Səyahət çamadanınızı yığmaq üçün 9 faydalı məsləhət

Finmarket 25.12.2017 318

Tez-tez səyahət edən adam üçün bütün paltar və şəxsi əşyalarını səliqə ilə çamadana yığıb, yerləşdirmək hər dəfə macəra dolu oyuna çevrilir. Şalvar və ayaqqabılar,  qalın üst geyimləri, suvernirlər və s. bunların hamısını bir çamadana yerləşdirmək üçün hansı üsuldan istifadə etmək lazımdır? 

“Finmarket.az” bu suala cavab tapmaq üçün dünya üzrə yüz minlərlə səyahətçini özündə birləşdirən “Tripadvisor” şəbəkəsinə müraciət edərək, təcrübəli turistlərin çamadanın necə yığılması haqqında məsləhətlərini sizin diqqətinizə çatdırır:

1. Sözün əsl mənasında səyahət etmək istəyirsinizsə, böyük çamadan götürüb, onu doldurmaq lazım deyil. Səyahətinizi mümkün qədər yüngül əl yükü ilə reallaşdırmağı planlaşdırın. Çox əşya yerinə, əlavə pul götürün. Getdiyiniz yeni məkandan özünüzə təzə nəsə almaqla səyahətinizi daha da yaddaqalan edə bilərsiniz. 

2. Çamadanınızın bütün boş məkanından səmərəli istifadə etməyə çalışın. Paltarlarınızı, sadəcə, uzununa çamadana qoymayın, onları qatlayıb künclərə yerləşdirin. Corab, alt geyim və sına biləcək aksessuarları əlavə götürdüyünüz ayaqqabınızın içinə qoyun. 

3. Müxtəlif  qablaşdırma paketlərindən istifadə edin. Mətbəx paketlərinə aksessuarlarınızı və ya digər sına bilən əşyalarınızı yerləşdirə bilərsiniz. Vakuum paketlərində isə çirklənmiş paltar və ayyaqabılarınızı saxlaya bilərsiniz.

4.Yeni otellərin əksəriyyətinin USB portlarla təchiz olunduğuna baxmayaraq, bütün elektron cihazlarını vaxtı-vaxtında enerji ilə yükləmək üçün çoxgözlü uzatma kabeli götürməyi unutmayın. 

5. Yatmaq üçün göz maskası və qulaqcıqlar götürməyi unutmayın. Uzun təyyarə uçuşu və ya qatar səfəri zamanı onlar sizə çox yardımçı olacaq.

6. Əl yükünüzə bir ədəd qalın şərf yerləşdirin. Soyuq hiss etdiyiniz zamanı onu asanlıqla çıxarıb, boynunuza dolaya və ya çiyninizə sala bilərsiniz.

7. İki və ya daha çox insanla birlikdə səyahət edirsiniz? O zaman səyahətə götürəcəyiniz bütün paltarları bir çamadana yerləşdirməyin. Paltarları çamadanlarınızın arasında bölün. Əgər səfər zamanı çamadanınız itsə (gəlməsə) siz tam “lüt” qalmayacaqsınız.

8. Səfər öncəsi pasportunuzun 2 ədəd surətini çıxarın, ya da smartfonunuza şəklini çəkin. Çamadanınızın özünün və içinin də şəklini çəkə bilərsiniz. Bununla çamadanınız itdiyi halda hava limanı əməkdaşlarının “çamadanınızı təsvir edin, içində nə vardı?” suallarına asanlıqla cavab verə biləcəksiniz.

9. Heç bir halda (hətta hava limanında uçuşa qeydiyyatdan keçəndən sonra) pulqabınızı və sənədlərinizi çamadana qoymayın. Bilmək olmaz, uçuşun hansı mərhələsindəsə hava limanı təhlükəsizlik xidməti əməkdaşları sizdən pasportunuzu tələb edə bilər və ya sizə nəsə almaq, nəsə ödəniş etməyə pul lazım ola bilər. Ən əsası da çamadanınız itdiyi halda siz səyahətinizin ilk günlərini hava limanının sərhəd xəttində keçirməli olmazsınız. 

Oxşar məqalələr

Avropa İttifaqı pasportunu itirmək astanasında olan Böyük Britaniya

Məcid - 16.10.2018 0
Avropa İttifaqı pasportunu itirmək astanasında olan Böyük Britaniya Avropa İttifaqına (Aİ) üzv dövlətlərin vətəndaşlığı (pasportu) öz sahibinə bir çox imtiyazlar qazandırır. Onlar arasında ən önəmlisi Aİ pasportu sahibinə təşkilata üzv 27 ölkəyə (və ...
Davamı

Avtomobil hərəkəti olmayan 5 şəhər

Məcid - 02.07.2018 642
Venesiya (İtaliya) Venesiya avtomobil hərəkəti olmayan, müasir şəhər misalının ən bariz nümunəsidir. Hər il 20 milyon turistin ziyarət etdiyi Venesiyada avtonəqliyyat infrastrukturu praktiki olaraq mövcud deyil. Şəhərin əsas ictimai nəqliyyatı su üzərində hərəkət edən taksi-qa...
Davamı

Səyahət zamanı əcza qutusunun (apteçkanın) içinə nələr qoyulmalıdır?

Məcid - 18.06.2018 416
İsti yay aylarında bir çoxumuz harasa səyahət edirik. Xaricə və ya ölkə daxili hansısa digər bir şəhərə səyahət zamanı əcza qutusunun yığılması elə də asan iş deyil. Bu mövzu arışdıraraq vacib məqamları diqqətinizə çatdırıram. Siz səyahətə hazırlaşırsınız, əcza qutusuna nə...
Davamı

Dünya ölkələrinin pasportları niyə cəmi 4 rəngdə olur?

Məcid - 18.06.2018 1584
Azərbaycanın ümumvətəndaş pasportunun yaşıl, Rusiya pasportunun qırmızı və ya ABŞ pasportunun niyə göy rəngdə olduğunu düşünmüsünüz? Bu və ya digər ölkə öz pasportunun rəngini nəyə əsasən seçir? Qırmızı: Dünya ölkələri pasportla...
Davamı

7 vizasız ölkə sizi qonaq gözləyir

Məcid - 17.06.2018 1422
Bəzən elə məqam olur ki, əlinizdəki hər şeyi atıb, uzanan üfiq qədər uzağa getmək istəyirsiniz.  Bu səyahət etmək ruhunuzun sizə olan çağırışıdır. Ancaq istirahət üçün harasa səyahət etmək istəyi viza əldə etmək üçün bu və ya digər ölkə səfirli...
Davamı

Səyahət zamanı pulu düzgün xərcləyin.

Məcid - 02.06.2018 423
Səyahət zamanı nağd pul yoxsa bank kartı götürmək lazımdır? Pullarınızı bankda yoxsa valyutadəyişmə məntəqəsində dəyişmək lazımdır? Səyahət etdiyiniz istiqamətlərin sizə çox baha başa gəlməməyi üçün bu məqaləmizlə yaxından tanış olun. Özünüzlə nə a...
Davamı

Yaponiya – dünyanın turizm möcüzəsi

Məcid - 31.05.2018 559
Son 5 ildə 20 milyondan çox turist Yaponiyaya səyahət ediblər. 1995-ci ildən 2012-ci ilə qədər Yaponiyaya gələn turistlərin sayı 3,3 milyondan 8,4 milyon insana çatıb. Bu illik 6% artım deməkdir.  Artım hal-hazırda da davam etməkdədir. BMT nəzdində Ümumdünya Tur...
Davamı

Afina – tarix və əyləncə şəhəri.

Məcid - 29.05.2018 390
7000 ildən artıq tarixə malik Afinanın mərkəzində Likantos yüksəkliyi və onun üzərində Akropol yerləşir. Bu yüksəklik praktiki olaraq şəhərin bütün nöqtələrindən görünür. Bu yerdə ilk sarayları hələ eramızdan əvvəl 14-cü əsrdə mikenalılar tikiblər. D...
Davamı

Şengen vizası ilə bağlı vacib məqamlar

Məcid - 23.05.2018 2218
Şengen vizası neçəyədir? Bu vizanın alınması üçün hansı sənədlər lazımdır? Uzunmüddətli Şengen vizası almaq üçün nə etmək lazımdır və s. suallara cavabı bu məqaləmizdə tapa bilərsiniz. Bütün Avropa ölkələrinə Şengen vizası ilə getmək ol...
Davamı

Uçuş zamanı əsəbləri oyadan 13 hərəkət

Finmarket - 22.11.2017 144
Hava limanında və ya təyyarənin göyərtəsində olanda digər sərnişinlərin bu hərəkətləri etməsi adamı birmənalı şəkildə əsəbiləşdirir. Əgər siz davamlı olaraq hava nəqliyyatından istifadə edirsinizsə, sadalayacağımız 13 hərəkət sizə tanış gələcək. 1. Baqajınızın qeydiyyatı proseduruna vaxt ...
Davamı