Salamat qal

Dilşad Talıbova24.09.2018 537

... Xəyalıma gətirməkdə aciz olduğum üzünü, hər gün, bəlkədə yüzlərlə adam görür, işdə, mağazada, metroda, küçədə, qonaqlıqda, hər yerdə...adicə qarşılaşıb gedirlər.

Biz də qarşılaşdıq... Gözləmədiyim anda, gözləmədiyim  məkanda... Baxışlarından mehribanlıq, üzündən  də xoş təbəssüm oxunur... Köhnə tanışını  görmüş adamlar kimi sevincək ifadə alıb siman...  Rahat, arxayın ədayla həyatımın necə keçdiyini soruşursan. Yəqinki belə bir sima ancaq  keçmiş sinif yoldaşlarımı görəndə yarana bilər mənim üzümdə, nəinki səssiz səmirsiz, bircə sms-lə həyatından çıxdığım adamı görəndə...

Donub qalıram yerimdə, nə üz döndərib gedəcək qədər güclü, nədə keçmişin hesabını sorğuya çəkəcək qədər cəsarətliyəm... Gülümsəyərək, baxışlarımı qaçırıb ətrafa boylanıram, səndən vacib birini gözləyirmiş kimi... Vurnuxmağım uzun çəkmir, yenidən bütün gücümü toplayıb soyuqqanlılıqla baxışlarına tab gətirirəm. Sonra da ardı ardına verdiyi sualları cavablandırmağa çalışıram... Hər şey yolundadır... söyləyirəm... Anamgildə yaxşıdı... Hə, əlbətdə tələbələrim başımı qatıb... oxuya oxuya hara gedirəm? Yenidən, qısa ömürlü gülüş peyda olur üzümdə... Nə bilim universitetdə işlədinsə gərək elmi işlərə davam edəsən... Birdə, bilirdin axı, mən kitablarsız yaşaya bilmirəm...Yenə təbəssüm və susuram, - yavaş uydur, deyir içimdəki qınayıcı səs... Aldadıcı uğurlarını, bumbuz həyatını bölüşdün bəsdi...

Necə də maraqla dinləyir, gülümsünür, xoş sözlər yağdırır eninə boyuna... üzündə də oxuya bilmədiyim heç bir ifadə yoxdur. Açıq aydın görüşümüzə sevinir, ancaq bu qədər... Həyəcansız, qərəzsiz, qəsdsiz danışır: Xəbərlərdə görürəm tez tez, bu yaxınlarda Avropada mukafat aldığını da eşitdim.. O gün də tanışlardan biri şirkətimizdə seminar keçir, söylədi. Çox sevindim, dedim fəxrimizdir... Bir müddət sonra telfonununu çıxarıb, dünyalar gözəli bir qız uşağının şəklini mənə göstərir... Sənə də qismət olsun deyə...

Ürəyim döyüntüsünü eşidirəm, az qalır yerindən çıxsın... özümə yazığım gəlir...

Dəli, olduqca səfeh bir fikir keçir beynimdən: Danışmaq, hərşeyi olduğu kimi, öz adıyla çağırmaq... Keçmişə toxunmaq, yaşananları yaşanmamış kimi davranmamaq... Bəlkədə demək, demək ki soyuq, təmkinli görünüşümə aldanma... hələdə o zamanlardakı kimi, bəlkədə ondan da çox sevdiyimi... Daha dünən televiziyadakı çıxışımda, bəlkə oda gördü deyə saçlarımı boyatmışdım... İllər keçir... hələdə getdiyinə məna verə bilmirəm. Çox şeymi istəmişdim səndən? Heçmi sevilən tərəfim qalmamışdı? Görəsən mənim gerçəyimi bilsən, yenədə belə qayğısız, rahat gülümsünərsənmi? Keçmişin keçmədiyini bilmək, ağır gələrmi? Düşünmək ağır gəlir, amma axtardığını tapmışa oxşayırsan!

Xatırlayarmı, mart ayının biri, filmə baxmağa getmişdik, adı filmə baxmaq oldu, biz bir - birimizə baxırdıq... Əllərimi tutmuşdun... Yanaqlarımı ovcunun içinə alıb 20 illik həyatımın ən xoşbəxt günüdür demişdin... Sən öz dediyinə inanmışdın, mən də sən dediyinə... Saf, kirlənməmiş niyyətimiz, mənfəət güdməyən qəlbimiz, fərqli ola biləciyimizə inanan ağlımız vardı. Necə məhəbbətlə baxardın, gözlərinin dərinliyində özümü görərdim, indi yadlaşdığımı gördüyüm kimi...

Bilirsənmi, bugün tarixi gün olacaq mənimçün, elə indi, ayın tarixi, saatı dəqiqəsi, hamısı beynimə yazılır... Bilirsənmi, səndən sonra keçirdiyim illəri  tərəziyə qoysam bu bir necə dəqiqə o illərdən dolğun gələcək... Bilirsənmi, kəlmə başı ilişdiyin elmim, az çox uğurlarımdı, sənsiz olan həyatımı davam etdirməyə səbəb... Uzaqdan parlayan həyatım  unudaram deyə, etdiyim cəhdlərin, təşəbbüslərin nəticəsidi!  Hamısı  həyatımı dözüləsi etmək üçün vasitələrdi...  Unudum deyə  oda közə vurdum özümü... Bütün fəlsəfəm suya düşdü! Həyatımın tən ortasında  yaranmış böyük boşluq heçnə, heç kəslə dolmadı. Hər xoşbəxtliyin bir bədəli var deyirlər, görünür hər bədbəxtlik də bir imtiyazdı, bəlkədə bir yandan bağlayıb bir yandan açan taledir, məni buralara gətirən..Bəlkədə uzaqdan maraqla baxdığın həyatımın  memarı elə özünsən... Bilirsənmi, bunların heç birini xəyal etməmişdim, əslində mənim xəyalım da, arzumda, istəyimdə səni idin...

Demək və deməmək arasında  mübarizə gedir... İradəm can verir.. Susuram... Bəlkədə səssizlik gücsüzlükdü... Səssizlik  sənsizlikdi... Birdəki, birdəki  zamanında mənası olmayan şeyi, bugün eşitmək  nə qədər gülünc, nə qədər axmaq görsənər. Susmalıyam... Həyatımın həqiqiliyini, küskünlüyümü, həsrətimi, axmaqlığımı, zəifliyimi, heç kimə lazım olmayan  sevgimi saxlamalıyam özümə, yuxusuz gecələrimə, aylara,  bəlkədə illərə...

Təşəkkür edirəm... Dostyana sağollaşırıq. Unuda biləcəyimdən  qorxduğum çöhrənə,  son dəfə diqqətlə baxıram, cizgilərini əzbərləmək üçün... Dünyada hamıdan yaxın olmaq istədiyim insandan, ayaqlarım bir birinə dolaşa - dolaşa sürətlə uzaqlaşıram. Hələdə qəlbimi riqqətə gətirməyi bacaran təkrarsız səsin qulaqlarımdadır... Salamat qal deyirəm, dəyəsən sonda səsim titrəyir, arxasınca dilimin ucuna gələn sözləri, sadəcə özüm eşidirəm:

Sarılmaq istəyib sarıla bilmədiyim adam, salamat qal. Zamansız, plansız  qarşıma çıx beləcə, bu həyatı, başqacür yaşamağın mümkünlüyünü arada bir xatırlat!

Dilşad Talıbova

"Səndən qalan noyabr", “Sənə yazmadım, səni yazdım" kitablarının müəllifi olan Dilşad xanım Gəncə Dövlət Universitetinin doktorantıdır. "Təhsilli qadın, təhsilli cəmiyyət" şüarına inanır. Məqalələri

Oxşar məqalələr

Çirkli avtomobil üzərində şəkil çəkmək sənəti və ya Texas üsülu ilə suya qənayət.

Səbuhi - 10.10.2018 99
Texaslı rəssam Skot Veyd (Scott Wade) sübut etdi ki, çirkli avtomobillər gözəl sənət əsərləri yaratmaq üçün kətan rolunu oynayır. Bu sənətin ustası olmaq üçün, sənətkar bir çox sınaq və səhvlərdən keçərək, müxtəlif alətlər və fırl...
Davamı

Azərbaycan insanının 2 əsas problemi...

Nihad - 01.10.2018 69
  Problemlərimizin çox olduğunu düşünürəm,ancaq onlardan bəziləri daha geniş miqyaslıdır və insanların həyat tərzlərinə və ümumilikdə həyatlarına daha çox təsirlidir. Azərbaycan insanının yaşadığı 2 əsas problemi qeyd etmək istəyirəm! Bu 2 problemin müə...
Davamı

İnsan Yupiterə enə bilərlərmi?

Məcid - 26.09.2018 167
Bu və ya digər planeti dərindən və dəqiq tətqiq etməyin ən yaxşı yolu onun üzərinə enməkdir. Məhz bu kimi tətqiqatları aparmaq üçün insanlar Ay, Venera, Mars Saturnun peyki olan Titana kosmik aparatlar göndəriblər. Lakin Günəş sistemimizdə heç vaxt dəqiq tət...
Davamı

Terrora ikili yanaşma və ona verilən dövlət dəstəyi

Ramid - 20.09.2018 340
Maraqlıdır ki, son zamanlar münaqişlərin ümumi təhlilinə nəzər yetirsək görürük ki, münaqişə prosesində bir çox hallarda mübarizə metodu kimi terror aktlarından istifadəyə üstünlük verilir. Bunu yaradan səbəblər nədir? Terror nədən mübari...
Davamı

Demokratiyanın növləri: Fərdiləşməyən şey cəmiyyətləşə bilməz

Aqşin - 20.09.2018 495
Əlbəttə, bu gün dünyada kimdən soruşsaq ki, idarəçilikdə “nəyin olmasını istəyirdiniz?” “Demokratiya” deyə cavab verəcək. Çünki verdiyi bircə “səs”lə hər kəs hakimiyyət orqanlarında təmsil olunmaq istəyir. Ancaq biz sualımızın ikinci h...
Davamı

Qədim İudeyadan çağdaş Azərbaycana uzanan yol

Aqşin - 01.09.2018 592
İtaət etməyi sevən xalq yoxdur, savadsız xalq var. Sözümüzün üstündə Sezar kimi mərd-mərdanə dayanmaq üçün günümüzün beynəlmiləl qorxularından uzaqlaşıb tarixin hələ də bizdən daha canlı görünən qədimliyinə üz tutacağı...
Davamı

Oyanış...

Nihad - 30.08.2018 127
Oxuyun... Mütləq oxuyun. Fərqi yoxdur hansı mövzüdür, hansı kitabdır. Olduğunuz mərhələyə uyğun birini seçin və oxuyun. Nə qədər çox oxudum, bir o qədər baş verə biləcək hadisələrə hazır oldum və nə qədər az oxudum, bir o qədər hamı kimi düşünməyə başladım...
Davamı

Bu uşaq kimə oxşadı belə?

Aqşin - 20.07.2018 834
Dünya və onun bir parçası olmaq istəyən Azərbaycan ədəbiyyatında belə bir hakim fikir var ki, dünya zaydır və heç vaxt düzəlməyəcək. Orta əsrləri əhatə edən “Qaranlıq çağ” adından da göründüyü kimi qaranlıq ideyaların çağı id...
Davamı

Axundovlar “rus trolları” idimi? Yaxud milli məktəbin olmaması

Aqşin - 10.07.2018 768
Bu günlərdə “İstək” liseyləri bağladıldı. Bu liseylərdə təhsil alan şagirdlərin və onların valideynlərinin həyəcanını anlayaraq, deyim ki, “İstək” məktəbləri də, uzaq keçmişin mədrəsələri, yaxın keçmişin “uşkol”ları kimi “yerli məhsul&rdqu...
Davamı

Kim haqlıdır? 1.Uşaq 2. Ailə 3. Məktəb 4. Heç biri

Aqşin - 17.06.2018 390
Heç vaxt övlad sahibi olmayan, məşhur və mərhum şairimiz Vaqif Səmədoğlunun öz dilindən eşitdiyimə görə, atası Səməd Vurğunun balaca Vaqifi övladlığa vermək istədiyi dahi bəstəkarımız Üzeyir Hacıbəylinin uşaq haqqında belə bir möhür fikri var: “Uş...
Davamı