Rəhbərlərin etdiyi 10 əsas səhv

Səbuhi Məmmədəliyev19.10.2018 695

Demək olar ki bütün menecerlər bu məqalədə yer alan tez-tez rast gəlinən  səhvləri edirlər.

Hər hansı bir liderin ən kritik səhvi - lider olduğunu unutmasıdır. Lider olduğunu unudub, öz səriştəsizliyini nümayiş etdirərək tabeliyindəkilərin işini görməsidir. Burada söhbət təkəbbürdən və ya eqoizmdən getmir. Burada söhbət tabeçilik və iş bölgüsü, nizam-intizam və subordinasiyadan gedir.

Bu səhvin bədəli boş vaxtın olmaması, saysız yarımçıq qalmış işlər və daimi olaraq şəxsi həyatda və biznesdə yaranacaq problemlərdir.

İkinci səhv – rəhbər dəqiq meyyarlar və müddətlər qoymadan ziddiyyətli hədəflər müəyyən edir, əsasən də məqsədinin nə olduğunu anlamır.

Bu səhvin bədəli odur ki, işçilər hərəsi bir yöndə işləyir və nəticədə yenə də ortaya bir iş çıxmır. Belə hala çox misallar gətirmək olar.

Üçüncü səhv - qoyulan məqsədlərə çatmaq üçün rəhbər ümumi ideya seçimində səhvə yol verir, və bu ideyanın əslində nə dərəcədə əhəmiyyətli olduğu haqda heç xəbəri belə yoxdur.

Belə ki, tabelikdə olan kəslər real vəziyyəti dərindən başa düşmədən öz ideyaları daxilində məqsədləri reallaşdırırlar və nəticədə bədəlini ödəyən kəs ya rəhbər ya sahibkarın özü olur.

Dördüncü səhv, rəhbər mövcud olan və ya proqnozlaşdırılıan xarici və daxili faktorların törədə biləcək təsirlərini qiymətləndirmir. Bu səhvin nəticəsini anladan və xalq arasında geniş yayılmış belə bir deyim vardır: “Bütün yumurtaları bir zənbildə saxlama!”. Qısaca daim bazarların və ya şirkətin özünün transformasiyalarını nəzərə almaq lazımdır.

Beşinci səhv – şirkət rəhbəri planlaşdırma işlərində ya ifrata varır, ya da əksinə laqeyd yanaşır. Misal üçün: əsas vaxtını strateji planlamaya sərf edir, operativ planlama isə zəif işlənir. Və ya əksinə, hər kəsin başı operativ planlamaya qarışır,  strateji planlama isə kənarda qalır. Hər ikisinin nəticələri şirkətə hiss edilən zərbə vura bilər.

Altıncı səhv – yersiz idarəetmə sisteminin tətbiqi. Misal üçün topaynan lazımsız sənəd, əmr, instruktajların tətbiqi, hansı ki heç kəs onları oxumur və icra etmir. Lazımsız və məqsədsiz saysız-hesabsız hesabatların tətbiqi. Bütün işçilər “idarəetmə prossesləri” ilə məşğuldur, bütün vaxtını və şirkətin resurslarını boş-boş işlərə sərf edib əsas məqsəd və mənanı itirirlər.

Yeddinci səhv -  rəhbər ədalətsiz motivasiya və məsuliyyət sistemi qurur. İşləməyən kəsləri irəli çəkir və əksinə işləyən kəsləri cəzalandırır. Tez-tez rast gəlinən haldır ki, işləməyən kəslər özlərini işləyən kimi gözə salır, işləyən kəsləri isə qarayaxma kompaniyaları, dediqodu vasitəsi ilə gözdən salırlar. Kölgədə qalan işçilər ya “sönür”, ya da şirkəti tərk edir.  Səriştəsiz rəhbərlər oyuna gəlir, bununla da dostunu, düşmənini tanımayan rəhbər Titanik kimi aysberqə çırpılıb gedir dənizin dibinə.

Səkkizinci səhv – rəhbər düzgün olmayan idarəetmə qərarları qəbul edir. Belə desək top-tüfnglə sərçə vurur, əsas hədəfləri isə gözdən qaçırır.

Misal üçün şirkət yeni bazarlara girən anda struktur dəyişikliyi qərarı. Adətən bunun aqibəti eyni cür olur: yeni bazar yoxdur və xeyli sayda yaxşı işçi itirilmişdir.

Döqquzuncu səhv – rəhbər verdiyi əmrlərin dəqiq və obyektiv yerinə yetirilməsinə və onların məqsədəuyğunluğuna həqiqi nəzarət etmir. Tapşırıq verərkən bilmək lazımdır ki, heç bir tapşırıq tam dəqiqliyi ilə yerinə yetirilmir, hardasa artıq, hardasa əksik yerinə yetirilir. Və bu kənarlaşmalar yığıldıqça ağır fəsadlarla nəticələnə bilər.

Onuncu səhv – rəhbər bazar dinamikasını, inkişaf proqnozlarını təqib etmir və hədəflərin, məqsədlərin xarici və daxili mühitin vəziyyətinə uyğunluğunu nəzərə almır.

Bütün bu səhvlər bir çox rəhbərin idarəetməni və onun əsas qanun və prinsiplərini anlamadığı üçün baş verir. Yəni məsələnin kökündə nəzəri savadsızlıq, bəzən təkəbbürlük və ya lüzumsuz inadkarlıq dayanır.

Səbuhi Məmmədəliyev

Özünü sadəcə bir insan sayır. Əsas missiyası düzgün yaşamaqdır. Məqsədi – cəmiyyətə yardım etməkdir. Psixoloji problemlərdən və stereotiplərdən ətraf mühitin təmizlənməsində tövhə verməyə çalışır. Məqalələri

Oxşar məqalələr

Yüksək tələbatı olan 5 yeni peşə

Məcid - 14.11.2018 877
İş axtaranlar üçün şad xəbər, proqnozlara əsasən dünya üzrə kadr (işçi) tələbatı ildə 19% sürətlə artacaq. Bu isə o deməkdir ki, həm ixtisassız işçilər, həm də dünyada sayı az olan mütəxəssislərin iş tapmaq şansı var. Pərakəndə ticarət, səhiyyə...
Davamı

CV göndərmədən öncə hər bir iş axtaran bunları bilməlidir

Anar - 04.10.2018 824
Heç fərqinə varmısınızmı, ölkəmizdə hansı sahələr üzrə iş axtarılır?! Apardığım müşahidələr və şirkətimizə gələn CV-lərdən anlayıram ki, vəziyyət heç də ürək açan deyil. Namizədlərin çoxu - “təki iş olsun”- deyib CV göndərirlər. Ham...
Davamı

İş axtarışı haqqında vacib məsləhətlər

Finmarket - 20.06.2018 1060
20 uğursuz iş müsahibəsindən sonra fikirləşirsiniz ki, “sevimli corablarınızın” bəxtinizə heç bir müsbət təsiri yoxdur. Əgər indiyənə qədər arzusunda olduğunuz bacarıqlarınıza uyğun iş tapmamısınızsa, demək nəyisə düz etmirsiniz. Axtarış metodunuzda səhv var. Həmişə...
Davamı

İş müsahibəsi zamanı maraq oyatmağın yolları

Finmarket - 20.06.2018 1733
Namizədlər üçün iş görüşləri olduqca stresli keçsə də İR üçün proses tamamilə fərqlidir. Bəzən gün ərzində bir neçə görüşü eyni vaxtda aparan, həqiqətən fərq yaradan o əməkdaşı axtaran İR mütəxəssisinin diqqətini &cce...
Davamı

Müasir CV növləri: üstünlük və çatışmazlıqlar. II hissə.

Səbuhi - 18.06.2018 892
HİBRİD CV Hibrid tipli CV yuxarıda qeyd etdiyim funksional və xronoloji CV növlərinin struktur hissələrindən ibarətdir və hər ikisinin xüsusiyyətlərini ehtiva edir. Strukturuna daxildir: işaxtaranın məqsədi və tələbi; ümumiləşdirilmiş formada professional bacarıq və nail...
Davamı

Müasir CV növləri: üstünlük və çatışmazlıqlar. I hissə.

Səbuhi - 08.06.2018 884
Zaman və əmək bazarının dinamik inkişafı vərdiş etdiyimiz və dəyişməz hesab etdiyimiz proseslərə öz düzəlişlərini əlavə edir. Uzun illər istifadə etdiyimiz ənənəvi tərcümeyi-halların yerinə gələn müxtəlif formatlı CV-lər müasir trendlərdən biridir. Onlardan ən populyar ol...
Davamı

İş görüşməsində harada səhv etmiş ola bilərsiniz?

Finmarket - 07.06.2018 1063
İş müraciəti etmisiniz, ancaq müsahibə dəvəti gəlmir, iş görüşməsinə gedirsiniz, amma yenidən itirib-axtaran yoxdur, yaxud "Yaxşı, bu dəfə oldu!" deyilsə də işə qəbul edilmirsiniz, bütün kənar faktorların xaricində, bəlkə də, bir şeyləri yoxdur, ya da siz səhv...
Davamı

"Keyfiyətli rekrutinq" silsiləsindən. Satıcı.

Səbuhi - 07.06.2018 401
SATIŞ MÜTƏXƏSSİSİ Məqalədə satış şöbəsinə işçi seçimində hansı məqamlara fikir vermək lazım olduğu haqda məlumat veriləcək. Məqalə həm rekruterlər həm də satış seqmentində karyera qurmaq istəyən kəslər üçün faydalı informasiyanı özündə əks etdiri...
Davamı

"Keyfiyyətli rekrutinq" silsiləsindən. Düzgün proqramçı.

Səbuhi - 07.06.2018 534
ÖN SÖZ Salam, Hörmətli oxucular! Sizə təqdim edəcəyim məqalə istər işəgötürən istərsə də işaxtaranların faydalana biləcəyi məlumat və fikirləri özündə birləşdirən “Keyfiyyətli rekrutinq” adı altında yazdığım məqalə seriyasının bir hissəsidir. Hər bir...
Davamı

Maaş bazarlığında nələrə diqqət etməlisiz?

Finmarket - 06.06.2018 475
Müsahibələrdə maaş gözləntisi haqqında danışmaq asan olmaya bilər. İşəgötürənin təklifini hərtərəfli qiymətləndirmək və səmərəli danışıqlar aparmaq bu mərhələdə çox vacibdir. Çünki ya yüksək məbləğ söyləyib işi əldən verə bilər və ya daha aşağı masala...
Davamı