Oyanış...

Nihad Ağayev30.08.2018 128

Oxuyun... Mütləq oxuyun. Fərqi yoxdur hansı mövzüdür, hansı kitabdır. Olduğunuz mərhələyə uyğun birini seçin və oxuyun. Nə qədər çox oxudum, bir o qədər baş verə biləcək hadisələrə hazır oldum və nə qədər az oxudum, bir o qədər hamı kimi düşünməyə başladım və uduzdum. Kitabların elə bir gücü var ki, bəzən onlardan aldığın bir mesaj, sənin gündəlik həyat tərzin üçün 1 il kifayət edir. Bu gün hiss edirəm ki, mən praktiki olaraq bəzi hadisələri əvvəlcədən yaşamasam da, artıq onlara qismən də olsa hazıram. Hər situasiyada soyuqqanlı qalmaq, müsbət düşünmək çox böyük bir mənəvi güc və illər tələb edir. İlləri qabaqlamaqçün oxumaq lazımdır.

Bunu birmənalı olaraq artıq qəbul edin : Sizin yanınızda sizdən başqa heç kəs yoxdur və olmayacaq da ! Buna öyrəşin.

Arzularınızı, kimlərdənsə və nələrdənsə bağlantılarınızı azaldın. Ancaq xəyal dünyanızı və davamlı olaraq hərəkət etmək cəhdlərinizi artırın. Mütləq gələcəyiniz və yaxın gələcəyiniz üçün planlar qurun. Ancaq, bu planlara bağlanmayın və onların müddətini uzatmayın. “Vaxt gələcək” ifadəsini tamamilə yaddaşınızdan silin. Sadəcə olaraq onu bilin ki, vaxt gəlmir vaxt gedir. Hal-hazırda olduğunuz zaman üçün, sizə aid olan işi görüb istədiyiniz vaxtın gəlməsini gözləyə bilərsiniz. Ancaq, həyatımızın böyük bir qismi hərəkət etməyimizçün planlanıb. Suda üzmək kimi. Daha çox suyun altında və hərdən başını çıxardıb nəfəs almaq. Ancaq bir şeyi unutmayın – Suda lazım olan hərəkət cəhdlərini yerinə yetirsəniz belə, lazım olan yerə mütləq çatacağınızı və çatacağınız təqdirdə bu işi ancaq özünüzün etdiyini düşünməyin. Siz suda olarkən, ancaq suyun fərqdindəydiniz, ətrafın yox... Siz hər şeyi düzgün etsəniz belə, ətrafdakı bəzi təsirlərə görə həmin nöqtəyə çatmaya da bilərdiniz. Həyat belə bir mövhumatdır. Belə qəribə, belə sirli...

Nihat Ağayev

Bütün maddi aləmin sirlərlə dolu olduğunu və həqiqətin, əslində göründüyündən fərqli olduğunu düşünür. Bu həqiqəti tapmağın yeganə yolunu isə, düşünməkdə və axtarış etməkdə görür. İstər iş dünyası və peşəkar həyatda, istərsə də şəxsi həyatda xoşbəxtliyin ancaq bu cür gələcəyinə inanır. Məqalələri

Oxşar məqalələr

Çirkli avtomobil üzərində şəkil çəkmək sənəti və ya Texas üsülu ilə suya qənayət.

Səbuhi - 10.10.2018 99
Texaslı rəssam Skot Veyd (Scott Wade) sübut etdi ki, çirkli avtomobillər gözəl sənət əsərləri yaratmaq üçün kətan rolunu oynayır. Bu sənətin ustası olmaq üçün, sənətkar bir çox sınaq və səhvlərdən keçərək, müxtəlif alətlər və fırl...
Davamı

Azərbaycan insanının 2 əsas problemi...

Nihad - 01.10.2018 69
  Problemlərimizin çox olduğunu düşünürəm,ancaq onlardan bəziləri daha geniş miqyaslıdır və insanların həyat tərzlərinə və ümumilikdə həyatlarına daha çox təsirlidir. Azərbaycan insanının yaşadığı 2 əsas problemi qeyd etmək istəyirəm! Bu 2 problemin müə...
Davamı

İnsan Yupiterə enə bilərlərmi?

Məcid - 26.09.2018 167
Bu və ya digər planeti dərindən və dəqiq tətqiq etməyin ən yaxşı yolu onun üzərinə enməkdir. Məhz bu kimi tətqiqatları aparmaq üçün insanlar Ay, Venera, Mars Saturnun peyki olan Titana kosmik aparatlar göndəriblər. Lakin Günəş sistemimizdə heç vaxt dəqiq tət...
Davamı

Salamat qal

Dilşad - 24.09.2018 537
... Xəyalıma gətirməkdə aciz olduğum üzünü, hər gün, bəlkədə yüzlərlə adam görür, işdə, mağazada, metroda, küçədə, qonaqlıqda, hər yerdə...adicə qarşılaşıb gedirlər. Biz də qarşılaşdıq... Gözləmədiyim anda, gözləmədiyim  məkanda... Bax...
Davamı

Terrora ikili yanaşma və ona verilən dövlət dəstəyi

Ramid - 20.09.2018 340
Maraqlıdır ki, son zamanlar münaqişlərin ümumi təhlilinə nəzər yetirsək görürük ki, münaqişə prosesində bir çox hallarda mübarizə metodu kimi terror aktlarından istifadəyə üstünlük verilir. Bunu yaradan səbəblər nədir? Terror nədən mübari...
Davamı

Demokratiyanın növləri: Fərdiləşməyən şey cəmiyyətləşə bilməz

Aqşin - 20.09.2018 495
Əlbəttə, bu gün dünyada kimdən soruşsaq ki, idarəçilikdə “nəyin olmasını istəyirdiniz?” “Demokratiya” deyə cavab verəcək. Çünki verdiyi bircə “səs”lə hər kəs hakimiyyət orqanlarında təmsil olunmaq istəyir. Ancaq biz sualımızın ikinci h...
Davamı

Qədim İudeyadan çağdaş Azərbaycana uzanan yol

Aqşin - 01.09.2018 592
İtaət etməyi sevən xalq yoxdur, savadsız xalq var. Sözümüzün üstündə Sezar kimi mərd-mərdanə dayanmaq üçün günümüzün beynəlmiləl qorxularından uzaqlaşıb tarixin hələ də bizdən daha canlı görünən qədimliyinə üz tutacağı...
Davamı

Bu uşaq kimə oxşadı belə?

Aqşin - 20.07.2018 834
Dünya və onun bir parçası olmaq istəyən Azərbaycan ədəbiyyatında belə bir hakim fikir var ki, dünya zaydır və heç vaxt düzəlməyəcək. Orta əsrləri əhatə edən “Qaranlıq çağ” adından da göründüyü kimi qaranlıq ideyaların çağı id...
Davamı

Axundovlar “rus trolları” idimi? Yaxud milli məktəbin olmaması

Aqşin - 10.07.2018 768
Bu günlərdə “İstək” liseyləri bağladıldı. Bu liseylərdə təhsil alan şagirdlərin və onların valideynlərinin həyəcanını anlayaraq, deyim ki, “İstək” məktəbləri də, uzaq keçmişin mədrəsələri, yaxın keçmişin “uşkol”ları kimi “yerli məhsul&rdqu...
Davamı

Kim haqlıdır? 1.Uşaq 2. Ailə 3. Məktəb 4. Heç biri

Aqşin - 17.06.2018 390
Heç vaxt övlad sahibi olmayan, məşhur və mərhum şairimiz Vaqif Səmədoğlunun öz dilindən eşitdiyimə görə, atası Səməd Vurğunun balaca Vaqifi övladlığa vermək istədiyi dahi bəstəkarımız Üzeyir Hacıbəylinin uşaq haqqında belə bir möhür fikri var: “Uş...
Davamı