Səyahət zamanı pulu düzgün xərcləyin.

Məcid Musayev02.06.2018 481

Səyahət zamanı nağd pul yoxsa bank kartı götürmək lazımdır? Pullarınızı bankda yoxsa valyutadəyişmə məntəqəsində dəyişmək lazımdır? Səyahət etdiyiniz istiqamətlərin sizə çox baha başa gəlməməyi üçün bu məqaləmizlə yaxından tanış olun.

Özünüzlə nə aparmalısınız?

Səyahət qəbzlərini unudun. Onlar keçən əsrin metodudur və bu gün ondan praktiki heç kəs istifadə etmir. Səfər zamanı xərclərinizi qarşılamaq üçün özünüzlə müyyən miqdarda nağd pul (dollar və ya avro) götürün, yerdəqalanı bank kartınızda saxlayın. Səyahət və turizm mütəxəssisləri məsləhət görürlər ki, iki fərqli bankdan, fərqli ödəniş sistemlərinə aid 2 fərqli bank kartı açın. Çünki “Visa” və ya “Mastercard” ödəniş sistemlərinin fərqli-fərqli bonus və endirim kampaniyaları var. Misal üçün bir kartla oteldə ödəniş etmək daha sərfəlidir, digərilə restoran və kafelərdə. Digər tərəfdən səyahət zamanı bir bank kartınızda hər hansısa problem yarandığı halda sizin əlinizdə digər işlək olan biri olacaq.

Diqqətinizdə olsun ki, artıq bir çox xarici ölkələrdə bank kartını belə cibinizdə gəzdirməyə ehtiyac yoxdur. Belə ki, müasir texnologiyaları sayəsində bank kartınızı smartfonunuza birləşdirə bilərsiniz. Bu gün “Apple Pay”, “Samsung Pay” və ya “Android Pay” sistemlərinin köməyilə bir çox ölkələrdə kontaktsız terminallarda asanlıqla ödəniş həyata keçirmək mümkündür. 

Valyutanı necə dəyişdirmək lazımdır?

Bütün səyahətləriniz üçün universal valyuta dollar və avrodur. Ancaq onların bu və ya digər milli valyutaya qarşı nisbəti bəzən drammatik dərəcədə dəyişə bilər. Buna görə də bir topa valyuta yığıb, sonra onun hamısını birdən dəyişmək müəyyən qədər riskli addımdır. Bu mövzuda ən yaxşı addım pullarınızı hissə-hissə yığıb, dəyişməkdir. Belə halda siz məzənnənin kəskin dəyişməsinin təsirlərinə daha az məruz qalacaqsınız. 

Dirhəm, yena, rupi, tuqriklər və s. ekzotik pul vahidlərini yaşadığınız ölkədə əldə etmək çətin ola bilər. Ona görə də ən yaxşısı səyahət edəcəyiniz ölkəyə dollar və ya avro ilə gedərək, onu orada yerli pula rahat dəyişməkdir. 

Eyni zamanda pulunuzu dollar və ya avroya onlayn da dəyişmək mümkündür. İçərisində valyuta olan əlavə bir bank kartı açın. Bu gün bir çox banklar ilk açılmış karta əlavə olaraq, müştəriyə pulsuz növbəti kart və ya elektron hesab açmaq imkanı verir. Bu zaman siz internet-bank və ya mobil bank tətbiqindən istifadə edərək, asanlıqla bir hesabdan digərinə pul köçürə bilərsiniz. Bi qayda oalraq onlayn şəkildə köçürülən və ya mübadilə olunan valyutanın məzənnəsi, birbaşa banklarda göstərilən mübadilə məzənnəsindən daha yaxşıdır. 

Ancaq internet banl və ya digər yeni texnologiyalardan istifadə sizin üçün hələ də qəlizdirsə o ilk rastınıza çıxan valyuta mübadilə məntəqəsinə girib, pulunuzu dəyişdirməyə tələsməyin. Ən yaxşısı pulunuzu dəyişdirməmişdən öncə bir neçə valyuta mübadilə məntəqəsinin məzənnəsini nəzərdən keçirin və ən əlverişli olanına üz tutun. 

Diqqətinizə çatdırırıq ki, pul dəyişmək üçün ən yaxşı vaxt 11:00-dan 17:00-a qədərdir. Çünki, bu vaxt arasında bütün bank və birjalar işləyir və əsas (uyğun) məzənnə bu saatlar arasında təqdim olunur. 

Hansı bank kartı seçmək lazımdır?

Səyahət edənlər üçün ən uyğun bank kartı “cash back” (alış-veriş üzrə faizlərin geri qaytarılması) xidməti olan kartdır. Azərbaycan bankları əsas xaricdə edəcəyiniz alış-verişlər üzrə bonus ballar qazandıran kartlar təqdim edirlər. Bu kartların istifadəsindən toplanan balları daha sonra bu və ya digər istiqamət üzrə uçuşa və ya başqa bir məqsədə dəyişə bilərsiniz. Eyni zamanda bu “MasterCard” və ya “Visa” kart ailəsinin üzvü olaraq, siz bütün dünya üzrə böyük otel şəbəkələrində  müxtəlif bonus və endirim imkanlarından yararlana bilərsiniz. 

Səyahət etməmişdən öncə bankda kart açmağa yollananda kredit yox debit kartı açın. Çünki birincisi ilə səyahət zamanı siz ödəniş vaxtını buraxdıqda, sizə qarşı cərimələr tətbiq edilə bilər və ya alış-veriş zamanı siz nəzərdə tutuduğunuz məbləğdən daha çox xərcləyə bilərsiniz. 

Manat kartınızla xaricdə alış-veriş etməyi ümumiyyətlə məsləhət görümürük.Çünki bnak kartından asılı olaraq (Mastercard - dollar) və ya (Visa - avro) məzənnələr arası konvertasiya dərhal baş verməyə bilər və bu zaman mübadilənin hansı ölkənin məzənnəsinə uyğun olaraq aparıldığını dəqiqliklə müəyyən etmək olmayacaq. Ümumişlək olmayan valyutadan istifadə edən ölkədə olduqda isə siz 2 qat konvertasiyaya məruz qalırsınız. Bir manatdan kartınızın valyutasında (avro və ya dollar), iki avro və ya dollardan yerli pul vahidinə mübadilə. Qeyd edilən hər bir əməliyyat üçün bank müəyyən faiz özünə komissiya haqqı tutur. Əgər siz xarici bankomatdan nəğd pul çıxaracaqsınızsa, o zaman əlavə olaraq özgə terimaldan istifadə edilməsinə görə də müyyən faiz itirəcəksiniz. 

Əgər bank kartınızı təhlükəsizlik məsələlərinə görə bağlayıbsa nə etmək lazımdır?

Bu zaman ilk olaraq kartınızın üzərində qeyd edilmiş çağırı mərkəzində zəng vuraraq, məsələnin nə yerdə olduğunu maraqlanmaq lazımdır. Hər bankın bu və ya şübhəli əməliyyatlar üzrə qadağaların və bağlanmış hesabın açılması üzrə fərqli şərtləri mövcuddur. Bəziləri üçün sizin zənginiz kifayətdir, digərləri isə sizin şəxsi məlumatlarınız və ya açar sözü deməyinizi xahiş edəcək. 

Sizdən iki dəfə ödəniş çıxılıb

Mümkün qədər tez axırıncı dəfə ödəniş etdiyiniz yerə qayıdın, bu kimi səhv halın baş verdiyini bildirin və zəruri qəbzin tərtib edilməsi şərtilə pulunuzun geri qaytarılmasını istəyin. Bəzən kassir sizdən əlav tutulmuş məbləği nağd pulla geri qaytarmağa razılaşır. Əgər kassir belə etməyə razı olmasa, siz bankınızla əlaqə saxlayıb, sonuncu əməliyyatı ləğv etməlisiniz. Mütləq bütün qəbzlərinizi saxlayın. Onlar sizin bu və ya digər narazılığınızı sübut edən əsas sənədlərdir. 

Otelə qeydiyyat zamanı sizin kartınızda müəyyən məbləğ donduruldu.

Ən yaxşısı belə hala ümumiyyətlə yol verməmək və otelə depoziti nağd pulla saxlamağı təklif etməkdir. Eyni zamanda sizin mini-bar xidmətlərindən tamamilə imtina edərək, bütün əlavə xərclərinizi yerində ödəməyə razı olduğunuzu bildirin. Əgər bütün sadalanan variantlar keçərli olmasa, o zaman sizin hesabınızda dondurulan məbləğ yalnız 15 iş günündən sonra yenidən hesabınıza qaytarılacaq. Bu prosesi bir qədər sürətləndirmək üçün oteldən çıxanda qeydiyyat masasına (resepşn) yaxınlaşaraq otelə əlavə bir borcunuzun olub olmadığını yoxlayırsınız. Olmadığı təqdirdə oteldən sizin bankınızın e-poçtuna bir məktub göndərərək, bunu təsdiqləməyinizi istiyə bilərsiniz. 

Siz bank kartınızı itirdiniz.

Mümkün qədər tez bankla əlaqə saxlayaraq, kartınızı bağlayın. Bunu həmdə bir başa mobil bankiqn və ya mobil tətbiqi üzərindən də etmək mümkündür. Əvvəlcədən bankınızln çağırı mərkəzinin nömrəsinizi telefonunuzda qeyd edin ki, kart itdiyi halda əlavə olaraq həmin nömrənin axtarılmasın vaxt sərf etməyəsiniz. 

Təhlükəsizlik qaydaları.

Otel və ya kirayə evlərin bronlaşdırılması servisləri əksər hallarda sizin bank kartınızın məlumatlarının qeyd edilməsini istəyir. Bu zamanda sizin bank kartınızın məlumatlarının təhlükəsizliyinin təmin olunmasına bir az qəlizləşir. 
Aşağıda verilmiş sadə təhlükəsizlik qaydalarına riayət etməklə siz pulunuzu qoruya bilərsiniz. 

  • Yalnız səyahətiniz üçün istifadə edəcəyiniz bir bank kartı açmaq və yalnız səyahət zamanı orada müəyyən məbləğ saxlamaq. Yerdəqalan vaxt kartı boş saxlamaq. Bu variantdan istifadə zamanı pulsuz onlayn xidmət təklif edən bankların kartından istifadə edin.
  • Əgər bütün əməliyyatlar üçün əsas bank kartınızdan istifadə edirsinizsə, əmin olun ki, həmin kartın 3-D təhlükəsizlik xidməti var. Bu hər hansısa bir pul əməliyyatını təsdiq etmək üçün bank tərəfdən smslə göndərilən kodun qeyd edilməsidir.
  • Kartınıza onun üzərində əməliyyatlar üzrə müəyyən limit tətbiq edin. Bu zaman bank limitdən çox olan əməliyyat özü donduracaq. Belə xidməti artıq bir çox banklar təklif edirlər və bu variantı yalnız səyahət zamanı istifadə etmək də mümkündür. 
  • Mövcu balansınız və hesabınız üzrə bütün əməliyyatlar haqqında sms bildiriş sisteminə qoşulmaq. Bu variantdan istifadə etsəniz hesabız üzrə bütün əməliyyatlar birbaşa nəzarət edə biləcəksiniz. Bu və ya digər əməliyyata şübhəniz olduğu halda dərhal kartınız bağlaya bilərsiniz. 
Məcid Musayev

Oxatan bürcündən olan Məcid bütün dünyanı səyahət etmək arzusundadır. Pasport, miqrasiya və Hi-Tech mövzularında xəbərlərlə maraqlanırsınızsa bizim çoxbilmişi izləyin. Məqalələri

Oxşar məqalələr

Çin yüksək sürətli sualtı dəmir yolu inşa edəcək

Məcid - 03.12.2018 49
Çin ölkəni əhatə edən yüksək sürətli dəmir yolları şəbəkəsini genişləndirməyə davam edir. Rəmsi Pekinin verdiyi son açıqlamaya görə hökumət Şanxaydan cənubunda yerləşən Ninbo liman-şəhərini, ölkənin qərb sahilləri, Çjouşan arxipelaqı ilə birləşdirəc...
Davamı

Maldivdə ilk sualtı hotel istifadəyə verilib

Məcid - 27.11.2018 70
Sualtı balıqları saatlarca izləmək və onlara maksimum yaxın olmaq üçün artıq fantastik filmlərin qəhrəmanlarından biri olmağa ehtiyac yoxdur.  Maldiv adalarında daha dəqiq desək Ranqali adasında açılmış ilk sualtı hotel öz qonaqlarına bu imkanı yaradır. Sadəcə ik...
Davamı

İmmiqrasiya üçün 5 ən yaxşı ölkə

Məcid - 21.11.2018 195
1) Heç vaxt müstəmləkə olmamış ölkə Tayland (Tay) xalqı fəxr edir ki, onların vətəni Cənub-Şərqi Asiyada avropalıların müstəmləkəsi olmamış yeganə ölkədir. Digər tərəfdən bu gün Tayland kimi ekzotik məkanı görməyə gələn milyonlarla turistləri nəzərə alsaq, prose...
Davamı

Cənnət adalarının yanında zibil dağları

Məcid - 16.11.2018 90
Elə bilirsiniz ki, turizm mərkəzi olan dövlətin (ərazinin) heç bir problemi yoxdur? Tam əksinə, turizm sektorunun hər zaman əks tərəfi (təsiri) var. Bu mövzuda turizm cənnəti hesab edilən Maldiv adalarını, daha konkret desək Maldivin Tilafuşi adasının adını çəkə bilərik.&n...
Davamı

Vizasız səyahət üçün ən yaxşı pasport hansıdır?

Məcid - 15.11.2018 220
Səyahət etmək imkanı böyük bir azadlıqdır, lakin səyahət zamanı bu və ya digər viza tələblərindən asılı olmamağı ən böyük azadlıqlardan biri adlandıra bilərik. Buna görə də bəzi ölkələrin pasportları öz daşıyıcısına daha geniş (səyahət azadlığı) imkanlar təqdim edi...
Davamı

Super VIP bank kartları

Məcid - 12.11.2018 56
Müasir dövrümüzdə bir çoxumuzun pul qabında plastik bank kartları var. Bəzi ölkələrdə belə kartlar vasitəsilə nəğdsiz ödəniş çox az yayılıb, bəzilərində isə bank kartlarıdan istifadə və onlar üzərində xidmət olduqca məşhurdur. Lakin sərvətlərinin həc...
Davamı

Makedoniyaya səyahət zamanı görməli olduğunuz 10 yer 

Məcid - 29.10.2018 154
Balaca, lakin qürurlu Makedoniya Keçmiş Yuqoslaviyanın tərkibində olmuş Makedoniya Respublikası indi müstəqil dövlət olaraq, Balkan yarımadasının təqribən mərkəzində yerləşir. Makedoniyanı elə də zəngin və ya güclü dövlət adlandırmaq olmaz. Bir tərəfdən ö...
Davamı

Dünyanın 15 ən yaxşı çimərlikləri məlum oldu

Məcid - 26.10.2018 123
Mərkəzi Asiya üzrə məşhur olan https://www.tripadvisor.ru/ turizm saytı istifadəçilərin (turist-səyyahlar) rəyləri əsasında dünyanın ən yaxşı 25 çimərliklərini müəyyən edib. 15. Anse Latsio / Praslen adası, Seyşel adaları Şüşə kimi şəffaf, isti su, ağacların k&o...
Davamı

Ordusuz güclü, neft və qızılsız zəngin olan İslandiya

Məcid - 22.10.2018 212
Ordusuz güclü, neft və qızılsız zəngin olan İslandiya Ordusu olmayan bir dövlət təssəvür edin. Bundan əlavə həmin dövlətin nə neft, nə də qızıl yataqları yoxdur. Yanına tam pulsuz təhsil və enerji sistemini əlavə edin. Bu ölkədə sakinlər gecələr qapılarını bağlamırla...
Davamı

Avropa İttifaqı pasportunu itirmək astanasında olan Böyük Britaniya

Məcid - 16.10.2018 98
Avropa İttifaqı pasportunu itirmək astanasında olan Böyük Britaniya Avropa İttifaqına (Aİ) üzv dövlətlərin vətəndaşlığı (pasportu) öz sahibinə bir çox imtiyazlar qazandırır. Onlar arasında ən önəmlisi Aİ pasportu sahibinə təşkilata üzv 27 ölkəyə (və ...
Davamı