Qulaqlarınızı qulaqcıqlardan qoruyun.

Məcid Musayev07.06.2018 230

Səhər yeməyi zamanı qulaq asdığınız veriliş, iş yerinizdəki səs-küydən uzaqlaşmaq üçün özünüzü köklədiyiniz klassik musiqi və ya idman etdiyiniz zaman dinlədiyiniz mahınlar siyahısı - bunların zərərli olduğunu düşünmüsünüzmü?

Müasir günümüzdə əksəriyyətimiz gün ərzində, heç olmasa, bir dəfə qulaqcıqları taxaraq nəyəsə qulaq asırıq. Bəziləri isə qulaqcıqlarsız həyatlarını təsəvvür belə edə bilmirlər. 

Lakin mütəxəssislər (eləcə də valideynlər) böyüməkdə olan nəslin vaxtından əvvəl karlıqdan əziyyət çəkməsindən çox narahatdır. 

Məsələ ilə bağlı öz fikrini bildirən professor Devid Makallin qeyd edir ki, bu mövzu alim və həkimlərin ciddi narahatlığına səbəb olur. Çünki bu gün insanlar səyahətə çıxanda və ya evindən bir küçə aralıda yerləşən mağazaya gedəndə belə qulaqcıqlardan istifadə edir, lakin onlar məqbul hesab edilən səs həddindən bixəbərdilər. 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına görə, hal-hazırda 1 milyarda yaxın gənc vaxtından əvvəl eşitmə qabiliyyətini itirmək təhlükəsi ilə üz-üzədir. Buna səbəb (smartfonlar daxil olmaqla) daşına bilən kiçik səsötürücü cihazlardır.

ÜST qeyd edir ki, bu təhlükə təkcə gəncləri əhatə etmir. Gündəlik olaraq 90 dəqiqədən artıq qulaqcıqdan istifadə edən hər kəs eşitmə qabiliyyətini zədələyə bilər. 

Avstraliya Milli Akustika İnstitutunun apardığı araşdırmanın nəticəsinə görə, ölkədə qulaqcıqlardan istifadə edən hər 10 insandan biri musiqinin səsini 85 desibeldən yuxarı qaldırır. Bu isə (səsin gücünə görə) işləyən otbiçənin yanında dayanmaq deməkdir.

Professor Makallin deyir ki, gənc yaşlarınızda eşitmə qabiliyyətinizdə problemlər yarandığını hiss etdikdə artıq çox gec olacaq. “Eşitmə qabiliyyətinizi qorumağı indidən düşünməli və indidən zəruri addımlar atmalısınız”, - deyə professor qeyd edir.

Bugünkü statistikaya görə, dünya üzrə qulaqcıqlardan istifadə edən hər 10 nəfərdən 6-nın yaxın gələcəkdə eşitmə qabiliyyəti ilə problemlər yaşayacağı proqnozlaşdırılır. 

Alimlər hesab edirlər ki, 2050-ci ilə qədər bu rəqəm hər 10 nəfərdən 4-nə enəcək. Buna təsir edən amil nəslin qocalması və onsuz da, səs-küylü olan ətraf mühitin təsiridir. 

“Konsertlərdən sonra mən yenə də səs eşidirəm”

DJ kimi çalışan Elizabet Rous gənc nəslin bir çox nümayəndələri kimi həyatını qulaqcıqlarsız təsəvvür etmir. Lakin bir neçə il ərzində yeni açılan və artıq məşhur olan klublarda konsertlərdən sonra 27 yaşlı DJ tinnitusun (qulaqda səs) ilk əlamətlərini özündə hiss etməyə başladı.

Tinnitus (qulaqda səngiməyən uğultu) eşitmə qabiliyyətinin zədələnməsinin ilk əlamətidir. DJ sözlərinə görə, konsertlərdən sonra evində, sakit yataq otağında yatmağa çalışdığı bir zaman qulağındakı uğultu buna imkan vermir. “Elə bil, konsertin kiçik bir hissəsi qulağımda davam edir”, - deyə DJ əlavə edib.

Eşitmə qabiliyyətini və zövq aldığı işi itirməmək üçün Elizabet bu problemə çarə tapdı. Artıq o, qulaqları üçün xüsusi (qulaq formasında) qoruyucu yastıqlar əldə edib. İndi o, konsert zamanı qulaqcıqları taxmamışdan öncə bu yastıqları qulağına yerləşdirir daha sonra onların üzərindən qulaqcıqları taxır. Nəticədə həddən artıq möhkəm səs Elizabetin qulaqları üçün, sanki, uzaqdan və aşağı tonla gəlir. 

Bahalı qulaqcıqlar sizin eşitmə qabiliyyətinizi qoruyurmu?

Mütəxəssislər qeyd edirlər ki, qulaqcığın bahalı və ya ucuz olmasının eşitmə qabiliyyətinə bilavasitə heç bir təsiri yoxdur. Eşitmə qabiliyyətinizi qorumaq üçün gün ərzində qulaqcıqlardan 90 dəqiqədən çox istifadə etməyin. Ən əsası da qulaq asdığınız musiqi (səs) 80 desibeldən yuxarı olmamalıdır. Bunu müəyyən etməyin çox sadə bir yolu var. Əgər qulaqcıqda səsləndirdiyiniz musiqini ətrafınızdakılar da eşidirsə, demək, səs 80 desibeldən çoxdur, onu mütləq azaltmaq lazımdır. 

Bu sarıdan klassik operaya və ya ağır roka qulaq asmağınızın heç bir fərqi yoxdur. Əsas məsələ səs həddi və qulaqcıqlardan istifadəetmə müddətidir.

Professor Makallin sözlərinə görə, bu sahədə qulaqcıq istehsalçılarının üzərinə ciddi məsuliyyət düşür, ancaq bu qulaqcıq istifadə edən şəxsin üzərində də məsuliyyəti götürmür. 

Smartfonunuz və ya aldığınız digər musiqi cihazının üstündə verilən qulaqcıqlar məqbuldur, lakin onlardan istifadə zamanı siz səs həddinə riayət etməlisiniz. Professor qeyd edir ki, bəzi smarftonların daxilində quraşdırılmış təhlükəsizlik sistemi də var ki, o özü qulaqcıqda səs çox yüksək olduqda onu avtomatik azaldır, amma bir çox smartfon sahibləri bu sistemi dərhal tapıb onu söndürürlər.

Professor bas effekti verən qulaqcıqlardan istifadə edilməsini tövsiyyə edir, çünki bu kimi qulaqcıqlar səsi daha təmiz ötürür və istifadəçi elə ilk dəqiqədən (səsi yaxşı eşitdiyi üçün) səs həddini özünə görə tənzimləyə bilər. 

Bəs uşaqlar?

Bu gün böyüməkdə olan uşaqlar gözlərini dünyaya açdığı andan daşına bilən kiçik səsötürücü cihazları görür və onlardan istifadə edirlər. 

Professor Makallin qeyd edir ki, balaca uşaqların valideynləri övladlarının eşitmə qabiliyyətinə çox ciddi yanaşmalıdırlar. Övladlarını yüksək səsin təsirindən qorumaq üçün valideynlər səs həddi avtomatik idarə edilən (əvvəlki mətndə bu haqqda söhbət etdik) cihazlar ala bilərlər. Bununla da övladınız səs həddini özü istədiyi kimi artıra bilməyəcək. Sistem buna icazə verməyəcək. Səs həddini siz valideynlər müəyyən edəcəksiniz.

Ya da artıq nisbətən böyümüş övladınız öz otağında, öz kompüterində videoya baxırsa, siz “Google Chore” brauzerinə səs həddinə limit qoyan tətbiqetmə yükələyə və səsin maksimal məqbul həddini təyin edə bilərsiniz.

Mütəxəssislərin sözlərinə görə, hər bir kəs zərərli qida, alkoqol və ya ultrabənövşəyi günəş şüalarına yanaşdığı qədər səs həddinə də eyni formada yanaşmalıdır. 

Məsələn, əgər axşam səs-küylü bir konsertə gedəcəksinizsə, bütün gününüzü qulaqcıqlarınızla keçirməyin. Axşama qədər qulağınıza istirahət verin. 

Bu gün eşitmə qabiliyyətinizi qorumasanız, sabah yarana biləcək fəsadları aradan qaldırmaq çox çətin ola bilər. 

Məcid Musayev

Oxatan bürcündən olan Məcid bütün dünyanı səyahət etmək arzusundadır. Pasport, miqrasiya və Hi-Tech mövzularında xəbərlərlə maraqlanırsınızsa bizim çoxbilmişi izləyin. Məqalələri

Oxşar məqalələr

Çirkli avtomobil üzərində şəkil çəkmək sənəti və ya Texas üsülu ilə suya qənayət.

Səbuhi - 10.10.2018 98
Texaslı rəssam Skot Veyd (Scott Wade) sübut etdi ki, çirkli avtomobillər gözəl sənət əsərləri yaratmaq üçün kətan rolunu oynayır. Bu sənətin ustası olmaq üçün, sənətkar bir çox sınaq və səhvlərdən keçərək, müxtəlif alətlər və fırl...
Davamı

Azərbaycan insanının 2 əsas problemi...

Nihad - 01.10.2018 69
  Problemlərimizin çox olduğunu düşünürəm,ancaq onlardan bəziləri daha geniş miqyaslıdır və insanların həyat tərzlərinə və ümumilikdə həyatlarına daha çox təsirlidir. Azərbaycan insanının yaşadığı 2 əsas problemi qeyd etmək istəyirəm! Bu 2 problemin müə...
Davamı

İnsan Yupiterə enə bilərlərmi?

Məcid - 26.09.2018 164
Bu və ya digər planeti dərindən və dəqiq tətqiq etməyin ən yaxşı yolu onun üzərinə enməkdir. Məhz bu kimi tətqiqatları aparmaq üçün insanlar Ay, Venera, Mars Saturnun peyki olan Titana kosmik aparatlar göndəriblər. Lakin Günəş sistemimizdə heç vaxt dəqiq tət...
Davamı

Salamat qal

Dilşad - 24.09.2018 534
... Xəyalıma gətirməkdə aciz olduğum üzünü, hər gün, bəlkədə yüzlərlə adam görür, işdə, mağazada, metroda, küçədə, qonaqlıqda, hər yerdə...adicə qarşılaşıb gedirlər. Biz də qarşılaşdıq... Gözləmədiyim anda, gözləmədiyim  məkanda... Bax...
Davamı

Terrora ikili yanaşma və ona verilən dövlət dəstəyi

Ramid - 20.09.2018 339
Maraqlıdır ki, son zamanlar münaqişlərin ümumi təhlilinə nəzər yetirsək görürük ki, münaqişə prosesində bir çox hallarda mübarizə metodu kimi terror aktlarından istifadəyə üstünlük verilir. Bunu yaradan səbəblər nədir? Terror nədən mübari...
Davamı

Demokratiyanın növləri: Fərdiləşməyən şey cəmiyyətləşə bilməz

Aqşin - 20.09.2018 494
Əlbəttə, bu gün dünyada kimdən soruşsaq ki, idarəçilikdə “nəyin olmasını istəyirdiniz?” “Demokratiya” deyə cavab verəcək. Çünki verdiyi bircə “səs”lə hər kəs hakimiyyət orqanlarında təmsil olunmaq istəyir. Ancaq biz sualımızın ikinci h...
Davamı

Qədim İudeyadan çağdaş Azərbaycana uzanan yol

Aqşin - 01.09.2018 591
İtaət etməyi sevən xalq yoxdur, savadsız xalq var. Sözümüzün üstündə Sezar kimi mərd-mərdanə dayanmaq üçün günümüzün beynəlmiləl qorxularından uzaqlaşıb tarixin hələ də bizdən daha canlı görünən qədimliyinə üz tutacağı...
Davamı

Oyanış...

Nihad - 30.08.2018 127
Oxuyun... Mütləq oxuyun. Fərqi yoxdur hansı mövzüdür, hansı kitabdır. Olduğunuz mərhələyə uyğun birini seçin və oxuyun. Nə qədər çox oxudum, bir o qədər baş verə biləcək hadisələrə hazır oldum və nə qədər az oxudum, bir o qədər hamı kimi düşünməyə başladım...
Davamı

Bu uşaq kimə oxşadı belə?

Aqşin - 20.07.2018 833
Dünya və onun bir parçası olmaq istəyən Azərbaycan ədəbiyyatında belə bir hakim fikir var ki, dünya zaydır və heç vaxt düzəlməyəcək. Orta əsrləri əhatə edən “Qaranlıq çağ” adından da göründüyü kimi qaranlıq ideyaların çağı id...
Davamı

Axundovlar “rus trolları” idimi? Yaxud milli məktəbin olmaması

Aqşin - 10.07.2018 767
Bu günlərdə “İstək” liseyləri bağladıldı. Bu liseylərdə təhsil alan şagirdlərin və onların valideynlərinin həyəcanını anlayaraq, deyim ki, “İstək” məktəbləri də, uzaq keçmişin mədrəsələri, yaxın keçmişin “uşkol”ları kimi “yerli məhsul&rdqu...
Davamı