İsti yay aylarında bir çoxumuz harasa səyahət edirik. Xaricə və ya ölkə daxili hansısa digər bir şəhərə səyahət zamanı əcza qutusunun yığılması elə də asan iş deyil. Bu mövzu arışdıraraq vacib məqamları diqqətinizə çatdırıram.
Siz səyahətə hazırlaşırsınız, əcza qutusuna nə qoymaq lazımdır?
İlk olaraq bu sual sizin xroniki xəstələliklərdən əziyyət çəkməyinizdən və hara səyahət etməyinizdən asılıdır. Belə ki, Ümumdünya Səhiyyət Təşkilatı (ÜST), ABŞ Xəstəliklərin İdarəetmə və Müalicə Mərkəzi (XİMM) və Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (MSX) tövsiyyələrinə görə geniş tibbi yardım sistemi mövcud olan, inkişaf etmiş ölkəyə gedirsinizsə o zaman özünüzlə elə də çox dərman götürməyə ehtiyac yoxdur. Qurumların məsləhətinə görə əcza qutusuna yalnız fövqəladə hal və ya aptekə çata bilməyəcəyiniz zaman sizə lazım ola biləcək dərmanları qoymaq lazımdır.
Ona görə də səyahətə çıxmamışdan öncə bu dərman vasitələrini əcza qutunuza qoyduğunuza əmin olun.
Histamin əleyhinə preparatlar:
Bu növ dərmanlar bu və ya digər allergiya zamanı qəbul edilir. Hətta özünüzdə heç bir şeyə qarşı allergiya müşahidə etmədiyiniz halda belə bu növ dərmanları özünüzlə götürün. Gedəcəyiniz yeni yerdə, yeni mühitdə bədəniniz sizə pis sürpriz edə bilər. Histamin əleyhinə preparatlar seçən zaman diqqət edin ki, onlar yuxugətirən olmasınlar.
Ağrıkəsicilər:
Sadə aspirin və parasitamolu əcazə qutunuza qoyun. Eyni zamanda bu dərman qızdırımanı da aşağı sala bilir.
Antiseptiklər:
Sadə yod və spirti də özünüzlə götürməyi unutmayın. Əslində bu və ya digər yara və ya cızığı təmiz su ilə yusanız, bu dərman vasitələrinin verdiyi eyni effekti əldə edəcəksiniz. Antiseptiklərin istifadəsi nəticəsinda yara daha gec sağalır. Lakin yaraya infeksiyanın düşməməsinin qarşısını almaq və ya artıq infeksiya düşmüş yaranın müalicəsi üçün antiseptik vasitələrdən istifadə etmək lazımdır.
Antibakterial mazlar:
Bu və ya digər kiçik yara və yanıqlar zamanı istifadə olunan bir neçə antibakterial mazı da əcza qutunuza qoyun.
Hidorokortizon mazı:
Müxtəlif cüclərin çişdəmələrinə qarşı dərini sərinləşdirərək, qaşınma hissinin qarşısını alan müalicəvi maz.
Soyuqdəymə və zökəmə qarşı antibiotiklər:
Soyuqdəymə və ya zökəmə qarşı istifadə oluna bilən ən adı dərman vasitələri səyahət zamanı sizə kömək edə bilər.
Melatonin:
5 və ya daha artıq saat qurşağı keçəcəyiniz halda beyninizin aradakı fərqlərə daha tez öyrəşməsinə kömək edən və hava uçuş xəstəliyinin sindromlarının qarşısına alan bir dərman. Bu məndə başğicəllənmənin qarşını alan həbləri də daxil etmək olar. Əgər sizin də bu və ya digər nəqliyyat vasitəsinin hərəkəti zamanı başınız bərk gicəllənirsə bu cürə dərmanlardan əcza qutunuza qoyun. Adətən belə dərmanları xüsusi resept olmadan qəbul etmək olar. Ancaq bu istiqamətdə güclü təsiredici dərmandan istifadə etməyi düşünürsünüzsə ilk öncə mütləq adidiyyatı həkimlə məsləhətləşin.
Bundan başqa səyahət zamanı özünüzlə təmiz bintlər, yara sarıqları və pinset götürməyi də unutmayın.
Siz balaca uşaqla səyahət edirsinizsə hansı dərmanları götürmək lazımdır?
Bu zaman siz yuxarıda sadalanan dərmanların istifadəsi uşaqlar üçün nəzərdə tutulmuş formalarını götürə bilərsiniz. (Misal üçün sirop və ya şamlar forması). Özünüzlə birlikdə səyahata götürəcəyiniz övladınız digər hər hansısa xroniki xəstəlikdən zəiyyət çəkirsə, səyahət öncəsi pediatorla məsləhətşməniz gərəkdir.
Siz ümumiyyətlə həkimləri az infeksional xəstəlikləri isə çox olan yerə gedirsiniz. Bu halda hansı dərmanları götürmək lazımdır?
Başlıca olaraq XİMM-in veb-saytında gedəcəyiniz ölkədə (ərazidə) hansı infeksional xəstəliklərin yayıldığını yoxlayın. Veb-saytda tapdığınız məlumatla həkimə müraciət edin o, əlinizdəki informasiyaya uyğun gedəcəyiniz yerdə sizə lazım ola biləcək dərmanlara reseptlər verəcək. Misal özünüzlə daha antibiotiklər götürməlisini və ya reseptsiz buraxılan dərmanların sayını artırmaq məsləhətdir.
Həkim sizə diareya və s. zəhərlənmələrin qarşısını ala biləcək dərmanlar reseptləri verə bilər. Eyni zamanda deyək ki, gedəcəyiniz yerdə malyariya xəstəliyinə asanlıqla yoluxmaq mümkündürsə siz özünüzü moskitlərdən qorumalısınız. Bunun üçün adi moskit qoruyucularından, dərman və mazlarla mümkündür. Ya da içəcəyiniz suyu dəqiq təmizləmək üçün dezinfeksiya edici dərmanlar (xlor və ya yod əsaslı).
Bir daha qeyd edirik ki, bütün bu mövzular üzrə dəqiq həkim məsləhəti alandan sonra dərman alıb, qəbul etmək lazımdır.
Başqa nəsə lazımdır?
- Günəş kremi (getdiyiniz yerdən asılı olaraq lazım olsa hətta suyadavamlısı).
- Həkimizin məsləhətlərinə uyğun bu və ya digər xəstəliklərə qarşı peyvənd olunmaq.
- Yaxşı tibbi sığorta əldə etmək.
Dərmanları sərhəddən keçirmək olar?
Əgər sizin əlinizdə həkiminiz tərəfindən hər hansısa dərmanın qəbul edilməsilə bağlı verilmiş resept varsa, əlavə heç bir problem olmamalıdır. Bəzi ölkələr öz ərazisində (tərkibindəki maddələrə görə) bu və ya digər dərmanın ixracını qadağan edir. Məhz bu amilləri nəzərə alaraq, məsləhət edirik ki, əlinizdə olan dərman reseptini səyahət etdiyiniz ölkənin yerli dilinə, ya da ən azından ingilis dilinə tərcümə etdirin.
Mənbə: meduza.io