Ordusuz güclü, neft və qızılsız zəngin olan İslandiya

Məcid Musayev22.10.2018 687

Ordusuz güclü, neft və qızılsız zəngin olan İslandiya

Ordusu olmayan bir dövlət təssəvür edin. Bundan əlavə həmin dövlətin nə neft, nə də qızıl yataqları yoxdur. Yanına tam pulsuz təhsil və enerji sistemini əlavə edin. Bu ölkədə sakinlər gecələr qapılarını bağlamırlar və demək olar ki, hamı bir-birini üzdən tanıyır. Burada kazinolar, hətta “fastfud” verən kafelər belə yoxdur. Deyəcəksiniz ki, bu yer cənnətdir, belə bir yer yoxdur, ancaq yanılırsınız. Belə yer (dövlət) həqiqətən mövcuddur. Qısa olaraq desək: “İslandiyaya xoş gəldiniz!”

 İslandiyanı vikinqlər, buzlaqlar, qeyzerler və varlı insanların vətəni adlandırırlar. Sonuncu iqtisadi böhranın Avropanın böyük ölkələrinin iqtisadiyyatını lərzəyə gətirəndən sonra bir çox inkişaf etmiş ölkələrin mütəxəssisləri “İslandiya iqtisadi möcüzəsi”dən danışmağa başladılar. 

İslandiya “sakit çevrilişlə” ümumdünya iqtisadi böhranına qalib gəldi

2008-ci ildə demək olar ki, İslandiyanın bütün bank sektoru tamamilə iflasa uğradı, lakin həmin hadisədən 10 il sonra sektor böhrana qədər olan göstəricilərini artıraraq, mənfəətini daha da artırıb. Bu nəticə necə əldə olundu? Dövlət iflasa uğrayan banklara maliyyə yardımı ayırmaq əvəzinə onları milliləşdirdi, qeyri-effektiv bank idarəçilərini və adları dələduzluq sxemlərində hallanan rəhbərlərin hamısını həbs etdi. 

2012-ci ilin 23 oktyabrında minlərlə islandiyalı referenduma çıxaraq, yeni konstitusiya qəbul etdilər. 93% seçicilərin dəstəklədiyi yeni ali qanunvercilik sənədi İslandiyanın xarici kreditorlara borclarının qaytarılmamasına icazə verdi.

Aydın məsələdir ki, beynəlxalq cəmiyyət İslandiyanın bu “sakit çevrilişini” müsbət qarşılamadı. Əsas da Böyük Britaniya və Niderlandlar İslandiyadan borclarını ödəməsini tələb edir, əks halda ciddi maliyyə sanksiyalarının tətbiqilə hədələyirdilər. Digər tərəfdən isə Beynəlxalq Valyuta Fondu da İslandiyanı bütün növ maliyyələşdirmələrdən məhrum etməyi düşünürdü. 

Lakin İslandiya bu kimi hədə-qorxular qabağında geri çəkilmədi. Ölkə prezidenti Oluvayur Qrimsson çıxışlarının birində belə ifadə işlətdi: “Beynəlxalq cəmiyyətin tələblərini qəbul etməsək bizi Şimali Kubaya çevirəcəklərilə hədələyirdilər, ancaq biz həmin şərtləri qəbul etsəydik, Şimali Haitiyə çevriləcəkdik”. 

İnsanlardan uzaq, başı sakitlik axtaranın cənnəti

Ərazisi 103 000 km² bu ada-dövlətin cəmi 325 min insan əhalisi var. Bu nəticə ilə İslandiyada hər kvadrat kilometrə təqribən 3 nəfər insan düşür. Şəxsi azadlığınızı axtarırdınızsa İslandiya sizi gözləyir.

Ölkəyə gələn turistlərin sayı yerli əhalinin sayından çoxdur

Hər il İslandiya 700 minə yaxın turist qəbul edir və turizm sektoru ölkənin ÜDM-nin 3/1 təşkil edir. 

Hamı bir-birini üzdən tanıyır

Bəli. Bu heç də şişirtmə deyil, tam reallıqdır. Məhz buna görə də İslandiyada heç kəs ev qapısını gecələr bağlamır. 

Ordu yoxdur, polislər isə çox sülhpərvərdilər

Ölkəni qoruyan yalnız sərhəd xidməti var, ikitərəfli razılığa əsasən həqiqi hərbi xidmətə yazılmaq arzusunda olan islandiyalılar Norveçdə xidmət edirlər. 

Çox aşağı cinayətkarlıq səviyyəsində görə yerli polislərdə silah yoxdur. Ölkə olaraq İslandiyada təhlükəsizlik o qədər yüksəkdir ki, burada uşaqları rahatlıqla axşam vaxtı gəzməyə buraxırlar. Ağır cinayət törətmişlərdən başqa (onları da barmaqla saymaq olar) bayram günləri bütün məhbusları həbsxanalardan evə buraxırlar. 

İslandiya geotermal enerji mənbələrindən istifadə edir

İslandiyada mərkəzləşdirilmiş istilih təchizatı sistemi mövcuddur. Bu ölkədə geotermal mənbələrdən isti su birbaşa evlərə gəlir. Evlərə gələn soyuq suyu isə rahatlıqla içmək və bütün digər məqsədlər üçün istifadə etmək olar. Bir çox digər Avropa ölkələrindən fərqli olaraq İslandiya enerji pulsuzdur. 

Güclü ictimai səhiyyə sistemi

Səhiyyə sisteminin effektivliyi əv əl çatanlığına görə İslandiya dünyada 15-ci yerdə qərarlaşıb. Bu ölkənin səhiyyət sistemi o qədər inkişaf edib ki, özəl xəstəxanalara və ya özəl tibbi sığortaya ehtiyac yoxdur. 
İslandiyalılar çox güclü genetikaya malikdilər. Məhz buna görə də İslandiyada Daun və digər sindromlarla doğulan körpələr yoxdur. 

İslandiyada “Makdonalds” yoxdur

İslandiyada fastfud təqdim edən sonuncu iaşə obyekti 2009-ci ildə bağlanıb. Bu isə özünəməxsusluğu ilə seçilən yerli mətbəx təamlarının (bişirilmiş köpək balığı ətindən şorba və bişirilmiş ya qoyun başı) ölkəyə gələn bütün turistlər tərəfindən “fərqli” qarşılanmasına səbəbdir.

Pulsuz təhsil

İslandiyanın məktəb və kolleclərində (ali təhsil müsəssisələri) təhsil tam pulsuzdur, lakin bağçalar ödənişlidir. 

Bəlkə də sadalanan amillərdən biri və ya bir neçəsi sizə qeyri-real, hətta inanılmaz gələ bilər, ancaq bütün bu unikallıqlarına görə İslandiya hər il ən yüksək həyat tərzi olan ölkələr sıralamasında ilk 10-dan aşağı düşmür. 

Məcid Musayev

Oxatan bürcündən olan Məcid bütün dünyanı səyahət etmək arzusundadır. Pasport, miqrasiya və Hi-Tech mövzularında xəbərlərlə maraqlanırsınızsa bizim çoxbilmişi izləyin. Məqalələri

Oxşar məqalələr

Çin yüksək sürətli sualtı dəmir yolu inşa edəcək

Məcid - 03.12.2018 330
Çin ölkəni əhatə edən yüksək sürətli dəmir yolları şəbəkəsini genişləndirməyə davam edir. Rəmsi Pekinin verdiyi son açıqlamaya görə hökumət Şanxaydan cənubunda yerləşən Ninbo liman-şəhərini, ölkənin qərb sahilləri, Çjouşan arxipelaqı ilə birləşdirəc...
Davamı

Maldivdə ilk sualtı hotel istifadəyə verilib

Məcid - 27.11.2018 447
Sualtı balıqları saatlarca izləmək və onlara maksimum yaxın olmaq üçün artıq fantastik filmlərin qəhrəmanlarından biri olmağa ehtiyac yoxdur.  Maldiv adalarında daha dəqiq desək Ranqali adasında açılmış ilk sualtı hotel öz qonaqlarına bu imkanı yaradır. Sadəcə ik...
Davamı

İmmiqrasiya üçün 5 ən yaxşı ölkə

Məcid - 21.11.2018 751
1) Heç vaxt müstəmləkə olmamış ölkə Tayland (Tay) xalqı fəxr edir ki, onların vətəni Cənub-Şərqi Asiyada avropalıların müstəmləkəsi olmamış yeganə ölkədir. Digər tərəfdən bu gün Tayland kimi ekzotik məkanı görməyə gələn milyonlarla turistləri nəzərə alsaq, prose...
Davamı

Cənnət adalarının yanında zibil dağları

Məcid - 16.11.2018 409
Elə bilirsiniz ki, turizm mərkəzi olan dövlətin (ərazinin) heç bir problemi yoxdur? Tam əksinə, turizm sektorunun hər zaman əks tərəfi (təsiri) var. Bu mövzuda turizm cənnəti hesab edilən Maldiv adalarını, daha konkret desək Maldivin Tilafuşi adasının adını çəkə bilərik.&n...
Davamı

Vizasız səyahət üçün ən yaxşı pasport hansıdır?

Məcid - 15.11.2018 678
Səyahət etmək imkanı böyük bir azadlıqdır, lakin səyahət zamanı bu və ya digər viza tələblərindən asılı olmamağı ən böyük azadlıqlardan biri adlandıra bilərik. Buna görə də bəzi ölkələrin pasportları öz daşıyıcısına daha geniş (səyahət azadlığı) imkanlar təqdim edi...
Davamı

Super VIP bank kartları

Məcid - 12.11.2018 339
Müasir dövrümüzdə bir çoxumuzun pul qabında plastik bank kartları var. Bəzi ölkələrdə belə kartlar vasitəsilə nəğdsiz ödəniş çox az yayılıb, bəzilərində isə bank kartlarıdan istifadə və onlar üzərində xidmət olduqca məşhurdur. Lakin sərvətlərinin həc...
Davamı

Makedoniyaya səyahət zamanı görməli olduğunuz 10 yer 

Məcid - 29.10.2018 666
Balaca, lakin qürurlu Makedoniya Keçmiş Yuqoslaviyanın tərkibində olmuş Makedoniya Respublikası indi müstəqil dövlət olaraq, Balkan yarımadasının təqribən mərkəzində yerləşir. Makedoniyanı elə də zəngin və ya güclü dövlət adlandırmaq olmaz. Bir tərəfdən ö...
Davamı

Dünyanın 15 ən yaxşı çimərlikləri məlum oldu

Məcid - 26.10.2018 516
Mərkəzi Asiya üzrə məşhur olan https://www.tripadvisor.ru/ turizm saytı istifadəçilərin (turist-səyyahlar) rəyləri əsasında dünyanın ən yaxşı 25 çimərliklərini müəyyən edib. 15. Anse Latsio / Praslen adası, Seyşel adaları Şüşə kimi şəffaf, isti su, ağacların k&o...
Davamı

Avropa İttifaqı pasportunu itirmək astanasında olan Böyük Britaniya

Məcid - 16.10.2018 404
Avropa İttifaqı pasportunu itirmək astanasında olan Böyük Britaniya Avropa İttifaqına (Aİ) üzv dövlətlərin vətəndaşlığı (pasportu) öz sahibinə bir çox imtiyazlar qazandırır. Onlar arasında ən önəmlisi Aİ pasportu sahibinə təşkilata üzv 27 ölkəyə (və ...
Davamı

Avtomobil hərəkəti olmayan 5 şəhər

Məcid - 02.07.2018 998
Venesiya (İtaliya) Venesiya avtomobil hərəkəti olmayan, müasir şəhər misalının ən bariz nümunəsidir. Hər il 20 milyon turistin ziyarət etdiyi Venesiyada avtonəqliyyat infrastrukturu praktiki olaraq mövcud deyil. Şəhərin əsas ictimai nəqliyyatı su üzərində hərəkət edən taksi-qa...
Davamı