Necə dövlət qulluqçusu ola bilərəm? Dövlət qulluqçusu olmaq üstünlükdürmü?

Heydər Abışov10.09.2018 769

Hər hansısa bir peşəni seçməzdən öncə ilk olaraq, həmin peşənin həyatımızda hansı dəyişikliklərə səbəb olacağını müəyyən etmək, eləcə də bu peşənin bizim üçün hansı dərəcədə faydalı olacağını təxmin etmək karyerada uğur qazanmağın ən əsas amillərindən biri hesab olunmalıdır. Eyni zamanda da “seçdiyimiz peşəyə uyğun iş tapa biləcəyikmi” sualı günümüzün ən aktual tendensiyalarından biri olaraq qalmaqdadır. Ümumi götürsək, bir işə başlamazdan öncə bizə lazım olacaq informasiyaları haradan və necə əldə edə biləcəyimizi müəyyən etməliyik.

Məlumdur ki, ölkəmizdə dövlət qulluğu sahəsində çalışan və yaxud da çalışmaq niyyətində olan minlərlə  gənc və ixtisaslı kadrlar mövcuddur. Bu dəfə ki, yazımızda gənc kadrların dövlət qulluğuna qəbul olmalarına köməklik edəcək və onlara qaranlıq qalan bir çox sualları təhlil edəcəyik.

İlk növbədə “mən nə üçün dövlət qulluqçusu olmalıyam” sualının izahını verək. Cavab olduqca sadədir: Həftəlik 40 saat normal iş vaxtı, vaxtlı-vaxtında verilən əmək haqqı, Yeni İl, Novruz bayramlarında əmək haqqının 100 faizi, Ramazan və Qurban bayramlarında isə  əmək haqqının 50 faizi məbləğində mükafat almaq, dövlət orqanında minimum 5 il işləməklə dövlət qulluqçusunun pensiya təminatından istifadə imkanlarının yaranması, dövlətin idarə olunmasında iştirak etmək hüququnun həyata keçirilməsi, ildə bir dəfə 30 təqvim günündən az olmayan ödənişli məzuniyyət almaq kimi amillər hər kəsi dövlət qulluğunda işləməyə sövq edə biləcək amillərdəndir.

Dövlət qulluqçusu olmaq üçün nə etməliyəm?

İlk dəfə dövlət qulluğuna qəbul olmaq üçün namizədlər mütləqdir ki, müsabiqələrdə iştirak etsinlər. Müsabiqə test və müsahibə olmaqla iki mərhələdən ibarət olur. Test imtahanından uğurla keçən namizədlər isə müsahibələrə dəvət olunur, müsahibədən uğurla keçmiş namizədlər dövlət orqanına təqdim olunaraq 6 ay staj və 3 ay sınaq müddəti olmaqla dövlət qulluğunda öz ilk əmək fəaliyyətlərinə başlamış olurlar. Xatırladaq ki, istər staj, istərsə də sınaq müddətində olan namizədlər məvaciblə təmin olunurlar.

Test imtahanında namizədlərin yoxlanılması hansı istiqamətlərdə aparılır?

Öncədən qeyd edək ki, test imtahanı iki əsas qrup üzrə həyata keçirilir:

A qrupu- rəhbər vəzifələr

B qrupu- inzibati vəzifələr

A qrupu üzrə testdə iştirak etmək namizəddən dövlət qulluğunda iş stajı (rəhbər vəzifələr olduğu üçün) tələb edir.

B qrupu üzrə imtahanlar isə iki altqrup üzrə aparılır: BA və BB altqrupları

Öncədən qeyd edək ki, dövlət qulluğunda vəzifələr Ali-7 təsnifat üzrə qruplaşdırılır. B qrupu isə 5,6 və 7-ci təsnifatları əhatə edir. 5-ci təsnifat vəzifələr üzrə dövlət qulluğuna qəbul olunmaq istəyən namizədlər mütləqdir ki, BA sertifikatına sahib olsunlar. BA altqrupu üzrə namizədlərə 4 istiqamətdə 100 sual təqdim olunur. Həmin istiqamətlər və hər istiqamət üzrə sual sayları ilə tanış olaq:

  • Qanunvericilik-40 sual (32 test+8 açıq tipli tapşırıq)
  • Məntiq-30 sual (24 test+6 açıq tipli tapşırıq)
  • İnformatika-15 sual (12 test+3 açıq tipli tapşırıq)
  • Azərbaycan dili-15 sual (12 test+3 açıq tipli tapşırıq)

Qeyd edək ki, yalnış cavablar düz cavablara heç bir təsir etmir və test tapşırıqları üzrə hər düzgün cavab 1 balla, açıq tipli tapşırıqlar üzrə isə hər düzgün cavab 2 balla qiymətləndirildiyindən yekun maksimal bal 120 olur. Namizəddən isə keçid balı olaraq 120 bala qarşılıq 70 faiz düzgün cavab tələb olunur ki, bu da 84 bal deməkdir.

BB altqrupu isə 6 və 7-ci təsnifat inzibati vəzifələri əhatə edir. BB altqrupu üzrə test imtahanında da namizədlərə yuxarıda qeyd olunan istiqamətlər üzrə 100 sual təqdim olunur. BA altqrupundan fərqli olaraq, BB altqrupunda namizədə təqdim olunmuş 100 sualın hər biri test formasındadır və keçid balı kimi 65 faiz nəticə əldə etmək tələb olunur. BB altqrupu iki təsnifatı əhatə etdiyindən (6 və 7-ci təsnifatlar) test imtahanında yığılmış balın növbəti mərhələdə seçiləcək vakansiyaya təsiri olur. Bu səbəbdən də BB altqrupu 4 əsas qola ayrılır:

  • BB4- 65 bal
  • BB3-70 bal
  • BB2-75 bal
  • BB1-80 bal

BB4 və ya BB3 ballarından hər hansısa birini toplamış namizəd 7-ci təsnifat inzibati vəzifələr üzrə müsahibədə iştirak edə bilər, BB2 və yaxud BB1 ballarından hər hansısa birini toplamış namizəd isə 6-cı təsnifat inzibati vəzifələrə müraciət edə bilər.

Müsahibə mərhələsində necə uğur qazanmaq olar?

Hazırlaşdırdığımız namizədlərin uğurlu müsahibə nəticələrindən  bizə də aydın oldu ki, dövlət orqanların böyük əksəriyyəti tam şəffaf şəkildə müsahibələri həyata keçirirlər. Müsahibə mərhələsində namizədin bilik və peşə-ixtisas səviyyəsinin mövcud vakansiyaya uyğunluğunun yoxlanılması məqsədilə müsahibə komissiyası yaradılır. Müsahibə komissiyasının tərkibinə 3 məsul şəxs daxil edilir:

  • Dövlət orqanının nümayəndəsi - vəzifə proqramı üzrə namizədin ilkin biliklərini yoxlayır;
  • DİM-nin nümayəndəsi - qanunvericilik proqramı üzrə namizədin biliklərini yoxlayır;
  • Sərbəst ekspert- ümumi dünya görüşü üzrə namizədin biliklərini yoxlayır.

Müsahibə mərhələsində namizədin toplaya biləcəyi maksimal bal 20 baldır. Hər bir komissiya üzrə namizədə maksimum 20 bal verə bilər. Keçid balı isə 16 bal hesab olunur. Keçid balının hesablanma qaydası isə müsahibə komissiyasının hər bir üzvünün vermiş olduqları balların toplanaraq müsahibə komissiyasının üzvlərinin sayına bölünmasi yolu ilə müəyyən olunur.

Xüsusilə qeyd etmək lazımdır ki, müsahibədə namizədin geyimindən tutmuş, danışıq qabiliyyətinə kimi, eyni zamanda da suallara vermiş olduğu cavabların dolğunluğu mühim əhəmiyyət kəsb edir. Müsahibədə uğur qazanmağın yeganə yolu isə mümkün olduğu qədər sərbəst olmaq, müsahibə komissiyasından çəkinməmək (nəticədə onlar da bir zamanlar həmin namizədin stulunda əyləşərək müsahibədə iştirak etmiş şəxslərdir), həddi aşmamaq şərtilə yeri gəldiyində etiraz edə bilmək və ən əsası isə “bilmirəm” cavabından kənar qaçmaqdır. Unutmayaq ki, müsahibədə vermiş olduğumuz hər “bilmirəm” cavabı namizədin problem həll etmə qabiliyyətinin aşağı olduğunu sübuta yetirir.

Əziz namizədlər, dövlət qulluqçusu olmaq heç də çətin və əlçatmaz bir arzu deyildir. Sadəcə yetərincə istəkli olmaq, tələb olunduğu qədər oxumaq və ən əsası imtahanda təqdim olunan suallarda diqqətli olmaq sizi dövlət qulluqçusu olmağa aparan yolda ən əsas vasitədir.

Hər birinizə dövlət qulluqçusu olmağı arzu edirik.

Heydər Abışov

"NR Academy" - nin Dövlət qulluğuna Qanunvericilik istiqaməti üzrə hazırlıq müəllimi Məqalələri

Oxşar məqalələr

CSH Group Education növbəti seminara dəvət edir

Finmarket - 11.12.2018 20
Seminarın tarixi: 15.12.2018 Saat: 18:00 - 20:00 Tikinti layihələrində mexaniki tamamlama işləri / sertifikatlaşdırma mühəndisliyi seminarı. Seminarın mövzusu: Tikinti layihələrinin tamamlanma və təhvil verilmə qaydası. Layihənin ilk mərhələsindən nəzərdə tutulmuş bitmə vaxtına qədə...
Davamı

"G&I Consulting Group" Daxili Auditor və Giriş təlimi elan edir.

Finmarket - 30.11.2018 28
"G&I Consulting Group" Dekabr 2018-ci il tarixində ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018 Standartları əsasında Daxili Auditor və Giriş təlimi elan edir. Təlimlər saat 19:00-dan 22:00-dək keçiriləcək Daxili Auditor Təliminin müddəti: 5 gün. Giriş təliminin ...
Davamı

Barattson “CFA Level I” June 2019 imtahanı üzrə hazırlıq kursuna start verir!

Finmarket - 19.11.2018 66
Barattson “CFA Level I” June 2019 imtahanı üzrə hazırlıq kursuna start verir! CFA proqramı (Chartered Financial Analyst) – Sertifikatlaşdırılmış Maliyyə Analitiki CFA institutu tərəfindən investorlar və maliyyə peşəkarlarına təklif edilən peşə mandatıdır. CFA investisiyalar...
Davamı

"G&I Consulting Group" "Əməyin Mühafizəsi üzrə yerli Qanunvericiliyin tələbləri" mövzusunda təlim elan edir.

Finmarket - 10.11.2018 41
Təlim haqqında daha ətraflı məlumatı bu linkdən  əldə edə bilərsiniz. Təlimin keçirilmə tarixi: 25 noyabr 2018-ci il. Əlaqə: Mobil: +994 55 687 80 35 E-mail: info@gigroup.az Web page: www.gigroup.az Facebook: G&I Consulting Group LLC Instagram: gi_consulting_group_llc...
Davamı

Azərbaycan Müəllim İnkişafı Mərkəzi III Beynəlxalq Təlim Konfransımız ilə əlaqədar sonuncu müsabiqəni elan edir.

Finmarket - 05.11.2018 91
Müsabiqənin şərtləri belədir: 1. Səhifəmizi bəyənirsiniz (like)👍 2. Bu postu bəyənir, dostlarınızı tag edir və hər kəsə açıq şəkildə paylaşırsınız (share) 🌏 2. Səhifəmizə ən azı 5 dostunuzu əlavə edirsiniz. ✅ 3. Postun altında konfransda nə üçün iştirak etmək istəd...
Davamı

"G&I Consulting Group" "TƏLİMÇİLƏR ÜÇÜN TƏLİM" (Train The Trainer) mövzusunda təlim elan edir.

Finmarket - 05.11.2018 64
Təlim «Preparing to Teach in the Lifelong Learning Sector (PTLLS)» QCF Level 3 kvalifikasiyalı ekspert tərəfindən keçirilir. Mob: +994 55 687 80 35 Tel: +994 12 434 53 15 E-mail: info@gigroup.az Web page: http://www.gigroup.az Facebook: G&I Consulting Group LLC Instagr...
Davamı

Növbəti müsabiqəni qaçırmayın!

Finmarket - 26.10.2018 82
AMİM III Beynəlxalq Təlim Konfransı ilə əlaqədar növbəti video müsabiqəni elan edir. Müsabiqənin şərtləri belədir: 1. Səhifəmizi bəyənirsiniz (like) 2. Sinfinizdə dərs müddətində formativ, dərsin sonunda isə summativ qiymətləndirməni hansı üsulla apardığınıza dair 2-3 də...
Davamı

MİQ və DQ imtahanlarına hazırlaşanların nəzərinə!

Finmarket - 26.10.2018 82
NR Academy Sizləri 28 oktyabr tarixində saat 15:00-da kurikulum üzrə məlumatlandırıcı #ÖDƏNİŞSİZ SEMİNARA dəvət edir! Seminar NR Academy-nin Elmlər filialında təşkil olunacaq və aşağıdakı mövzuları əhatə edəcək: - MİQ və DQ imtahanlarının keçirilmə proseduru, əvvəlki illərd...
Davamı

Dövlət Qulluğuna qəbul üzrə ÖDƏNİŞSİZ seminar.

Finmarket - 25.10.2018 57
Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə! NR Academy Sizləri Dövlət Qulluğuna qəbul haqqında məlumatlandırıcı #ÖDƏNİŞSİZ SEMİNARA dəvət edir! Seminar aşağıdakı mövzuları əhatə edəcək: - Niyə dövlət qulluğu?; - Dövlət qulluğunun üst&uum...
Davamı

Matrix bu dəfə Android Development üzrə ÖDƏNİŞSİZ workshop ilə qarşınızda olacaq

Finmarket - 24.10.2018 146
Mobil telefonların həyatımızda önəmi artdıqca IT sektorunda Mobile Developerlərin də dəyəri gündən-günə artmaqdadır. Linux əsaslı Android ƏS Google tərəfindən inkişaf etdirilir. Dünyada satılan smartfonların 80%-i məhz android əsaslıdır. Elə bu baxımdan IKT sektorunda peşək...
Davamı