Davamı

"Business Management School" MMC 0-dan başlayanlar üçün "HR Assistent" təliminin 4-cü sessiyasına start verir!

Finmarket - 05.10.2018 43
Təlimdə HR sahəsində heç bir təcrübəsi olmayanlar, lakin bu sahədə karyera qurmaq istəyənlər iştirak edə bilərlər. Bu təlimdə iştirak etməklə siz HR sahəsinə ilkin addımlar atmaq üçün əsaslı bilik bazasına yiyələnəcək, HR assistent kimi icra edilən işləri praktiki olaraq...
Davamı

“Business Management School” haqqında

Səbuhi - 05.10.2018 82
“Business Management School” MMC öz fəailiyyətinə 2015-ci ildən başlamışdır. Fəaliyyətimizin əsas istiqaməti Azərbaycan hüdudlarında biznesin inkişafı üçün ehtiyac duyulan ixtisaslara aid yerli və xarici mütəxəssislərin iştirakı ilə təlimlərin təşkil olunm...
Davamı

“G&I Consulting Group” “QİDA TƏHLÜKƏSİZLİYİ” | Food Safety üzrə 2-ci və 3-cü səviyyəli təlimlərin keçirilməsinə strat verdi.

Finmarket - 03.10.2018 96
Təlim Beynəlxalq Standartlar və Proqramlar əsasında keçiriləcək. Təlim İctimai İaşə xidmətində (Qida sənayesində | qida tədarükündə) çalışan və bu sahədə peşəkar karyera qurmaq arzusunda olan bütün şəxslər üçün nəzərdə tutulub. Təlim 2 səviyyədə ...
Davamı

"SƏTƏM mütəxəssisi" təlim kursu

Finmarket - 01.10.2018 89
"SƏTƏM Mütəxəssisi" olmaq istəyənlərin nəzərinə...! "G&I Consulting Group" Təlim və Konsultasiya Mərkəzi Oktyabr 2018-ci il tarixindən yeni qrupla kursa başlayır. Bu kurs SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) sahəsində &ccedi...
Davamı

Azərbaycanda SƏTƏM-in inkişafı perspektivləri

Anar - 01.10.2018 78
Dünya miqyaslı tədbirlərdə iştirak etmək qürurvericidir, amma hər dəfə belə tədbirlərdə iştirak edən zaman içimdə güclü qibtə hissi baş qaldırır. Niyə?! Niyəsini təəssüratlarımı bölüşərkən siz də anlayacaqsınız. Bu dəfə 17-18 Sentyabr IOSH (Institute o...
Davamı

Matrix Technologies şirkətinin təqdimatı

Finmarket - 26.09.2018 33
"Gəlin tanış olaq! Şirkətimiz Matrix adlanır. Komandamız 2017 –ci ildən İT outsourcing üzrə fəaliyyət göstərir. 2018-ci ildən etibarən xidmətlərimizi genişləndirərək, fəaliyyətimizi Matrix brendi altında davam etdirməyi qərara aldıq. «Matrix» technologies müə...
Davamı

“Təcili yardım işıqlandırması” və “Təhlükəsizlik işarəsi” mütləq yerləşdirilməli olan yerlər

Şahvaris - 25.09.2018 94
Təcili yardım işıqlandırması obyektin şəbəkə gərginliyinin kəsilməsi ilə avtomatik olaraq dövrəyə girən işıqlandırma sistemidir. Qəza, zəlzələ, yanğın və s. kimi səbəblərdən kəsilən şəbəkə gərginliyindən avtomatik olaraq dövrəyə girən fövqaladə vəziyyət işıqlandırması sürətli və ...
Davamı

"EDU CAMP" - Xarici dil və xaricdə təhsil mərkəzinin təqdimatı

Səbuhi - 21.09.2018 249
“EDU CAMP” Tədris Mərkəzi bir ildən çoxdur ki uğurlu fəaliyyət göstərir. Fəaliyyətimizin qarşısında duran başlıca hədəf müştərilərimizin məmnunluğunu hər zaman üstün tutmaq, onların daha tez, effektiv və keyfiyyətli xarici dil öyrənmələrinə və xaricdə təhs...
Davamı